98
şəraitində ayrı‐ayrı sahələrdə ekvivalent dozanı ölçməyə imkan verir. Ekvivalent doza
gücünün kiçik qiymətlərində (təbii radiasiya fonu səviyyəsində) şüalanmanın sayğacla
qarşılıqlı təsiri təsadüfü xarakter də daşıya bilər və buna görə də cihazın göstərişində
əhəmiyyətli kənaraçıxmalar müşahidə oluna bilər. Belə hallarda doza gücünün daha
dəqiq təyin edilməsi üçün bir neçə paralel ölçmələr aparılmalı və ölçülən kəmiyyətin
orta hesabi qiyməti tapılmalıdır.
“Bella” məişət dozimetri səs siqnalı əsasında γ ‐ şüalanmanı aşkar etmək üçün
nəzərdə tutulmuşdur. Cihazla həmçinin rəqəmli tablonun köməyi ilə γ ‐şüalanmanın
sahə ekvivalent doza gücünü ölçmək də mümkündür. Cihazdan ərazidə radiasiya
vəziyyətinə operativ nəzarət üçün də istifadə edilir. Portativ “Bella” cihazı paltarın
cibində gəzdirilə bilən ölçüyə malikdir.
IRD ‐ 02B1 markalı məişət dozimetr‐radiometri, “Bella” məişət dozimetri kimi,
γ ‐şüalanmanın ekvivalent doza gücünü ölçmək üçün nəzərdə tutulmuşdur. Cihazın
köməyi ilə həm çirklənmiş səthlərin yaratdığı β ‐ şüalanma selinin sıxlığını, həm də su,
torpaq, qida məhsulu, kənd təssərrüfatı və bitkiçilik məhsulları nümunələrinin β ‐ və γ
‐şüalanma yaradan radionuklidlərlə çirklənmə səviyyəsini qiymətləndirmək
mümkündür. Cihaz operativ olaraq, radionuklidlərlə çirklənmə yerini (radioaktiv
şüalanma mənbəyini) tapmağa imkan verir.
Bu məişət dozimetr ‐ radiometrinin sezium‐137 nuklidinin γ ‐şüalanmasına
görə ölçmə diapazonu: a) ekvivalent doza gücü üçün ‐ 0.1 ‐ 19.99 mkZv/saat; b) su,
torpaq, yeyinti məhsulları və s. nümunələrin çirklənmə halı üçün ‐ 1.0 ∙10
4
– 2
∙10
6
Bk/ℓ qədərdir.
Cihazın β ‐ şüalanmaya görə qiymətləndirmə diapazonu isə stronsium ‐ 90,
ittrium ‐ 90 və sezium ‐ 130 izotoplarına görə çirklənmiş səthlərin β ‐
zərrəciklər selinin sıxlığı üçün (3 – 1999 ) zərr./sm
2 .
dəq. ‐ dir
Cihaz 0.156 MeV ‐ dən kiçik olmayan β ‐ şüalanma enerjisini qeydə almağa
imkan verir.
ANRİ – 0 1‐ 02 (“Sosna”) tipli məişət dozimetr‐radiometrindən yaşayış və iş
yerlərinin radiasiya vəziyyətinə fərdi nəzarət üçün istifadə edilir. Bu cihaz vasitəsilə:
a) γ ‐şüalanmanın ekspozisiya və ekvivalent dozalarının gücünü;
b) çirklənmiş səthlərin β ‐ şüalanma selinin sıxlığını;
c) müxtəlif maddələrdə radionuklidlərin həcmi aktivliyini təyin etmək
mümkündür.
Güc ölçmələri diapazonu γ ‐ şüalanmanın ekspozisiya dozası üçün 0.010 ‐
9.999 mR/saat, sahə ekvivalent doza üçün isə 0.10 ‐ 99.99 mkZv/saat ‐ a bərabərdir.
Radionuklidlərlə çirklənmiş səthlərin β ‐şüalanma selinin sıxlığının ölçmə
diapazonu (10 – 5000 ) zərr./sm
2 .
dəq, sezium‐137 izotopu üzrə həcmi aktivliyin
qiymətləndirilməsi diapazonu isə (10
‐7
– 10
‐6
) Ku/saat ‐dır. Cihazda radioaktiv
şüalanmanın detektə olunması SBM‐20 tipli iki qazboşalması sayğacının köməyi ilə
həyata keçirilir.
RKSB – 104 tipli kombinəolunmuş cihaz, həm radiometr, həm də dozimetr
funksiyalarını yerinə yetirir və aşağıdakı diapazonlarda ölçmə işləri həyata keçirir:
99
a) γ ‐ şüalanmanın sahə ekvivalent doza gücünü ‐ 0.1 ‐ 99.99 mkZv/saat
diapazonunda;
b) çirklənmiş səthlərin yaratdığı β ‐ şüalanma selinin sıxlığını (stronsium‐90 +
ittrium‐90 radionuklidləri üzrə) ‐ (0.1 ‐ 99.99) zərr/sm
2
∙san diapazonunda;
c) müxtəlif maddələrdə sezium ‐ 137 radionuklidinin xüsusi aktivliyini ‐
(2∙10
3
‐ 2∙10
6
) Bk/kq diapazonunda.
Cihaz 0.061 ‐ 1.25 MeV enerjili γ ‐şüaları və 0.5 ‐ 3 MeV enerjili β ‐şüaları
qeydə ala bilir. Şüaların detektəetmə qurğusu SBM‐20 tipli paralel birləşmiş iki
qazboşalması sayğacından ibarətdir.
Qeyd: Əgər ölçmə nəticəsində γ ‐şüalanmanın sahə ekvivalent doza gücü 0.6
mkZv/saat ‐ı (60 mkR/saat ‐ı) aşan ərazi aşkar edilərsə və xüsusi aktivliyi 3.7∙10
3
Bk/kq və
ya 1∙10
‐7
Ku/kq olan nümunə qeydə alınarsa, bu halda ehtiyatlı davranmaq və təcili olaraq
aidiyyəti olan orqanlara, şəhər (rayon) sanitar epidemioloji stansiyaya məlumat vermək
lazımdır.
100
FƏSİL V
__________________________________________________________
TƏBİİ RADİASİYA MƏNBƏLƏRİ
İnsan həyatı boyu müxtəlif şüalanmaların təsirinə məruz qalır. Bu
şüalanmaların bir qismini təbii mənşəli ionlaşdırıcı şüalanma mənbələri yaradır ki,
bunlar da “təbii radiasiya fonu” adlanan fon yaradır. Təbii radiasiya fonu yaradan
mənbələr Yer və yerdən kənar, yəni kosmik mənşəli olurlar.
İnsanın əməli fəaliyyəti də yaşadığı mühitin radiasiya fonunun əhəmiyyətli
dərəcədə dəyişməsinə səbəb olur. Radioaktiv maddələrin istehsalı və onlardan
müxtəlif məqsədlər üçün istifadə verilən ərazidə radiasiya fonunun dəyişməsində
müstəsna rol oynayır.
Təbii qazdan yanacaq kimi istifadə və həmçinin təbii qazın özünün istehsalı
radiasiya fonunu dəyişdirə bilən amillərdən hesab olunur. Bunun səbəbi təbii qazın
tərkibində müəyyən miqdarda radon qazının olmasıdır. Anoloji effekti yüksək
radioniklid tərkibinə malik tikinti materialından istifadə də yarada bilir. Verilən yerdə
radiasiya şəraitini həm də neft istehsalı və emalı dəyişdirə bilir. Belə ki, Yerin dərin
qatlarından çıxarılan neftin və onu müşayiət edən buruq sularının tərkibində, az
miqdarda da olsa, böyük yarımparçalanma perioduna malik təbii radionuklidlər olur.
Radionuklidlər texnoloji proseslər nəticəsində ətraf mühitə yayılaraq, həmin ərazilərdə
təbii radiasiya fonunun artmasına səbəb olur. Yüksək radiasiya fonunu həmçinin
kömür istehsalı və istifadəsi yarada bilir. Məsələn, İstilik Elektrik Stansiyalarında
yanacaq qismində istifadə olunan kömürün yanması atmosferə xeyli miqdarda
müxtəlif radionuklidlərin atılmasına səbəb olur.
Sadalanan hallarda radiasiya fonu texnoloji yüksəlmiş radasiya fonu adlanır.
Elmi texniki tərəqqi insanların əlavə radioaktiv şüalanmaya məruz qalmasına
səbəb olan çoxlu miqdarda süni şüalanma mənbələrinin yaradılmasına gətirib
çıxarmışdır. Süni mənbələrə elementar zərrəciklər sürətləndiriciləri, implantatorlar,
plazmatronlar, nüvə reaktorları kimi nüvə ‐ texniki qurğular və təbabətdə istifadə
olunan radionuklidlər və rentgen qurğuları da daxil olmaqla, süni radioaktiv maddələr
aiddir.
Qeyd edək ki, Yer kürəsinin əhalisi məruz qaldığı şüalanmanın əsas hissəsini
təbii radiasiya mənbələrindən alır (şəkil 5.1).
Şəkil 5.1. ‐ də əyani formada təsvir olunmuş diaqramdan da göründüyü kimi,
insanların təbii radiasiya mənbələrindən aldıqları şüalanma onların məruz qaldığı
ümumi şüalanmanın ~ 83 % ‐ ni təşkil edir.
Təbii radiasiya mənbələri dedikdə Kosmik Qalaktikanın müxtəlif ulduzları
(həmçinin də Günəş) və Yerin ayrı – ayrı suxurlarının tərkibinə daxil olan çoxlu sayda
Dostları ilə paylaş: |