Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə40/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   74

158 
Sorğunun genişləndirilməsi üsulu ilkin sorğuya yeni 
terminlər  əlavə etmək yolu ilə onu daha əhatəli edir. Belə 
ki,  əvvəlcə müsbət  əks  əlaqəli sənədləri təsvir edən ter-
minlər çoxluğu seçilir. Bu çoxluq terminlərin vaciblik də-
rəcələrinə görə nizamlandıqdan sonra siyahının əvvəlindən 
verilmiş sayda termin götürülür və sorğuya əlavə edilir. 
Sorğunun parçalanması (hissələrə ayrılması) üsulu ax-
tarış  nəticəsində tapılmış  sənədlər arasında müsbət  əks 
əlaqəli müxtəlif xarakterli sənədlər olduqda tətbiq olunur. 
Belə hallarda istifadəçiyə verilmiş  sənədlər çoxluğu eyni 
xarakterə malik sənədlərdən ibarət bir neçə alt çoxluğa 
(klasterə) bölünür. Əgər bu mümkün olarsa, onda istifadə-
çinin sorğusu elə alt sorğulara (yəni ilkin sorğunun alt his-
sələri olan bir neçə ayrı-ayrı sorğulara) bölünür ki, hər bir 
alt sorğu ayrı-ayrı sənədlər alt çoxluğuna uyğun olsun.  
Bundan sonra hər bir alt sorğu üzrə ayrı-ayrılıqda axta-
rış aparılır, onların terminlərinin çəki əmsalları yaxşılaşdı-
rılır və ya bu alt sorğular əvvəl qeyd olunmuş üsulların kö-
məyi ilə genişləndirilir. Beləliklə, axtarışın effektivliyinin 
səviyyəsi yüksəldilmiş olur. 
Sənədlərin təqdimatının dəyişdirilməsi üsulları istifadəçi 
ilə əks əlaqənin köməyi ilə axtarış sisteminin indekslər baza-
sında sənədlərin təqdim olunması vektorunu yaxşılaşdırma-
ğa imkan verir. Bu zaman terminlərin çəki əmsalları elə şə-
kildə korrektə edilir ki, tapılmış relevant sənədlərin vektoru 
sorğunun vektoruna müəyyən qədər yaxınlaşmış olsun, qey-
ri-relevant sənədlərin vektorları isə əksinə ondan uzaqlaşsın.  
Sənədlərin təqdim olunması vektorlarının belə korrek-
siyasından sonra növbəti dəfə analoji axtarış sorğusu daxil 
edildikdə sistem əvvəlki axtarış seanslarına nisbətən daha 
relevant sənədləri tapıb istifadəçiyə verir. 


VI FƏSİL  
İNFORMASİYA AXTARIŞININ 
MODELLƏRİ  
İnformasiya axtarışının modelləşdirilməsinə 
yanaşmalar  
Nəzəri-çoxluqlar modeli  
Vektorlar modeli  
Statistik tezliklər modeli  
Ehtimallar modeli  
Linqvistik model  
Semantik model  
Qeyri-səlis model  


160 
6.1.  İnformasiya axtarışının modelləşdirilməsinə 
yanaşmalar 
Mütəxəssislərin fikrinə görə, internetdə fəaliyyət göstə-
rən informasiya-axtarış sistemlərinin böyük əksəriyyəti 
hər hansı riyazi modelə əsaslanmır. Onlarda yalnız istifa-
dəçinin daxil etdiyi sorğuya uyğun olan müəyyən sənədlə-
rin tapılıb verilməsini təmin edən alqoritmlər reallaşdı-
rılmış olur. Lakin axtarışın keyfiyyətinin yaxşılaşdırılma-
sı, məlumatın həcminin böyüklüyü, istifadəçi sorğularının 
axınının intensivliyi ilə bağlı məsələlərin həlli zamanı təc-
rübi alqoritmlərlə yanaşı  nəzəri riyazi aparata əsaslanan 
axtarış modelinə (sadə olsa belə) zərurət yaranır. 
Axtarışın modeli dedikdə əsasında hansı sənədlərin ta-
pılması və nizamlanması barədə qərar qəbul etməyə imkan 
verən zəruri qaydaların yaradıldığı real vəziyyətin müəy-
yən sadələşdirilməsi başa düşülür. Model qəbul edildikdən 
sonra məsələnin həlli üçün zəruri olan parametrlər həqiqi 
mənalarını ifadə edir və başa düşülən olur. 
İnformasiya axtarışı modelləri  əsas dörd parametrlə 
xarakterizə olunur: 
-  sənədlərin və sorğuların  təqdim edilməsi; 
-  sənədin istifadəçinin sorğusuna relevantlığının 
qiymətləndirilməsi üçün tətbiq olunan qarşılıqlı 
müqayisə üsulları; 
-  axtarışın nəticələrinin nizamlanması üsulları; 
-  relevantlığın istifadəçi tərəfindən 
qiymətləndirilməsini təmin edən əks əlaqə 
mexanizmləri. 
Sənədlərin təqdim olunması, indeksləşdirilməsi, axtarış 
obrazlarının yaradılması, eləcə də reallaşdırılan informasiya 


161 
axtarışı üsullarından və vasitələrindən asılı olaraq, informa-
siya axtarışının bir sıra modellərini fərqləndirirlər. Bütövlük-
də bu modellərin effektivliyi qeyd olunan üsul və vasitələrin 
reallaşdırılmasının keyfiyyəti ilə müəyyən olunur. 
Sənədli informasiya axtarışının ümumiləşdirilmiş mo-
delini aşağıdakı kortej şəklində vermək olar: 
, , , ( , ) . 
Burada D – sənədlərin təqdimatları çoxluğu, Q – infor-
masiya sorğularının təqdimatları çoxluğu,  F – sənədlərin 
və sorğuların təqdimatlarının təhlili, qiymətləndirilməsi və 
müqayisəsi, onlar arasındakı münasibətlərin modelləşdiril-
məsi vasitələri,  R(d,q) – nizamlama funksiyasıdır.  R(d,q
funksiyası  hər bir 

 sənədinə  və 

 sorğusuna 
qarşı  həqiqi  ədədlər qoyur, 
∈  sorğusuna görə  ∈  
sənədinin axtarış nəticəsində verilmiş sənədlər çoxluğunda 
sırasını müəyyən edir. 
Aşağıda informasiya axtarışının daha məşhur olan mo-
dellərinə baxılır: 
-  nəzəri-çoxluqlar modeli; 
-  vektorlar modeli; 
-  statistik tezliklər üsulu; 
-  ehtimallar modeli; 
-  linqvistik model; 
-  semantik model; 
-  qeyri-səlis model. 
6.2.  Nəzəri-çoxluqlar modeli 
Nəzəri çoxluqlar (bul) modelləri tammətnli axtarışı 
reallaşdıran ən ilk və çox istifadə olunan modellərdir. Bu 


162 
modellərə  əsasən, axtarış sorğusundakı söz sənəddə rast 
gəlinirsə, onda həmin sənədin axtarılan sənəd olduğu qə-
bul edilir. Əks halda sənəd sorğuya relevant hesab olunur. 
Nəzəri-çoxluqlar modelində  sənədlərin və sorğuların 
təsvir edilməsi üçün bul dəyişənlərindən istifadə olunur. 
Məhz bu səbəbdən çox vaxt nəzəri-çoxluqlar modellərini 
“bul modelləri“ adlandırırlar. Beləliklə, bul modellərində 
sənədlər onun indeksində olan və bul dəyişənləri (məntiqi 
dəyişənlər) kimi qəbul edilən terminlər çoxluğunun kömə-
yi ilə təqdim olunurlar. Əgər hər hansı termin sənəddə rast 
gəlinirsə, onda bu termin üçün uyğun məntiqi dəyişən 
“True”,  əks halda “False” qiymətini alır. Terminlərə  hər 
hansı çəki  əmsallarının mənimsədilməsinə icazə verilmir. 
Belə ki, burada yalnız terminin sənədə daxil olub-olma-
ması (True və ya False) faktı təsbit olunur. 
Bu modelə uyğun olaraq, istifadəçilər öz sorğularını 
məntiqi (bul) ifadələr şəklində formalaşdırırlar. Sorğulara 
daxil olan terminlər AND, OR, NOT və s. kimi məntiqi 
əməllərin köməyi ilə bir-birinə bağlanırlar. Axtarış sistemi 
tərəfindən istifadəçinin sorğusu qəbul edildikdən sonra in-
formasiya fəzasının hər bir sənədi üçün seçim statusunun 
qiymətləri – retrial status values (RSV dəyişəni) hesab-
lanır. RSV dəyişəninin qiymətləri informasiya fəzasının 
sənədlərinin istifadəçinin sorğusuna uyğunluğu dərəcələ-
rini müəyyən etməyə imkan verir. RSV dəyişəni “1” və ya 
“0” qiymətlərindən birini alır.  Əgər verilmiş sorğu üçün 
məntiqi ifadənin qiyməti “True” olarsa, onda RSV dəyi-
şəni “1” qiymətini alır və müvafiq sənədlər verilmiş sor-
ğuya relevant kimi qəbul edilir. Əgər ifadənin qiyməti 
“False” olarsa, onda RSV=0 qiymətini alır və müvafiq sə-
nədlər sorğuya qeyri-relevant hesab olunur.  


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə