Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə72/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
1   ...   68   69   70   71   72   73   74   75   ...   119

 

236


Haşiyə.  Aparılan  kliniki  müşahidə  və  təcrübələ

nəticəsində  balın  antibakterial  və  antienflamatuar 

xüsusiyyətlərə  malik  olduğu  ortaya  çıxmışdır.  Balın 

yaralardakı  infeksiyanın  və  buradakı  ölü  hüceyrə-

lərin ağrısız olaraq təmizlənməsində və yeni toxuma-

ların əmələ gəlməsində çox böyük təsiri vardır. Balın 

dərman  olaraq  istifadə  edilməsi  ən  qədim  tarixi 

kitabələrdə  də  bəhs  edilir.  Günümüzdə  də  alimlər  və 

həkimlər  balın  yaraların  müalicəsində  təsirini  yeni-

dən kəşf etmişlər. 20 ildir balı araşdırmaq məsələsinə 

rəhbərlik  edən  və  Yeni  Zellandiyadakı  Vaykato 

(Waikato)  Universitetində  biokimya  professoru  olan 

dr.  Peter  Molan  balın  antimikrob  xüsusiyyətləri  ilə 

bağlı bir mütəxəssis olaraq deyir: “Təsadüfi təcrübə-

lərlə  müəyyən  olunub  ki,  bal  yanıq  yaralarındakı 

infeksiyanı öz nəzarəti altında saxlayır, xəstəxanalar-

da  əksər  hallarda  antibakteriya  dərmanı  olaraq 

istifadə  edilən  gümüş  sulfudiazindən  daha  təsirlidir 

və yeni toxumaların inkişafını hərəkətə gətirir”. 

Bal  vitamin  və  mineral  “anbarı”-dır. Balın tər-

kibində  fruktoza  və  qlükoza  kimi  şəkərlərlə  yanaşı 

maqnezium,  kalium,  kalsium,  natrium,  xlor,  kükürd, 

dəmir və fosfor kimi minerallar da var. Nektar və çiçək 

tozu  öz  qaynaqlarının  xüsusiyyətlərinə  görə  dəyişdiyi 

üçün  balda  B

1

,  B


2

,  C,  B


6

,  B


5

  və  B


3

  vitaminləri  var. 

Bunlardan başqa balda az miqdarda mis, yod, dəmir və 

sink də olur. 



Baldan  yaraların  müalicəsində  istifadə  edilir. 

Yaraların müalicəsində istifadə edilən balın tərkibində 

havadan  nəm  çəkə  bilmək  xüsusiyyəti  olduğu  üçün 

sağalma  prosesini  sürətləndirərək  yaranın  izinin 

qalmasının qaşısını alır. Çünki bal yaranın üstünü örtən 



 

237


təzə  dərini  təşkil  edəcək  epitel  hüceyrələrin  bölünmə-

sini  sürətləndirir.  Beləliklə,  böyük  yaraların  müalicə-

sində  istifadə  edilən  bal  toxumaların  köçürülməsinə 

ehtiyacı aradan qaldırır. 

-  Bal sağalma mərhələsinə daxil olan toxumaları 

yenidən  böyümələri  üçün  hazırlayır.  Yeni  kapilyar 

damarların  əmələ  gəlməsini  sürətləndirərək  dərinin 

daha  dərindəki  toxuma  bağlarının  yerini  alan 

fibroplastların  böyüməsini  təşviq  edir  və  sağalmağın 

gücünü çoxaldan liflərin əmələ gəlməsini sürətləndirir. 

-  Balın yaranın ətrafındakı şişi azaldan antienfla-

matuar təsiri də var. Bu, qan dövranını artırır, beləliklə, 

sağalmanı sürətləndirir və hiss edilən ağrını azaldır. 

-  Bal  yaranın  altındakı  toxumalara  yapışmır  və 

buna görə də toxumaların cırılması və ağrı baş vermir. 

-  Bal  radiasiya  müalicəsi  tətbiq  edilən  xərçəngli 

xəstələrin  bədənlərində  meydana  gələn  yaranın  və 

mədə  xəstəliklərinin  müalicəsində  müvəffəqiyyətlə 

istifadə edilir. 

-  Bundan  başqa,  balın,  əvvəl  də  qeyd  etdiyimiz 

kimi,  antimikrob  təsiri  var.  Bal  infeksiyanın  əmələ 

gəlməsinin  qarşısını  alır,  mövcud  infeksiyanı  isə 

sürətlə  təmizləyir.  Bal  bakteriyaların  antibiotik  müqa-

vimət  xüsusiyyətlərinə  qarşı  da  təsirlidir.  Antiseptik-

lərin  və  antibiotiklərin  əksinə  olaraq,  bal  yaradakı 

toxumaların üzərində mənfi təsirlər saxlamır. 

Bu məlumatlardan da aydın olur ki, bal şəfaverici 

təsirə  malik  olan  çox  güclü  olan  bir  qidadır.  Şübhəsiz 

ki, bu da sonsuz qüdrət sahibi olan Allahın göndərdiyi 

Quranın möcüzələrindən biridir. 



Haşiyə.  2000-ci  il  sentyabr  ayının  10-13-də 

Avstraliyanın  Melburn  şəhərində  keçirilən  “Birinci 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə