42
Eroziya prosesinin otlaq sahəsində bu cür qeyri-bərabər paylanmasına təbii
amillərlə yanaşı, antropogen amillərin də təsiri olmuşdur. Belə ki, otarma vaxtına,
normasına, müddətinə riayət edilməməsi, otlaqlarda ot örtüyünün bərpa
edilməməsi bitki örtüyünün zəifləməsinə gətirib çıxarmışdır. Bu isə öz növbəsində
eroziyanın inkişafına səbəb olmuşdur.
Quba-Qusar bölgəsində eroziya prosesinin yayılma arealını və intensivliyini
ə
ks etdirən materialları araşdıraraq, belə nəticəyə gəlmək olur ki, burada eroziya
prosesi çox geniş inkişaf etmişdir. Lakin o, müxtəlif təbii-təsərrüfat
sahələrindəeyni intensivlikdə getmir və ən çox əkin və örüş, ən az isə biçənək və
meşə sahələrində baş verir.
Böyük Qafqazın şimal-şərq yamacında yerləşən yay otlaqlarının yerləşdiyi
ə
razilərin geomorfoloji şəraitinin mürəkkəbliyi, sərt yamacların mövcudluğu
amilləri insanların antropogen fəaliyyəti ilə birlikdə intensiv səthi axınlar həm də
yarğanların əmələ gəlməsinə səbəb olur.
Eroziya prosesinin yüksək dağlıq zonasının yay otlaqlarında geniş inkişaf
etməsi, güclü səthi axının və sellərin baş verməsinə səbəb olur.
Torpaq- təbiətin bizə bəxş etdiyi ən gözəl və əvəzedilməz bir nemətdir. Onun
qalınlığı coğrafi enliklər və təbii şəraitdən asılı olaraq 2-3 metrə qədər
olur və tükənən sərvətlər kateqoriyasına aiddir. Odur ki, torpaqla düzgün rəftar
etmək lazımdır, onu düzgün əkmək, ondan düzgün istifadə etmək, onu gələcək
nəsillərə saxlamaq lazımdır. Dünya əhalisi, eləcə də respublika əhalisinin
durmadan artması ilə əlaqədar yeni ərazilər insanlar tərəfindən müxtəlif məqsədlər
60 üçün mənimsənilir və intensiv istifadə olunur, son nəticədə istifadə olunan
torpaqların bir hissəsi yararsız hala düşür. Çox təəssüf hissi ilə qeyd edək k, bu
kimi hallar Azərbaycandan da yan keçməyib və getdikcə də genişlənməkdədir.
Tədqiqat obyektimiz olan Böyük Qafqazın şimal-şərq yamacının yay otlaqları da
bu kimi amillərin təsirinə məruz qalmaqdadır. Respublikamız təbii yem
mənbələrinin sahəsinə görə Qafqaz respublikaları içərisində birinci yeri tutur.
Respublikamızda kənd təsərrüfatında istifadə edilən torpaqların əsas kütləsini
təşkil edən örüş və otlaq torpaqlarının sahəsi 2,574 mln. ha olmaqla, yararlı
torpaq ehtiyatlarının 54,1%-ni əhatə edir, onlardan 1470561 ha kəndyanı örüşlər,
832612 ha qış otlaqları və 278293 ha yay otlaqları təşkil edir. Biçənək
altında istifadə oulnan torpaqların ümumi sahəsi 110,6 min ha olaraq ümumi
sahənin 2,3%-ni təşkil edir [2]. Qeyd edək ki, Böyük Qafqazın şimal-şərq
yamacının yay otlaqları Quba və Qusar rayonları ərazisində yayılaraq müvafiq
olaraq 287711 və 4965 hektar sahəni əhatə edir.Boyük Qafqazın şimal-şərq
yamacının yay otlaqları əsas etibarı ilə dəniz səviyyəsindən 1800-2200 m
hündürlükdə yayılmışdır və bu otlaq sahələri kənd təsərrüfatında, xüsusən,
heyvandarlıqda əvəzsiz rol oynayır. Subalp və alp çəmənliklərindən təşkil
olunmuş yay otlaqlarında müxtəlif növ bitki formasiyaları yetişir ki, bu da ərazidə
arıçılığın inkişafı üçün zəmin yaradır. Otlaqlarda yayılmış bitkilər nəinki
heyvandarlıqda, eləcə də xalq təbabətində geniş istifadə edilir.
Azərbaycanın ekoloji problemləri içərisində torpaq eroziyası ilə əlaqədar
yaranan problemlərin xüsusi yeri vardır. Eroziya prosesinin əmələ
43
gəlməsinə və intensiv şəkildə getməsinə səbəb olan amillərdən başlıcası insanın
düzgün olmayan təbii təsərrüfat fəaliyyətidir. Respublikamızın əsasən orta
və yüksək dağlıq, həmçinin aşağı dağlıq və dağətəyi ərazilərində düzgün
aparılmayan təsərrüfat fəaliyyəti nəticəsində bitki örtüyünün məhv edilməsi,
yamacların üzüaşağı şumlanması və mal-qaranın sistemsiz otarılması eroziya
proseslərinin əmələ gəlməsinə və güclənməsinə səbəb olmuşdur.
Araşdırmalar göstərir ki, respublikamızda eroziyaya məruz qalmış torpaqların
ümumi sahəsi 3144,7 min hektar olub, bu da respublika ərazisinin 36,4%-ni
təşkil edir. Bu torpaqların 38,8% - i (1220,1 ha) zəif, 29,4% - i (924 ha) orta,
31,8% - i (1000,6 ha) şiddətli dərəcədə eroziyaya məruz qalmışdır [1].
Tədqiqatlara görə dağ rayonlarında yerləşən çay hövzələrinin suayrıcı və tranzit
sahələrində mürəkkəb geomorfoloji şəraitdə torpaq örtüyünün 70- 80%-i eroziyaya
məruz qalmışdır. Bu çayların hövzələrində eroziya prosesləri geniş yayılaraq
torpaq səthinin yuyulması, yarğanların əmələ gəlməsi ilə müşahidə edilir.
Böyük Qafqazın cənub və şimal-şərqyamaclarında ərazinin geomorfoloji
(meyilliyi) vəeoloji quruluşu (ana süxurlar), həmçinin iqlim şəraiti (quraqlıq keçən
aylardan sonra yağışların leysan şəklində düşməsi) ilə əlaqədar burada eroziya
prosesləri daha çox intensiv şəkildə təzahür edir. Hesablamalar göstərir ki, təkcə
Kişçay hövzəsində ildə ətraf ərazilərdən yuyularaq 3,5 milyon ton
torpaq tökülür. Daşqın və sellərin tez-tez baş verdiyi illərdə bu rəqəm bir qədər də
artır. Digər məlumata görə isə Azərbaycan çaylarına bir ildə 48 milyontondan çox
torpaq yuyulub gətirilir [3]. Böyük Qafqazla yanaşı, Azərbaycanın Dağlıq
Qarabağ, Naxçıvan və Talış (xüsusən də Lerik rayonunun ərazisi) vilayətlərinin
torpaqları da bu və ya digər dərəcədə eroziyaya məruz qalmışdır.
Azərbaycan ərazisinin 20%-dən çoxunun erməni işğalçıları tərəfindən zəbt
edilməsi və bu səbəbdən Laçın və Kəlbəcər rayonlarının yay
otlaqlarının müvəqqəti itirilməsi Böyük Qafqazınyay otlaqlarında xırda buynuzlu
heyvanların sayının kəskin şəkildə artmasına gətirib çıxarmış, bu da alp
və subalp çəmən və çəmən - bozqır landşaft komplekslərinə, həmçinin mezofil
meşələrin yuxarı sərhəddinə yükün artmasına səbəb olmuşdur.
Eroziyaproseslərinin respublika miqyasında artımını təkcə insanın təsərrüfat
fəaliyyətləri ilə bağlamaq düzgün olmazdı. Son on illiklərdə qlobal iqlim
dəyişmələrinin Azərbaycanda nəzərə çarpacaq fəsadları-temperatur və yağıntı
anomaliyaları, yaz-yay yağışlarının tez -tez leysanlar şəklində düşməsi bir
çox regionlarda sel hadisələrinin, sürüşmə və daşqınların təkrarlığını artırmışdır.
Məlumdur ki, təbiətdə özü özünü tənzimləməfunksiyası mövcuddur və insan
müdaxilə etməsə belə bu proseslər öz axarıyla gedəcəkdir. Lakin insanların
bilavasitə təsiri ilə, yəni təbiətdə baş verən proseslərə müdaxiləsi nəticəsində
təbiətin tarazlıgı pozulur və bu proseslər öz təbiiliyindən çıxır. Çünki, insanlar
məskunlaşdıqları əraziləri, oranın relyefini, landşaftını dəyişilməyə məruz
qoyurlar. Əsas etibarı ilə heyvandarlıqda istifadə olunan yay otlaqlarından
düzgün istifadə olunmadıqda ərazinin ot örtüyü seyrəkləşməyə məruz qalır. Bu ona
görədir ki, otarmadan düzgün istifadə edilmir, hər hektara düşən heyvanın sayı 5-6
baş olduğu halda, həmin ərazidə 15- 20 baş heyvan otarılır. Bu isə normadan 3-4