Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə32/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   74

126 
Bu məqsədlərə uyğun olaraq, informasiya axtarışının 
dörd əsas növünü fərqləndirirlər:  
-  biblioqrafik axtarış;  
-  sənədli axtarış;  
-  faktoqrafik axtarış;  
-  analitik axtarış. 
Eyni zamanda axtarış obyektinin növündən, formasın-
dan, məzmunundan və formatından asılı olaraq, infor-
masiya axtarışının aşağıdakı növləri qeyd olunur: 
-  Tammətnli axtarış – sənədlərin məzmunu (bütün 
mətni) üzrə axtarış prosesidir. Tammətnli axtarış sis-
temlərinə nümunə kimi internetin informasiya-ax-
tarış sistemlərini göstərmək olar. 
-  Meta-verilənlər üzrə axtarış  – sənədlərin axtarış 
sistemi tərəfindən qəbul edilən atributlarına  və ya 
rekvizitlərinə (sənədin adı, yaradılma tarixi, ölçüsü, 
müəllifi və s.) görə axtarılması prosesidir. Bura ki-
tabxana-informasiya sistemlərində istifadə olunan 
elektron kataloqları aid etmək olar. 
-  Təsvirə görə axtarış – məzmununa görə  təsvirlərin 
axtarılması prosesidir. Axtarış sistemi təsvirlərin 
məzmunlarını tanıyır. Axtarış  nəticəsində verilmiş 
təsvirə oxşar şəkillər istifadəçiyə təqdim edilir. 
-  Ünvanlı axtarış – axtarış sorğusunda göstərilən for-
mal  əlamətlərə görə  səndələrin axtarılması prosesi-
dir. Burada sənədin ünvanı dedikdə onun yaddaş 
qurğusunda, informasiya saxlanclarında yerləşməsi 
qaydaları nəzərdə tutulur. Ünvan qismində web-ser-
verin və ya web-səhifənin URL-ünvanı, biblioqrafik 
məlumat bazasında yazıların elementləri, sənədlərin 
saxlanclarda saxlanması ünvanları  və s. çıxış edə 
bilər. 


 
 
127 
 
-  Semantik axtarış – sənədlərin məzmununa görə on-
ların axtarılması prosesidir. Burada sənədin və sor-
ğunun məzmunu təbii dildən informasiya-axtarış di-
linə çevrilir və onların axtarış obrazları yaradılır, ax-
tarışın  əlavə  şərtləri göstərilən axtarış  təsviri tərtib 
olunur. 
-  Sənədli axtarış – istifadəçinin sorğusuna uyğun ola-
raq, informasiya-axtarış sisteminin saxlancında ilkin 
sənədlərin və ya verilənlər bazalarında ikinci dərə-
cəli sənədlərin axtarılması prosesidir. Sənədli axtarı-
şın iki növü vardır: ilkin sənədlərin axtarışına yönəl-
miş kitabxana axtarışı və sənədlər haqqında biblioq-
rafik yazılar şəklində təqdim olunmuş məlumatların 
axtarışına yönəlmiş biblioqrafik axtarış. 
-  Faktoqrafik axtarış – axtarış sorğusuna uyğun olan 
faktların axtarılması prosesidir.  
İnformasiya axtarışı sahəsində  əsas anlayışlardan biri 
də sorğu anlayışıdır. Praktikada çox vaxt axtarış sorğusu 
və ya informasiya sorğusu terminlərindən istifadə olunur. 
Burada informasiya (axtarış) sorğusu dedikdə istifa-
dəçinin informasiyaya olan tələbatının informasiya-axta-
rış dilində ifadə olunan xüsusi forması başa düşülür. Bəzi 
axtarış sistemləri sorğunu təbii dildə daxil etməyə imkan 
verir. 
İnformasiya axtarışının həyata keçirilməsi üçün infor-
masiya-axtarış sistemləri reallaşdırılır. İnformasiya-axta-
rış sistemi (İAS) – istifadəçiləri maraqlandıran informasi-
yanın saxlanılması, axtarışlması və təqdim edilməsi üçün 
nəzərdə tutulmuş proqram-texniki sistemdir. 
Bir qayda olaraq, İAS tərəfindən informasiya axtarışın 
təşkili üçün mümkün sənədlərin göstəriciləri (təsviredi-
ciləri) çoxluğu yaradılır. Göstəricilər açar sözlər və ya söz 


128 
birləşmələrindən, onların aid olduqları  sənədə istinaddan 
ibarət ola bilər. Açar sözlər və ya söz birləşmələri həmin 
sənədin hər hansı xassəsini daşıyır, onun məzmununa uy-
ğun olur, onu mahiyyətcə təsvir edir, istinadlar isə məhz 
bu xassələrə malik olan sənədlərə istiqaməti müəyyən 
edirlər. Ənənəvi sənədli İS-də göstəricilərin bir neçə for-
masından istifadə olunur. Daha geniş yayılmış göstəricilər 
müəllif, mövzu və sistemli göstəricilərdir.  
Ayrı-ayrı söz və ya söz birləşmələrindən ibarət olan belə 
göstəricilərə (terminlərə, açar sözlərə və s.) indekslər deyi-
lir. Sənədlərin göstəricilərinin, yəni onların indekslərinin 
yaradılması prosesi indeksləşdirmə adlanır. Sənədlərin in-
deksləşdirilməsi zamanı onlardan seçilib götürülən termin-
lər və ya açar sözlər indeksləşdirmə terminləri adlanır.  
Adətən, hər bir indeksin aid olduğu sənəd üçün təxmin 
edilən vaciblik dərəcəsini əks etdirən çəki əmsalları ayrı-
ayrılıqda hesablanır və ona əlavə edilərək bazada saxla-
nılır. İndeksləşdirmə prosesində istifadə olunan terminlər 
çoxluğuna lüğət, informasiya ehtiyatlarının indeksləşdiril-
məsi nəticəsində alınmış göstəricilər (indekslər) çoxluğu-
na indekslər bazası, bəzən isə sadəcə indeks deyilir. Ayrı-
ayrı sənədlərin məzmununu təsvir edən indekslər (göstə-
ricilər) çoxluğu sənədin axtarış obrazı adlanır. 
İndekslər bazası yaradıldıqdan sonra İAS axtarış ma-
şınları adlanan xüsusi proqramların köməyi ilə istifadəçilərə 
tərtib etdikləri sorğular vasitəsilə  həmin bazalara müraciət 
etmək imkanını verir. Ümumiyyətlə, axtarış prosesi istifadə-
çinin sorğusu ilə  sənədin indekslər bazasında olan axtarış 
obrazının müqayisə edilməsindən ibarətdir. Ona görə  də 
sistemə daxil olmuş sorğular da informasiya massivinin 
sənədlərinə analoji olaraq indeksləşdirilməlidir (şək.4.2).  


129 
Şək.4.2. İnformasiya axtarışının sadələşdirilmiş 
prosedurası (indeksləşdirmə və axtarış) 
İndeksləşdirmə – 
sənədin məzmununun 
təhlili 
Sorğunun məzmununun 
təhlili 
(sorğunun 
formalaşdırılması)
İndekslər bazası  
(sənədlərin  indekslərin 
köməyi ilə təsviri – axtarış 
Sorğunun  
daxil edilməsi 
Sorğunun  
indeksləşdirilmiş forması
İnformasiyanın axtarılması:
  
Sorğunun və sənədlərin terminlərinin müqayisəsi, 
sorğunun tələblərinə uyğun gələn sənədlərin 
təsvirlərinin verilməsi 
 (avtomatik proses) 
Cavab
(axtarışın nəticəsi)
 
İnformasiya  
massivinin sənədləri 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə