Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə29/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   25   26   27   28   29   30   31   32   ...   157

___________________________________________________ 

 

86



395.

 

Ələkbər Məmmədov,  Ələkbər  Əmir oğlu Məm-

mədov (1930) - Azərbaycan futbolçusu, Əməkdar idman ustası, 

dörd dəfə SSRİ çempionu olmuşdur. Futbol üzrə Avropanın ilk 

kubokunu alan SSRİ  yığma komandasının (1958) heyətində 

çıxış etmişdir. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə 

təltif olunmuşdur. C.17- 137; C.24- 324. 



396.

 

Ələkbər Rzaquliyev,  Ələkbər  Ələsgər oğlu  Rza-

quliyev (1903-1974) - Azərbaycan boyakarı və qrafiki. Yaradı-

cılığının erkən dövründə inqilabdan əvvəlki Azərbaycan məi-

şətinin xarakterik səhnələri təsvir olunan boyakarlıq  əsərləri 

çəkmişdir. Ə.Rzaquliyev qrafika sahəsində daha geniş fəaliyyət 

göstərmiş  və misli-bərabəri olmayan linoqravüralar yaratmış-

dır. С.16- 474. 

397.

 

Ələsgər  Ələkbərov, Ələsgər Hacağa oğlu Ələkbərov 

(1910-1963) - aktyor. SSRİ Xalq artisti. Yaradıcılığı Azərbaycan 

teatrının və kinosunun inkişafında mühüm rol oynamışdır. C.10- 

55; C.13- 303; C.17- 190; C.18- 18; C.19- 173; C.26- 85; 



C.27- 94, 96, 124. 

398.

 

Əli Əhmədov, Əli Cavad oğlu Əhmədov (d.1953) - 

fəlsəfə elmləri namizədi. 1999-cu ildən YAP-ın icraçı katibi. 

2005-ci ildən isə YAP-ın sədr müavini və icraçı katibidir. 

2000-ci ildən Milli Məclisin üzvüdür. C.24- 75; C.27- 90. 



399.

 

Əli Həsənov,  Əli  Şamil oğlu  Həsənov (d.1948) - 

mühəndis-mexanik, politoloq. 1998-ci ildən Azərbaycan Res-

publikası Baş Nazirinin müavini, Qaçqınların və Məcburi Köç-

künlərin İşləri Üzrə Dövlət Komitəsinin sədridir. 1996-2000-ci 

illərdə Milli Məclisin üzvü olmuşdur.  C.18- 339; C.19- 28; 

C.24- 102; C.25- 257; C.26- 232, 235; C.27- 220, 225, 230, 

232, 387; C.28- 48. 



400.

 

Əli Kərim,  Əli Paşa oğlu Kərimov (1931-1969) - 

istedadlı Azərbaycan şairi. Ə.Kərim əsasən, gənc nəslin mənəvi 

əxlaqi zənginliyini, vətənpərvərliyi tərənnüm etmişdir.  C.13

70. 


401.

 

Əli Nağıyev (d.1954) - Azərbaycan Respublikasının  

Əmək və  Əhalinin Sosial Müdafiəsi naziri (1996), I çağırış 




___________________________________________________ 

 

87



Milli Məclisinin deputatı olmuşdur.Azərbaycan Respublikası-

nın Belorus Respublukasında səfiridir. C.13- 204;  С.16- 121; 



C.18- 189, 198; C.19- 83; C.21- 310, 317, 318, 337; C.22

175; C.24- 71, 74. 



402.

 

Əli Nəzmi  (Əli Məmmədzadənin təxəllüsü) (1878-

1946) - Azərbaycan  şairi, XX əsr realist Azərbaycan  ədəbiy-

yatının, “Molla Nəsrəddin”  ədəbi məktəbinin görkəmli nüma-

yəndələrindən biri. Satirik əsərlərini “Məşədi Sijimqulu”, “Kef-

siz” və s. gizli imzalarla yazmışdır. Şeirlərində çarizmin müs-

təmləkəçilik siyasətini, polis idarələrində süründürməçiliyi

gerilik və ətaləti kəskin satira atəşinə tutmuşdur. C.26- 89. 

403.

 

Əli Səlimi (1923-1992) - görkəmli Azərbaycan bəs-

təkarı, sənətşünaslıq elmləri doktoru. 1930-cu illərdə ailəsi ilə 

birlikdə Bakıdan İrana getmişdir. 1952-ci ildə Tehranda, 1978-

ci ildə isə Təbrizdə ilk Azərbaycan xalq çalğı alətləri orkestrini 

yaratmışdır. 1972-ci ildə YUNESKO-da görkəmli Azərbaycan 

bəstəkarı adına xüsusi stend açılmışdır. Bəstəkarın 100-ə qədər 

mahnısı var. Onların içərisində“ Ayrılıq” mahnısı xüsusi yer 

tutur. C.21- 173. 



404.

 

Əli Sultanlı, Əli Abdulla oğlu Sultanlı (1906-1960) 

- ədəbiyyatşünas, pedaqoq. Filologiya elmləri doktoru, profes-

sor. Azərbaycanda xarici ədəbiyyat üzrə ali məktəb kursunun 

yaradılmasında Ə.Sultanlının mühüm xidməti var. Azərbaycan 

dilində antik, Orta əsrlər və Penessans dövrü ədəbiyyatına dair 

ilk müntəxabatların və dərsliklərin müəllifidir. C.26- 362. 



405.

 

Əli Vəliyev,  Əli Qara oğlu Vəliyev (1901-1983) - 

Azərbaycanın Xalq yazıçısı. M.F.Axundov adına Respublika 

mükafatı laureatı.  Əli Vəliyev, həm də görkəmli jurnalist və 

publisist olmuşdur. C.13- 125. 



406.

 

Əli Zeynalov, Əli Yusif oğlu  Zeynalov (1913-

1988) - aktyor, Azərbaycan Respublikasının Xalq artisti. M.F. 

Axundov adına Respublika mükafatı laureatıdır. Ə.Zeynalovun 

yaradıcılığı üçün psixoloji dolğunluq, emosionallıq səciyyəvi-

dir. C.17- 190. 



___________________________________________________ 

 

88



407.

 

Əliağa Ağayev, Əliağa İsmayıl oğlu Ağayev (1913-

1983) - aktyor, Azərbaycan Respublikasının Xalq artisti. 1962-

ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Milli Dram 

Teatrının aktyoru olmuşdur. İncə yumor və şirin danışıq, məna-

lı gülüş  Ə.Ağayev yaradıcılığı üçün səciyyəvi olmuşdur. Bir 

sıra kinofılmlərdə də çəkilmişdir. C.17- 190. 



408.

 

Əliağa Kürçaylı,  Əliağa Həsənağa oğlu Kürçaylı 

(1928-1980) - şair. Azərbaycan Dövlət mükafatı laureatı. “Dur-

nalar cənuba uçur”, “Həyatın dolayları”, “Dünya ovcumdadır”, 

“Bütövlük” şeir və poema kitablarının, “Nənəmin şahlıq quşu”, 

“Boşanaq evlənək” müsiqili komediya tamaşalarının libretto-

larının müəllifidir. C.23- 321. 



409.

 

Əliağa  Şıxlinski,  Əliağa  İsmayılağa oğlu  Şıxlinski 

(1865-1943) - hərbi xadim, artilleriya general-leytenantı. Peter-

burqda artilleriya məktəbini bitirmişdir. Rusiya-Yaponiya mü-

haribəsində (1904-1905) Port-Arturun müdafiəsində göstərdiyi 

igidliyə görə  qızıl qılıncla mükafatlandırılmışdır. 1908-ci ildə 

polkovnik, 1912-ci ildə isə general-mayor rütbəsi almışdır. 

Birinci Dünya müharibəsində (1914-1918) Petroqradın artil-

leriya müdafiəsi  Şıxlinskiyə tapşırılmışdı.  Şıxlinski Nikolay 

ordusunda “artilleriyanm allahı” hesab olunurdu. 1920-ci ildə 

Azərbaycan SSR Xalq Hərbi və  Dəniz  İşləri komissarının 

müavini işləmişdir. 1929-cu ildə istefaya çıxmışdı.  С.16- 83, 

84, 85. 


410.

 

Əlibəy Hüseynzadə, Əlibəy Hüseyn oğlu Hüseynzadə 

(1864-1940) - Azərbaycan yazıçısı, jurnalist, filosof, tərcüməçi, 

ictimai xadim. Rusiyada 1905-1907-ci illər inqilabının təsiri ilə 

çarizmi, feodal-patriarxal geriliyi, Şərq istibdadını,  ətaləti və 

dini mövhumatı tənqid edən Ə.Hüseynzadə Azərbaycanda bur-

jua ideologiyasının başçılarından biri, “Füyuzatçılar” ədəbi-fəlsə-

fi cərəyanının  əsas nəzəriyyəçisi olmuşdur. Fəaliyyətində “türk-

ləşmək, islamlaşmaq, müasirləşmək”  şüarına  əsaslanırdı. C.15

391; C.26- 88; C.27- 369. 

411.

 

Əlikram Hümbətov,  Əlikram  Ələkbər oğlu  Hüm-

bətov - 1993-cü ildə Azərbaycan Respublikasını parçalamaq 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə