Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə34/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   74

134 
koordinata görə indeksləşdirilməsi üçün nəzərdə tutulmuş 
informasiya-axtarış dilidir. Təsviredici İAD sorğuların tər-
tib olunması zamanı leksik vahidlərin daxil edilməsi və 
birləşdirilməsi yolu ilə axtarılan sənədlərin məna və 
məzmunlarının bu sorğularda təsvir olunmasına imkan 
verir. Belə dillərdə  əvvəlcədən hazırlanmış cümlələr və 
ifadələr mövcud olmur, mürəkkəb sorğuların tərtib olun-
ması zamanı onların forma və strukturlarına hər hansı 
məhdudiyyət qoyulmur. 
Təsviredici informasiya-axtarış dillərini leksik tərkib-
lərinə görə  də iki yerə ayırırlar: nəzarət olunan leksikalı 
İAD və  sərbəst leksikalı  İAD.  Nəzarət olunan leksikalı 
dillərin leksik tərkibi ciddi məhdudlaşdırılmış  və  təsbit 
edilmiş olur, sərbəst leksikalı dillərin leksik tərkibinə isə 
məhdudiyyət qoyulmur və onlar sistemin fəaliyyəti pro-
sesində yeni leksik vahidlərin daxil edilməsi yolu ilə daim 
təkmilləşdirilir.   
Nəzarət olunan lüğətlərdə terminlər bazaya sistemin 
administratoru tərəfindən (və ya onun icazəsi ilə operator 
tərəfindən)  əlavə oluna bilər. Bütün yeni sənədlər yalnız 
bu bazada olan terminlər əsasında indeksləşdirilir. Sərbəst 
lüğətlərdə sənədlərdə yeni rast gəlinən terminlər avtomatik 
olaraq bazaya əlavə edilir. Sərbəst lüğət axtarış prosesində 
aktuallaşdırılan zaman təsbit edilmiş olur. Belə bazalarda 
müəyyən dəyişikliklər aparıldıqdan sonra yeniliklərin 
aktuallaşması üçün bazanın yenidən yüklənməsi tələb 
olunur.  
Sintaktik konstruksiyaların formalaşdırılması üçün isti-
fadə olunan qaydalarına görə təsviredici İAD iki yerə bö-
lünür: qrammatikalı  və qrammatikasız.  Qrammatikalı 
İAD-da sənədlərin təsviri və sorğuların formalaşdırılması 
üçün ciddi qaydalar istifadə olunur. Təbii dildən fərqli ola-


135 
raq, belə dillərdə ciddi təqdimat formaları istifadə oluna 
bilər. Məsələn, təbii dildə olan  
"axtarış sistemi sorğular dilinə malikdir", 
sintaksis: {subyekt, obyekt, hərəkət} 
cümləsi aşağıdakı şəkildə təsvir oluna bilər: 
"malik olmaq, axtarış sistemi, sorğular dili",  
sintaksis: {hərəkət, subyekt, obyekt}. 
Qrammatikasız  İAD-da dillərində isə heç bir məhdu-
diyyət və sintaktik qaydaları olmur. 
Faktoqrafik  İAD – faktoqrafik informasiya massivlə-
rində faktların və informasiya sorğularının indeksləşdi-
rilməsi üçün nəzərdə tutulmuş informasiya-axtarış dilidir. 
Obyekt-əlamətli  İAD – faktların təsvirinin obyektlərin 
onlara aid olan əlamətlər və bu əlamətlərin qiymətləri 
göstərilməklə  tərtib edilmiş siyahı  şəklində indeksləş-
dirilməsi üçün nəzərdə tutulmuş faktoqrafik informasiya-
axtarış dilidir. 
Verbal  İAD – təbii dilin leksik vahidlərinin təqdim 
edilməsi üçün söz və ifadələri onların orfoqrafik forma-
larında istifadə edən informasiya-axtarış dilidir. 
Təbii ki, istifadə zamanı  İAD həm informasiya-axtarış 
sistemləri, həm də istifadəçilər üçün aydın, rahat və əlve-
rişli olmalıdır. Bu, o deməkdir ki, informasiya-axtarış dili-
nin işlənib hazırlanması zamanı dilin forması, lüğət tərkibi 
və sintaksisi yaxşı və hərtərəfli düşünülməlidir. 
Dilin lüğət tərkibi – axtarış sisteminin dilində mümkün 
sənədlərin və sorğuların təsviri və  təqdim olunması üçün 
istifadə edilən deskriptorlardan, yəni terminlərdən və açar 
sözlərdən, eləcə də tezaurusdan, sinonimlər və assosiasiya 


136 
yaradan (assosiativ) sözlər çoxluqlarından ibarət kom-
pleksdir.  
İnformasiya-axtarış tezaurusu – təsviredici  İAD-ın 
leksik vahidlərinin paradiqmatik münasibətlərini (sözlərin 
hallanması  və formalarının dəyişməsi qaydalarını) təsbit 
edən lüğətdir. Tezaurus – dilin sözlərinin (onların mətn-
lərdə istifadəsi nümunələri ilə birlikdə) maksimal dərəcədə 
tam təqdim edildiyi lüğətdir.  Tezaurus – hər hansı bilik 
sahəsinə aid olan sözlərin mövzu prinsipinə uyğun düzül-
düyü və leksik vahidlər arasındakı semantik münasibətlə-
rin göstərildiyi lüğətdir. Tezaurus indeksləşdirmə üçün 
tövsiyə olunan sözlərin (deskriptorların) seçilməsi yolu ilə 
sənədlərin məzmununun təsvir edilməsi üçün istifadə olu-
nan açar sözlərin siyahısını özündə saxlayır. 
Dilin sintaksisi – sistemin dilinin lüğət tərkibinin ele-
mentlərindən mənaları (mahiyyəti) onun baza lüğətinin 
ayrı-ayrı sözləri vasitəsi ilə ifadə edilməsi mümkün 
olmayan leksik vahidlərin yaradılması qaydaları 
çoxluğudur. 
Leksik vahidlər dedikdə bir sənədi və ya sənədlər 
qrupunu, eləcə də sorğuları digərləri ilə müqayisə etməyə 
imkan verən açar sözlər, terminlər, söz birləşmələri və s. 
başa düşülür. 
İAD-ın qrammatikası – axtarış obrazlarının və axtarış 
göstərişlərinin informasiya-axtarış dilinin leksik vahidlə-
rindən tərtib edilməsi qaydalarıdır. 
İAD vasitəsilə  sənədlərin və sorğuların təsvir edilməsi 
prinsiplərinə və qaydalarına indeksləşdirmə qaydaları de-
yilir, axtarış sorğusuna uyğun sənədlərin tapılması mexa-
nizmlərinə  isə axtarış qaydaları deyilir. 


 
 
137 
 
Yuxarıda qeyd olunanlara analoji olaraq, internetin ax-
tarış sistemlərinin İAD ilə bağlı olan və onların qurulma-
sında nəzərə alınan əsas anlayışlar aşağıdakılardır. 
1.  İndeksləşdirmə terminləri lüğəti  – deskriptorlar 
(anlayışların adları), açar sözlər və s. şəklində axtarış 
terminləri çoxluğudur. Bu terminlər söz birləşmələri 
şəklində sorğulara və ya indekslərə daxil edilə bilər, 
məsələn, "informasiya axtarışı". 
2.  Məntiqi operatorlar. Sorğuların formalaşdırılması 
üçün informasiya-axtarış dillərində "AND" ("VƏ"), 
"OR" ("VƏ YA"), "NOT" ("YOX") və s. kimi mən-
tiqi operatorlar, yəni bul əməlləri istifadə olunur. Bu 
operatorların köməyi ilə qurulmuş məntiqi operator-
ların sintaksisi müxtəlif sistemlərdə fərqli ola bilər. 
3.  Sorğuların normallaşdırılması. Eyni terminlərin və 
açar sözlərin vahid formada istifadə olunması  məq-
sədilə informasiya-axtarış sistemlərində leksik va-
hidlərin normallaşdırılması (vahid formaya gətiril-
məsi) mexanizmləri reallaşdırılır. Sənədlərin və sor-
ğuların leksik vahidlərinin normallaşdırılması prinsi-
pi sorğu formalaşdırılan zaman axtarış dilinin imkan-
larının köməyi ilə istifadəçi tərəfindən müəyyənləş-
dirilə və ya bilavasitə sistemin axtarış alqoritmlərin-
də reallaşdırıla bilər. İstifadəçilər sistemin axtarış al-
qoritmlərində reallaşdırılan normallaşdırma mexa-
nizmlərinin olması barədə təsəvvürə malik olmur və 
axtarış prosesində bu mexanizmlərin mövcudluğunu 
hiss etmirlər. Qeyd olunmalıdır ki, sorğuların nor-
mallaşdırılması üçün başqa mexanizmlərdən də isti-
fadə oluna bilər. 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə