Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə28/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   24   25   26   27   28   29   30   31   ...   90

 
112 
Elə isə yuxarıdakı fikir əsassızdır. Hökmü qüvvədən Salı-
nan ayələr mövcud deyildir. Bir neçə ayəyə nəzər salaq: 
“(Ey möminlər!) İndi Allah (yükünüzü) yüngülləşdirdi. 
Çünki O sizdə bir zəiflik olduğunu bilirdi...” (əl-Ənfal, 66). 
Bundan əvvəlki ayədə əmr edilir ki, bir nəfər on nəfərə qar-
şı döyüşsün. Sonra bu ayə qüvvədən salınmış, bir nəfərin iki nəfə-
rə qarşı döyüşməsi əmr buyurulmuşdur.  Bu  haqda  Şeyx  Xüzəri 
(Allah rəhmət etsin!) yazır: 
“Bu, həm əzmkarlıq həm də rüsxətdir. Əzmkarlıqla yanaşı 
rüsxətin verilməsi “nəsx” deyildir. Hökm öz hökmlüyündə qalır: 
bir müsəlman on nəfərə qarşı savaşır. Müsəlman bu işi görməyə 
qadirdir. İki nəfərlə vuruşmağı isə rüsxətdir. Doğru hökm də 
məhz budur”. 
Həmçinin, iddia edirlər ki, “(Ya Peyğəmbər!) Həqiqətən, 
Rəbbin bilir ki, sən (yatağından) qalxıb bəzən gecənin təqribən 
üçdə ikisini, bəzən yarısını, bəzən də üçdə birini namaz qılırsan. 
Səninlə birlikdə olan bir zümrə (yaxın səhabələrin) də belədir. 
Gecəni də, gündüzü də ölçüb-biçən ancaq Allahdır. O sizin bunu 
(gecə vaxtlarını və saatlarını) ölçüb saya bilməyəcəyinizi (yaxud 
bütün gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün 
sizi əfv etdi (sizə rüsxət verdi). Qurandan sizə müyəssər olanı 
oxuyun. (Allah) bilir ki, içərinizdə xəstələr də olacaq, bəziləri Al-
lahın lütfündən ruzi axtarmaq üçün (ticarət məqsədilə) yer üzü-
nü gəzib dolaşacaq, digərləri isə Allah yolunda vuruşacaqdır (ci-
hada gedəcəkdir). Elə isə ondan (Qurandan) sizə müyəssər olanı 
oxuyun...” ayəsi
1
 “Müzzəmmil” surəsinin ilk ayələrini qüvvədən 
salıb. Bu, səhv fikirdir. Çünki sözügedən surədəki göstərişlər Pey-
ğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!) aid olub, ona 
                                                 
1
 “əl-Müzzəmmil” surəsi, 20-ci ayə.  


 
113 
gecə ibadətini fərz qılıb. Peyğəmbər vəfat edənədək gecə ibadəti 
ona fərz olaraq qalmışdır. “İsra” surəsində də Peyğəmbərə (Ona 
Allahın xeyir-duası və salamı olsun!) eyni şey əmr edilir: 
“(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas 
olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiya-
mət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axi-
rətdə ən böyük şəfaət məqamına) göndərsin!” (əl-İsra, 79). 
Hər nə isə... Bəzi səhabələr “Müzzəmmil” surəsinin əvvə-
lində göstərildiyi formada gecəni ibadətlə keçirmədə Peyğəmbəri 
(Ona Allahın xeyir-duası və salamı olsun!) təqlid etmişlər. Ancaq 
Allah təala gündüzləri işləyib zəhmət çəkən insanların xarakterini 
bildiyi üçün, Peyğəmbərdə olduğu kimi, onları gecə ibadətində 
öhdəçi qılmayıb. Odur ki, Allah onlara xitabən buyurur:  
“...Elə isə ondan (Qurandan) sizə müyəssər olanı oxu-
yun...” (əl-Müzzəmmil, 20). 
Peyğəmbərə gəlincə, əmr onun üçün əmr olaraq qalır. De-
məli, məlum ayədə “nəxs” mövcud deyil.  
İddia olunur ki, Quranın dəvətlə bağlı yüz iyirmi ayəsi “qı-
lınc” ayəsi əsasında qüvvədən salınıb. Tamamilə səfeh bir iddia! 
Bu da öz növbəsində göstərir ki, düşüncə və elmi gerilik dövrün-
də müsəlman kütlələr Quranı doğru-dürüst başa düşməmiş, na-
danlıqları üzündən Allaha necə dəvət edəcəklərini, dəvəti necə 
aktivləşdirəcəklərini yaddan çıxarmış, gözəl nümunə rolunu oy-
naya bilməmişdilər. Bəlkə də bu, həmin dövrdə islama dəvətin 
uğursuzluğu səbəblərindən birini təşkil edir. Bu üzdən güman 
olundu ki, təbliğin yeganə vasitəsi qılıncdır! Halbuki bu, kökün-
dən səhv fikirdir.  
“Nəsx” və ya başqa sözlə desək, bəzi ayələrin hökmünün 
“mumiyalanma”sı puç iddiadır. Quranda elə bir ayə yoxdur ki, 


 
114 
hökmü ləğv olunub “edam”a məhkum edilsin. Bu, doğru fikir de-
yildir. Hər bir ayənin öz hökmü, öz təsir qüvvəsi var. Ancaq bu 
ayənin hansı şəraitdə tətbiq ediləcəyini yalnız müdrik insanlar 
bilir. Bu səbəbdən Quranın ayələri insanların vəziyyətini nəzərə 
alır, onlara hikmətlə, xoş öyüd-nəsihətlə xitab edir.  
Həsənə
: “Biz (zaman, məkan və şəraitin tələbinə görə) 
hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unut-
dururuqsa...” ayəsinin
1
 konteksti keçmiş şəriətlərin yeni şəriətlə 
qüvvədən salınması mənasını ifadə etmir ki? 
 Qəzali: Ayənin konteksti qəti şəkildə göstərir ki, dini öh-
dəlik yükləmədə “nəsx” mümkün deyildir. Şeyx Rəşid Rza bu 
mövzuya toxunub. Rəşid Rza bildirir ki, “Biz (zaman, məkan və 
şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) ləğv 
edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona 
bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!” 
ayəsində
2
 təhkimedici (öhdəlik yükləyən) ehkamlardan deyil, Al-
lahın qüdrətindən söhbət gedir. Əgər belə olmasaydı, ayədə “Al-
lahın hər şeyə qadir olmasını bilmirsənmi?!” əvəzinə belə deyi-
lərdi: “Allahın hər şeyi bildiyini və  hikmət  sahibi  olduğunu  bil-
mirsənmi?!”  
“(Ey Məkkə əhli!) Yoxsa siz də bundan əvvəl Musa sorğu-
suala çəkildiyi kimi Peyğəmbərinizi (Məhəmmədi) sorğu-suala 
çəkmək istəyirsiniz?..” ayəsinə
3
 nəzər salaq. Aydındır ki, ayədə 
Peyğəmbərdən kainatla bağlı möcüzələr tələb edilir. Ondan qa-
baq isə Musa peyğəmbər nə barədə sorğu-suala çəkilmişdi? Yəhu-
dilər ona demişdilər: “Biz Allahı açıq şəkildə görmək istəyirik; Biz 
                                                 
1
 “əl-Bəqərə” surəsi, 106-cı ayə.  
2
 “əl-Bəqərə” surəsi, 106-cı ayə. 
3
 “əl-Bəqərə” surəsi, 108-cı ayə. 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə