195
139-140).
Qəzali
: Bu doğrudur, mən də bu fikri təsdiqləyirəm. Dedi-
yim kimi, bu ümmət ölməyib, ancaq və ancaq xəstələnib. Ümmə-
tin düçar olduğu xəstəlik əksər hallarda hakimiyyət pozuqluğun-
dan yaranıb. Bu səbəbdən çürümə hakimiyyətlə təmsil olunan
“qabıq”la kifayətlənmiş, “oduncağa” işləməmişdir.
Bəli, hakimiyyət pozuqluğu islam sisteminin “qabığını”
təşkil edir. Çünki islam yalnız siyasi partiya deyildir, əksinə, o, də-
yər və təlimlərin məcmuyudur. Hakimiyyət təlimləri bir-birinə
bağlayan “kəmər”dir (toqqadır). Ancaq təlimlər “toqqa”nın qırıl-
mağına rəğmən, öz mövcudluğunu qoruyub saxlamışdır. Bu hal
Bağdadın süqutu zamanı özünü bariz şəkildə göstərmişdir; xila-
fətə son qoyan tatarlar özləri müsəlman olmuş, avropalıların on-
ları özlərinə tərəf çəkib müştərək xaçlı ordusu yaratmaq cəhdləri
boşa çıxmışdır. Bu, həqiqətən, belədir. Çünki Avropada monqol-
tatarların yürüşləri ilə xaçlı səfərləri eyni tarixi hadisə kimi tədris
edilir. Əndəlüs isə sanki atom bombasının gerçəkləşdirdiyi küt-
ləvi qırğının şahidi olmuşdur. Çünki xaçlı küdurəti inkvizisiya
məhkəmələrinə sirayət etmiş, bununla da müasir dillə desək, fizi-
ki yox etmə İspaniyada müsəlmanların soyqırımında əsas vasitəyə
çevrilmişdi. Müsəlmanlar bundan ibrət çıxarmalı idilər. Ancaq
heyhat! Eyni şey Yuqoslaviyada da müsəlmanların başına gətiri-
lib.
Həsənə
: Şübhə yoxdur ki, milli çəkişmələrə zəmin hazırla-
maq, irqi ayrı-seçkiliyi qızışdırmaq, millətçiliyi körükləmək islam
şüurunu öldürmə cəhdlərindən başqa bir şey deyil.
Qəzali
: Doğrudur. Bu cəhətə diqqət etmək lazımdır.
196
MÜDAFİƏ QANUNAUYĞUNLUĞU
əsənə
: Müdafiə qanunauyğunluğu aşağıdakı Quran
ayəsindən çıxarılıb:
“...Əgər Allah insanların bir qismini digər qismi ilə
(müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Alla-
hın adı çox zikr olunan sövməələr (rahiblərin yaşadığı monastır-
lar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb
gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım
edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz
qüvvət, qüdrət sahibidir!” (əl-Həcc, 40).
Bəşər cəmiyyətlərini tənzimləyən bu sosial qanunauyğun-
luğun aktiv təsirini hər bir dövrdə, coğrafiyada müşahidə etmək
mümkündür. Belə ki, Allah zalımları bir-birinə ürcah edir ki, ar-
xasızlar qurtulma fürsəti qazansınlar, xeyirxahlıq vüsət alsın, yaxşı
insanlar hifz olunub qorunsunlar. Bəzi müfəssirləri aşağıdakıları
söyləməyə sövq edən də məhz budur:
“Ədalət və islam hakimiyyəti mövcud olmadıqda qeyri-
mümkündür ki, Allah yalnız bir zalımı insanların başına müsəllət
qılsın və o da onları təkbaşına idarə etsin. Əksinə, belə bir vəziy-
yətdə insanları bir neçə zalım əsarətdə saxlayar. Bu zalımların bir-
birləri ilə çəkişmələri, aralarındakı mübarizə oyanışa imkan yara-
dıb mədəniyyətin yaranması fürsətini doğurar”.
Dövrümüzün müsəlmanları zəif və dağınıq olmalarına
baxmayaraq, müdafiə qanunauyğunluğundan lazımınca yararlana
bilsələr, islam probleminin xeyrinə böyük “qazanc” əldə edər, nai-
H
197
liyyətlərə imza atarlar. Müdriklik hərəkət nöqtəsinin seçilməsin-
dədir. Aktiv mövqelərin düzgün seçilməsində!
Üstünlüyə və inkişaf etmiş mədəniyyətə sahib olmadıqları
halda müsəlmanlar müdafiə qanunauyğunluğundan necə istifadə
etməlidirlər ki, həyata davam etsinlər? Quranda buna dair izahe-
dici dəlillər vardırmı?
Qəzali
: “...Əgər Allah insanların bir qismini, digər bir qis-
mi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı...” ayəsini
1
oxuduğum zaman ağlıma iki şey gəlir:
Birinci
. İlahi imtahanın (eksperimentin) bir forması yox-
dur, əksinə, o rəngarəngdir... İnsan oğlu öz əqidəsini, həyatını, də-
yərlərini müdafiə etməyə daim hazır olmalıdır. Ancaq imtahan
hansı formada olacaq – bax, bunu biz bilmirik.
İkinci
. Qarşılıqlı dəf etmə fərdi və sosial həyatın mahiyyə-
tində mövcuddur. Məsələn, orqanizmin bir yerinə mikrob düş-
dükdə immun sistemi “iş”ə düşür. Güclü immun sistemi mikrob-
ları məhv edir və nəticədə orqanizm sağ qalır.
İnsan həyatı üçün də bu cür qarşılıqlı dəf etmə (təsir) zə-
ruridir. Bu qarşılıqlı təsir bəlkə də insandakı imanı gücləndirir və
həmin insan kənar təsirə məruz qaldıqda öz daxili imkanlarını hə-
rəkətə keçirir. Bu da öz növbəsində ona yeni nəfəs qazandırır, ye-
ni həyat gətirir. Allah tərəfindən qoyulan, mömin və kafirlərin ta-
be olmağı zəruri sayılan təbii qanunauyğunluqlar vardır. Yəni, hə-
yatda müxtəlif prinsip və güclərin davamlı toqquşması baş verir.
Həyat belədir; küfr istəyir ki, özünü dünyaya qəbul etdirsin, iman
da özünü fəallaşdırmalıdır ki, ayaqda qalsın. İman o vaxt ayaqda
qalır ki, kafirlərin təzyiqləri onun daxili imkanlarına stimul versin.
Yuxarıdakı ayəyə bir daha nəzər salaq:
1
“əl-Bəqərə” surəsi, 251-ci ayə.
198
“...Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf
etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı...” (əl-Bəqərə, 251).
Bu mədəni müdafiə ilahi imtahanın bir parçasıdır, şərlə
mübarizədə xeyrin gücünün artırılmasının bir hissəsidir.
Həsənə
: Toynbi
1
və digər kulturoloq-tarixçilər hesab edir-
lər ki, hədə-qorxu və provokasiya əks reaksiya və mədəni tərəqqi-
nin mühüm səbəbi kimi çıxış edir. Onlara görə, hədə-qorxu köh-
nə ünsürləri yox edir, milləti oyadır, ona mövcud şərait və düş-
mənlə mübarizə ruhu aşılayır. Hədə-qorxu dövrü, əslində xalqa
fayda gətirir. Çünki ona “gəncliyini”, mütərəqqiliyini qaytarır...
Şübhə yoxdur ki, bu problem “müdafiə qanunauyğunluğu”
adlandırdığımız şeyin daxilində nəzərdən keçirilməlidir. Ancaq
bu məqamda bir məsələni diqqətdən yayındırmamalıyıq: bəzi
hallarda müsəlmanlar zəifləyib düşmənlərinə qarşı tam gücü ilə
müqavimət göstərə bilmədiklərində aralarında çəkişmə olan bey-
nəlxalq güclər onlara ədavət bəsləyir. Dediyimiz kimi, öz araların-
da da çəkişir, razılığa gələ bilmirlər. Əgər müsəlmanlar mövcud
çəkişmələrdən müdrikliklə yararlanıb həkimanə hərəkət edərlər-
sə, deməli, Quranda göstərilmiş müdafiə qanunauyğunluğundan
lazımınca faydalanar, mahiyyətini başa düşərlər. Məsələn, Nüeym
ibn Məsud
2
müsəlmanlar maddi sarıdan zəif olmalarına, mühasi-
rəyə alınmalarına baxmayaraq, Xəndək döyüşündə müttəfiq düş-
1
Arnold Toynbi (1889-1975): Britaniyalı tarixçi, “hədə-qorxu və əks reak-
siya əsasında tarixi izah” nəzəriyyəsinin banisidir.
2
Nüeym ibn Məsud ibn Amir: Künyəsi Əbu Sələmə əl-Əşcəidir. Xəndək
mühasirəsi zamanı müsəlman olmuşdur. Bəni-Qüreyzə və Qətəfan qəbilələri
arasına çəkişmə salan məhz odur. Nəticədə müttəfiqlərin səfləri dağılmış,
Mədinənin mühasirəsi aradan qaldırılmışdı. Həzrəti Əlinin xəlifəliyinin ilk
illərində Cəməl döyüşündə həlak olmuşdur. Həzrəti Osmanın hakimiyyəti
dövründə vəfat etdiyini deyənlər də vardır.
Dostları ilə paylaş: |