Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə34/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   30   31   32   33   34   35   36   37   ...   157

___________________________________________________ 

 

101



və sosialist sol qüvvələri Federasiyasının lideri olmuşdur. 

C.21- 44, 48, 53; C.25- 382; C.26- 230. 

472.

 

 Frenk Pallone (d.1951) 1973-cü ildə Midlberi kol-

lecini (incəsənət bakalavrı), 1974-cü ildə Tafta universitetini 

(incəsənət magistri), 1978-ci ildə Ratgers universitetini (hüquq 

doktoru) bitirmişdir. 1982-1988-ci illərdə Lonq-Branç bələdıy-

yə  şurasının, 1984-1988-ci illərdə Nyu-Cersi ştatı senatının 

üzvü olmuşdur. 1988-ci ildən ABŞ Konqresi Nümayəndələr 

Palatasına üzv seçilmişdir. Demokratdır. C.11- 159. 



473.

 

Frenkel Yan Abramoviç (1920-1985) - rus bəstə-

karı. Rusiya Federasiyasının Xalq artisti. C.10- 47. 



474.

 

Frontera Resoursez - özəl beynəlxalq enerji şirkə-

ti. Baş ofisi Hyüston şəhərindədir.  Şirkət yeni meydana çıxan 

beynəlxalq bazarlarda energetika layihələrinin tədqiqi ilə məş-

ğuldur. Azərbaycanda nümayəndəliyi var. Şirkət Azərbaycanda 

quruda yerləşən neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə də 

məşğul olmaq niyyətindədir. C.15- 430; C.18- 414, 434; C.25- 

122. 

475.

 

Fuad  Ələsgərov,  Fuad Murtuz oğlu  Ələsgərov (d. 

1959) - hüquqşünas. 1994-cü ildən Azərbaycan Respublikası 

Prezidenti Adminstrasiyasının Hüquq-Mühafizə orqanları ilə iş 

şöbəsinin müdiridir. C.26- 406-431. 



476.

 

Fuad Həsən oğlu  Əbdürrəhmanov (1915-1971) - 

Azərbaycan heykəltəraşı, Azərbaycan Respublikasının Xalq 

rəssamı, iki dəfə SSRİ Dövlət mükafatı laureatı.  C.10-  11; 

C.19- 437. 

477.

 

Fuad Köprülüzadə,  Köprülü Mehmet Fuad(l890-

1966) - türk filoloqu, publisist və tarixçi. Türkiyə Demokrat 

Partiyasının yaradıcılarından biri (1946). Türkiyənin Xarici İş-

lər naziri (1950-1957) olmuşdur. Avropada türk ədəbiyyat-

şünaslığı  məktəbinin yaranması Köprülünün adı ilə bağlıdır. 

İslam ensiklopediyasının nəşrində fəal iştirak etmiş, türk tarixi, 

ədəbiyyatı  və  mədəniyyətinə dair məqalələrin müəllifidir. 

Azərbaycan  ədəbiyyatına, xüsusilə Füzuli yaradıcılığına həsr 

olunmuş əsərlər yazmışdır. C.19- 413. 



___________________________________________________ 

 

102



478.

 

Fuad Quliyev, Fuad Xəlil oğlu Quliyev (d.1941) - 

Əməkdar mühəndis. 1994-1996-cı illərdə Baş nazirin birinci 

müavini və Baş nazir olmuşdur. Azərbaycan Dövlət mükafatı 

laureatıdır. C.15- 19; С.16- 121; C.23- 107. 



479.

 

Füzuli rayonu (1959-cu ilədək Qaryagin rayonu) - 

Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil 

olunmuşdur. Sahəsi 1386 km

2

, 80,2 min nəfərdir. 1993-cü ildə 



erməni hərbi qüvvələri tərəfindən işğal edilmişdir.  C.23- 101; 

C.27- 290; C.28- 269. 

480.

 

Gennadi Xazanov, Gennadi Viktoroviç  Xazanov 

(d.1945) - məşhur rus estrada artisti. Rusiya Federasiyasının 

Xalq artisti. 1987-ci ildən “Mono” (Moskva) konsert-estrada 

kollektivinin artist və rejissoru, 1997-ci ildən isə Moskva 

Estrada Teatrının bədii rəhbəridir. Rusiya Federasiyası Dövlət 

mükafatı laureatıdır. C.17- 368-369. 



481.

 

Gennadi Nikolayeviç Seleznyov (d.1947) - Rusiya-

nın ictimai və dövlət xadimi. 1995-ci ildən Rusiya Dövlət 

Dumasının sədridir. C.10- 302. 

482.

 

Georq V (1865-1936) - 1910-cu ildən  İngilis kralı 

olmuşdur. Saksen-Koburq-Qot sülaləsindəndir. С.16- 451. 



483.

 

Gerhard Şroder (d.1944) - Almaniyanın ictimai və 

siyasi xadimi. 1980-cı ildən Almaniya Bundestaqının üzvü, 

1990-1998-ci illərdə  Aşağı Saksoniya vilayətinin nazir-prezi-

denti, 2000-2006-cı illərdə Almaniyanın federal kansleri ol-

muşdur.  C.23- 167-169, 171,180, 191, 198, 200, 230, 380; 

C.25- 13. 

484.

 

Gəncə - Azərbaycanın qədim şəhərlərindən biri. 18 

günlük Tiflis fəaliyyətindən sonra Azərbaycan Milli Şurası və 

hökuməti Gəncəyə köçdü. Hökumətin burada olduğu dövrdə 

bütövlükdə dövlət, o cümlədən  şəhərin həyatına dair 120-dən 

çox müxtəlif qərarlar qəbul olundu. Azərbaycan Xalq Cüm-

huriyyəti hökumətinin 1918-ci il 30 iyul tarixli qərarı ilə Gəncə 

(1804-1918-ci illərdə Yelizavetpol) şəhərinin tarixi adı yenidən 

özünə qaytarıldı.  C.15- 392;  С.16- 81; C.20- 320, 386, 389, 




___________________________________________________ 

 

103



390; C.21- 87, 175, 179; C.22- 208; C.24 - 50, 51, 245; C.27

84, 87, 227, 293-366. 



485.

 

Gəray  Əsədov, Gəray Lətif oğlu  Əsədov (1923-

1944) - Sovet İttifaqı Qəhrəmanı. Gəray  Əsədov 1944-cü ildə 

Morgita (Rumıniya) şəhərindəki döyüşlərdə bədəni ilə düşmə-

nin atəş nöqtəsini örtmüş, əsgərlərin hücuma keçməsinə şərait 

yaratmışdır. C.21- 103. 

486.

 

Gövhər Baxşəliyeva, Gövhər Baxşəli qızı Baxşəli-

yeva (d.1954) - filologiya elmləri doktoru, professor. 1997-ci 

ildən AMEA-da akademik Z.M.Bünyadov adına  Şərqşünaslıq 

İnstitutunun direktorudur. 2001-2005-ci illərdə Azərbaycan 

Respublikasının MM-nin deputatı və sədr müavini, hazırda III 

çağırış MM-in deputatı, Elm və  Təhsil Məsələləri daimi 

Komissiyasının üzvü, İslam Konfransı  Təşkilatının Parlament 

İttifaqında nümayəndə heyətinin rəhbəridir. Beynəlxalq Elmlər 

Akademiyasının həqiqi üzvüdür. C.26- 299-336. 

487.

 

Gövhərqala - burada Qroznı şəhəri nəzərdə tutulur. 

C.24 - 167. 

488.

 

Göyçə - İrəvan xanlığının 15 mahalından biri. İndi-

ki Ermənistan  ərazisində  qədimdən Azərbaycan turklərinin 

yaşadıqları bölgə. Göyçə adının ilk dəfə V əsrin sonlarında 

işlədildiyi güman edılir. Şah İsmayılın (1501-1524) 1510-cu ilə 

aid fərmanında“Göyçə mahalı” qeyd edilmişdir. Türkmənçay 

müqavıləsinə (1828) əsasən  İrəvan xanlığının tərkıbində çar 

Rusiyasının tərkıbinə qatılmışdır. 1829-1832-cı illərə aid məlu-

mata görə, Göyçə mahalında 100-dən çox yaşayış  məskəni, 

14.354 nəfər  əhali (əsasən azərbaycanlılar, qeydə alınmışdı. 

Ermənilərin kütləvi  şəkildə  Qərbi Azərbaycana köçürülməsi 

Göyçə mahalının etnik tərkibini  əsaslı  şəkıldə  dəyişdırdi və 

mahal erməniləşdirilməyə başlandı. Azərbaycan Xalq Cüm-

huriyyəti dövründə inzibatı-ərazi vahidi idi (əhalisi özünü 

Cümhuriyyətin tərkib hissəsi hesab edir və onun hakimiy-

yətinin möhkəmləndirilməsi uğrunda mübarizə aparırdı). 

Ermənilər bu torpaqlara iddialarını  həyata keçirmək üçün 

azərbaycanlılara qarşı soyqırımı siyasəti yeridirdilər. Azərbay-



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə