Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə34/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   30   31   32   33   34   35   36   37   ...   90

 
135 
məntiqi formal-subyektiv məntiqdir, inkişafa meylli deyil, məc-
hulu aşkarlaya bilmir. Odur ki, Quranın deduksiya, müşahidə və 
induksiya məntiqindən təsirlənən avropalılar İntibah dövründə 
Aristotelin formal məntiqindən imtina etdilər. Dediyimiz kimi, 
Aristotel məntiqi mövcud informasiya əsasında “fəaliyyət” göstə-
rir və o, yeni informasiya “istehsal”ına qadir deyil.  
Nə üçün səhv etdiyimizi boynumuza almırıq? Əgər səhvi-
miz varsa, nədir bizə onu etiraf etməkdə mane olan? 
Həsənə
: Səhvləri bilib-öyrənmək yaxşı şeydir. Ancaq bu 
səhvlərə səbəb olmuş amilləri müəyyənləşdirmək gələcəkdə hə-
min səhvlərin aradan qaldırılmasını mümkün edə bilər. Şübhə 
yoxdur ki, siyasi despotizm və hakimiyyət əsas amil olmuşdur. 
Problemi həll etmədən bir kənara atmaq təhlükəli deyilmi, bunun 
dağıdıcı nəticələri olmazmı? Bütünlükdə zəlalətə düşməsi qeyri-
mümkün olan müsəlman ümməti belə bir real vəziyyətdə doğru 
yolu necə tapa bilər?  
Qəzali
: Bizdə hakimiyyəti islah cəhdlərinə, əvvəlcə, Siffin 
hadisəsi, sonra da hakimiyyətə qarşı çıxmağı küfr hesab edən, zül-
mə haqq qazandıran çox saylı hədis və hökmlərin yayılmağı öz 
zərbəsini vurub. Bu, tariximizin ciddi problemidir... İngilislər bu 
problemi kralı öldürüb “Böyük Azadlıqlar Xartiyası”nı (Maqna 
Carta) qəbul etməklə aradan qaldırdılar
1
. Bununla da demokra-
tiya İngiltərədə bərqərar oldu. Fransızlar da eyni addımı atdılar: 
Fransa İnqilabından (1789) çox keçməmiş Kral XVI Lüdoviki 
(1754-1792) edam etdilər. Mən bunu deməklə kiminsə edamına 
çağırış etmirəm. Ancaq despot hakimiyyət xalqı həbsxanalara 
                                                 
1
 1215-ci ildə İngiltərə kralı Con tərəfindən qəbul edilib. Xartiyanın qəbulu 
kralın hüquqlarının feodalların, kilsə xadimləri və azad vətəndaşların hüquq-
larının xeyrinə məhdudlaşdırılmasını məqsəd güdürdü.   


 
136 
“doldurarsa”, xalqın həbsxanaları dağıtmaq, həbs edəni öldürmək 
haqqı vardır.  
Əksəriyyəti “zəif” və ya uydurma olan bir çox hədis “əmr 
bil-məruf nəhy anil-münkər” (yaxşılığı əmr edib pislikdən çəkin-
dirmə) vəzifəsini həqiqi məcrasından çıxararaq məhdudlaşdır-
mış,  hakimiyyət  və  hakimiyyətdə  olanlara  “güldən  ağır  söz”  de-
məyə imkan verməmişdir. Bəli, bu, böyük səhvdir! 
 
 


 
137 
 
 
QURAN HÖKMLƏRİNİN 
TƏTBİQİ VƏ TƏDRİCİLİK 
 
 
əsənə
: “Nəsx”, bəzi hökmlərin qüvvədən salınması və 
universal baxışın məhdudlaşdırılması kimi problemlər-
lə əlaqədar digər bir problemə toxunaq. Bu, tədricilik 
problemidir və ya başqa ifadə ilə desək, tədricilik qanunauyğun-
luğudur. Alimlərimiz tədriciliyin gözlənilməsini yalnız qanunveri-
ciliklə (şəriət hökmlərinin çıxarılması) məhdudlaşdırmış, şərabın 
qadağan edilməsini buna dəlil göstərmişlər. Beləliklə, əqidədə, 
ibadət və dəvətdə tədricilik nəzərə alınmamış, tərbiyə məsələlə-
rində də biganəliyə tuş gəlmişdir. 
 Problemi belə qoyaq: Fiqhi hökmlər insanların növbəti 
mərhələyə adlamağa hazır olmadan qabaqkı problemlərini həll 
etmək üçün qoyulmuşdur. Son (həlledici, qəti) hökmün 
əbədiliyinə rəğmən, görəsən, (fiqhi hökmlərlə bağlı) ayələr və 
həll yolları oxşar problemlərə də şamildirmi?   
Və ya belə deyə bilərik: Mərhələli hökmlər səhabələr üçün 
növbəti mərhələyə qədəm basmağa hazır olanadək son (həlledi-
ci) hökm qəbilindən sayılırdı. Biz isə son (qəti) hökmün İlk 
Müsəlman cəmiyyətində stabilləşdiyini görürük. Sual olunur: 
Son mərhələdə həlledici hökmə nail olmağın vacibliyi şərti ilə 
mərhələli hökmdən tərbiyə və dəvət sahələrində istifadə edə 
bilərikmi? Situasiya mərhələli hökmü zəruri etsə belə, son (qəti) 
hökmümü qəbul və tətbiq etmək lazımdır?  



 
138 
İslamdan uzun illər ayrı düşmüş cəmiyyət və ya fərdlərin 
birdən-birə islama qayıtmağı mümkündürmü?  
Ümumiyyətlə islamdan xəbəri olmayan cəmiyyətlərə heç 
bir hazırlıq mərhələsi keçmədən son (həlledici, qəti) hökmləri 
tətbiq edə bilərikmi?  
Praktikada, dini mətnlərin reallığa tətbiqində tədricilik 
metodundan istifadə edə bilərikmi?  
Qəzali
: Allaha dəvətdə biz öz etiqad və inancları ilə biz-
dən fərqlənən insanların vəziyyətlərinə nəzər yetirməliyik. Məsə-
lən, müşahidə etmişəm ki, çoxevliliyə qarşı çıxan Xristian kilsəsi 
Afrika zəncilərinə xristianlığı təbliğ edərkən bu məsələdə üzü-
yumşaq davranır. Kilsə fərqinə varır ki, həqiqi hökmü bir-iki nəsil 
sonra tətbiq etmək daha münasibdir. Bu səbəbdən mövcud nəslə 
çoxevliliklə bağlı heç nə demir, onları tədricən xristianlığa alış-
dırır. Daha sonra isə onlara xristianlığı bütövlükdə öyrədir. Belə 
demək mümkündürsə, bu – gələcək naminə bügünün müəyyən 
hissəsini qurban verməkdir, ya da dəvət siyasətidir.   
Əslində, mən bu mövzu haqda bir şey söyləməyə tərəddüd 
edirəm. Çünki Avropaya baxdığımda hər stol başında sərxoşedici 
içki görürəm. Halbuki avropalılar içkinin zərərini də bilirlər, onu 
qadağan etməyi də arada-bir ağıllarından keçirirlər; siqaretin zi-
yanını bilir, ona ehtiyatla qadağa qoymağı da bəzən düşünürlər. 
Həm siqaret reklamları verilir, həm də bunun sağlamlığa zərəri 
haqda informasiya təbliğatı aparılır. Ancaq nə fayda! 
Fikrimcə, xristianlar əgər islama nifrət bəsləməsəydilər, iç-
kini çoxdan qadağan edərdilər. Onsuz da bir çox ölkədə ağıllı in-
sanlar içkidən uzaqdırlar, sükan başında içkili olmaq qadağan edi-
lib. Çünki Avropada yaxşı başa düşürlər ki, nəqliyyat qəzalarının 
əksəriyyətinin səbəbkarları məhz sərxoş sürücülərdir. Cinayət və 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə