Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə32/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   28   29   30   31   32   33   34   35   ...   157

___________________________________________________ 

 

95



tanınmışdır. “Məclisi fəramuşam” və “Məclisi üns” ədəbi məc-

lislərində fəal iştirak etmişdir. Şeirlərinin çoxu məhəbbət möv-

zusundadır. C.25- 312. 

437.

 

Fatma Qədri, Fatma Qədir qızı Qədri (1907-1968) - 

aktrisa. Azərbaycan Respublikasının Xalq artisti. C.10- 55; C.17

190; C.18- 18; C.27- 94, 96. 

438.

 

“Faynenşl tayms” qəzeti - Böyük Britaniya işgüzar 

dairələrinin gündəlik maliyyə-iqtisadi qəzeti. 1888-ci ildən 

Londonda təsis edilmişdir. С.16- 490. 

439.

 

Fazu Əliyeva, Fazu Həmzət qızı Əliyeva (d.1932) - 

avar yazıçısı. Dağıstanın Xalq şairi. C.15- 335. 



440.

 

Federiko Mayor (d.1934) - biokimyaçı. 1968-

1972-ci ilə qədər Qranada universitetinin rektoru. 1972-1976-cı 

illərdə  İspaniyanın Dövlət katibi, Təhsil və Elm naziri ol-

muşdur. 1981-ci ildən Avropa parlamentinin üzvü, 1987-1999-

cu illərdə YUNESKO-nun Baş katibi olmuşdur. C.18- 405. 

441.

 

Federiko Penya (d.15.03.1947, Texas ştatının 

Laredo ş.) - 1969-cu ildə Texas universitetini (incəsənət baka-

lavrı) bitirmişdir. 1972-ci ildə hüquq doktoru dərəcəsi almışdır. 

1973-1983-cü illərdə “Penya və Penya” hüquq firmasının part-

nyoru olmuşdur. 1991-1993-cü illərdə  bələdiyyə  rəisi işləmiş-

dir. 1993-1997-ci illərdə ABŞ-ın Nəqliyyat naziri,1997-2000-ci 

illərdə isə Energetika naziri olmuşdur.  C.11-  192, 194, 209, 

267, 276, 283, 338, 394, 401; C.13- 200. 



442.

 

Fevral burjua-demokratik inqilabı (1917) - Rusiyada 

çar mütləqiyyətini devirmiş ikinci inqilab. Fevralın 25-də 300 min 

adamın iştirak etdiyi tətil başlandı. Fevralın 27-də Petroqradda 

ümumi siyasi tətil silahlı üsyana çevrildi və fevralın 28-də inqilabın 

qələbəsi ilə  nəticələndi. Bunun nəticəsində Rusiyada ikihakimiy-

yətlilik - bir tərəfdə Müvəqqəti hökumətin hakimiyyəti, digər tərəf-

də  Fəhlə Deputatları Sovetinin hakimiyyəti yarandı. C.10- 5; 

C.15- 174. 

443.

 

Fəhd ibn Əbdül Əziz Al Səid (d.1922) - 1982-cı il-

dən Səudiyyə  Ərəbistaınının Kralıdır.  C.13- 378; C.19- 321-

322; C.22- 118. 



___________________________________________________ 

 

96



444.

 

Fələstin dövləti  - BMT Baş  Məclisinin 1947-ci il 

29 noyabr tarixli qərarına  əsasən B.Britaniya mandatlığı  ləğv 

edilərək Fələstin ərazisində müstəqil ərəb və yəhudi dövlətləri 

yaradılmalı idi. Fələstin  ərəb dövləti üçün ayrılmış  ərazinin 

böyük hissəsini 1948-1949-ci illərdə, 1967-ci ildə İsrail tərəfin-

dən zəbt edilmişdir. 1988-ci ildə  Fələstin Azadlıq Təşkilatı 

müstəqil Fələstin dövlətinin yaranmasını elan etdi. 1994-cü ildə 

isə Müvəqqəti Fələstin muxtariyyəti yaradıldı.  C.21- 144; 



C.23- 46. 

445.

 

Fəraməz Maqsudov, Fəraməz Qəzənfər oğlu Maq-

sudov (1930-2000) - görkəmli Azərbaycan riyaziyyatçısı, elm 

təşkilatçısı, siyasi xadim. 1997-2000-ci illərdə Azərbaycan 

Respublikası Milli Elmlər Akademiyasının prezidenti olmuş-

dur. Birinci cağırış Milli Məclisin deputatı seçilmişdir. Azər-

baycan Respublikasının “İstiqlal” ordeni ilə təltif olunmuşdur. 



C.15- 366; C.19- 177, 435, 436; C.23- 88; C.25- 329-344; 

C.26- 299-336 

446.

 

Fərəc bəy Ağayev (1811-1891) - general-leytenant. 

1837-ci ildə Qafqaz Əlahiddə Ordusunda müsəlman süvari 

polkunda xidmətə başlayıb. Xidmətinin yeddinci ilində  Fərəc 

bəy eskadron komandiri kimi Peterburqa göndərilir. Peterburq-

da o, birinci Nikolayın xüsusi qvardiya kazak polkunda leyb-

qvardiya komandiri vəzifəsinə təyin olunur. Fərəc bəy özünün 

hərbi qabiliyyəti və igidliyinə görə  qızıl xəncərlə, çoxlu hərbi 

ordenlərlə-2 dəfə 1-ci dərəcəli “Müqəddəs Anna” ordeni ilə təl-

tif olunmuşdur. С.16- 83. 

447.

 

Fərhad Bədəlbəyli,  Fərhad  Şəmsi oğlu Bədəlbəyli 

(d.1947) - Azərbaycan pianoçusu və musiqi xadimi. Ü.Hacıbə-

yli adına Bakı Musiqi Akademiyasının (1991) rektoru, profes-

sor. Azərbaycan Dövlət mükafatı laureatıdır. Azərbaycan və 

SSRİ Xalq artistidir. B.Smetana və J.Viania da Motta adına 

beynəlxalq müsabiqələr laureatıdır. Azərbaycan piano məktəbi-

ni ləyaqətlə  təmsil edən çoxlu sayda pianoçu yetişdirmiş iste-

dadlı pedaqoqdur. Azərbaycan Respublikası Musiqi Xadimləri 

İttifaqının sədridir. Azərbaycan Respublikasının “Şöhrət” orde-



___________________________________________________ 

 

97



ni ilə təltif olunmuşdur. C.14- 12; C.17- 156, 163, 164; C.18

222, 223. 



448.

 

Fərhad Xəlilov,  Fərhad Qurban oğlu Xəlilov (d. 

1946) - rəssam. Azərbaycan Respublikasının Xalq rəssamı. 

Azərbaycan Rəsamlar  İttifaqının sədri. Azərbaycan Respubli-

kasının “Şöhrət” ordeni ilə təltif edilmişdir. C.25- 329-344. 



449.

 

Fərman Kərimzadə,  Fərman  İsmayıl oğlu Kərim-

zadə (1937-1989) - Azərbaycan yazıçısı. C.13- 70. 



450.

 

Fərman Salmanov, Fərman Qurban oğlu Salmanov 

(1928-2007) - mühəndis-geoloq. Lenin mükafatı laureatı, Sosialist 

Əməyi Qəhrəmanı. Qərbi Sibirdə onun bilavasitə rəhbərliyi ilə ən 

iri neft və qaz yataqları  kəşf edilmişdir.  C.10- 251; C.25- 347; 



C.28- 254, 271. 

451.

 

Fətəli xan, Qubalı  Fətəli xan (1736-1789) - Quba 

xanı. Azərbaycan dövlət xadimi, diplomat, sərkərdə. Mərkəz-

ləşdirilmiş dövlət siyasəti yeridən Fətəli xan vahid Azərbaycan 

dövləti yaratmaq istəyirdi. C.12- 160; C.17- 214. 



452.

 

Fətəlixan Xoyski (1875-1920) - Azərbaycanın gör-

kəmli siyasi və dövlət xadimi. 1918-1920-ci illərdə Azərbaycan 

Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri, Daxili İşlər, Ədliyyə 

və Xarici İşlər naziri olmuşdur. 1920-ci ildə Tiflis şəhərində muz-

dur qatil tərəfindən öldürülmüşdür. C.10-_7;_C.12-_178;_C.14_-_76;__C.15'>C.10- 7; C.12- 178; C.14- 76; 

C.15- 282, 394;  С.16- 84; C.19- 144; C.20- 281; C.24- 369; 

C.27- 369. 

453.

 

Fidan Qasımova, Fidan Əkrəm qızı Qasımova (d. 

1947) - Azərbaycan müğənnisi. SSRİ və Azərbaycan Respub-

likasının Xalq artisti. C.10- 165; C.17- 152; C.18- 223, 224; 

C.26- 373-374. 

454.

 

Fidel Kastro, Kastro Rus (d.1926) - 1960-2008-ci 

illərdə Kuba Respublikası Dövlət Şurası və Nazirlər Sovetinin 

sədri, 1965-ci ildən Kuba KP MK-nin Birinci katibi və Kuba 

Silahlı qüvvələrinin baş komandanı. 1953-cü ildə Batista dikta-

turasına qarşı silahlı üsyana başçılıq etmişdir. C.24- 85, 149. 

455.

 

Fikrət  Əmirov, Fikrət Cəmil oğ1u  Əmirov (1922-

1984) - görkəmli Azərbaycan bəstəkarı. Simfonik muğam jan-




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə