Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə33/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   74

130 
Sənədlərin istifadəçinin sorğusuna relevant olub-olma-
ması barəsində qərar həmin sənədlərə və sorğuya aid olan 
terminlər çoxluqlarının müqayisəsi nəticəsində qəbul edi-
lir. Nəticədə, istifadəçilərə elə sənədlər təqdim olunur ki, 
onların axtarış obrazları istifadəçinin sorğusunun axtarış 
obrazı ilə müəyyən olunmuş  dərəcədə üst-üstə düşmüş 
olsun. Qeyd olunmalıdır ki, burada çox vaxt sorğunun və 
sənədlərin axtarış obrazları qismən üst-üstə düşür. Başqa 
sözlə, bu obrazlar tam üst-üstə düşmür, lakin onlar çox 
yaxın olurlar.  
Axtarış  nəticəsində  sənədlərin sorğuya uyğun olub-
olmamasının müəyyənləşdirilməsi kriterisi hər bir sənəd 
və sorğu cütlüyü üçün oxşarlıq (relevantlıq) əmsalının he-
sablanması prinsipinə  əsaslana bilər. Bu halda oxşarlıq 
əmsalının qiyməti  əvvəlcədən müəyyən edilmiş  həddən 
(sərhəd qiymətindən) yuxarı olan sənədlər nəticə (relevant 
sənədlər) qismində istifadəçiyə verilir. Tapılmış sənədlər 
sorğuya oxşarlıq dərəcələrinə görə nizamlanır və bu qiy-
mətlərin azalması ardıcıllığı ilə istifadəçiyə  təqdim olu-
nur.  İnformasiya axtarışı prosesinin ümumi strukturu 4.3 
saylı şəkildə verilmişdir. 
Ümumiyyətlə, informasiya axtarışı proqram-texniki 
üsul və vasitələrdən istifadə etməklə dörd mərhələdə hə-
yata keçirilir: 
-  Axtarışın məqsəd və vəzifələrinin formalaşdırılması – 
fərd və ya təşkilat qarşısında duran vəzifələrin icrası 
zamanı yaranan informasiya tələbatından irəli gələrək 
həyata keçirilir. Axtarışın vəzifələrinin müəyyənləş-
dirilməsi axtarılan informasiyanın (ədəbiyyatın) sahə-
sini və xüsusiyyətlərini müəyyən etməyə, axtarışın 
həyata keçirilməsi üçün plan və proqramın tərtib edil-
məsini asanlaşdırmağa imkan verir. 


İstifad
əçi interfeysi 
M
ətnl
ər üzr
ənid
ə 
əm
əliyyatla

İstifad
əçi
ni



bat
ı 
M
ən
tiq


qdi
m
at 
Sor
ğunun em
al
ı
Seçilm

 


dl
ər
 
Axtar
ış
 
İstifad
əçi il
ə ə
ks əlaq
ə
 
Nizam
lam

Sor
ğu
Nizamlanmış
 sən
ədl
ər
 
İndeksl
əş
dirm
ə
M
ən
tiq
i

qdi
m
at
VB-nin ida

edilm
əsi m
odulu
M
ətn
 
İndeksl
ər 
bazas
ı
M
ətnl
ərin 
VB
Şə
k.
4.3. 
İnf
orm
asiya axtar
ış
ı prosesinin strukturu 
13



132 
-  Axtarışın işçi proqramının işlənib hazırlanması – ax-
tarış qarşısında qoyulmuş  vəzifələri maksimal dərə-
cədə açılması və konkretləşdirilməsini nəzərdə tutur. 
Burada axtarışın obyekti, növü, üsulları, mümkün is-
tiqamətlər, tematik, xronoloji, dil, janr məhdudiyyət-
ləri, obyektiv və subyektiv çətinliklər, dolğunluq də-
rəcəsi, nəticələrin təqdim olunması formaları müəy-
yən edilir. 
-  Axtarışın reallaşdırılması – axtarış əvvəlcə mövzuya və 
məqəsədə uyğun şəkildə aparılır, informasiya mənbələ-
rini geniş əhatə etmək zərurəti yarandıqda isə biblioq-
rafik və  sənədli axtarış üsullarından istifadə olunur. 
Sonra informasiya axtarışı konkretləşdirilir, bilavasitə 
həll edilən məsələnin məzmunu ilə məhdudlaşdırılır. 
-  Axtarışın nəticələrinin tərtib edilməsi – burada axtarış 
nəticəsində tapılmış informasiya mənbələrinin hansı 
şəkildə istifadəçiyə təqdim ediləcəyi müəyyənləşdirilir. 
4.2. İnformasiya-axtarış dili  
Qeyd olunduğu kimi, İAS-a müraciət zamanı istifadəçi-
lərə sistemin sorğular dilini reallaşdıran interfeys xidməti 
təqdim olunur. İstifadəçinin informasiya tələbatı məhz İAS-
ın təqdim etdiyi vasitələrin köməyi ilə onun başa düşdüyü 
şəkildə ifadə olunmalıdır. Başqa sözlə, axtarış sorğusu İAS-
ın formal daxili sorğular dilində formalaşdırılmalıdır. 
Adətən,  İAS-da reallaşdırılan sorğular dili müəyyən 
həddə qədər süni dil olur. Belə ki, sistemlə ünsiyyətin ya-
radılması, sorğuların formalaşdırılması, daxil edilməsi və 
informasiyanın təqdim olunması üçün əsas vasitə kimi tə-
bii dilin tam istifadəsinin mümkün olmaması  İAS-da in-


133 
formasiya-axtarış dili adlanan süni dil vasitələrinin tətbiq 
olunması zərurətini yaratmışdır.  
İnformasiya-axtarış dili (İAD) – saxlanılması və axta-
rışın aparılması məqsədilə sənədlərin və axtarış sorğuları-
nın məzmunlarının indeksləşdirilməsi, eləcə də axtarış sor-
ğularının tərtib olunması qaydalarını müəyyən edən for-
mallaşdırılmış süni dildir. 
Praktikada İAD-ın bir neçə növünə rast gəlinir. 
Sənədli  İAD – saxlanılması  və axtarışın aparılması 
məqsədilə sənədlərin (onların hissələrinin) məzmunlarının 
indeksləşdirilməsi üçün nəzərdə tutulmuş informasiya-
axtarış dilidir. 
Təsnifatlandırıcı  İAD – sənədlərin və informasiya 
sorğularının seçilmiş təsnifat sisteminin (sənədlərin təsni-
fatının) anlayışları və kodları vasitəsilə indeksləşdirilməsi 
üçün nəzərdə tutulmuş informasiya-axtarış dilidir. Təsni-
fatlandırıcı  İAD-ın lüğət tərkibinə  əvvəlcədən həm sadə, 
həm də mürəkkəb terminlər (söz birləşmələri, ifadələr, 
terminlərin başqa dillərə tərcüməsi, sinonimləri, assosiativ 
sözləri, qohum sözləri və s.) çoxluğu daxil edilir. Sənədlə-
rin və sorğuların məna və məzmunlarının təqdim edilməsi 
üçün bu çoxluğun ayrı-ayrı elementləri, eləcə  də hazır 
mürəkkəb ifadələri istifadə olunur. Belə dillərdə mürəkkəb 
sorğuların tərtib edilməsi prosesi mövcud lüğət tərkibin-
dən uyğun gələn mürəkkəb elementlərin seçilməsi prose-
durası ilə əvəz edilir. Beləliklə, sənədlər əvvəlcədən dilin 
tərkibində mövcud olan sadə və mürəkkəb leksik element-
lərin köməyi ilə sistemdə müəyyən olunmuş ayrı-ayrı təs-
nifat siniflərinə (məsələn, tematik rubrikatorun ayrı-ayrı 
profillərinə) aid edilir. 
Təsviredici İAD – sənədlərin və informasiya sorğuları-
nın təsviredicilər (deskriptorlar, açar sözlər) vasitəsilə 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə