Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə22/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   18   19   20   21   22   23   24   25   ...   45

44 

 

dəfə çoxdur. Digər bir problem kimi isə otarma zamanı vahid marşrutdan istifadə 



edilməməsidir. Tədqiqatlar zamanı öyrənilmişdir ki, otarmada istifadə olunan 

heyvanların dırnaqları cücərməkdə olan və daha qorxulusu nəm torpaqlar üzərində 

gəzən zaman orada olan ot köklərini məhv edir. Bu isə heyvanlar tərəfindən 

mənimsənilmiş otların yerinə yeni otların bitməsinin qarşısını alır.  



    

    2.3. Böyük Qafqazın şimal-şərq yamaclarında antropogen təsir nəticəsində 

gedən eroziya prosesləri və onların qarşısının alınması yolları. Azərbaycanın 

bitki örtüyünə dair məlumatlara XVIII əsrdən rast gəlinir. XVIII və XIX əsrlərdə 

bir sıra geobotaniklər Azərbaycanın bitki örtüyünə aid elmi araşdırmaların 

nəticələrini nəşr etmişlər. Azərbaycanın bitki örtüyünün öyrənilməsində akademik 

A.A.Qrossheymin əvəzsiz rolu olmuşdur. Bu məhşur alim elmi fəaliyyətini əsasən 

respublikamızın bitki örtüyünün öyrənilməsinə və geobotanika sahəsində kadr 

yetişdirməyə həsr etmişdir. Onun çoxsaylı əsərləri Azərbaycanın qış və yay 

otlaqlarının bitki örtüyünə, Talışın florasına, Zaqafqaziyanın bitki örtüyünə, relikt 

bitkilərə, bitki örtüyünün inkişaf tarixinə, Qafqazın florasının təhlilinə həsr 

olunmuşdur. XX əsrin 30-40-cı illərində və sonrakı 10 illiklərdə Azərbaycanın 

bitki örtüyünün öyrənilməsində bir sıra institut və təşkilatların böyük rolu 

olmuşdur. Məhz bu illərdən sonra bitki örtüyünün ayrıayrı formasiyalarına dair 

monoqrafiyalar və müxtəlif miqyaslı xəritələr nəşr edilmişdir. 

    Müəyyən edilmişdir ki, Azərbaycan ərazisində 4200-dən artıq bitki 

növü mövcuddur. Bu bütün Qafqaz regionunda yayılmış bitki növlərinin 70%-ni 

təşkil edir. Göstərilən çoxsaylı bitki növləri 125 fəsiləyə, 930 cinsə aiddir ki, bu da 

müvafiq şəkildə Qafqazda yayılmış bitki fəsillərinin 80%-nə, cinslərin 72%-nə 

bərabərdir [6]. Azərbaycan ərazisində yayılımış bitki növlərinin içərisində endemik 

bitki növləri də vardır ki, bu da bitki örtüyünün 9%-ni təşkil edir. Böyük Qafqazın 

ş

imal-şərq yamacında yayılmış endemik bitkilərə Raddye ayıdöşəyi (Dyopteris 



Raddeana), Qaraquş gəvəni (Astragalus Karagusehensis), Quba gəvəni (Astragalus 

Kubensis), Əzənbret gəvəni (Astragalus Asanbjurtkus) və s. misal ola bilər. 

Göstərilən bitki qrupları Azərbaycanın, eləcə də tədqiqat sahəmiz olan 

Böyük Qafqazın şimal-şərq yamacı yay otlaqlarının təbii landşaftının mühüm 

komponentləri olmaqla yanaşı, başqa komponentlərə xüsusilə də torpaq örtüyünün 

ə

mələ gəlməsinə, məhsuldarlığına və eroziyadan qorunmasına, torpaqda rütubət 



 ehtiyatının yaranmasına, saxlanılmasına, havanın qaz tərkibinin tənzimlənməsinə 

və bir çox başqa proseslərə böyük təsir göstərir. 

    Azərbaycanın dağlıq vilayətlərinin yüksək dağlıq qurşağı üçün dağ-çəmən 

bitkiçiliyi səciyyəvidir. Yüksək dağlıq qurşağın çəmən bitkiləri iki zonaya – subalp 

və alp çəmənliklərinə ayrılır. Yüksək dağ çəmənliklərinin aşağı və yuxarı sərhəddi 

Respublikamızın bütün dağlıq bölgələrində eyni yüksəklikdən keçmir. Xüsusilə də 

antropogen təsirlər nəticəsində dağ-meşə sərhəddinin dəyişməsi, eyni zamanda da 

dağ-çəmən qurşağının aşağı sərhəddinin dəyişməsi baş vermişdir. Dağ 

yamaclarının əksər hissəsində meşələrin və yüksək dağ çəmənliklərinin aşağı 

sərhəddi 1800-2000 m yüksəklikdən keçir. Son illər meşələrdən intensiv 

istifadə nəticəsində dağ yamaclarının bir çox yerlərində qeyd etdiyimiz sərhəd 



45 

 

1600 m-ə qədər aşağı enmişdir. Lakin bununla yanaşı bir çox hallarda isə 



meşələrin yuxarı sərhəddi ayrı-ayrı dillər şəklində yüksək dağ-çəmən qurşağının 

aşağı sərhəddinə daxil olur və bunun əksinə, dağ-çəmən qurşağının aşağı sərhəddi 

meşə qurşağı daxilinə enir və arakəsməli subalp meşə çəmən (park) landşaftı əmələ 

gəlir. 


    Qeyd etdiyimiz kimi yüksək dağlıq qurşağı iki zonaya- subalp və alp 

çəmənliklərinə ayrılır. Subalp çəmənləri dağ-çəmən qurşağının hündürboylu 

otlardan ibarət olan hissəsini tutur və onun sərhəddi 1800-2400 m (bəzən isə 2600 

m) yüksəkliklər arasında geniş bir zona əmələ gətirir. Lakin meşənin yuxarı 

sərhəddi təbii sərhəddə yaxın yerləşən sahələrdə (2300-2400 m) subalp çəmənləri 

2400-2600 m yüksəkliklər arasında ensiz zona yaradır . 

    Subalp çəmənliklərində rütubətli yastı relyefə malik olan sahələrində 

üçyarpaq yonca və onun ayrı-ayrı növləri (Trifolium ambiguum, Trifolium 

trichocephalum, Trifolium glomerata), zəngçiçəyi (Campanula glomerata), andız 

( nula glandulosa), qıyaq (Zerna Naregata), çoxillik quramat (Lolium perenne), 

çəmən topalı (Festuca pratensis), çəmən tülküquyruğu (Cyosurus cristatus) və s. 

misal çəkmək olar ki, bu və digər bitkilər olduqca məhsuldar bitki olmaqla biçənək 

və otlaqların əsasını təşkil edirlər . 

    Yuxarıda qeyd etdiyimiz bitkilər zəngin yem bitkiləri olduğu üçün təbii ki, 

heyvandarlıq təsərüffatında geniş şəkildə istifadə olunmaqdadır. Lakin otlaqlardan 

intensiv və normadan artıq otarılma nəticəsində heyvanların yemədiyi bir çox bitki 

növləri, xüsusilə də qanqal növləri, asırqal, əvəlik, quzuqulağı və s. kimi bitkilər 

sürətlə artaraq subalp çəmənliklərinin keyfiyyətini aşağı salır. 

    Subalp çəmənlikləri əsas etibarı ilə yay otlağı və biçənək kimi istifadə  olunur. 

Onların məhsuldarlığı 14-20 s/ha təşkil edir. Əlverişli iqlim-relyef  şəraitində 

subalp çəmənliklərinin məhsuldarlığı 30-350 s/ha-a qədər artır, bozqırçəmən 

formasiyasında isə 10-12 s/ha-a qədər azalır. 

    Alp çəmənlikləri subalp çəmənliklərndən yuxarı sərhəddə 2400-2600 

metrdən (bəzi yerlərdə 2200-2300 metrdən) 3000-3200 metrədək yüksək dağ 

yamaclarını tutur. Alp çəmənlikləri ərazinin geomorfoloji xüsusiyyətlərindən, 

mikro və mezo relyef formalarından asılı olaraq müxtəlif tip və müxtəlif tərkibli 

olur. Alp çəmənlikləri üçün əsas etibarı ilə qısaboylu otlar xarakterikdir. Bu otlar 

bütöv örtük əmələ gətirməklə çəmənliklərdə çim qatı yaratmaqla torpağı və 

yamacları eroziyadan qoruyur. Son zamanlar belə sahələrdə ot örtüyünün 

seyrəkləşməsi halları daha da intensivləşərək daşlı-çınqıllı yamaclara çevrilməyə 

başlamışdır. Buna səbəb həmin çəmən otlaqlarında otarılmanın düzgün 

aparılmaması, habelə otarmada vahid marşrutdan istifadə olunmaması və s. kimi 

səbəblərdir. 

      Alp çəmənliklərində ən geniş yayılmış bitkilərdən sürünən ayrıqotu 

(Aqropyron repens), adi ətirsünbülü (Anthoxantum adoratum), nazikayaq 

nazikbaldır (Koeleria cristata), çəmən pişikquyruğu (Phleum pratense), adi suluf 

(Echicoloa crusgalli), çobantoxmağı (Dactylis glomerata), tonqalotu (Bromus 

inermis), sürünən şirintum (Glyceria fluitains), tarlaotu (Agrostis), qırtıc (Poa), 

yonca (Trifolium), acıqovuq (Taraxacum), zəngçiçəyi (Campanula), qaymaqçiçəyi 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə