227
Həzrəti Əlinin hakimiyyəti dövrünü də, mübahisələrə rəğmən,
düşünürəm ki, həqiqi Raşidi xilafəti dövrü adlandırmaq olar.
Çünki Həzrəti Osman (Allah ondan razı qalsın!), müasir leksi-
konla desək, xalq kütlələrinə atəş aşmaq əmrini verməmişdi. Ək-
sinə, o, xalqın əlində qalmış, problemə nəzarət edə bilmədiyi başa
düşmüşdü...
Fikrimcə, ərəblər o vaxtadək görmədikləri azadlıqları on-
lara bəxş edən bir sistemlə qarşılaşmış, heyrətə düşmüşdülər. On-
lar bundan lazımınca yararlana bilmədilər. Nəticədə Raşidi xila-
fəti əllərindən qəsb edildi, yerinə, hamının da təsdiqlədiyi kimi,
raşidi olmayan xilafət gəldi. Özüdür ki, var, raşidi sayılmayan
Əməvi və Abbasi xilafətləri! Çünki bu xilafətlər hakimiyyətin ata-
dan oğula ötürülməsi əsasında qurulmuşdu; xəlifə öldükdən son-
ra hakimiyyət varisə keçirdi. Hətta bu zəlilliyə bey`ətlə haqq qa-
zandırmağa çalışmışdılar. Nə qiyməti var bu məqamda bey`ətin?!
Bunu edənlərin vəziyyəti israiloğullarının vəziyyətindən heç də
fərqlənmir: çərşənbə günü balıq ovlamaq qadağan edildiyi üçün
yəhudilər həmin gün torlarını dənizə atır, səhəri günü – bazar gü-
nü gəlib tordakı balıqları toplayırdılar. Bununla da gümana qapı-
lırdılar ki, çərşənbə qadağasına əməl edirlər(!)
İslam fərdin hakimiyyətinə təbii baxsaydı, düşünürəm ki,
iki məqamda şura çağırılmaya bilərdi. Uhud döyüşündən qabaq
Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) şura keçir-
məkdə israr etmişdi. Halbuki məğlubiyyətə səbəb də elə şura ol-
muşdur. Bu bir! İkincisi budur ki, “Şura” surəsində imanın yed-
dinci xüsusiyyəti kimi şura (məsləhətləşmə) göstərilir ki, həmin
xüsusiyyətlərin heç biri də boşu-boşuna deyildir. Allah təala bu-
yurur:
“Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah ya-
228
nında olan (axirət mükafatları) isə daha yaxşı və daha baqidir. O
kəslər üçün ki, iman gətirib öz Rəbbinə təvəkkül edərlər;
O kəslər üçün ki, böyük günahlardan rəzil işlərdən (zina-
dan) çəkinər, (birinə) qəzəbləndikləri zaman (onun günahını)
bağışlayarlar;
O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gə-
tirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə gö-
rər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər” (əş-
Şura, 36-38).
Ayələrdə sadalanan xüsusiyyətlərin hansı əhəmiyyətsizdir?
Hamısı fərz əməllərdir. Halbuki fiqh və təfsir ənənəsinə görə, şura
(məsləhətləşmə) icbari əməl sayılmır. Bu yanaşmanı da kim
özündən icad edib? Bəli, bu, hakimiyyət çürüklüyünün nəticə-
sidir. “Şura icbari əməl deyil” iddiası nə deməkdir başa düşmü-
rəm. Belə olarsa, şuranın nə qiyməti, nə də əhəmiyyəti qalar. Bu-
nu iddia etmək qısırlıqdır, təhlükəli yanaşmadır!
Bizdən başqaları – ingilislər, fransız və amerikalılar zor gü-
cünə olsa da bu problemi vaxtında həll etdilər. Bu xalqlar da des-
potizm və hakimiyyət zülmünə tuş gəlmiş, mübarizə aparmışlar.
Bu səbəbdən mən siyasi sui-qəsdlərin əleyhinəyəm. Çünki sui-
qəsd xalqın deyil, fərdin cəsarətini göstərir. Sui-qəsdlə öldürülə-
nin yerini ya onun kimisi, ya da ondan daha pisi tutur. Qərblilər
bu cür etmədilər: problemi böyük inqilablar yolu ilə – mikrobu
kökündən təmizləyərək həll etdilər.
229
METOD VƏ DƏYƏR DEYİL,
MƏHZ DÜŞÜNCƏ BÖHRANI!
əsənə
: Sizcə, bu günün müsəlmanları düşüncə böhra-
nına səbəb olan metod problemindən, yoxsa ki düşün-
cə, fəhm qıtlığından, Quran metodunu anlama üsulu-
nun yoxluğundan əziyyət çəkirlər? Quran metoduna dair ayələrə
nəzər salaq:
“...Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik...”
(əl-Maidə, 48);
“Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub ge-
din. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah)
sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!” (əl-
Ənam, 153).
Səhabələrin zamanındakı Quran eynilə indiki müsəlman-
larda da var. Onun mətnləri olduğu kimi qorunub saxlanıb. An-
caq problem ona münasibətdə və onu anlamada yaranıb. Hələ
hicri II əsrin başlanğıcında İmam Malik (Allah ondan razı qal-
sın!) deyirdi: “Bu ümmət əvvəl-əvvəl nə ilə islah tapıbsa, yenə də
onunla islah olunacaqdır”.
Belə deməyimiz mümkündürmü ki, bir cəmiyyətin tərəq-
qisi onu formalaşdıran erkən dövr şərtləri və şəraitindən asılıdır.
Quranı doğru-dürüst anlamaq, ona düzgün münasibət bəsləmək
belə şərtlərdəndir. Quran və Sünnə ola-ola metod probleminin
mövcudluğundan danışmağımız problemi böyütməzmi?
Qəzali:
Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı
H
230
olsun!) səhabələri fərqli idilər. Onlar islamın missiyasını birbaşa
Peyğəmbərdən öyrənərək başa düşmüşdülər. Bədəvi ərəb olan
Rəb`i ibn Amiri xatırlayaq. Sasani sərkərdəsinə: “Allah bizləri ona
görə göndərib ki, bəndəni bəndəyə köləlikdən qurtarıb Allaha
ibadətə yönəldək. İnsanları dünyanın darlığından dünya və axirət
genişliyinə, dinlərin cövründən də islamın ədalətinə qovuşduraq”
– sözlərini söyləmişdi. Bu şəxs həmin sözləri haradan öyrənmiş-
di? Şübhə yox ki, Quranın onda yaratdığı təəssüratdan!
Quran yeni insan nəsli yetişdirdi. Bu insanlar farslardan,
bizanslılardan daha üstün düşüncəyə sahib oldular. Sasani və Bi-
zans mədəniyyətlərini heç kəs inkar edə bilməz, amma harada
qaldı bu mədəniyyətlər? Qismətləri itib-batmaq oldu.
Ərəblər bu mədəniyyətlərlə təmas qurduqları zaman on-
lara naqislik kompleksi hakim deyildi. Əksinə, ərəblər iman yük-
səkliyinə sahib idilər ki, bu hissi də onlara Quran bəxş etmişdi.
Deyilənə görə, Quran fərqli variantları (görüşləri) ifadə
edən kitabdır. Əslində, bu, onun bir ecazkarlığıdır, qüsur deyildir.
Ayələrdə harmonikliyin (elastikliyin) mövcudluğu Quranın za-
manın fövqündə durmağından xəbər verir. Ancaq bu məsələyə
saf niyyət və sağlam məqsədlə yanaşmaq lazımdır. Belə olan təq-
dirdə görəcəyik ki, harmoniklik boşu-boşuna olmayıb, sadəcə və
sadəcə müqəddəs kitabımızın bütün dövrlərə münasibliyindən
irəli gəlir. Kim iddia etsə ki, Qurandakı harmoniklik çoxvariantlı-
lığa xidmət edir, ona səhih və “mütəvatir” Sünnəni təqdim edərik.
Sünnə ona bu harmonikliyin mahiyyətini lazımınca başa salar.
Metodu tamamlamada Qurana yalnız Sünnəni müncər edə bi-
lərik.
Bundan əlavə, düşünüb-yaratsın deyə insan ağlının səla-
hiyyətinə geniş sahələr buraxılıb. Çünki Quranda konkret nor-
Dostları ilə paylaş: |