109
dəqə verin”
1
. Başqa bir versiyada isə deyilir: “Yeyin, yedirdin, eh-
tiyata tədarük edin. Çünki həmin il – Peyğəmbərin qurban ətinin
tədarük edilib saxlanılmasına qadağa qoyduğu il – müsəlmanlar
maddi sıxıntı çəkirdilər. İstədim ki, (qurban ətini evinizdə saxla-
mayıb paylamaqla kasıblara) kömək edəsiniz”
2
.
Birinci halda bildirildi ki, qurban ətlərini tədarük edib ev-
də saxlamaq olmaz. Nə üçün? Çünki insanlar maddi çətinlik içəri-
sində olub köməyə ehtiyac hiss edirdilər. Daha sonra qadağa gö-
türüldü; qurban ətlərinin tədarük edilib saxlanılmağına icazə ve-
rildi. Nə üçün? Çünki insanlar hər kəsilən şeyə möhtac deyildi-
lər... Bu zaman iddia edildi ki, ikinci situasiya birinci situasiya ilə
bağlı hədisi (qadağanı) qüvvədən salıb (“nəsx” edib). Ancaq mə-
sələ, əslində bu cürdür:
Əgər qurbanlıq əti azdırsa, saxlanılmır, ehtiyacı olanlara
payladılır. Yox, əgər çoxdursa, tədarük edilib saxlanıla bilər, –
əbədi hökm budur!
“Əvvəlcə, əti tədarük edib saxlamaq qadağa edilmişdi. Da-
ha sonra buna icazə verildi” – demək səhvdir, problemə birtərəfli
yanaşmaqdır. Bu, səhv anlayış olan “nəsx”i qəbul edənlərin çatış-
mayan cəhətidir. Bu insanlar elə güman edirlər ki, situasiya bir
daha təkrarlanmayacağı üçün hökm aradan qalxıb! Halbuki hə-
min situasiya təkrarlanarsa, hökm də özünü yenidən göstərər.
Həsənə
: Demək istədiyim budur ki, situasiyalar, hadisələr
təkrarlanır. Ayələr əbədidirsə, hadisələr də əbədidir. Çünki ayələr
situasiyaları tənzimləyir. “Nəsx” adı altında bəzi ayələrin qüvvə-
1
Hədisi Həzrəti Aişəyə (Allah ondan razı qalsın!) istinadən İmam Müslim
rəvayət edib. Bax: Səhihi-Müslim, “Qurbanlıqlar” fəsli.
2
Hədisi Sələmə ibn əl-Əkvəyə istinadən İmam Buxari rəvayət edib. Bax: Ca-
me əs-Səhih, “Qurbanlıqlar” fəsli.
110
dən salınması mübahisəli məsələdir. Çünki həmin ayələrin tən-
zimlədiyi problemlərlə yenidən üzləşməyimiz mümkündür. Bu
problemlərin həlli isə yalnız və yalnız həmin ayələrdə ola bilər!!!
Qəzali:
İndiki dövrün görüşdüyüm, qulaq asdığım, kitab-
larını oxuduğum alimlərinin “nəsx” problemi barədə söylədikləri
“nəsx”i Qurandakı bəzi ayələrin qüvvədən salınması hesab edən
sonrakı dövr təfsirçilərinin fikirlərindən fərqlidir. Məsələn, fəqih
və tarixçi Şeyx Məhəmməd Hüzəri
1
“nəsx”i bütövlükdə rədd edə-
rək yazır:
“Quranda “nəxs” mövcud deyildir. Quranda ümumini
konkretləşdirən, mütləqi məhdudlaşdıran, bütövü təfsilata ayıran
ayələr (söz, cümlə, söz birləşməsi və sair) vardır”.
Şeyx Rəşid Rza
2
da eyni şeyi düşünür. O, bu problemə aşa-
ğıdakı ayənin izahında toxunub:
“Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı
bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa,
ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk...” (əl-Bəqərə,
106).
Rəşid Rzaya görə ayələr iki növdür: a) təhkimedici (icbari,
hökm yükləyici); b) yaradılış ayələri. “Bəqərə” surəsindəki ayənin
1
Məhəmməd əl-Xüzəri Bək: Misir Maarif Nazirliyinin müfəttişi, əl-Misriy-
yə universitetinin islam tarixi müəllimi işləmişdir. Əsərləri: “Fiqhin ana qay-
daları”, “İslam qanunvericiliyi tarixi”, “Müsəlman xalqlarının tarixinə dair
mühazirələr” və s.
2
Məhəmməd Rəşid ibn Əli Rza ibn Məhəmməd ibn Şəmsəddin ibn
Məhəmməd ibn Bəhaəddin ibn Molla Əli Xəlifə əl-Qələmuni (1865-
1935)
: Müsəlman reformisti, hədis, ədəbiyyat, tarix və təfsir alimidir. Mə-
həmməd Əbduhun tələbələrindən biridir. “Mənar” jurnalının təsisçisidir
(Jurnalın materialları 34 cilddə nəşr edilib). “Qurani-Kərimin təfsiri” adlı
təfsir kitabı qələmə almışdır.
111
qüvvədən saldığı ayələr yaradılış ayələridir. Bu ayə heç bir təh-
kimedici ayəni qüvvədən salmayıb. Yaradılış ayələri dedikdə pey-
ğəmbərlərini dəstəkləmək üçün Allahın yaratdığı xariqüladə hal-
lar başa düşülür. Bu hallar zamandan zaman dəyişir.
Təhkimedici ayələrə gəlincə, mən onları “Biz bir ayənin
yerinə digər bir ayəni gətirdikdə – Allah nə nazil etdiyini (hansı
hökmün bəndələri üçün daha münasib olduğunu) Özü daha yax-
şı bilir – (Kafirlər Məhəmmədə): “Sən ancaq bir iftiraçısan (Alla-
hın adından yalan uydurursan!)” – deyərlər. Xeyr! Onların əksə-
riyyəti (cahil olduğu üçün əsl həqiqəti, bir hökmü başqası ilə əvəz
etməyin hikmətini) bilməz!” ayəsinin
1
təfsiri zamanı real formada
nəzərdən keçirmişəm.
Şafei fəqihi, mühəddis və təfsirçi-alim Əli ibn Məhəmməd
Xazin (1280-1341) deyib:
“Bu ayə “Məhəmməd, əvvəlcə hökm çıxarır, sonra da onu
ləğv edir!” – iddiasına cavab olaraq enib”.
Öz-özümə sual verirəm: axı bu ayə Məkkədə nazil olmuş
“Nəhl” surəsinə aiddir. Məkkə dövründə endirildikdən sonra
hansı ilahi hökm ləğv edilib ki, müşriklər də buna əsaslanıb yuxa-
rıdakı fikri söyləsinlər?! Belə bir fakt mövcud deyildir. Ayənin
endirilmə səbəbi haqda deyilənlər də uydurmadır. Çünki heç bir
müşrik iddia etməyib ki, Məhəmməd, əvvəlcə hökm çıxarmış
sonra da onu ləğv etmişdir! Belə bir şey baş verməyib. Məkkə
dövründə heç bir hökm Məkkə ayəsi tərəfindən ləğv edilməyib.
Nə ayələrin endirilməsi, nə də islam qanunvericiliyi tarixində gö-
rülməyib ki, Məkkə dövründə endirilmiş ilahi hökm digər ilahi
hökm tərəfindən ləğv edilsin. Quranda belə bir şeyə rast gəlinmir.
1
“ən-Nəh” surəsi, 101-ci ayə.
Dostları ilə paylaş: |