Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə28/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   24   25   26   27   28   29   30   31   ...   157

___________________________________________________ 

 

83



müharibəsində ön və arxa cəbhələrdə  fədakarlığı  və  vətənpər-

vərliyi təsvir olunur. C.13- 70, 125. 



381.

 

Əbülqazi Bahadır xan (1603–1663) - Xivə xanı, 

tarixçi,  şair. Urgənc hökmdarı  Ərəb Məhəmməd xanın oğlu, 

1643-cü ildə Aral özbəklərinin, 1644-cü ildən isə Xivənin xanı 

olmuşdur.  Əbülqazinin “Şəcərəyi tərakimə” (1659) və  “Şəcə-

rəyi türk” (1663) əsərlərində bir sıra türk xalqlarının tarixi haq-

qında qiymətli məlumat, həmçinin xalq əfsanələri, rəvayətlər, 

atalar sözü və s. verilmişdir. C.26- 318. 

382.

 

Əcəmi  Əbubəkr oğlu  Naxçıvani (XII əsrin 20-ci 

illəri-XII əsrin sonu) - orta əsr Azərbaycan memarlığının gör-

kəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi. O, 

Naxçıvanda Yusif ibn Küseyir türbəsini, Mömünə xatun türbə-

sini, böyük Cümə  məscidini və  mənbələrdə “Darülmülk” ad-

landırılan Eldəgəzlər sarayını yaratmışdır. C.14- 5; C.18- 153; 



C.22- 262, 267-271; C.25-311; C.26- 350. 

383.

 

“Ədəbiyyat qəzeti” - həftəlik qəzet. 1934-cü ildən 

çıxır. Azərbaycan Yazıçılar Birliyinin orqanı. 1953-cü ildən 

“Ədəbiyyat və incəsənət” adı ilə  çıxmışdır. Qəzetdə Azərbay-

can və xarici ölkə yazıçılarının əsərləri, ədəbiyyat və incəsənət 

problemlərinə dair məqalələr, publisistik yazılar dərc olunur. 

C.13- 8, 24, 50, 52, 68, 73, 75, 90, 226. 

384.

 

Əfrasiyab Bədəlbəyli, Əfrasiyab Bədəl oğlu Bədəl-

bəyli (1907-1976) - Azərbaycan bəstəkarı, dirijor, musiqişünas. 

Azərbaycan Respublikasının Xalq artisti. Ə.Bədəlbəyli milli 

Azərbaycan baleti - “Qız qalası”nın müəllifidir.  C.17- 192; 



C.26- 437-440. 

385.

 

Əhliman  Əmiraslanov,  Əhliman Tapdıq oğlu 

Əmiraslanov (d.l947) - cərrah-onkoloq, tibb elmləri doktoru, 

professor. AMEA-nın akademik-katibi. Əməkdar elm xadimi. 

SSRİ Dövlət mükafatı laureatı, RF Təbiət Elmləri Akademiya-

sının üzvü seçilmişdir. 1992-ci ilə kimi SSRİ TEA-nun ÜOE 

MD-də  işləyib. 1992-ci ildən N.Nərimanov adına ATU-nun 

rektorudur. Klinik onkologiya sahəsində  tədqiqatlar aparır. 

“Onkologiya”, “Sümük şişləri”, “Bədxassəli sümük şişlərinin 




___________________________________________________ 

 

84



xüsusi müalicəsinin proqnozları” kitablarının müəllifıdir. C.28

204. 


386.

 

Əhməd bəy Ağayev (Ağa oğlu), Əhməd bəy Mirzə 

Həsən oğlu Ağayev (1869-1939) - Azərbaycanda türkçülük 

hərəkatı ideoloqlarından biri. Görkəmli ictimai-siyasi xadim, 

publisist, hüquqşünas,  şərqşünas-islamşünas alim. O, “Nicat”, 

“Nəşri-maarif”, “Səfa” xeyriyyə  cəmiyyətlərinin təşkilində  və 

fəaliyyətində yaxından iştirak etmişdir. XX əsrin 20-ci illərində 

Türkiyənin dövlət mətbuat bürosunun müdiri təyin edilən 

Əhməd bəy 2 dəfə Türkiyə Böyük Millət Məclisinə deputat 

seçilmiş, Ankara Universitetinin professoru olmuşdur. Sovet 

dönəmində ona qatı “panislamist”, “pantürkist” damğası vuru-

laraq adı  və  əsərləri qadağan edilmişdi. Həyatının və  əsərləri-

nin geniş surətdə öyrənilməsinə son illərdə başlanılmışdır. 

İstanbul şəhərində vəfat etmişdir. C.15- 391; C.27- 369. 

387.

 

Əhməd Cavad, Axundzadə Cavad Məmmədəli oğlu 

(1892-1937) - şair. Yaradıcılığında mücərrəd romantizm əsas yer 

tutur. Azərbaycanın  ən dəyərli milli ziyalı nümayəndələrini məhv 

edən sovet totalitar rejiminin repressiya qurbanlarındandır.  C.10

360; C.12- 140; C.13- 125; C.26- 18. 

388.

 

Əhməd  Əhmədzadə,  Əhməd Cuma oğlu  Əhməd-

zada (d.1945) - mühəndis hidrotexnik. 1993-cü ildən Azarbay-

can Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su 

Təsərrüfatı Komitəsinin sədridir. C.27- 278-292. 



389.

 

Əhməd Necdət Sezər (d.1941) - 2000-2007-ci illər-

də Türkiyə Prezidenti. 1962-1983-cü illərdə bir sıra məsul 

vəzifələrdə çalışmışdır.1993-cü ildə Türkiyə Kassasiya Məhkə-

məsinin, 1988-ci ildə isə Türkiyə Konstitusiya Məhkəməsinin 

üzvü seçilib. 1998-2000-ci illərdə Türkiyə Konstitusiya Məh-

kəməsinın sədri olmuşdur. C.27- 68, 207, 402; C.28- 44. 



390.

 

Əjdər Xanbabayev, Əjdər Rza oğlu Xanbabayev 

(1931-1990) - naşir, ictimai xadim. Azərbaycan Dövlət Nəşriyyatı 

“Azərnəşr”in direktoru olmuşdur. 1990-cı ildə Azərbaycanın müstə-

qilliyinin və suverenliyinin düşmənləri tərəfindən xaincəsinə  qətlə 

yetirilmişdir. C.10- 353, 354; C.22- 67. 



___________________________________________________ 

 

85



391.

 

Əjdər İbrahimov, Əjdər Mütəllim оğ1u İbrahimov 

(1919-1992) - kinorejissor və ssenarist. SSRİ  və Azərbaycan 

Respublikasının Xalq artisti, Azərbaycan və Türkmənistan 

Respublikalarının  Əməkdar incəsənət xadimi. Kino yaradıcılı-

ğına 1952-ci ildən Aşqabad kinostudiyasında başlamışdır. 

1952-1959-cu illərdə Bakı kinostudiyasında fəaliyyət göstər-

miş, “Bir məhəlləli iki oğlan” (1957, İ.Qurinlə birgə) “Onun 

böyük ürəyi” bədii filmlərini çəkmişdir. 1962-ci ildən isə 

“Mosfilm” kinostudiyasının rejissoru olmuşdur. C.22- 144. 

392.

 

Əkinçi  - Azərbaycanda ilk milli qəzet. 1875-1877-

ci illər Bakıda (iki həftədən bir) nəşr edilmişdir.  İlk nömrəsi 

1875-ci il iyulun 22-də çıxmışdır. Cəmi 56 nömrə (1875-ci ildə 

12, 1876-cı ildə 24, 1877-ci ildə 20) buraxılmışdır. Azərbay-

canda dövri mətbuatın başlanğıcı sayılan “Əkinçi”nin banisi, 

redaktoru, naşiri, korrektoru, bəzən də mürəttibi H.Zərdabi 

olmuşdur. “Əkinçi” elm, maarif və mədəniyyətin, ədəbiyyat və 

incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının 

zəruriyyətinə aid materiallar dərc edirdi. “Əkinçi”nin  ətrafına 

toplaşmış mütərəqqi ziyalılardan M.F.Axundov, S.Ə.Şirvani, 

Nəcəf bəy Vəzirov,  Ə.Gorani və başqaları  qəzetdə fəal iştirak 

etmiş, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir gös-

tərmişlər. Çar senzurası  tərəfindən təqib olunan “Əkinçi”nin 

nəşri 1877-ci ilin sentyabrında dayandırılmışdır. C.26- 87, 88, 

91. 

393.

 

Əkrəm  Əylisli, Əkrəm Nəcəf oğlu Naibov (d.1937) - 

Azərbaycanın Xalq yazıçısı. Azərbaycan komsomolu mükafatı 

laureatı, M.F.Axundov mükafatı laureatı. C.10- 342; C.13- 14-17, 

18, 23, 48, 50, 70, 73, 78, 306; C.17- 154; C.22- 261, 263; 



C.22- 261, 263; 

394.

 

Əl-Fərabi, Fərabi Əbu Nəsr Məhəmməd ibn Məhəm-

məd (870-950) - Şərq filosofu, ensiklopediyaçı alim. Fərabi Aristo-

telin, Ptolemeyin əsərlərini şərh etmiş, orta əsr müsəlman Şərqində 

Aristoteldən sonra “ikinci müəllim” fəxri adını almışdır. C.10- 69, 

107, 108, 123, 131, 203. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə