Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə52/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   48   49   50   51   52   53   54   55   ...   90

 
203 
da bu təbiət məsələləri “...günəşi, ayı və ulduzları əmrinə boyun 
əymiş halda yaradan Allahdır...”
1
, – deyə təsvir edilir. Elə isə kai-
natı və təbiəti tənzimləyən qanunauyğunluqları üzə çıxarmadıqca 
onu özümüzə necə təhkim edə bilərik?! 
Qəzali
: Ola bilər. Ancaq aramızdakı fikir ayrılığı “təhkim-
çilik qanunauyğunluğu”nun yeni yaranmış təbir olmağındadır. 
Məna isə, bundan qabaq dediyimiz kimi, insanın yer üzündə Al-
lahın varisi (xəlifəsi) olmağında öz əksini tapıb. Elə isə insan xid-
mətinə verilmiş hər şeyə sahib çıxmalıdır... 
Həsənə
: Yer üzünü abadlaşdırıb nümunəvi varis olmaq... 
üçün bu zəruridir. Ancaq mənim bu qanunu “təsxir” – deyə ad-
landırmağım ona görədir ki, müsəlmanların diqqətini Qurandakı 
qanunların mahiyyətini dərk etməyə yönəldim.  
Qəzali
: Eyib etməz... Bununla siz başqalarına təhkim edil-
miş müsəlmanlara öyrədirsiniz ki, Allah Günəşi və Ayı onların ix-
tiyarına verib. Odur ki, hal-hazırda olduğu kimi başqalarının 
“oyuncağına” çevrilmək yolverilməzdir.   
Həsənə
: Fikrimcə, hələ də araşdırılmamış bir məsələ var. 
İmanın bu dünyanı tənzimləyən ilahi qanunauyğunluqlarla əla-
qəsi məsələsi. Bu qanunauyğunluqları öyrənmədə imanın rolu; 
mədəni nümunəviliyin gerçəkləşməsi üçün səmanın hidayəti ilə 
yer üzünün əks-reaksiyası arasında imanın doğurduğu qarşılıqlı 
təsir; nəticələrin imanla əlaqələndirilməsi – bütün bu məsələlər 
araşdırılmalıdır. Bu qanunların müntəzəmliyini, funksiyalarını 
üzə çıxarmaq bizi Allaha inanmağa aparıb çıxaracaqdır və biz 
iman-mənəviyyat məsələlərinə təbiət qanunlarını, maddi məsələ-
ləri dəli-sübut göstərəcəyik.   
 
                                                 
1
 “əl-Əraf” surəsi, 54-cü ayə. 


 
204 
İlahi qanunauyğunluqların şüurlu tətbiqində imanın rolu 
ilə yanaşı, iman və təqvanın doğurduğu bacarıq müsəlmanları hə-
min qanunauyğunluqlara münasibətdə yaranmış ətalətdən xilas 
edə, onlarda hərəkətlilik yarada bilər.   
Fikrimcə, imanın mədəni nailiyyətlərlə əlaqəsi barədə da-
ha çox düşünmək lazımdır. Bu üzdən yalnız materiyanı öyrənən 
müasir məktəblərdə (cərəyanlar) qərara gəliblər ki, milləti millət 
edən sosial-psixoloji normativlər yenidən müəyyənləşdirilsin. 
Müəyyənləşdirilsin ki, millət tərəqqi edib texnoloji nailiyyətlərə 
imza atsın. Çünki texnologiya müəyyən bir ideologiyanın, psixo-
loji normaların səmərəsidir. Bu üzdəndir ki, bir ölkədə rəğbət gö-
rən ideologiya digər fərqli ölkədə rədd edilir.  
Qəzali
: Məlum ilahi qanunauyğunluqların tətbiqinin do-
ğurduğu bəzi hallar Quranda təqva ilə əlaqələndirilir. Məsələn, 
bəsirət gözü ilə nəyin düz, nəyin də puç olmağını müəyyənləşdir-
mək təqvadan asılıdır... Allah təala buyurur: 
“Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haq-
la-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış 
yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah 
böyük lütf (mərhəmət) sahibidir!” (əl-Ənfal, 29). 
Həmçinin, “təsxir” qanunauyğunluğuna riayət, ruzinin art-
ması, iman və təqva arasında əlaqə vardır: 
Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməl-
lərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və 
yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapıla-
rını onların üzünə açardıq)
. Lakin onlar (öz peyğəmbərlərini) 
yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları 
günahlara) görə məhv etdik” (əl-Əraf, 96). 
Quranda bildirilir ki, iman və səbirlə imtahanları adlamaq 


 
205 
mümkündür. Deməli, ilahi sınaqdan üzü ağ çıxmaq və səbir ara-
sında əlaqə mövcuddur: 
“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, 
can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! 
Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!” (əl-Bəqərə, 
155).  
Bağışlanma diləyib tövbə etməklə yağışın yağması və bərə-
kət arasında da bağlılıq mövcuddur: 
“Və dedim: “(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı 
diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağış-
layandır! 
O sizə göydən bol yağış göndərər; 
O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-
bağçalar yaradır və çaylar axıdar!” (Nuh, 10-12). 
Prinsiplər meydanında qalib gəlib şəhvəti cilovlamaq və 
düşmən üzərində zəfər çalmaq arasında əlaqənin olduğunu da 
aşağıdakı ayədən görürük: 
“Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və 
Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və 
sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər” (Muhəmməd, 
7).  
Həmçinin, sosial zülm, kasıbların hüquqlarının tapdalan-
ması və sərvətin itirilməsi arasında əlaqənin mövcudluğu aşağıda-
kı ayədən görünür: 
“Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi
bunları da (Məkkə mürşiklərini də) imtahana çəkdik. O vaxt (o 
bağ sahibləri) səhər açılanda (onun meyvələrini) mütləq dərə-
cəklərinə and içmişdilər. 
Və heç bir istisna yeri də qoymamışdılar (inşallah demə-


 
206 
mişdilər). 
Onlar yuxuda ikən (ya Peyğəmbər!) sənin Rəbbindən o 
bağa bir bəla gəldi. 
Və o (yanıb) qapqara qaraldı (külə döndü)” (əl-Qələm, 
17-20).  
Quranda fasiqlik, dəbdəbə və həlak arasındakı əlaqədən də 
söz edilir: 
“Biz bir məmləkəti məhv etmək istədikdə (peyğəmbər-
lərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (Allaha 
itaət etməyi, iman gətirməyi) əmr edərik. Lakin onlar (Allaha asi 
olub) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab veril-
məsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik” 
(əl-İsra, 16). 
 
 
 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə