___________________________________________________
59
dentləri və ABŞ-ın Energetika naziri Bakı-Tbilisi-Ceyhan
marşrutunu müdafiə edən “Ankara bəyannaməsi”ni imzalamış-
lar. C.10- 60, 139; C11- 26, 44, 45, 197, 255, 320, 343; C.13-
193, 313; C.14- 24, 226, 250, 258, 271, 278, 282, 283, 379,
395, 396, 419, 420, 444, 454; C.15- 225, 233, 301, 307, 308,
427, 451; С.16- 14, 22, 23, 32, 138, 142, 286, 326, 343, 358,
364, 432, 433, 472, 490; C.17- 41, 86, 385, 386; C.18- 35, 36,
40, 107, 113, 114, 115, 116, 121, 123, 125, 126, 130, 131, 140,
144, 145, 146, 147, 151, 152, 153, 156, 157, 159, 160, 162,
163, 205, 206, 235, 239, 411, 412, 413, 414, 415, 435, 477;
C.19- 22, 37, 38, 70, 189, 190, 191, 201, 204, 350, 423, 424.
261.
Ceyms Vulfinson (d.1933) - Dünya Bankının prezi-
denti. Avstraliyada anadan olmuş, hazırda ABŞ vətəndaşıdır.
Dünya Bankına işə keçməzdən əvvəl “Ceyms Vulfinson” şir-
kətinin prezidenti olmuşdur. Ceyms Vulfinson 1995-ci il iyun-
un 1-də Dünya Bankının 5 il müddətinə prezidenti təyin edil-
mişdi. C.11- 207, 208; C.12- 379; C.20- 290-291.
262.
Cəbrayıl - Azərbaycan Respublikasında inzibati
rayon. 1930-cu ildə təşkil olunmuşdur. Sahəsi 1050 km
2
, əhali-
si 45,8 min nəfər idi. 1993-cü ildə erməni silahlı qüvvələri tərə-
findən işğal edilmişdir. C.21- 116, 122; C.23- 101; C.28- 269.
263.
Cəfər Cabbarlı, Cəfər Qafar oğlu
Cabbarlı (1899-
1934) - böyük Azərbaycan yazıçısı, dramaturq. Cabbarlı yara-
dıcılığı Azərbaycan ədəbiyyatının inkişafına böyük təsir göstər-
miş, istedadlı dramaturqlar nəslinin yetişməsində mühüm rol
oynamışdır. Cabbarlının zəngin irsi Azərbaycan ədəbiyyatı
tarixində layiqli yer tutur. C.13- 83, 125, 174; C.17- 146, 163,
189, 191; C.18- 221; C.21- 102; C.22- 262, 264; C.27- 91-97;
C.28- 311.
264.
Cəfər Vəliyev, Cəfər Cəbrayıl oğlu Vəliyev (d.
1930) - hüquqşünas. 1953-1978-ci illərdə müxtəlif məsul vəzi-
fələrdə çalışmışdır. 1979-1987-ci illərdə Azərbaycan Respubli-
kasının Daxili İşlər naziri olmuşdur. 1992-1999-cu illərdə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri
___________________________________________________
60
vəzifəsində çalışmışdır.
С.16- 261;
C.25- 35, 438, 439, 441,
443, 444, 446, 449.
265.
Cəfərqulu xan (?-?) - Naxçıvan xanı. 1783-cü ildə
xoylu Əhməd xanın dəstəyi sayəsində Naxçıvan xanlığının
hakimi olmuşdur. Cəfərqulu xan ilk gündən xalqı incitmiş, hət-
ta iş о уегə çatmışdı ki, naxçıvanlıların bir çoxu doğma ocaq-
larını tərk etmiş, başqa yerlərə köçməyə məcbur olmuşdular.
C.22- 204.
266.
Cəfərquliyev Mirağa Əşrəf oğlu (d.1940) - III
dərəcəli Dövlət müşaviri. 1985-1992-ci illərdə Azərbaycan
Respublikası Baş prokurorunun müavini olmuşdur. C.10- 365.
267.
Cəlal Əliyev, Cəlal Əlırza oğlu Əliyev (d.1928) -
bitki fizioloqu, elm təşkilatçısı, ictimai xadim. Azərbaycan
Milli EA-nın akademiki, Əməkdar elm xadimi, Rusiya Kənd
Təsərrüfatı EA-nın həqiqi üzvü, Ukrayna və Belarus Aqrar EA-
larının əcnəbi üzvü, Beynəlxalq Elmi İnkişaf Şurasının-Beynəl-
xalq EA Azərbaycan Bölməsinin fəxri prezidentidir. Azərbay-
can MEA-nın Botanika İnstitutunda məhsuldarlıq proseslərinin
molekulyar-genetik əsasları şöbəsinin müdiri vəzifəsində
çalışır. Azərbaycan MEA Rəyasət Heyətinin üzvüdür.
Cəlal Əliyevin başçılığı ilə respublikada genetik ehtiyatların
öyrənilməsi üzrə və “Biomüxtəliflik” milli proqramları həyata
keçirilir. C.Əliyev həm də vətənimizin ərazi bütövlüyü, ölkə-
mizdə müstəqil, demokratik, hüquqi dövlət quruculuğu uğrun-
da mübarizə aparan görkəmli ictimai xadimdir. Azərbaycan
Respublikası Milli Məclisinin (1995-ci ildən) deputatıdır.
Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif olun-
muşdur. C.15- 320; C.18- 382; C.19- 58.
268.
Cəlil Məmmədquluzadə, Mirzə Cəlil Hüseynqulu
oğ1u Məmmədquluzadə (ədəbi təxəllüsü Molla Nəsrəddin;
1866-1932) - böyük Azərbaycan yazıçısı, jurnalist, ictimai
xadim. Mirzə Cəlilin ictimai-ədəbi fəaliyyəti XIX əsrin 80-ci
illərinin axırından XX əsrin 30-cu illərinə qədərki böyük tarixi
dövrü əhatə edir. 40 illik yaradıcılığı boyu müxtəlif janrlarda
yazdığı əsərləri ilə Mirzə Cəlil Azərbaycan realist ədəbiy-
___________________________________________________
61
yatının yüksək pilləyə qalxmasında müstəsna rol oynamışdır.
1906-cı il aprelin 7-də çıxan “Molla Nəsrəddin” jurnalının
nəşrinə başlamaqla Mirzə Cəlil Azərbaycanda, eləcə də Yaxın
Şərqdə satirik jurnalistikanın əsasını qoymuşdur. Bu zamandan
Mirzə Cəlil Molla Nəsrəddin adı ilə məşhur oldu. C.15- 53,
152, 282, 391; C.17- 146, 163, 189; C.22- 197, 259-266; C.26-
55, 89, 305, 314; C.27- 214, 369; C.28- 314, 315.
269.
Cəmil Əliyev, Cəmil Əziz oğlu Əliyev (d.1946) -
həkim, tibb elmləri doktoru, professor, Azərbaycan MEA-nın
akademiki. Rusiya Təbiyyat EA və Tibb EA-nın həqiqi üzvü,
Azərbaycan Respublikasının Əməkdar elm xadimi. 1990-cı il-
dən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onko-
logiya Mərkəzinin (MOM) direktoru, 1994-cü ildən eyni
zamanda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnsti-
tutu Onkologiya kafedrasının müdiri, Respublika Səhiyyə
Nazirliyinin baş onkoloqudur. Onkologiyanın aktual və praktik
problemlərinə - bəd xassəli şiş törəmələrinin epidimiologiyası,
müalicəsi və reabilitasiyasına dair tədqiqatların müəllifidir. C.
Əliyev tədqiqatları nəticəsində dünyada ilk dəfə olaraq süd vəzi
xərçəngi olan xəstələrdə gizli keçən B viruslu hepatit olmasının
belə xəstələrdə müalicə proqnozuna xeyli dərəcədə mənfi təsir
göstərdiyini sübut etmişdir. C.19- 53, 58.
270.
Cəmil Quliyev, Cəmil Bahadur oğlu Quliyev (d.
1927) - tarixçi. Tarix elmləri doktoru, professor, Azərbaycan
MEA-nın akademiki, Azərbaycan Respublikası Dövdət müka-
fatı laureatı. Müxtəlif illərdə Azərbaycan Respublikası Tarix
İnstitutunun direktoru, Azərbaycan Sovet Ensiklopediyasının
baş redaktoru, Azərbaycan Respublikası MEA-nın prezident
müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının
“Şöhrət” ordeni ilə təltif olunmuşdur. C.17- 156.
271.
Cəmşid xan Səfərqulu oğlu Naxçıvanski (1895-
1935) - hərbi xadim, briqada komandiri. Birinci Dünya mühari-
bəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun
komandiri olmuş, sücaətlə vuruşmuş, dördüncü dərəcəli “Mü-
qəddəs Georgi” ordeni ilə təltif olunmuşdur. Azərbaycanın