___________________________________________________
89
məqsədilə qanunsuz hərbi qruplaşmaya rəhbərlik etmiş, qon-
darma “Talış-Muğan Respublikası”nı yaratmaq cəhdi göstər-
mişdir.C.10-_351;_C.12'> C.10- 351; C.12- 90, 91; C.14- 208, 264; C.21- 333;
C.22- 214, 282.
412.
Əliqulu Qəmküsar, Əliqulu Ələkbər oğlu Qəm-
küsar (1880-1919) - Azərbaycan şairi, jurnalist. Qəmkusar
Azərbaycan ədəbiyyatı tarixinə Molla Nəsrəddinçi şair kimi
daxil olmuşdur. Məhz “Molla Nəsrəddin” ədəbi mühitinin ən
qabaqcıl nümayəndələrindən olan Qəmkusar 1906-cı ildən
“Cüvəllağı”, “Cüvəllağıbəy”, “Simurq” və s. imzalarda dərc et-
dirdiyi satirik şeir və felyetonlarda fanatizmi, geriliyi, cəhaləti
kəskin satira atəşinə tutmuşdur. C.26- 89.
413.
Əlimərdan bəy Topçubaşov (1865-1934) - Azərbay-
can Xalq Cümhuriyyətinin qurucularından biri. Görkəmli hüquqşü-
nas, ictimai-siyasi və dövlət xadimi, diplomat. 1917-1920-ci illərdə
Bakı Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin sədri,
Azərbaycan parlamentinin sədri. Paris (Versal) sülh konfransında
Azərbaycan nümayəndə heyətinin başçısı olmuşdur. 1934-cü ildə
Parisdə vəfat etmişdir. C.10- 7; C.12- 42; C.15- 25, 394; С.16-
236, 262-263; C.17- 214; C.20- 281; C.22- 383; C.24- 369;
C.26- 88; C.27- 369.
414.
Əlincəqala, Əlincə, Alancik, Alıncaqala-Naxçıvan
MR - də qala. Əlincə çayın sağ sahilində və eyniadlı dağın
zirvəsindədir. Əlincənin adını tədqiqatçılar qədim türk dılində
düzənlik mənasında işlədilən “alan” sözü ilə bağlayırlar. Əlin-
cənin tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi
tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edir,
digərləri isə Sasani padşahları zamanından (3-7-ci əsrlərdə)
məlum olduğunu söyləyirlər. Əlincənin divarları Əlincə dağ-
larının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru
ucalır və onun zirvəsini tamamilə əhatə edir.
Azərbaycan atabəyləri-Eldəgəzlərin hökmranlığı dövründə
Əlincə qalanın əhəmiyyəti xüsusilə artmış, mühüm hərbi isteh-
kam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək
üçün sığınacaq yerinə çevrilmişdi. C.22- 192.
___________________________________________________
90
415.
Əliş Ləmbəranski, Əliş Cəmil oğlu Ləmbəranski
(1914-1999) - inşaatçı-mühəndis, dövlət xadimi. Ləmbəranski
müxtəlif illərdə Azərbaycan SSR Neft Sənayesi nazirinin
müavini, Bakı Şəhər ZDS İcraiyyə Komitəsinin sədri, SSRİ
Nazirlər Soveti yanında Mikrobiologiya Sənayesi Baş İdarəsi
rəisinin birinci müavini, Azərbaycan SSR Nazirlər Soveti
Sədrinin müavini vəzifələrində işləmişdir. Azərbaycan SSR Ali
Sovetinin deputatı olmuşdur. SSRİ Dövlət mükafatı laureatı
idi. C.14- 14; C.18- 19, 20.
416.
Əlişir Nəvai, Nizaməddin Mir Əlişir (1441-1501)- özbək
şairi, mütəfəkkir, dövlət xadimi. Özbək dilində “Xəmsə” yaradaraq
Nizami ədəbi məktəbinin ən görkəmli davamçılarından biri kimi
Yaxın Şərqdə şöhrət qazanmışdır. C.10- 192, 199, 202; C.26- 151.
417.
Əlizadə Ağa Cavad oğlu (1871-1954) - burada 2
dəfə (1918-1920, 1944-1954) Qafqaz Müsəlmanları Ruhani
İdarəsinə rəhbərlik etmiş görkəmli maarifçi, ruhani və ictimai
xadim, Şeyxülislam Ağa Cavad oğlu Əlizadə nəzərdə tutulur.
C.21- 133.
418.
Əlövsət Sadıqov, Əlövsət Şirəli oğlu Sadıqov
(1906-1971) - xanəndə. Azərbaycan Respublikasının Xalq
artisti. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti ol-
muşdur. Ə.Sadıqov güclü zil səsə, gözəl zəngulələrə malik
sənətkar idi. C.17- 191.
419.
Əlyazmalar İnstitutu - Azərbaycan və Şərq ölkə-
lərinə aid qədim, nadir əlyazmalar saxlanılan və tədqiq edilən
elmi idarə. 1928-ci ildə təsis edilmişdir. İnstitutda Azərbaycan,
ərəb, fars, türk, özbək, türkmən, gürcü, rus və başqa dillərdə 40
mindən artıq tarixi sənəd, nadir əlyazmalar, qədim çap kitabları
toplanmışdır. İnstitutda saxlanılan ən qədim əlyazma (perqa-
ment üzərində qədim kufi əlifbası ilə yazılmış Quran surəsi)
1200 illk tarixə malikdir. C.26- 107-108.
420.
Əminə Dilbazi, Əminə Paşa qızı Dilbazi (d.1919) -
rəqqasə, baletmeyster və pedaqoq. Azərbaycanın Xalq artisti.
1935-ci ildən rəqqasəlik fəaliyyətinə başlamışdır. 1936-1969-
cu illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoni-
___________________________________________________
91
yası Mahnı və Rəqs Ansamblının solisti, 1939-cu ildən isə həm
də müxtəlif rəqs qruplarının rəhbəri olmuşdur. Azərbaycan
Respublikasının “İstiqlal” ordeni ilə təltif olunmuşdur. C.18-
209; C.24- 104-105.
421.
Əmir Teymur, Teymurləng, Topal Teymur (1336-
1405) - Orta Asiya dövlət xadimi, sərkərdə, əmir. Teymurilər
imperiyasının başçısı. 1386-1400-cü illərdə dəfələrlə Azərbay-
cana yürüşlər etmişdir. C.10- 167, 192; С.16- 15; C.19- 169,
434; C.26- 151.
422.
Əmiri-Gur, Gur-Əmir - Orta Asiyanın görkəmli abidə-
lərindən biri. Səmərqənddə XV əsrin əvvəllərinə aid türbə. Teymurun
əmrilə tikilmişdir. 1420-ci illərdə Uluqbəy tərəfindən genişləndiril-
mişdir. Teymur, Uluqbəy və b. Teymurilər burada dəfn olunmuşlar.
C.10- 193.
423.
Ənvər Məmmədxanlı, Ənvər Qafar oğlu Məm-
mədxanlı (1913-1990) - istedadlı Azərbaycan yazıçısı, nasir,
dramaturq. Məmmədxanlının hekayələri Azərbaycan ədəbiy-
yatında lirik-romantik nəsrin inkişafında mühüm rol oynamış-
dır. Onun ssenariləri əsasında (“Bəxtiyar”, “Fətəli xan”, Mehdi
Hüseynlə birlikdə “Məhəbbət dastanı”, “Leyli və Məcnun”,
“Babək”) bədii filmləri çəkilmişdir. C.13- 70.
424.
Ənvər Paşa (1881-1922) - Türkiyə hərbi və siyasi
xadimi. 1918-1919-cu illərdə Bakının və Qarabağın erməni
işqalçılarından xilas edilməsində şəxsən istirak etmişdir. Ənvər
Paşa 1922-ci ilin yazında Orta Asiyada basmaçılarla birlikdə
sovet hakimiyyətinə qarşı vuruşmuş və qəhrəmancasına döyüş-
də həlak olmuşdur. C.22- 241.
425.
Ərəblinski Balakişi (1818-1902) - general-leyte-
nant. B.Ərəblinski Peterburqdakı kadet korpusunu bitirmişdir.
Müxtəlif hissələrdə qüsursuz xidmət edən Ərəblinski gənc
ikən, podpolkovnik rütbəsində briqada komandiri kimi məsul
vəzifəyə irəli çəkilmişdir. Sonralar diviziya komandiri olan
general-leytenant B.Ərəblinski o vaxt Rusiyanın apardığı bütün
hərbi döyüşlərdə iştirak etmişdir. Ərəblinski yazılı qılınc və 1-
Dostları ilə paylaş: |