Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə23/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   19   20   21   22   23   24   25   26   ...   45

46 

 

(Ranunculus) və s. misal göstərmək olar. 



Alp çəmənləri subalp çəmənliklərinə nisbətən daha geniş sahələri tutaraq 

yaylaqların (yay otlaqlarının) əsasını təşkil edir. Belə ki, alp çəmənlikəri 

məhsuldarlığı relyef-rütubətlənmə şəraitində və bu çəmənliklərin bitkiliyindən asılı 

olaraq 3-5 s/ha ilə 10-15 s/ha arasında dəyişir. 

     Hal-hazırda biosferdə antropogen təzyiqin geniş miqyasda gücləndiyi bir   

zamanda bitki və heyvanat aləminin müxtəfliyini, genetik fondunu saxlamaq vacib 

problem hesab olunur. Tədqiqat sahəsi olan Böyük Qafqaz təbii coğrafi vilayəti 

respublikamızın təbii coğrafi landşaft kompleksləri içində özünəməxsus 

biogeosenozlara malikdir. Böyük Qafqazın şimal-şərq yamacı yay otlaqları əsas 

etibarı ilə Quba və Qusar rayonları ərazilərində dəniz səviyyəsindən 2000-2200 m 

hündürlükdə yayılmışlar. Bu otlaqlar 33736 ha ərazini əhatə edirlər ki, bunun da 

28771 ha Quba rayonunun, 4965 ha Qusar rayonunun yüksək dağlıq qurşaqlarında 

yayılmışlar. Həmin yüksəklikdə yaşayan əhalinin əsas təsərüffat fəaliyyəti olan 

heyvandarlıq üçün əlverişli yem bazası olan bu otlaqlar intensiv istismara məruz 

qalırlar. Nəticə etibarı ilə torpaqlarda eroziya prosesləri baş verir ki, bu da həmin 

ə

razidə torpaqların kənd təsərüffatında istifadəsindən çıxaraq yararsız hala 



düşməsinə səbəb olur. Bu torpaqlar otlaq kimi düzgün istifadə edilmədiyindən 

eroziyaya məruz qalmışdır. Buraya atmosfer yağıntıları, meşələrin intensiv 

qırılması və otarmanın düzgün aparılmaması və s. kimi səbəblər daxildir. 

    Qeyd etmək lazımdır ki, öyrənilən ərazidə bir çox sürüşmə hadisələri də baş 

verir. Ərazinin ot örtüyü iri və xırda buynuzlu heyvanların intensiv otarılması 

nəticəsində məhv olmaqdadır. Bu hallar otarma zamanı vahid bir marşrutdan 

istifadə olunmaması, otlaqlardan təyinatı üzrə düzgün istifadə edilməməsi zamanı 

baş verir. Bu hadisələrin qarşısını almaq üçün otlaqlar müəyyən bir müddətdən 

sonar dincə qoyulmalıdır ki, ot formasiyaları yenilənsin, ot bitkiləri sıx şəbəkə 

yarada bilsin.Yaylaqlarda dik yamacların torpaq örtüyü çox yuxa olduğundan mal-

qaranın normadan artıq, nizamsız və qeyri fəsli otarılması nəticəsində onlar eroziya 

prosesinə daha tez məruz qalır. Quba, Qusar, Xaçmaz bölgəsində eroziya 

proseslərinin çox genış inkişaf etməsinə təbii və antropogen amillərin birgə təsiri 

rəvac vermiş, 696,5 min hektar sahənin 369,4 min hektarı (53%) sıradan çıxaraq 

yararsız hala düşmüşdür. 

      stifadə etdiyimiz ədəbiyyat və fond materiallarının təhlilinə əsasən Böyük 

Qafqazın şimal-şərq yamacının yay otlaqlarından səmərəli istifadə edilməsi, otlaq 

ə

razilərində torpaq münbitliyinin qorunması və bərpasına dair aşağıdakı tədbirlər 



planını təkilf edirik: ərazinin eroziyaya qarşı təşkili düzgün həyata keçirilməli, 

meyilliyi 16 dərəcədən çox olan yamaclar örüş altında istifadədən çıxarılmalı, 

xüsusi tədbirlərdən (kontur-meliorativ, terraslaşdırma və s.) sonra istifadə edilməli; 

yamaclarda səthi su axınının və torpağın yuyulmasının qarşısını almaq, habelə 

torpağın münbitliyini mühafizə etmək üçün yamaclarda şum, kultivasiya işləri 

yamacın eni istiqamətində və ya sahənin horizontları üzrə aparılmalı, yuyulmanı 

azaltmaq və rütubəti saxlamaq üçün tirələr və şırımlar çəkilməli; dik yamaclarda 

eroziya prosesini zəiflətmək üçün xüsusi dağ konturlarından istifadə edilməli, şum 

yamacın aşağı hissəsindən başlamaqla birtərəfli aparılmalı və yaylar yamacın aşağı 



47 

 

tərəfinə doğru çevrilməli, zolaqlarla dərindən şumlanmaya üstünlük verilməli; təbii 



çəmənliklərdə səthi yaxşılaşdırmada ot örtüyününü bütün boyatma və inkişaf 

dövründə çəmən bitkilərinin mineral qida maddələri ilə təmin olunması üçün 

otlaqların gübrələnməsi aparılmalı; yerli gübrələr kimi yay otlaqlarında yığılıb 

qalmış peyindən istifadə olunmalı, mineral gübrələrdən azotlu gübrələr, 

ammonium şorası və fosforlu gübrələrə üstünlük verilməli; otlaqlarda ot örtüyü 

seyrək olan yerlərdə şumsuz səpin aparılmalı, yay otlaqları və biçənəklərdə 

dəyişilən arxacların, mal-qara yataqlarının təşkilinin həyata keçirilməsi məsləhət 

görülür. 

   Otlaqlar planetimizin qiymətli sərvətidir. Otlaqların torpağın inkişafında, 

formalaşmasında, strukturunun yaxşılaşdırılmasında, münbitliyinin artmasında 

ə

vəzsiz rolu vardır. Respublikamız təbii yem mənbələrinin sahəsinə görə Cənubi 



Qafqaz ölkələri arasında birinci yeri tutur. Respublikamız üzrə örüş və otlaqların 

ümumi sahəsi 2543914 hektardır, onlardan dövlət mülkiyyətində 1530452 ha, 

bələdiyyə mülkiyyətində 1011838 ha, xüsusi mülkiyyətdə isə 1624 ha örüş və 

otlaqlar vardır. Böyük Qafqazın şimal-şərq yamacı otlaqları (Quba-Xaçmaz zonası) 

örüş və otlaq torpaqlarının ümumi sahəsi 186842 ha-dır, onlardan yay otlaqları 

ancaq Quba (28771 ha) və Qusar rayonlarında (4965 ha), yüksək dağlıq 

qurşaqlarında yayılmışlar. 

    Bizim tərəfimizdən aparılmış tədqiqatların məqsədinə uyğun olaraq Böyük 

Qafqazın şimal-şərq yamacı yay otlaqlarının bitki örtüyü tədqiq edilmiş və 

toplanmış materiallar əsasında geobotaniki səciyyəsi verilmişdir. Tədqiq olunan 

ə

razinin bitki örtüyü müxtəlif vaxtlarda müxtəlif tədqiqatçılar tərəfindən [4,5,6] 



öyrənilmişdir. Tədqiqat mənbələrində göstərildiyi kimi regionun təbii-ekoloji 

şə

raitinin mürəkkəbliyi bitki örtüyünə xeyli təsir göstərmişdir. Bitki örtüyünün 



ə

mələ gəlmə xüsusiyyəti ərazi üzrə 3 şaquli zonanın mövcudluğunu üzə çıxarır: 

1.Alp-subalp zonası; 2.Çəmən və çəmən-meşə zonası; 3.Alçaqboylu 

çəmənliklər zonası. Alp çəmənliklərinin bitki örtüyü əsas etibarilə taxıllar, 

paxlalılar və ayrı-ayrı fəsilələrə aid otlardan ibarətdir. Subalp çəmənlikləri dəniz 

səviyyəsindən 1800-2400 m hündürlükdə yerləşərək böyük sahəni əhatə edir. 

Tədqiqat materiallarına əsasən Böyük Qafqazın şimal-şərq yamacı yay otlaqlarında 

altı qrup alp və subalp bitki formasiyaları yayılmışdır: 

   Birinci qrup-alatopallı subalp formasiyası. Alatopal formasiyası ərazinin 

subalp çəmənliyində geniş yayılmışdır. Alatopal fitosenozunun layihə örtüyü 70- 

85%-ə bərabər olmaqla otlağın əsasını təşkil edir. Alatopal bitkisi dağların bütün 

yamaclarında bitir, həm subalp həm də alp qurşaqlarında yayılır, otlaqların növ 

tərkibini dəyişdirir. Əsasən 30-350 meyilli yamaclarda yaxşı inkişaf edir. Bəzən 

450 yamaclarda da müşahidə olunur . Subalp alatopallığının daimi 

komponentlərindən biri də kserofil dağ qaymaqçiçəyidir (Ranunculus opeopnilus). 

Qeyd etmək lazımdır ki, başqa bütün taxıl otları mal-qara tərəfindən həvəslə yeyilir 

və onların az ya çox olması ilə də formasiyaya qiymət verilir. 

    Yay otlaqlarında aparılan çöl işləri zamanı yamacın qərb, cənub-qərb 

hissəsindəki alatopallı formasiyasında 30-62-yə qədər alp bitki növləri qeydə 

alınmışdır. Bu bitkilər birinci növbədə hündürlükdən, relyef xüsusiyyətlərindən, 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə