Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə26/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   22   23   24   25   26   27   28   29   ...   90

 
105 
“Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş 
edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) 
verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!” (əl-Bəqərə, 
269). 
Quran təxminən 25 il ərzində endirilib. Ayələrin endirilmə 
səbəbləri vardır. Ancaq bu, xüsusi deyil, ümumi hökmdür. Məsə-
lən, bütövlükdə “Yusif” surəsinin endirilmə səbəbi hansıdır? Bu 
surənin endirilmə səbəbi mövcud deyildir. Surədəki əhvalat Al-
lahdan gəlmiş hidayət qissəsidir. Quran “Bəqərə” surəsindən baş-
layaraq iman, küfr, ikiüzlülük və digər xarakterlər haqda danışır. 
Görəsən, bunun endirilmə səbəbi hansıdır? Endirilmə səbəbinə 
ehtiyac yoxdur. Çünki bu məqamda Quran insan həyatına bütöv-
lükdə məlum olan reallıqdan, həqiqətdən söz açır; insanlara əqi-
göstərildikdə həm inananlar, həm də rədd edənlər tapılır. İki-
üzlü davrananlar da istisna edilmir. Məsələ həyatın təkcə bir tərə-
finin praktik tətbiqi ilə əlaqəli deyil. Elə isə yaxşı olardı ki, Quran 
bir bütöv kimi götürülsün. Elə zənn edilməsin ki, bəzi ayələr qa-
nuni qüvvə daşıdığı halda, digər ayələr legitimliyini itirib.    
Həsənə
: Quranın əbədiliyi şəraitdən asılı olmayaq hər bir 
situasiyanı tənzimləmək deməkdir. Ayələr əbədi olduğu kimi, on-
ların mətnində toxunulmuş problemlər də təkrarlanandır. Ayələr 
və problemlər arasında paralellər mövcuddur. Deməli, küfrə, iki-
üzlülüyə batmış, eniş və yoxuş arasında qalmış bəşəriyyətin Qura-
na ehtiyacı vardır. Bununla belə, zənn etsək ki, ilkin şərait – ayə-
lərin endirildiyi erkən islam dövrü başa çatdığı üçün onunla bağlı 
bəzi ayələr qüvvəsini itirib. Bu cür düşüncə ilə necə dünyaya car 
çəkə bilərik ki, İslam əbədi dindir. 
Qəzali
: Bu məsələdə iki şeyi nəzərdən qaçırmamalıyıq.  


 
106 
Birinci
. Quranın endirildiyi qədim cəmiyyət bəşəri cəmiy-
yətdir. Bu cəmiyyətin vəziyyəti bəşəriyyətin Qiyamətədək davam 
edəcək vəziyyətinin bir formasıdır. Bu və ya digər vəziyyətlə bağlı 
hökm təbiət etibarı ilə davamlı və əbədi hökmdür. Çünki bu 
hökm qiyamət qopanadək davamlı surətdə dəyişən oxşar vəziy-
yətlər üçün işə yarayır. Quranın əbədiliyi də məhz buradan qay-
naqlanır.  
İkinci
. Quranın söz açdığı müxtəlif vəziyyətlər soruşanın 
sualına adi cavab qəbilindən hesab edilməməlidir. Çünki cavabda 
bir çox məsələ ifadə edilə bilir. Bir ayənin endirilmə səbəbi aydın-
dırsa, bu o demək deyil ki, ayə yalnız həmin səbəblə məhdudlaşa-
raq başqa mövzulara toxunmayıb. Səbəb informasiya xəzinəsinin 
səbəbin özünə münasib açarıdır. Sual verməklə, müəyyən vəziy-
yətlə, həll istəyi ilə üzümüzə açılan bu informasiya xəzinəsi həmin 
bütün xeyir əməlləri özündə cəm edir.  
Bu üzdən mən endirilmə səbəblərinə bütün bu mahiyyət-
lərin ikinci dərəcəli səbəbi kimi baxıram.  
Düşünürəm ki, 25 il ərzində (Həzrəti Məhəmmədin pey-
ğəmbərlik dövrü nəzərdə tutulur – mütərcim) insanların şahid 
olduqları situasiyalar tarix boyu davam edəcəkdir. 25 il ərzində 
sevginin, nifrətin doğurduğu situasiyalar baş verdi. Hər bir insa-
nın üzləşdiyi situasiyalar Peyğəmbərin yaşadığı mühitə aid nümu-
nələrdir. Bu nümunələr Qeyb aləminin gələcəyə qoyduğu diaq-
noza oxşayır. Əslində, bu, yaxın və uzaq gələcəkdə nələrin baş ve-
rəcəyini Peyğəmbərin zamanındakı situasiyalar əsasında bildir-
məkdir. Bəlkə də bu, öz növbəsində islamın bəşəri risalətindən 
xəbər verir. Əgər xariqüladə möcüzələrlə insanlarda iman forma-
laşdırılsaydı, onda əbədilik deyilən şey qalmazdı. Çünki möcüzə 
onu görənlər, onunla əlaqəsi olanlar üçün dəyərlidir. Ancaq Qu-


 
107 
ran bütün bəşəriyyətə xitab edən möcüzəvi kitabdır. Çünki insan-
lar Peyğəmbərin zamanındakı situasiyalarla Qiyamətədək zaman-
zaman yenidən üz-üzə gələcəklər. Quran bu situasiyalara bütöv-
lükdə nəzər salır, problemlərin aradan qaldırılmasında ayələrdəki 
eyni həll yollarından çıxış edir. Bu, Qiyamətədək bu minvalla da-
vam edəcəkdir; düşünmürəm ki, zamanın doğurduğu hər hansı 
bir problemi Quran həll etməkdə aciz qalsın. Çünki Quranın 
problemləri həll üslubu konkret zamanla məhdudlaşmır. Quranın 
mahiyyətindəki əbədilik onun problemləri həll metoduna da sira-
yət edib.  
 
 


 
108 
 
 
QURANIN “NƏSX”İ PROBLEMİ 
 
 
əsənə
: Bu, şübhəsiz ki, belədir. Ancaq “Bir ayə müəy-
yən bir situasiyanı tənzimləmək üçün endirilmiş başqa 
bir ayəni qüvvədən salıb (“nəsx” edib). Çünki həmin 
situasiya Peyğəmbərin dövründə baş verib və Peyğəmbərin dövrü 
də artıq geridə qalıb”, – deyə iddia etsək, bu, həmin situasiyanın 
bir daha təkrarlanmayacağı, bununla da Quranın həllinə ehtiya-
cın qalmayacağı mənasına gəlmir ki? 
Qəzali
: Quranda bu, mümkün olmayan şeydir. Hökmü 
başa çatdığı və ya aidiyyəti şəxs, hadisə artıq mövcud olmadığı 
üçün ayənin qüvvədən düşməsi – bu, Quranda qətiyyən mövcud 
olmayan şeydir! 
Həsənə
: Müəyyən bir mərhələdə bu və ya digər proble-
min həlli üçün nazil edilmiş bəzi ayələrin sonradan – cəmiyyət tə-
rəqqi etdiyi zaman qüvvədən düşdüyünü (“nəsx” edildiyini) bil-
dirənlər vardır. Halbuki yeni-yeni cəmiyyətlərdə eyni problem-
lərlə tez-tez rastlaşmaq mümkündür.  
Qəzali
: Bəli, məhz bu baxımdan onlar səhv edirlər. Bu, 
Peyğəmbərin qurban ətlərinin tədarük edilib evdə saxlanılmasını 
qadağan etməsinə oxşayır. Əlaqədar hədisdə Allahın rəsulu de-
mişdi: “(Kəsildikdən) üç gün sonra qurban ətlərini yeyilməsini 
zəif və imkansız insanların üzə çıxa biləcəkləri səbəbi ilə qadağan 
etmişdim. İndi isə həm yeyin, həm ehtiyata toplayın, həm də sə-



Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə