___________________________________________________
74
nin milli, elm, incəsənət akademiyalarının fəxri üzvü olmuşdur.
C.18- 278; C.28- 344.
333.
416-cı Taqanroq diviziyası, 416-cı Azərbaycan
diviziyası - 1942-ci ilin mart-sentyabr aylarında Azərbaycanda
yaradılmış milli diviziya. Taqanroq şəhərinin azad edilməsi
uğrundakı döyüşlərdə göstərdiyi yüksək əsgəri xidmətə görə
diviziyaya “Taqanroq” diviziyası fəxri adı verildi. Sovet İttifaqı
marşalı D.K.Jukov diviziyanı Berlinə ilk yol açan hissələrdən
biri adlandırmışdır. Diviziya Berlinin qapısı sayılan Küstrin
şəhərinin alınmasında, Berlin əməliyyatında, Kayzer sarayının
təmizlənməsində fəal iştirak etmişdir. С.16- 86.
334.
“907-ci maddə” - ABŞ Konqresinin 1992-ci il
oktyabrın 24-də erməni lobbisinin təzyiqi ilə qəbul etdiyi,
“Rusiyanın və yeni müstəqillik qazanmış dövlətlərin azadlığını
müdafiə aktı”na 907-ci düzəliş nəzərdə tutulur. Düzəliş ABŞ
hökumətinin Azərbaycan hökumətinə yardımını qadağan edir.
Buna baxmayaraq istər Bill Klinton, istərsə də ondan sonra
ABŞ Prezidenti seçilən Corc Buş hökumətləri bu düzəlişin
reallığı nəzərə almadığını təsdiq edərək onun ləğv edilməsi
təklifini müdafiə etmişlər. C.Buş hökuməti 2002 və 2003-cü
illər üçün bu düzəlişin fəaliyyətdən düşdüyünü qərara almışdır.
C.11- 6, 23, 118, 158, 236, 237, 240; C.12- 122-123; C.15- 10,
35; С.16- 118, 119, 186; C.17- 125, 126, 127; C.19- 17, 18, 20,
37, 352, 448, 449, 451, 452, 457; C.20- 57, 58, 78, 88, 123,
138, 139, 157, 158, 159, 160, 162, 165, 213, 243, 246, 253,
286, 383, 400; C.21- 26; C.23- 153, 163, 235, 332, 334, 335,
336; C.24- 352, 446; C.25- 3, 67, 70, 71, 82, 99, 110, 111, 121,
123, 130, 134, 135, 141, 166, 167, 192, 308, 309; C.27- 143,
384, 385; C.28- 261, 262.
335.
“911” təcili yardım mərkəzi - Çikaqo şəhərindəki
təcili yardım, yanğın, polis və digər xidmətlər üzrə fəaliyyət
göstərən mərkəz. Bütün operativ məlumatlar 3 min kompyuter-
in köməyi ilə lazımi ünvanlara çatdırılır. 140 dildə məlumat
qəbul edə bilir. C.11- 368.
___________________________________________________
75
336.
Dövlət dillər, yaxud Rus dili və Ədəbiyyatı İnstitutu.
burada Bakı Dövlət Slavyan Universiteti nəzərdə tutulur. C.15-
39.
337.
Duxovnaya Lyudmila Semyonovna (d.1944) -
Azərbaycan Respublikasının Xalq artisti. Azərbaycan Dövlət
Rus Dram Teatrının aparıcı aktrisalarından biridir. “Qızıl dər-
viş” mükafatına layiq görülmüşdür. C.12- 360; C.28- 317, 320.
338.
Duma, Dövlət Duması - 1906-ci ildə Rusiyada nü-
mayəndəli qanunvericilik müəssisəsi. 17 oktyabr Manifesti əsa-
sında yaradılmışdı. Burada qanunlar müzakirə edilərək Dövlət
Şurasına təqdim edilir və çar tərəfindən təsdiq edilirdi. Duma
1917-ci il 6 oktyabra qədər fasilələrlə fəaliyyət göstərdi. 1993-
cü il Rusiya Federasiyasının Konstitusiyasına əsasən Duma
təzədən bərpa olundu. C.20- 217, 230; C.21- 152, 295; C.22-
383; C.24- 76, 270.
339.
Duş Santuş, Joze Eduardu (d.1942) - Anqolanın
Prezidenti və MPLA-nın sədri- 1975-ci ildən nazir vəzifələrin-
də olmuşdur. Ordu generalıdır. Azərbaycan Neft və Kimya
İnstitutunda (indiki Azərbaycan Neft Akademiyası) təhsil al-
mışdır. C.20- 298, 299.
340.
Dünya Bankı - BMT-nin hökumətlərarası ixtisaslaş-
dırılmış idarəsi. 1945-ci ildə ABŞ-da Bretton-Vuds çərçivəsi
sistemində yaradılmışdır. İdarə heyəti Vaşinqtondadır. Məqsədi
inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial inkişafına kömək
etməkdir. Səhmdar cəmiyyəti formasındadır və iştirakçıları yalnız
Beynəlxalq Valyuta Fondunun üzvləridir. Banka 130-dan artıq
dövlət daxildir. 1992-ci ildən Azərbaycan Respublikası Dünya
Bankının üzvüdür. C.10- 25 159, 386; C.11- 8, 34, 81, 405; C.
12- 53, 66, 94, 378-380; C.13- 321, 464; C.14- 96, 271, 282,
302, 360; С.16- 126, 203, 204, 393, 394, 443; C.17- 275; C.18-
65, 322, 421, 481; C.19- 114, 287, 288, 289, 290, 292, 297,
299, 300; C.20- 133, 134, 183, 290-291; C.21- 57, 250, 345;
C.22- 101, 130, 303; C.23- 327; C.24- 6, 9, 10, 15, 20, 57, 152,
231, 239, 256, 257, 258; C.25- 77, 96, 120, 144, 148, 280-283;
C.26- 402; C.27- 267, 271, 351, 361, 395, 398.
___________________________________________________
76
341.
Dünya Səhiyyə Təşkilatı, Ümumdünya Səhiyyə
Təşkilatı (ÜST) - BMT-yə məxsus beynəlxalq dövlətlərarası
təşkilat. 1946-cı ildə yaradılmışdır. Cenevrədə fəaliyyət gös-
tərir. Nizamnaməsinə görə vəzifəsi ən təhlükəli xəstəliklərlə
mübarizə, beynəlxalq sanitariya qaydalarının hazırlanması və
s.-dir. C.26- 103-106.
342.
Ecvet Tezcan Qədri (d.l949) - Türkiyə diplomatı.
1998-2001-ci illərdə Türkiyə Cümhuriyyətinin Azərbaycanda
Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur. C.14- 213-215;
C.20- 356-364; C.21- 213-220.
343.
Edinburq - Böyük Britaniyada, Şotlandiyanın əsas
şəhəri. Mühüm nəqliyyat qovşağı. Edinburq haqqında ilk məlu-
mat VI əsrə aiddir. II Yakovun vaxtında (1437-1460) Şotlan-
diyanın paytaxtına çevrildi. С.16- 446.
344.
Ehsan xan Kəngərli (?-?) - Naxçıvanın sonuncu
xanı. 1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı Abbas-
abad qalası qarnizonunun hərbi rəislərindən biri olan Ehsan xan
rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək
göstərmişdir. Azərbaycan şimali Rusiyaya birləşdirildikdən
sonra general-mayor rütbəsi alan Ehsan xan İrəvan və Naxçı-
van xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi
kimi Türkmənçay müqaviləsini (1828) imzalamışdır. Sonralar
Krım müharibəsində (1853-1856) də vuruşmuş, “Müqəddəs
Georgi” ordeni ilə təltif edilmişdir. Ehsan xan Kəngərlinin adı
Kremlin “Georgi” salonunda qızılı hərflərlə yazılmışdır. С.16-
83.
345.
Ehud Barak (d.1942) - İsrail hərbi və dövlət xadi-
mi. 1991-1995-ci illərdə İsrail Baş ştabında rəis, 1999-2001-ci
illərdə İsrailin Baş naziri olmuşdur. Azod partiyasının lideridir.
C.23- 152-153, 330; C.27- 148.
346.
“Exo Moskvı” - radiostansiya. 1990-cı ildə təşkil
olunmuş və yarandığı vaxtdan müstəqil radio stansiyası kimi
fəaliyyət göstərir. C.10- 284, 299.
347.
EKO - İqtisadi Əməkdaşlıq Təşkilatı. Qərargahı Teh-
randadır. 1992-ci ildən Azərbaycan Respublikası bu beynəlxalq
Dostları ilə paylaş: |