142
ğunu qəbul etməyə çağır. Qəbul edərlərsə, bildir ki, Allah gün ər-
zində beş vaxt namazı onlara vacib buyurub. Qəbul edərlərsə, de
ki, Allah zəkat verməyi fərz qılıb: (zəkat) varlılardan yığılar, ka-
sıblara verilər. Buna da razı olsalar, nə badə yerdə qalan var-döv-
lətlərinə əl dəyəsən. Məzlumun duasından qorx. Məzlumun dua-
sını qəbul etmədə Allaha heç nə mane deyildir!”
1
.
Biz müsəlmanlar qeyri-müsəlman cəmiyyətlərlə əlaqələr
yaradırıq. Bugünkü müsəlman cəmiyyəti Quranın nazil olduğu,
son hökmün tətbiq edildiyi İlk Müsəlman cəmiyyəti də deyil. Qu-
ran bütün bəşəriyyət üçün göndərilmiş kitabdır... Bugünkü zeh-
niyyətimizə son hökm hakim kəsilib. O hökm ki, nəhayətində
onu qəbul etməyimiz zəruridir. Bu hökmdən kənara çıxmamız
doğru deyildir. Çünki ondan kənara sapmaq imkanımız xaricin-
dədir. Məsələ seçim məsələsi də deyil... İçki haramdır. Pak və Uca
Allah buyurur:
“Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər
də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlar-
dan çəkinin ki, bəlkə, nicat tapasınız!” (əl-Maidə, 90).
Hər bir halda içkidən uzaq durmaq lazımdır. Ancaq mən
son hökmün qəbul edilməsinin zəruriliyinə inanan şəxs olaraq is-
təyirəm ki, digər cəmiyyətlərə islamı öyrədim. Bu zaman mən nə
etməliyəm? Onların bəzi həll variantlarını qəbul edib son hökmü
onlara müəyyən zamanadək tətbiq etməməliyikmi? Məsələn, iç-
kinin haram olduğunu, ondan uzaq durmağın vacibliyini qətiy-
yətlə elan etməklə dəvət “qapı”sını onların üzünə taybatay bağla-
malıyıq, yoxsa onları son hökmün qəbuluna hazırlamalıyıq? Bə-
zən dəvət “əməliyyat”ı bir sıra hökmlərin təxirə salması ilə şərtlə-
nir. Çünki bunu real şərait tələb edir.
1
Buxari. Came əs-Səhih, “Zəkat” fəsli.
143
Qəzali
: Halal və haramın hökmünü dəyişmək yolveril-
məzdir. Mən yalnız və yalnız içki içənin cəzalandırılması ilə bağlı
öz ictihadımı irəli sürürəm. Bəli, qətiyyətlə qəbul edilməlidir ki,
içki rəzalətdir, onu içmək islamdan, Allaha itaətdən uzaqlaş-
maqdır. Ancaq içki içənlərlə yumşaq davranmalı, kobudluq gös-
tərməməliyik. İlk Müsəlman cəmiyyətində olduğu kimi, bu mə-
qamda da hökmlər tədricən tətbiq edilməlidir. Çünki əvvəllər içki
içənlər çoxluca kötəklənmirdilər; sadəcə paltarın üstündən döy-
mək olardı. Səksən şallağa gəlincə, bu cəza bir çox səhabənin, o
cümlədən Həzrəti Əlinin (Allah onlardan razı qalsın!) iştirak et-
diyi bir məşvərətdən sonra müəyyənləşdirilib. Deməli, bu məsə-
lədə əvvəlkilər kimi davranmaq mümkündür: əvvəlcə yüngülləş-
dirir, sonra qəlizləşdiririk.
144
İXTİLAF DİNDƏ PARÇALANMADIRMI?
əsənə
: Quran həyatın ümumi məcrasını müəyyənləş-
dirən, nizamlayıcı qanunauyğunluqları açıqlayan, bə-
şəriyyətin taleyini tənzimləyən dəyərləri təsis edən bir
kitabdır. Qurana münasibətdə, onun məğzini dərkdə insanın
boynuna: a) sözügedən məcranı müəyyənləşdirmək; b) məlum
qanunauyğunluqların perspektivlərini, kainatdakı hər şeyin biz-
lərin ixtiyarına verilməsi qanunlarını üzə çıxarmaq; v) sapma ol-
masın deyə, bəşəriyyətin taleyini tənzimləyən dəyərlər əsasında
proqramlar təsis etmək düşür. Ancaq insanın öz ictihadı ilə var-
dığı nəticə din, yəni müqəddəs ideya deyil, bəşəri rəydir, fikirdir.
Rəy səhv də ola, doğru da çıxa bilər. Çünki o, bu və ya digər şəx-
sin fəhm səviyyəsini əks etdirir. Bəzən bir insan öz üstün zəkası,
iti fəhmi, mühakimə bacarığı sayəsində dini mətnlərin münasibət
bildirmədiyi mövzuda başqalarından fərqli mövqe nümayiş et-
dirir.
Quran nöqteyi-nəzərini zənginləşdirən, tənzimləyici də-
yərlər çərçivəsindən kənara çıxmayan fərqli-fərqli fikirləri, rəyləri
qəbul edə bilərikmi? Buna dair misallar gətirmək mümkündür-
mü? Belə olduğu halda biz hər şeyi haram etmək, başqalarını
küfrdə təqsirləndirmək, “gözdə qıl axtarmaq”, yalnız bir görüşü
doğru saymaq xəstəliyindən qurtulmuş olarıq.
Dəyər meyarları əsasındakı ictihadlarımız dinin parçalan-
ması mənasına gəlmir ki? Dini parçalamağın qadağan edilməsi
haqda Quranda deyilir:
H
145
“(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini
parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmış-
dır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcək-
dir!” (əl-Ənam, 159);
“(Ya Rəsulum! Sən və ümmətin) tövbə edərək Ona tərəf
dönün. Ondan (Allahın əzabından) qorxun, namaz qılın və müş-
riklərdən olmayın!
O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular (bə-
zisi bütlərə, bəzisi günəşə və aya, bəzisi ulduzlara səcdə etməyə
başladılar). Hər bir firqə öz dininə (öz dininin haqq olduğuna)
sevinər” (ər-Rum, 31-32).
Fikrimcə, Quran prinsiplər qoymuş, dini mətnləri reallığa
tətbiq edib proqramları cızmağı insan ağlına həvalə etmişdir. Yə-
ni, hər bir dövrün problemləri və biliklərinə uyğun olaraq bu mə-
sələdə ictihad etmək mümkündür.
Qəzali
: Şübhəsiz, Quran ümumi prinsiplər qoysa da, bir
çox məsələdə Peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı ol-
sun!) təfsilata varmaq səlahiyyəti vermişdir. Peyğəmbər də (Ona
Allahın xeyir-duası və salamı olsun!) ibadətlə əlaqəli mövzuları
detalları ilə açıqlamaqla yanaşı, bir çox məsələlərin izahını sonra-
kı nəsillərə həvalə etmişdir. Allahın rəsulu istəyirdi ki, zaman keç-
dikcə insanlar özləri bu məsələləri üzə çıxarsınlar, özlərinə daha
faydalı, münasib olanı seçsinlər. Söz məqamına çəkər: islamda
haqq və fayda vəhdətdə nəzərdən keçirilir. Və ya belə deyə bilə-
rik: nə faydalıdırsa, deməli, haqdır. Ayəyə nəzər salaq:
“...Allah haqq ilə batili (sizdən ötrü) ayırd etmək üçün belə
misallar çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İn-
sanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misal-
lar çəkir!” (ər-Rəd, 17).
Dostları ilə paylaş: |