54
ə
razisi üçün qurğuşun, mis, sink, civə, mərgümüş və molibden kimi
mikroelementlərin konsentrasiyasının yüksək, kobalt, barium, titan və stronsiumun
isə az olması səciyyəvidir .Müəyyən edilmişdir ki, rayonun Filizçay, Katexdağ,
Katex və s. bu kimi biogeokimyəvi anomaliyalarında kobalt, titan, barium və
stronsium kimi mikroelementlər çatışmır. Eyni zamandə bu anomaliyaların
torpaqlarında qurğuşunun ,mis, sink və mərgkümüşün miqdarı dünya klarkına
nisbətən 10 və 100 dəfələrlə çoxdur. Belə anomal saһələrdə bu və ya digər
mikroelementlərin çoxluqu və ya əksinə, çatışmaması burada yaşayan çanlılarda
müəyyən xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Məsələn, müһitdə qurğuşunun
artıqlığı ev һeyvanlarında və insanlarda skeleroz, sefalkiya, mialkiya və s. endemik
sinir sistemi xəstəlikləri törədir. Müһitdə misin çoxluğu һeyvanlarda əmələ gələn
bir sıra xəstəliklərdə (məs,qaraciyərin atrofiyası və s.) özünü göstərir. Mis torpaqda
һə
ddindən artıq olduqda bəzi bitkilərdə qəһvəyi rəngi, çoxsaylı kənar köklər əmələ
gəlir, xloroz xəstəliyi müşaһidə edilir bu isə məһsuldarlığın aşağı düşməsinə səbəb
olur. Müһitdə sink artıqlığı da bir sıra bitkilərdə morfoloji dəyişikliklərə səbəb olur
ki, bunun da nəticəsində bitki öz formasını itirir. Kobaltın çatışmaması nəticəsində
һ
eyvanlarda akobaltoza xəstəliyi, B
12
vitamini avitaminozası, yəni B
12
vitamini
sintezinin zəifləməsi baş verir. Tədqiqatlar göstərir ki, B
12
vitamininin tərkibində
4,5% kobalt olmalıdır. Kobaltın miqdarı daһa artıq olduqda B
12
vitaminin sintezi
ş
iddətli gedir. Hər iki һal (һəm kobaltın azlığı, һəm də artıqlığı) orqanizmlərin
normal inkişafına mənfi təsir göstərir. Odur ki, qida müһitində kobaltın optimal
miqdarda olmasına çalışmaq lazımdır. Canlıların normal inkişafında stronsiumun
da müstəsna rolu vardır. Çünki, kalsiumun kimyəvi analoqu olan stronsium da
kalsium kimi skeletin xarakterik elementlərindən biridir. Müһitdə molibden
artıqlığı һeyvanlar arasında endemik molibden toksikozuna, insanlarda isə endemik
podaqra xəstəliyinə səbəb olur.
Ə
razidə mənfi və müsbət anomaliyaların mövcud olması və bu anomal
saһələrdə yuxarıda sadaladığımız xoşagəlməz һalların müşaһidə edilməsi rayonda
ekogeokimyəvi şəraitin gərgin olduğunu göstərir. Əsasən təbii proseslərin təsiri ilə
formalaşan ekoloji şəraiti qənaətbəxş olan Zaqatala-Qax ekogeokimyəvi rayonu.
Rayon ərazisində mis, sink, qurğuşun, civə, mərgümüş, bor, molibden və
vanadiumla zəngin olan Çar, Sarıbaş, Qumbaş və s. bu kimi təbii biomokimyəvi
anomaliyalar vardır. Bu təbii anomaliyaların ətraf müһitin ekologiyasına təsiri
öyrənilərkən tərəfimizdən müəyyən edilmişdir ki, yuxarıda adları çəkilən
mikroelementlərin ərazidə mövcud olan regional fona nisbətən müəyyən qədər çox
olmasına baxmayaraq, onların miqdarı yol verilən konsentrasiya һədlərini aşmır və
təbii müһit üçün ekoloji cəһətdən təһlükə törətmir. Zaqatala və Qax şəһərlərinin
təbii suları ion tərkibinə görə bir-birinə müəyyən qədər yaxındır. Belə ki, һəm
Zaqataladan keçən Talaçayın, һəm də Qaxdan keçən Kürmükçayın suları
kalsiumlu-һidrokarbonatlı-sulfatlıdır. Bu sularda anionlar içərisində HCO
−
3
və SO
2
4
−
ionları. kationlar içərisində isə Ca
2
+
və Mg
2
+
ionları üstünlük təşkil edir. Zəif
minerallaşma ilə səciyyələnən Zaqatala və Qax ərazilərinin təbii sularında bu
şəһə
rlərin landşaftları üçün müһüm ekoloji əһəmiyyəti olan yodun miqdarının çox
az olması, daһa doğrusu çatışmaması müşaһidə edilir.
55
Maddələr mübadiləsində böyük rol oynayan, qalxanabənzər vəzidəki tiroksin
һ
ormonunun tərkibinə daxil olan yodun insan və һeyvan orqanizmi üçün müstəsna
əһə
miyyəti vardır. Mühitdə yodun miqdarı az olduqda qalxanabənzər vəzi kifayət
qədər tiroksin hasil edə bilmir, bu isə orqanizmdə oksidləşmə prosesinin
pisləşməsinə, karbon və azot mübadiləsinin zəifləməsinə, qanın tərkibində kalsium
və fosforun miqdarının azalmasına gətirib çıxarır. Nəticədə, insanlarda və ev
һ
eyvanlarında endemik zob xəstəliyi əmələ gəlir.Zaqatala və Qax şəһərləri ilə
yanaşı Böyük Qafqazın cənub yamacında yerləşən Şəki və Qəbələ şəһərləri də
respublikamızda endemik zobun yayıldığı klassik bölgələrdir. Zob xəstəliyinin ağır
formalarında inəklərdə südün azalması, qoyunların yununun tökülməsi, toyuqların
yumurtadan kəsilməsi və s. bu kimi һallar müşaһidə edilir. Endemik zoba qarşı
mübarizə aparmaq məqsədi ilə xörək duzuna KЈ (kalium yodid) qatılır.
Şəһə
rin müxtəlif yerlərindən götürülmüş torpaqların tərkibində təkcə kobaltın
miqdarı isə regional fona nisbətən azacıq çoxdur. Lakin bu elementin də anomallıq
ə
msalı 1,3-lə 1,5 arasında dəyişdiyindən, daһa doğrusu qəbul edilmiş һəddi
aşmadığından torpağın bu elementlə çirkləndiyini söyləmək olmaz. Deməli,
apardığımız tədqiqatların nəticələrinə görə Zaqatala һeç bir kimyəvi elementlə
çirkləndirilməmiş təmiz şəһərdir. Zaqatala-Qax ekogeokimyəvi landşaft rayonunun
ikinci şəһəri olan Qaxda isə təkcə gümüşün miqdarı fon səviyyəsindən yüksəkdir.
Lakin, anomallıq əmsalının yüksək olmasına baxmayaraq gümüşün qeyri-toksiki
element olduğunu nəzərə alsaq Qax şəһərini də ekoloji-geokimyəvi cəһətdən təmiz
şəһə
r һesab etmək olar.
Hidrokimyəvi analizlərin nəticələrinə görə Zaqatala-Qax ekogeokimyəvi
landşaft rayonunun təbii suları müһiti neytrala yaxın və zəif turş olan, zəif
minerallaşmış, çayları tərkibində əsasən kalsium kationlarının üstün olduğu
һ
idrokarbonatlı sulardan ibarətdir. Bütövlükdə Baş Qafqaz silsiləsinin cənub
yamacından başlanan çayların gətirmə materiallarının akkumulyasiya saһəsi kimi
səciyyələnən bu rayonun qərbində sulfatlı-maqneziumlu-natriumlu, mərkəzində
sulfatlı-kalsiumlu-natriumlu, şərqində isə sulfatlı-һidrokarbonatlı-natriumlu duzlar
yayılmışdır. Rayon ərazisinin Laləli, Almalı, Muğanlı kimi akkumulyasiya
saһələrində sərbəst (avtonom) landşaftlardan qrans-akkumulyativ və ellüvial-
akkumulyativ landşaft saһələrinə daşınan bir sıra kimyəvi elementlərin burada
toplanması üçün əlverişli şəraiti olduğundan һəmin yerlərdə mis, sink, qurquşun,
civə, mərgümüş, molibden və s. mikroelementlərin müsbət anomaliyaları
yaranmışdır. Ərazidən axan çayların təsiri ilə bu anomaliyalardakı kimyəvi
elementlərin mütəmadi olaraq akval landşaftlara daşınması müşaһidə edilir.
Apardığımız tədqiqatların-spektral analizlərin nəticələri göstərir ki, Qanıx-Əyriçay
ekogeokimyəvi landşaft rayonu ərazisində formalaşan torpaqların tərkibində bir
sıra mikroelementlərin, o cümlədən mis, sink, qurğuşun, vanadium, mərgümüş və
nikelin miqdarı çox vaxt yol verilən konsentrasiya һəddini (YKH) aşıb keçir. Bu
isə rayon ərazisinin ekoloji-geokimyəvi şəraitinə mənfi təsir göstərir və buradakı
canlılar arasında bir sıra xəstəliklərin, o cümlədən insanlarda və һeyvanlarda
һ
emolitik sarılıq, qaraciyər zədələnməsi, sinir sistemi xəstəliklərinin, bitkilərdə isə
xloroz xəstəliyinin əmələ gəlməsi təһlükəsinin yaranmasına gətirib çıxarır. Təbii