164
“...yaxud qadınlara toxunmuş olduqda...” ayəsinə
1
baxaq.
Burada toxunmaq dedikdə nə nəzərdə tutulur? Görəsən, qadına
toxunmaq dəstəmazı pozurmu? Yoxsa burada cinsi əlaqədənmi
söhbət gedir? Kim iddia edə bilər ki, bu, dinin ana prinsipləri ilə
(əsasları ilə) bağlı məsələdir?! Təbii ki, heç kim!
Həsənə
: Bu mövzunun Peyğəmbərin (Ona Allahın xeyir-
duası və salamı olsun!) “Yəhudilər yetmiş bir və ya iki, xristianlar
da bir o qədər dəstəyə parçalandılar. Mənim ümmətim isə yetmiş
üç dəstəyə bölünəcəkdir” hədisi
2
ilə əlaqəsi varmı?
Qəzali
: Bu hədisə İmam Buxarinin “Came əs-Səhih”,
İmam Müslimin də “Səhihi-Müslim” kitabında rast gəlinmir. Ona
yalnız “Sünən” kitablarında rast gəlmək mümkündür. Çox güman
ki, hədisdə ümməti heydən salan, başqaları qarşısında gücsüz bu-
raxan siyasi ixtilaflardan söhbət gedir.
Həsənə
: “Parçalanma” sözü ilə Peyğəmbərin (Ona Alla-
hın xeyir-duası və salamı olsun!) siyasi ixtilafları nəzərdə tutdu-
ğunu qəbul etsək, siyasi ixtilaflar bütün ümməti bir dəstə istisna
olmaqla cəhənnəməmi sürükləyir? “Parçalanma” nə üçün də icti-
hadları ifadə etməsin?
Qəzali
: Yerində sualdır. Bu məqamda “Siyasi ixtilaf nə de-
məkdir?” sualına cavab verilməlidir. Hər şeydən əvvəl siyasi ixtilaf
dövləti yıxmaq, ona qarşı qiyam çıxarmaq deməkdir. Məsələn,
özünün ölkənin lideri olmağına inanan bir şəxs vecinə almır ki,
qarışıqlıq çıxardığı üçün xalq iki hissəyə bölünə, bir-birini qıra bi-
1
“ən-Nisa” surəsi, 43-cü ayə.
2
Hədisi Əbu Hüreyrəyə (Allah ondan razı qalsın!) istinadən Tirmizi “Sü-
nən” kitabının “İman” fəslində rəvayət edib. Tirmiziyə görə, hədis “həsən-sə-
hih”dir. Hədisi, həmçinin, “Sünən” kitabının “Sünnə” fəslində Əbu Davud
rəvayət edib.
165
lər. Düşünürəm ki, bu qəbil siyasi ixtilaflar küfr kimidir. Çünki
Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) aşağı-
dakı hədisi də bunu təsdiqləyir: “Məndən sonra bir-birinizin boy-
nunu vuran kafirlərdən olmayın!”
Başqa növ ixtilaf da vardır ki, bu da ictihadla əlaqəlidir. Bu-
nu ictihad ixtilafı adlandıra bilərik. Ağıllı insanlar həmrəydirlər ki,
nəinki Dörd (Sünni məzhəbləri nəzərdə tutulur – mütərcim),
hətta Səkkiz Məzhəb arasındakı fiqhi ixtilaflar küfrə aparıb çıxar-
mır. Biz o ixtilafa – istər siyasi, istər dini olsun, fərqi yoxdur – yox
deyirik ki, pis niyyətlə müşayiət olunsun, ümmətin birliyinə xələl
gətirsin. Məhz belə ixtilafları olduqca təhlükəli kateqoriyadan he-
sab edirik.
Müsəlman ümmətinin keçmişinə nəzər salsaq görərik ki,
ən böyük fitnə ixtilafdan törəyib. Müsəlmanlar bu ixtilafın siyasi
məzmun daşımağı ətrafında həmrəydirlər. Bu fitnənin iştirakçıları
bir-biri ilə vuruşsalar da, nə bu onu, nə də o bunu kafirlikdə təq-
sirləndirib. Bütün bunlar fitnə hesab edilmişdir. Sonralar alimlər
bildirmişlər ki, bu ixtilaflar ictihadın məhsuludur; Müaviyə və tə-
rəfdarları haqlı da, haqsız da olsalar, üzrlüdürlər. Həzrəti Əli və
tərəfdarları da həmçinin. Yəni, həmin alimlərə görə, bu problem
insanları (ümməti) islamdan çıxaracaq xarakter daşımır. Əgər sö-
zügedən hədis belə bir böyük fitnəyə şamil edilmirsə, onda onu
başqa hadisələrə necə şamil edə bilərik axı?!
Həsənə
: Problem ondadır ki, bəziləri bu hədisi bir sıra fik-
ri, fiqhi və siyasi ixtilaflara aid edərək “xilas olan dəstə”dən ( fir-
qeyi-naciyə
) söz açırlar...
Qəzali
: Bu, əsassız yanaşmadır. Hədis səhih olsa belə yenə
də söhbət ümməti parçalamaq istəyən bədniyyətli insanlardan
gedir. Ümmətin xeyrini arzulayan xoşniyyətli insanlara gəlincə,
166
hədisin onlara aidiyyəti yoxdur. Hədisin mətnindəki “...üzərində
mən olduğum şey...” ifadəsini bəzi mühəddislər “Xilas olacaq dəs-
tə bizik” – deyə izah etmişlər. Bu izah əsassızdır və həddi aşmaq-
dır. Çünki fəqihlər islam ümmətini islah etmək, dini başa düşüb
öyrətmək arzusunda heç də mühəddislərdən geri qalmamışlar.
Hətta bəziləri, İmam Şafei kimi həm fəqih, həm də mühəddisdir-
lər. Həm fəlsəfəni, həm üsul elmini, həm fiqhi, həm hədisşünas-
lığı... bilən böyük islam alimləri vardır. Ancaq Sünnə və ya təfsir,
ya da fiqhlə məşğul olan bu dəstələr arasından elmi ilə, biliyi ilə
dünyaya qul olan bədniyyətli kəsə rast gəlinmir. Biz məhz bu dav-
ranışı camaatdan ayrılmaq kimi səciyyələndiririk. Buna rəğmən,
hətta belələrini kafir adlandıra bilmərəm. Çünki küfr “möhür”ü
məndə deyil. Kafirlikdə günahlandırma dini mətnlərlə təsbit edi-
lən məsələdir.
Hədisdəki “...üzərində səhabələrimin və özümün olduğu
şey...” ifadəsinə gəldikdə, deməliyik ki, aralarındakı siyasi ixtilafa,
döyüşlərə baxmayaraq, Peyğəmbərin səhabələri hamılıqda xilas
olacaqlar. Çünki onlar islamın mənafeyini təmin etmək üçün ic-
tihad etmiş din insanlarıdır. Dini, imanı, səmimiyyəti, islamın
mənafeyini güdmək istəyi olan insanları kafirlər zümrəsinə aid
edib nicat tapacaq dəstədən necə ayıra bilərik axı?!
Deməli, “(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub
dinini parçalayanlarla heç bir əlaqən yoxdur...” ayəsi
1
Kitab əhlin-
dən söz açır, müsəlmanlara da xəbərdarlıq edir ki, vaxtı ilə Kitab
əhlinin düçar olduğu bəlalara onlar da mübtəla olmasınlar. Elə isə
parçalanma dedikdə, əqidədə parçalanma başa düşülür; məzhəb-
1
“əl-Ənam” surəsi, 159-cu ayə.
Dostları ilə paylaş: |