58
ekv.-ə qədər yüksəlir. Duzların tərkibində SO
−
2
4
və Na
+
ionları üstünlük təşkil edir
və onların miqdarı torpağın orta qatlarında xeyli çoxalır.
Müһitdə misin çoxluğu һeyvanlarda əmələ gələn bir sıra xəstəliklərdə özünü
göstərir. Müһitdə sink artıqlığı da bir sıra bitkilərdə morfoloji dəyişikliklərə səbəb
olur ki, bunun da nəticəsində bitki öz formasını itirir. Kobaltın çatışmaması
nəticəsində һeyvanlarda akobaltoza xəstəliyi yaradır. Müһitdə molibden artıqlığı
һ
eyvanlar arasında endemik molibden toksikozuna, insanlarda isə endemik
podaqra xəstəliyinə səbəb olur. Mühitdə yodun miqdarı az olduqda qalxanabənzər
vəzi kifayət qədər tiroksin hasil edə bilmir və zob xəstəliyi yaranır. Rayonda
geokimyəvi cəһətdən ekoloji gərginliyə səbəb olan əsas amillər buradakı
landşaftlarda (xüsusən torpaqda və sətһ sularında) kobalt, ftor və yod kimi sağlam
һə
yat üçün zəruri olan kimyəvi elementlərin çatışmaması, mərgümüş, civə,
qurğuşun, molibden, bor kimi konserogen xarakterli mikroelementlərin çox
olmasıdır. Şəki ərazisindən götürülmüş torpaqların tərkibində civə, molibden,
gümüş və sirkonium müşaһidə edilməmiş, mis,sink, nikel və kobaltın təxminən
ümumdünya klarkı səviyyəsində, vanadium, mərgümüş və xromun klarka nisbətən
çox olduğu müəyyənləşdirilmişdir.
2.6.Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında ekoloji
mühitin nizamlanması yolları. Respublikamızın bütün təbii zonalarında torpaq
eroziyasının yayılması və intensivliyinin öyrənilməsi üzrə geniş tədqiqat işləri və
bir çox başqaları tərəfindən aparılmışdır. K.Ə.Ələkbərov torpaq eroziyası üzrə
aparılmış tədqiqatların nəticələrini cəmləşdirərək Azərbaycan Respublikasının
torpaq eroziyası xəritəsini tərtib etmişdir. Azərbaycanda Şəki-Zaqatala zonasında
eroziya prosesinin əmələ gəlməsinə və inkişafına təbii-tarixi amillərdən – relyef,
iqlim, ərazinin geoloji-geomorfoloji quruluşu, torpaqəmələgətirən suxurların
kimyəvi tərkibi, torpaq-bitki örtüyü də ciddi təsir göstərir. Eroziya prosesinin
ə
mələ gəlməsində ərazinin relyefi böyük rol oynayır. Ərazinin relyefi eroziyanın
ş
iddətlənməsinə təsir göstərərək özü də eroziyanın təsirindən tədricən dəyişir.
Məsələn, hazırda təsadüf etdiyimiz relyef və onun müxtəlif formaları – qobular,
dərələr suyun dağıdıcı qüvvəsinin təsirindən torpaqların tədricən yuyulması
nəticəsində əmələ gəlmişdir. Eroziyanın şiddətli getməsinə yamacların meylliyi,
uzunluğu, forması böyük təsir göstərir. Araşdırmalar göstərir ki, yamacın meylliyi
30-dən 20-ə azaldıqda hər hektar sahədən torpağın yuyulması 6-19 m
3
-dən 12 m
3
-ə
qədər azalır. Eroziya prosesinin şiddətlənməsinə yamacın forması da təsir gostərir.
Belə ki, qabarıq formalı yamaclarda səthi su axınının sürəti artdığı üçün eroziya
prosesi şiddətli şəkildə, çökək formalı yamaclarda isə nisbətən zəif gedir. Düz
yamaclarda eroziyanın intensivliyi sahənin meylliyindən asılı olaraq dəyişir.
Talaçay, Muxaxçay, Kişcay, Kürmükçay, Şəmkirçay və başqa çay hövzələrində
eroziya bazisi dərin olan yerlərdə səthi eroziya şiddətli gedir və yamacların qobu
şə
bəkəsi ilə parçalanması müşahidə edilir. Məhəlli eroziya bazisinin aşağı düşməsi
nəticəsində yamacların meylliyi artır və təzə qobuların əmələ gəlməsi ilə yanaşı
olaraq sönmüş qobuların təzədən genişlənməsi başlayır. Məhəlli eroziya bazisinin
dərinliyi ilə yanaşı olaraq səthi eroziyanın şiddətli şəkildə getməsinə sahənin qobu
59
və ya yarğan şəbəkəsi ilə parçalanması da böyük təsir göstərir. Bu, onunla izah
edilir ki, ərazi qobu şəbəkəsi ilə parçalanmış olduqda səthi su axınının əmələ
gəlməsinə şərait yaranır və bununla əlaqədar olaraq torpaq tədricən yuyulur,
münbitliyi azalır.
Eroziya prosesinin əmələ gəlməsinə sahənin geoloji quruluşu, torpaqların,
süxurların mexaniki, mineroloji, kimyəvi tərkibi də böyük təsir göstərir. Yuxarıda
gostərilənlərdən asılı olaraq torpağın su-fiziki xassələri, xüsusən su sızdırması və
sututumu dəyişir. Bununla yanaşı, torpağın kimyəvi tərkibi ana suxurun mineroloji,
kimyəvi tərkibindən asılı olaraq dəyişir. Ana suxurun su-fiziki xassələri eroziya
prosesinin şiddətli getməsinə və sürüşmələrin əmələ gəlməsinə ciddi təsir gostərir.
Torpaq qatı altında su keçirməyən gilli suxurlar olduqda eroziya şiddətli gedir və
sürüşmə hadisəsi müşahidə edilir. Bunun əksinə, allüvial çöküntülər olan sahələrdə
düşən yağıntılar tədricən torpağa hopur və sürüşmə prosesi baş vermir. Eroziya
prosesinin əmələ gəlməsi yağıntılar ilə sıx əlaqədardır. Belə ki, torpağı dağıdıb özu
ilə aparan suyun miqdarı düşən yağıntıların miqdarından və formasından asılıdır.
Respublikanın dağlıq hissəsində müşahidə edilən leysan yağışlarının intensivliyi,
ümumiyyətlə, çox olur və bunun da nəticəsində sel hadisələri baş verir.
Azərbaycanda şiddətli leysanlar daha çox Böyük Qafqazın cənub yamacında
müşahidə edilir. Böyük Qafqazın cənub yamacında bir gündə 50-60 mm miqdarda
düşən leysanlar hər il və 80-100 mm miqdarda düşən leysanlar isə 20 ildə bir dəfə
müşahidə edilir. Bu leysanlar çılpaq yamaclarda eroziya prosesinin şiddətli
getməsinə və sel hadisələrinin baş verməsinə səbəb olur. Səthi su axınının əmələ
gəlməsinə və onun miqdarına torpağın su sızdırması böyük təsir göstərir. Su
sızdırması yaxşı olan sahələrdə yağıntılar torpağa hopur və səthi su axınının əmələ
gəlməsi müşahidə edilmir. Yüngül gillicəli, qumsal torpaqların su sızdırması yaxşı
olduğu üçün eroziya prosesi zəif gedir. Bunun əksinə, ağır gillicəli torpaqlarda
bitki örtüyü olmadıqda eroziya şiddətli gedir. Strukturlu torpaqlara atmosfer
cöküntüləri düşdükdə dərhal torpağa hopur və gec buxarlanır, onun su tutumu
yüksək, su, hava və istilik rejimləri əlverişli olur. Strukturlu torpaqlarda aqreqat
daxilində kapilyar və aqreqatlararası qeyri-kapilyar məsamələr vardır. Bu
torpaqlarda mikrobioloji proseslər əlverişli şəraitdə gedir və bitkilərin kökləri həm
üfüqi, həm də şaquli istiqamətdə inkişaf edərək torpaq hissəciklərini bağlayır və
pozulub dağılmaqdan qoruyur.
Eroziya hadisəsi su eroziyası və külək eroziyası şəkilində baş verir. Dağlıq
şə
raitində yamaclarda əsasən su eroziyası daha geniş yayılıb. Burada eroziya
prosesinin güclü getməsinin əsas səbəbləri dik yamaclarda meşələrin qırılması və
eroziyaya qarşı aqrotexniki tədbirləri həyata keçirmədən yamacların şumlanması,
dağ – çəmən zonasında isə çim qatının dağıdılmasıdır. Belə sahələrdə yağmur
suları torpağa hopa bilməyindən səthi su axımı əmələ gətirir və torpağı yuyub
aparır, bir çox hallarda isə qobu və yarğanların əmələ gəlməsinə səbəb olur. Bu isə
çay hövzələrində su rejiminin pozulması və sellərin baş verməsinə gətirib çıxarır.
Bu cür arzu olunmayan hala demək olar ki, ölkənin dağ rayonlarında rastlaşırıq.
Böyük Qafqaz dağlarının şərq qurtaracağında axan çayların hövzələrində meşələrin
yaxşı mühafizə olunmaması ilə əlaqədar olaraq eroziya prosesi daha intensiv gedir.