Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə37/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   74

 
 
146 
 
Axtarışın dəqiqliyi və dolğunluğu parametrləri 0-dan 
(ən pis hal, sənəd sorğuya uyğun deyil, yəni onların uy-
ğunluq dərəcəsi sıfır faizdir) 1-ə (ən yaxşı hal, yəni  sənəd 
sorğuya 100% uyğun gəlir) kimi intervalda qiymətlər alır. 
Onlar bir-biri ilə bilavasitə qarşılıqlı  əlaqəyə malikdirlər. 
Adətən, dolğunluğu yüksəltmək üçün həyata keçirilən bü-
tün tədbirlər dəqiqliyin azalmasına və  əksinə, dəqiqliyin 
yüksəldilməsi üsulları dolğunluğun azalmasına gətirib 
çıxarır (şək.4.5).  
 
 
F-ölçü əyrisi 
R
(dolğunluq)
1,0 
 
 
0,8 
 
 
0,6 
 
    
0            0,2        0,4         0,6         0,8          1 
P (dəqiqlik) 
Sorğunun məhdud və ya  
xüsusi formalaşdırılması 
Sorğunun geniş 
və ya ümumi 
formalaşdırılması 
Şək.4.5. Dolğunluq və dəqiqlik arasında asılılıq 


147 
Dəqiqlik və dolğunluq arasında harmonik orta qiyməti 
müəyyənləşdirmək üçün F-ölçü adlanan parametrdən 
istifadə olunur. 
R
P
PR
F


2
(4.5)
Praktikada ayrı-ayrı hallarda müxtəlif istifadəçilər 
tərəfindən bu parametrlərə, yəni İAS-ın xarakteristikaları-
na qoyulan tələblər müxtəlif olur. Bəzi istifadəçilər yüksək 
dolğunluğun təmin olunmasını arzu edirlər. Belə ki, onlar 
üçün mövzu sahəsinə müəyyən aidiyyəti olan hər hansı 
dərəcədə maraq kəsb edə biləcək bütün sənədlərin  əldə 
olunması zəruridir. Bəzən isə istifadəçilər yüksək dəqiqli-
yin təmin olunmasını, yəni onların istəklərinə uyğun olma-
yan bütün sənədlərin atılmasını  və axtarışın nəticəsi qis-
mində onlara təqdim olunmamasını tələb edirlər.  
Ən səmərəli  İAS dolğunluq və  dəqiqlik  əmsalları ara-
sında optimal tarazlığı tapır və mümkün qədər həm yüksək 
dolğunluğu, həm də yüksək dəqiqliyi təmin etməyə çalışır. 
Dolğunluğun və  dəqiqliyin optimal səviyyəsinin təmin 
edilməsi üçün İAS-da intellektual informasiya axtarışı və 
indeksləşdirmə üsulları reallaşdırılmalıdır. 
Axtarış prosesində  aşağıdakı  şərtlərin (parametrlərin) 
dəqiqləşdirilməsi yolu ilə axtarış kriterilərini bu və ya di-
gər dərəcədə idarə etmək mümkündür:  
-  axtarışın məqsədi; 
-  axtarışın mövzusu; 
-  axtarılan sənədin (ədəbiyyatın) növü; 
-  axtarış üsulu; 
-  xronoloji əhatə dairəsi; 


148 
-  coğrafi əhatə dairəsi; 
-  mövzu (istehsal) sahəsi üzrə əhatə dairəsi. 
Qeyd olunan parametrlərin konkretləşdirilməsi daha 
məqsədyönlü, hərtərəfli, dərin, rasional və  səmərəli 
informasiya axtarışını həyata keçirməyə imkan verir. 


V FƏSİL  
İNFORMASİYA AXTARIŞININ 
EFFEKTİVLİYİNİN YÜKSƏLDİLMƏSİ 
ÜSULLARI  
Axtarışın effektivliyinin qiymətləndirilməsinə 
yanaşmalar  
Axtarışın dolğunluğunun yaxşılaşdırılması üsulları  
Axtarışın dəqiqliyinin yaxşılaşdırılması üsulları  
Relevantlığın yüksəldilməsi üçün istifadəçi ilə əks 
əlaqənin istifadəsi  


150 
5.1.  Axtarışın effektivliyinin qiymətləndirilməsinə 
yanaşmalar 
Axtarışın effektivliyini tapılıb istifadəçiyə verilmiş sənəd-
lərin keyfiyyət və kəmiyyət xarakteristikalarına  əsasən qiy-
mətləndirmək olar. Keyfiyyət xarakteristikaları dedikdə ta-
pılıb istifadəçiyə verilmiş sənədlərin onun sorğusuna uyğun-
luq (relevantlıq) dərəcəsi başa düşülür.  Kəmiyyət xarakte-
ristikaları isə tapılıb istifadəçiyə verilmiş sənədlərin sayının 
informasiya massivində olan, lakin tapılmamış relevant sə-
nədlərin sayına nisbəti ilə müəyyən olunur. Bu xarakteristika 
dolğunluq parametrinə analogiya təşkil edir. 
Keyfiyyət xarakteristikalarının müəyyənləşdirilməsi üçün 
axtarışın nəticəsi ilə istifadəçinin tələbatının ödənilməsi də-
rəcəsini müqayisə etmək lazımdır. Kəmiyyət xarakteristika-
ları isə statistik məlumatların köməyi ilə hesablanır.  
Qeyd olunmalıdır ki, hər iki halda bir sıra çətinliklər qar-
şıya çıxır. Belə ki, birinci halda istifadəçi ilə əks  əlaqənin 
reallaşdırılması tələb olunur, lakin belə əlaqəni həmişə arzu 
olunan səviyyədə  həyata keçirmək mümkün olmur. İkinci 
halda isə informasiya massivində olan, lakin tapılmamış 
relevant sənədlərin sayının müəyyənləşdirilməsi zəruridir. 
İAS-ın effektivliyinin qiymətləndirilməsi üçün axtarışın 
əsas parametrlərinin – dəqiqliyin və dolğunluğun dəqiq 
müəyyənləşdirilməsi tələb olunur. Bunları isə sənədlərinin 
sayı təsbit olunmuş sistemlərdə həyata keçirmək mümkün 
olur. Belə sistemlərdə standart sorğular çoxluğu, eləcə də 
hər bir emal olunan sorğuya relevant və qeyri-relevant 
sənədlərin sonlu  çoxluqları mövcud olur.  
Real fəaliyyət göstərən axtarış sistemləri yalnız öz server-
lərində olan sənədlərin deyil, həmçinin müxtəlif saytlarda 
yerləşən informasiya ehtiyatlarının indekslərini toplayır.  Ona 


151 
görə də praktikada internetin informasiya fəzası, o cümlədən 
web-fəza üçün müvafiq ölçmələri aparmaq olduqca çətindir. 
İAS-ın effektivliyinin qiymətləndirilməsi zamanı müəy-
yən çətinliklərin rast gəlinməsinə baxmayaraq, bütövlükdə 
axtarışın effektivliyinin artırılması üçün müxtəlif yanaş-
malara əsaslanan üsullar mövcuddur. Onlar arasından hər 
hansı münasib üsulun seçilməsi və  tətbiqi istifadəçilərin 
konkret tələblərindən asılı olur. 
Ümumiyyətlə, axtarışın effektivliyinin artırılması üsul-
larını dolğunluq və  dəqiqlik göstəricilərinin yaxşılaşdırıl-
ması kimi iki sinfə bölmək olar. 
5.2.  Axtarışın dolğunluğunun yaxşılaşdırılması 
üsulları 
İstifadəçi öz sorğusuna hər hansı dərəcədə aidiyyəti olan 
bütün mümkün sənədlər çoxluğunu əldə etmək istədikdə ax-
tarışın dolğunluğunun yaxşılaşdırılması üsulları  tətbiq olu-
nur. Məsələn, ekspert tərəfindən onu maraqlandıran sahəyə 
aidiyyəti olan bütün patentlərin axtarılması sorğusuna mü-
fəssəl cavabın alınması arzusu buna nümunə ola bilər. 
Axtarışın dolğunluq göstəricisinin yaxşılaşdırılması 
üçün tətbiq olunan üsullar istifadəçinin sorğusunun açar 
sözləri ilə informasiya massivində olan sənədlərin termin-
lərinin əlavə üst-üstə düşməsini təmin etməyə imkan verir. 
Bu məqsədlə sorğuların və sənədlərin açar sözləri və ter-
minləri ya başqa terminlərlə əvəz olunur, ya da onlara ye-
niləri  əlavə olunur. Başqa sözlə, sorğuların və  sənədlərin 
terminlər çoxluğu genişləndirilir. 
Terminlər çoxluğunun genişləndirilməsi üçün bir neçə 
üsul tətbiq olunur: 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə