Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə35/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   74

138 
4. Dilin qrammatikası. Müəyyən anlayışların mənala-
rının genişlənməsi və daralması üçün indeksləşdirmə 
terminlərinin istifadəsi ilə yanaşı informasiya-axtarış 
dilinin tərkibinə digər mexanizmlər də daxil olur. 
Onlara aşağıdakıları aid etmək olar: 
-  söz birləşmələrinin istifadəsi
-  bir neçə terminin birlikdə sənədlərə daxil olmasını 
göstərən "AND" ("VƏ") məntiqi operatorunun 
tətbiqi; 
-  sənədlər terminlər arasındakı  məsafəni göstərən 
"NEAR" ("YANINDA") məntiqi operatorunun 
reallaşdırılması və s. 
5. Relevantlıq (qeyri-relevantlıq) kriterisi. Dilin tərki-
bində informasiya massivində olan sənədlərin axtarış 
sorğusuna relevant və qeyri-relevant olmasının təs-
diq edilməsi, eləcə də bu sənədlərin axtarışının nəti-
cəsi kimi istifadəçiyə verilməsi və ya verilməməsi 
qaydaları müəyyən edilir. Axtarış  nəticəsində seçil-
miş sənədlər istifadəçiyə nizamlanmış siyahı şəklin-
də  təqdim olunur. Bunun üçün sənədin istifadəçinin 
sorğusuna yaxınlıq dərəcəsini (qiymətini) müəyyən 
edən oxşarlıq əmsallarından istifadə olunur. Oxşarlıq 
əmsalları sorğudakı açar sözlərin sənədlər üçün ter-
min qismində  əhəmiyyətini göstərən çəki  əmsalları-
nın köməyi ilə hesablanır.  
6. Axtarışın əlavə şərtləri. Axtarışın nəticəsinin dəqiq-
liyinin və dolğunluğunun yüksəldilməsi üçün müxtə-
lif əlavə axtarış şərtləri istifadə oluna bilər. Bu şərtlə-
rə sorğuda göstərilmiş terminlərin sənədin müəyyən 
olunmuş hissələrində (adında, başlığında, girişində, 
xülasəsində  və s.) axtarılması, axtarış sahəsinin da-


139 
raldılması, sənədlərin yaradılması tarixlərinə qoyul-
muş zaman intervallarının, müxtəlif lüğətlərin (te-
zaurusların, assosiativ sözlərin, sinonimlərin və s.) 
istifadəsi kimi şərtlər aid edilə bilər. 
7. Axtarışın nəticələrinin verilməsi forması.  İstifadə
üçün rahatlığı  təmin etmək məqsədilə tapılmış rele-
vant sənədlərin siyahısı istifadəçilərə xüsusi for-
malarda təqdim olunur. Bu siyahı, əsasən,  aşağıdakı 
parametrlərlə müəyyən olunur:  
-  tapılan və istifadəçilərə verilən sənədlərin siya-
hısının nizamlanması (daha vacibdən nisbətən az 
vacibə doğru sıraya düzülməsi); 
-  siyahının forması; 
-  siyahıya sənədlər haqqında  əlavə  məlumatların 
(məsələn, mətn fraqmentinin, sorğunun sözlərinin 
sənəddə rastgəlinmə tezliyi, sənədin sorğuya ya-
xınlıq dərəcəsi və s.) daxil edilməsi; 
-  sənədlərin siyahısının istifadəçiyə verilməsi porsi-
yasının həcmi, yəni interfeys pəncərəsinin çıxış 
səhifələrində sənədlərin sayı; 
-  axtarış  nəticəsində istifadəçiyə  təqdim olunan 
sənədlərin ümumi sayına qoyulan məhdudiyyət. 
8. İstifadəçi ilə əks  əlaqə. Axtarış prosesində istifadə-
çiyə öz sorğularının dəqiqləşdirilməsi, sənədlərin 
təqdimatının təkmilləşdirilməsi, eləcə  də  əvvəldən 
tapılmış  sənədlər arasından göstərilmiş konkret sə-
nədə "oxşar" olan sənədlərin axtarışının aparılması 
imkanları verilir. 
Nəhayət, qeyd olunmalıdır ki, informasiya-axtarış sis-
temlərində istifadəçi ilə sistem arasında yaradılan intellek-
tual dialoq istifadəçiyə öz sorğularını daha dəqiq və rahat 


140 
şəkildə formalaşdırmaq imkanı verir. Bu isə yekunda axta-
rış prosesinə və onun nəticələrinə təsir edir. 
İstifadəçi sorğusuna daxil edilən açar sözlərin qabaq-
cadan indeksləşdirilmiş    sənədlərin axtarış obrazları ilə 
müqayisəsindən sonra axtarış sistemi informasiya-axtarış 
dilinin köməyi ilə istifadəçiyə konkret sənədlərə istinadla-
rın siyahısını təqdim edir. İAS-a görə istifadəçiyə verilən 
sənədlər onun sorğusuna ən relevant sənədlərdir. 
İnternetdə fəaliyyət göstərən Google, AltaVista, Excite, 
Open Text, Yahoo, Yandex, Rambler və  s.  kimi  axtarış 
sistemlərində  ən sadədən  ən mürəkkəbə  qədər müxtəlif 
sorğuları formalaşdırmağa imkan verən güclü İAD 
reallaşdırılmışdır. 
İntellektual istifadəçi interfeysinin və sorğuların forma-
laşdırılması xidmətinin təşkili üçün istifadə olunan İAD 
sənədlərin təqdim olunması və informasiyanın saxlanması 
modellərindən, eləcə  də onların indeksləşdirilməsi və 
axtarılması üsullarından birbaşa asılıdır. 
4.3. İnformasiya axtarışının nəticəsinin 
qiymətləndirilməsinin əsas meyarları 
İAS tərəfindən tapılmış  sənədlərin axtarış sorğusuna 
uyğunluq dərəcəsini qiymətləndirmək üçün bir çox üsullar 
mövcuddur. Tapılmış sənədin sorğuya uyğunluğu dərəcəsi 
anlayışı subyektiv anlayış olub, sorğunu tərtib edən və ax-
tarışın nəticəsini qiymətləndirən adamdan asılı olur. 
İnformasiya axtarışının nəticəsinin təhlili və qiymət-
ləndirilməsi üçün iki anlayışdan – relevantlıq və pertinent-
lik anlayışlarından istifadə olunur. 


141 
Relevantlıq – axtarış  nəticəsində tapılaraq istifadəçiyə 
təqdim edilmiş  sənədlərin məzmununun informasiya sor-
ğusunun məzmununa uyğunluğu dərəcəsidir. Məzmunları 
istifadəçinin sorğusuna cavab verən sənədlər  relevant
cavab verməyənlər isə qeyri-relevant sənədlər adlanır. 
Relevantlıq anlayışının iki formasını fərqləndirirlər:  
-  formal relevantlıq; 
-  faktiki relevantlıq. 
Formal relevantlıq – axtarış mexanizmlərinin köməyi 
ilə  İAS tərəfindən istifadəçinin axtarış sorğusunun infor-
masiya massivində olan sənədlərlə tutuşdurulması (mü-
qayisə edilməsi) yolu ilə müəyyən olunan relevantlıqdır. 
Faktiki relevantlıq dedikdə axtarış nəticəsində İAS-dan 
alınmış sənədlərin məzmununun istifadəçi tərəfindən araş-
dırılması (dərk edilməsi) və onun tələbatına yaxınlıq dərə-
cəsinin təyin edilməsi yolu ilə müəyyən olunan relevantlıq 
başa düşülür.  
Hər bir istifadəçi özünün informasiyaya olan tələbatını 
dəqiq bilməsinə baxmayaraq, obyektiv səbəbələrdən bu 
tələbatı axtarış sorğusunda qeyri-adekvat şəkildə forma-
laşdıra və düzgün ifadə etməyə bilər. Belə olduqda istifa-
dəçinin konkret sorğusuna cavab olaraq İAS-ın verdiyi in-
formasiya ehtiyatlarının müəyyən hissəsi (bəzən  əksəriy-
yəti) həqiqətdə istifadəçinin tələblərinə (ehtiyacına) uyğun 
olmur. Ona görə  də axtarışın nəticəsinin keyfiyyətinin 
müəyyənləşdirilməsi üçün İAS-ın verdiyi sənədlərin istifa-
dəçinin sorğusuna deyil, onun informasiya tələbatına uy-
ğunluğunun qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir. 
Bu məqsədlə pretinentlik anlayışından istifadə olunur. 
Pertinentlik – informasiya axtarışı nəticəsində tapılmış 
sənədlərin məzmununun istifadəçinin axtarış sorğusu şək-
lində formalaşdırılmış informasiya tələbatına uyğunluğu 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə