Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə23/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   19   20   21   22   23   24   25   26   ...   90

 
91 
Universal baxış Quranla əlaqəli tədqiqatlara da obyektiv 
münasibəti təmin edəcəkdir. Bəli, Quranı hərtərəfli öyrənmək la-
zımdır. Birtərəfli baxışla kifayətlənmək olmaz. Birtərəfli baxış is-
lam fikrinə hakim kəsildikdən sonra ümmət əzalarının əksəriyyə-
tini iflic vurmuş bədənə oxşadı. Təbii ki, belə orqanizm iflicdən 
qurtulmadıqca öz funksiyasını lazımınca yerinə yetirə bilməz. 
Çünki bir neçə üzv salamat qalsa da, iflic əksər üzvləri sıradan çı-
xarıb. Deməli, Qurana hərtərəfli nəzər salmalıyıq, onu bütövlük-
də öyrənməliyik. Onsuz da Quran nazil edildiyi vaxtdan etibarən 
bu cür idi. Enmiş ilk ayədə bu xüsusiyyət özünü bütövlükdə büru-
zə verib: 
“(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yox-
dan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! 
O, insanı laxtalanmış qandan yaratdı. 
(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sa-
hibidir! 
O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. 
(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi. 
Xeyr, insan azğınlıq edər, 
Özünün dövlətli olduğunu gördüyü üçün!” (əl-Ələq, 1-7). 
Ayələrdə əvvəlcə oxumaq əmr edilir. Özü də Allahın adı 
ilə! Təkcə mədəni olmaq, elm öyrənmək üçün oxumamalıyıq. 
Məhz Allahın adı ilə oxumalıyıq. Nə üçün? Çünki yaradan məhz 
Allahdır. Daha sonra oxumaq insanın qan laxtasından yaradılma-
ğı ilə əlaqələndirilir. Göründüyü kimi, söhbət geniş mövzulu 
problemdən gedir. Və nəhayət Allah təala diqqətimizi bu ayələrə 
çəkir:  
“(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sa-
hibidir! 


 
92 
O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. 
(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi” (əl-Ələq, 4-
5). 
Quran iqtisadi və sosial məsələlərə də kompleks yanaşır. 
Bildirir ki, insan oğlu ifrat formada mala-mülkə bağlanarsa, yolu-
nu azar, lovğalanar.  
Zahirən bir-birindən uzaq görünən bütün bu ünsürlər, əs-
lində, Quranı əmələ gətirir. Quran başa düşən insanlar üçün hə-
yatın mahiyyətini özündə ehtiva edən “süfrə”yə bənzəyir. Elə isə 
onu kompleks şəkildə öyrənməliyik. Birtərəfli yanaşma isə yol-
verilməzdir. Çünki o, bütövün bir hissəsidir.  
 
 


 
93 
 
 
BİR MƏSƏLƏNİ KOMPLEKS  
ÖYRƏNMƏMƏK PROBLEMİ 
 
 
əsənə
: Bəlkə də Quran mövzularını kompleks şəkildə 
öyrənməmək bu kitabı hərtərəfli öyrənməyimizə mane 
olub. Bəlkə də birtərəfli yanaşmanı doğuran səbəb bu-
dur ki, Quran mövzularını bütöv mənada başa düşmək istəyən 
şəxs tələb olunan səviyyədə təhsil almayıb, ya da məqsədyönlü 
oxumayıb. Allah hər şeyin yaradıcısı olduğundan bəşəri bacarıq-
ları da O xəlq edib. Elə isə insan bu bacarıqlara yiyələnməyə can 
atmalı, Allahın adı ilə oxumalıdır. Həqiqətən də, Yaradandan 
uzaqlaşmaqla, həyat normalarını gözləməməklə insan azğınlaşıb.   
Qəzali
: Bu, doğrudan da gözəl şeydir. Məsələn, bir insa-
nın bütöv şəklini çəkdiyimiz zaman həmin şəkli hissələrə ayırsaq, 
bu hissələr bizə bütöv insan təsəvvürü bağışlayacaqmı? Təbii ki, 
yox! Həmin hissələr bizə bütöv insanı xatırlatmır. Elə isə Qurana 
da bütöv baxmalıyıq. Bu səbəbdən deyirəm: islam bütün tərəflə-
rinin bir-birini tamamladığı bütöv bir mədəniyyətdir. İslam ona 
görə bütöv mədəniyyətdir ki, qanunvericiliklə, vahid sistemi ta-
mamlayan neçə-neçə digər məqsədlə yanaşı, təlim-tərbiyəyə, etik 
maarifləndirməyə, beynəlxalq münasibətlərə malikdir. Bəli, Qu-
ran bütöv mədəniyyət kitabıdır. Düşünürəm ki, islam mədəniyyə-
tini iyirmi maddəlik təlimdə xarakterizə edən Ustad Həsən əl-
Bənna birinci maddədə islamı hərtərəfli şəkildə bu cür təqdim 
edib:  
“İslam materiya və ruh, ağıl və hiss, dünya və axirətdir”.  



 
94 
Həsən əl-Bənnaya görə, islam həyatın hər bir sahəsi ilə 
bağlıdır. Çünki ustad bu dini Allahın aşağıdakı ayəsində deyildiyi 
kimi başa düşmüşdü:  
“...Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlman-
lara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da 
bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!” (ən-Nəhl, 
89). 
İslam müsəlmanlar üçün hidayət və mərhəmətdir, fayda-
dır, ailədir, nikbinlikdir, xeyirdir, istinad nöqtəsidir.  
Həsənə
: Biz müsəlmanlar bu dövrdə, xüsusən də müasir 
müsəlman zehniyyəti ilə iddia edirik ki, islam həyatın bütün sahə-
lərini əhatə edən dindir. Ancaq real həyatda biz müsəlmanlar hə-
yatın müəyyən sahələrini şişirdir, digərlərini də bir kənara atırıq. 
Bəzi avropalı mütəfəkkirlər bizi ittiham edirlər ki, məhz ərəb zeh-
niyyəti birtərəfli baxışa malik olub universal yanaşmadan məh-
rumdur. Bu səbəbdən islam mədəniyyətində birtərəfli yanaşmalar 
ortaya çıxıb. Xüsusən də gerilik, ətalət, təqlid əsrlərində düşüncə-
mizdə dar çərçivəlilik hökm sürmüşdür. Müsəlman düşüncəsin-
dəki bu çatışmazlığı necə aradan qaldırmaq olar? Mədəni nümu-
nəyə çevrilməsi üçün müsəlmanlara hərtərəfli Quran baxışını qa-
zandıracaq nə kimi vasitələri, metodları təklif edirsiniz?  
Qəzali
:
 
Quranın,
 
məsələn,
 
peyğəmbərlik,
 
iqtisadiyyat, 
ədalət kimi mövzularını öyrənən təfsir növü sözügedən çatışmaz-
lığı aradan qaldıra bilər. Hərtərəfli (obyektiv) təfsir sözügedən 
çatışmazlıqların həllinə imkan yaradacaqdır. Həmçinin, bu növ 
təfsir universal və tarazlaşdırıcı Quran baxışına mədəni stimul ve-
rə bilər. Hər hansı bir surəyə bütöv və obyektiv nəzər salmaq, on-
dakı  qayələrdən  xəbərdar  olmaq universal yanaşmanın mədəni 
əsasını əmələ gətirəcəkdir.  


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə