Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə40/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   36   37   38   39   40   41   42   43   44

 
168
verməsin və gözünü həmin qadından döndərsin.  Əgər arvadı 
yoxdursa iki rükət namaz qılsın, Allaha çoxlu zikr etsin. 
Peyğəmbərə  və onun əhli-beytinə salavat göndərsin və sonra 
Allahdan ona öz fəzlindən  əta etməsini istəsin. Allah öz 
mehribanlıq və  mərhəmətilə onun ehtiyacını aradan 
qaldıracaqdır. 

Səxavətli insan ağalığa çatar, varlı isə rəyasətə. 

Səbr kimi başucalığ yoxdur. 

Səbrsizliyin bəlası xarlıqdır. 

Sözün bəlası yalan danışmaqdır.  

Sözün bəlası çox danışmaqdır. 

Sizi Allaha and verirəm!  Sizi Allaha and verirəm, mallarınız, 
canlarınız və dillərinizlə Allah yolunda cihad edin. 

Sözlərin ən yaxşısı hal əhlinin sözüdür. 

Səni  əbədiyyət sarayına çağıran və o saraya çatmaq üçün 
işləməkdə  sənə kömək edən  şəxs, elə  həmin qayğıkeş 
dostundur. 

Sənə dözümlü olmağı tövsiyə edirəm, çünki o elmin 
səmərəsidir. 

Sənə dua etməyi tövsiyə edirəm. Çünki onda hər dərdin şəfası 
iar. 

Sizin bu dünyanız mənin nəzərimdə bir keçinin burnunun 
suyundanda dəyərsizdir. 

Sizi dünyadan çəkindirirəm. Çünki dünya şirin, təravətli və 
nəfsi istəklərin mühasirəsindədir. 

Sənin qardaşın sənin dinindir. Belə isə bacardığın qədər,öz 
dinindən muğayat ol. 

Sizin zinətiniz ədəbdir. 


 
169

Sözündə düz olmaq ( verdiyi əhdə sadiq qalmaq) imandandır. 

Salam vermək gözəl əxlaqdan irəli gəlir. 

Sizə,  əxlaqi kəramətləri kəsb etməyi tövsiyə edirəm. Çünki 
onlar yüksəliş  və başıucalığın mənşəyidir. Pis xasiyyətlərdən 
uzaqlaşın, çünki onlar şərəfli insanları alçaq edər,  əzəmət və 
alicənablığı aradan götürər. 

Sənə etibar edib əmanət tapşıran  şəxsə  xəyanət etmə, hətta o 
sənə xəyanət etmiş olsa belə. Onun sirrini faş etmə, hətta əgər o 
sənin sirrini faş etmiş olsa belə. 

Sənə aydın olmayan bir əməlini görməyincə, qardaşının 
rəftarını  ən gözəl tərzdə  qəbul et. Onun ağzından çıxan sözə 
yaxşı yozum tapıncaya qədər ona bəd güman olma. 

Sizin yaxşılarınız pəhrizkar olanınızdır. 

Sənə halaldan istifadə etməyi, ailənə yaxşılıq etməyi və bütün 
hallarda Allahı yad etməyi tövsiyə edirəm. 

Sizə hədisi dərk etməyi tövsiyə edirəm, rəvayət etməyi yox! 

Sübhan   olan Allah bəndəyə dünya və axirət xeyirlərindən hər 
bir şeyi, yalnız onun gözəl əxlaqına və pak niyyətinə görə bəxş 
etmişdir. 

Sənin xəsis adama ehtiyacın buzdan da soyuqdur. 

Səmimi dosta xəyanət etmək və  əhd-peymanları pozmaq 
xəyanətin zirvəsidir. 

Səmaların və yerin mələkutu  barədə düşünmək ixlaslı 
bəndələrin ibadətidir. 

Siz bir-birinizin din qardaşısınız, sizin aranızda ayrılıq salanı 
batini çirkin və  əxlaqı pisdir. Buna görə, bir-birinizin yükünü 
götürmür, xeyirxahlıq etmir və bir-birinizə səxavətli deyilsiniz, 
bəxşişlər vermirsiniz və məhəbbət  bəsləmirsiniz. 


 
170

Sinəmdə elə gizli elm var ki, əgər onu aşkar etsəm dərin quyuya 
sallanmış vedrənin ipləri kimi titrəyərsiniz. 

Sizin imanı daha kamil olanınız əxlagi daha gözəl olanınızdır. 

Sanki Əcəmi Küfə məscidində çadır qurmuş və Quranı camaata 
nazil olduğu kimi öyrədən görürəm. 

Səxavətli ol, amma israfçı olma; qənaətçi ol amma bərk olma. 

Sözgəzdirənə qulaq asan dostunu əldən verər. 

Sənin yaxşılıqlarını ört-basdır edib nöqsanlarını yayan kəslə 
qardaşlıq etmə. 

Sənin həqiqi qardaşın səni bağışlayan, ehtiyacını  təmin edən, 
üzrünü qəbul edən eyblərinin üstünü örtən, qorxunu səndən 
uzaqlaşdıran və arzunu yerinə yetirən kəsdir. 

Sənin qardaşın o kəsdir ki, çətinlik zamanı səni tək qoymasın, 
günah zamanı  səndən xəbərsiz olmasın və bir şey soruşanda 
səni aldatmasın. 

Sənin  ən yaxşı qardaşın sənə kömək edən, ondan yaxşısı  sənə 
kifayət edən və sənə möhtac olanda səndən keçəndir. 

Sənin ən yaxşı qardaşın o kəsdir ki, yaxşı işlər görməyə tələsər 
və səni də xeyirxahlığa çəkər, sənə yaxşı olmaq göstərişi verər 
və onun yerinə yetirilməsində sənə kömək edər. 

Sənin  ən yaxşı qardaşın səni haqq yolda ən çox 
qəzəbləndirəndir. 

Sizlərdən hər biriniz qardaşının ehtiyacının olmasını bilən 
zaman kömək edənizdir (ağız və ya əl açmadan zəhmətini onun 
çiynindən götürsün). 

Siz  əvvəlkilərin gördüklərini görsəydiniz, hər an süst düşüb
dəhşət içində olar, sözə baxan və itaətcil olardınız. Ancaq 
onların gördükləri sizə görünmür və  pərdənin götürülməsi də 
yaxındadır. 


 
171

Sizi and verirəm Allaha!   Sizi and verirəm Allaha!  Məbada, 
başqaları Qurana əməl etməkdə sizdən qabağa keçsinlər. 
(qabaqcıl olsunlar) 

Siz bağışladığınız  şeydən, onu əldə etmiş  şəxsdən daha çox 
xeyir qazanırsınız. 

Səni sevən kəs, səni pisliklərdən çəkindirər. 

Sizin  əcdadlarınızın məhvolma səbəbi,  əslində onların günah 
etmələri yox Allahpərəst alimlərin, rahiblərin onları 
çəkindirməmələri idi. 

Sizinlə öyüd arasında xəbərsizlik və qəflət pərdəsi asılmışdır. 

Sənin cəmiyyət və kütlənin yanında nəsihət etməyin məzəmmət 
və qaxıncdır. 

Sizin boynunuzda olan ən kiçik vəzifə Allahın nemətlərindən 
ona qarşı itaətsizlik yolunda istifadə etməməyinizdir. 

Sizə nəfsi istəklərdən uzaq durmağı tövsiyə edirəm. Çünki nəfsi 
istək insanı korluğa çağırır, dünya və axirətdə azğınlığa səbəb 
olur.  

Siz ölümün (təqib etdiyi) fərarilərisiniz. Dayansanız sizi tutar, 
ondan qaçsanız da sizə çatar. O, sizin kölgənizdən sizə daha 
bitişikdir. Ölüm sizin alnınıza düyünlənmişdir. 

Sən həyata arxa  çevirsən və ölüm sənə üz tutsa, görüş necədə 
tez müyəssər olar. 

Səni nə vaxt yaxalayacağını bilmədiyin işdə, layiqlisi budur ki, 
səni yaxalamamış özünü ona hazırlayasan. 

Sənin ömrün çəkdiyin nəfəslərin sayı ilə hesablanır və bu 
nəfəsləri bir gözətçi sayır. 

Sizlərdən heç biri ömrünüzün bir gününü arxada qoymadan 
ömrünüzün növbəti gününün pişvazına çıxmır. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə