Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə2/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   2   3   4   5   6   7   8   9   ...   148

 
 

 
Radiobiologiya ‐  ionlaşdırıcı şüalanmanın canlı orqanizmlərə təsirini öyrənən 
elm sahəsidir. Canlı  orqanizmlərin  radiasiyaya  qarşı  həssaslığı, onların radiasiyanın 
zərərli təsirlərinə qarşı davamlılığı (radiasiyanın zərərli təsirlərinə müqavimət göstərə 
bilməsi),  həmçinin  də  radiasiya  şəraitinə  uyğunlaşması  və  s.  kimi  problemlərin 
mexanizmlərinin 
aydınlaşdırılması 
radiobiologiya 
elminin 
əsas 
tədqiqat 
istiqamətlərindən  hesab  olunur.  Adı  çəkilən  tədqiqat  istiqamətlərində  bu  problemlər 
radiorezistentlik, radioadaptasiya, radiostimullaşma adlandırılır.  
Qeyd  edim  ki,  kompleks  elm  sahəsi  olan  Radiobiologiya  XX  əsrin  elmi  hesab 
olunur. Bu elm sahəsi fiziklərin, kimyaçıların, riyaziyatçıların, həkimlərin, biofiziklərin, 
molekulyar  bioloqların,  klassik  bioligiyanın  müxtəlif  sahələrinin  mütəxəssislərinin  səy 
və bacarıqlarının birləşdirilməsini tələb edən elm sahəsidir.  
Müəyyən  olunmuşdur  ki,  ionlaşdırıcı  şüalanmanın  təsiri  canlı  orqanizmlərin 
molekulyar,  hüceyrə,  toxuma  və  ayrı‐ayrı  orqanlar  kimi  hər  bir  struktur  səviyyəsində 
bir  çox  dönən  və  dönməz  proseslər  yaradır.
 
Birinci  struktur  səviyyəsində  orqanizmi 
təşkil  edən  molekulların  həyəcanlanması,  ionlaşması  və  dissosiasiyası  baş  verir.
 
Bu 
proseslər,  öz  mahiyyəti  etibarı  ilə,  radiasiyanın  təsirinin  ilkin  təzahür  formalarıdır  və 
onlar növbəti proseslər üçün zəmin yaradır. Nəzərə alsaq ki, orqanizmin çox hissəsini 
su təşkil edir və biokimyəvi proseslərdə suyun radiolizi mühüm rola malik olur, onda 
molekulyar səviyyədə baş verən bu təsirin bir çox növbəti proseslər üçün başlanğıc ola 
biləcəyi heç bir  şübhə doğurmur.  
İonlaşdırıcı  şüalanmanın  bütövlükdə  orqanizmdə,  onun  ayrı‐ayrı  toxuma  və 
orqanlarında  biokimyəvi  proseslərin  pozulmasına  səbəb  olması  son  nəticədə  canlı 
toxuma  hüceyrələrinin  uzlaşdırılmış  birgə  fəaliyyətini  tədricən  pozur.  Xüsusi 
tədqiqatlarla müəyyən edilmişdir ki, radiasiyanın təsiri ilə hüceyrələrin təbii bölünmə 
prosesi pozulur və onlar məhv ola bilir. Əgər şüalanmış hüceyrələr məhv olmurlarsa və 
həyat fəaliyyətli qalırlarsa, onda onlar bədxassəli hüceyrələrin əcdadlarına çevrilir.  
 
 Bu  gün  kiçik  dozalı  ionlaşdırıcı  şüalanmanın  bir  çox  biokimyəvi  proseslərin 
gedişində    stimullaşdırıcı  rola  malik  olması  və  radiasiya  zədələnmələrinin  reparasiya 
proseslərinin,  yəni    hüceyrə  və  orqanizimlərin  şüalanmanın  yaratdlğı  zədələnmələri 
ardan  qaldıra  bilmək  qabiliyyətinə  malik  olması  (radiasiya  “zədələnmələrini” 
reparasiya  edən  sistemin  “fəallaşması”)  faktlarının  kəşf  olunması  Radiobiologiya 
elminin ən böyük nailiyyətlərindən hesab olunur. Bunlar isə, ionlaşdırıcı şüalanmanın 
həm  kənd təsərrüfatı  heyvanlarının  və müxtəlif  bitkilərin  zərərverici və  parazitlərdən 
zərərsizləşdirilməsi,  həm  də  bu  şüalanma  növünün  seleksiya  və  mədəni  bitkilərin 
məhsuldarlığının  artırılması  kimi  praktiki  işlərdə  istifadəsinə  şərait  yaratmış  olur. 
Bundan  əlavə,  radiohəssaslığa  dair  müəyyən  qanunauyğunluqların  aşkar  edilməsi  və 
bu  qanunauyğunluqların  mexanizmlərinin  aydınlaşdırılması  müxtəlif  orqanizmlərin 
radiasiyanın  zərərli  təsirindən  mühafizə  tədbirlərinin  işlənib  hazırlanmasına    kömək 
edir. 
 
AMEA  ‐  nın  akademiki,  Əməkdar  elm  xadimi, 
                                  kimya elmləri doktoru, professor A.A.Qəribov.  


 
 

 
FƏSİL I 
 
_______________________________________________________________ 
 
RADİASİYA BİOLOGİYASI  VƏ  ONUN  TARİXİ  İNKİŞAF  MƏRHƏLƏLƏRİ 
 
 
 
 
İonlaşdırıcı  şüalanmanın  bioloji  təsirinin  öyrənilməsi  çoxlu    sayda    elmi    və  
sosial   məsələlərlə  diktə  edilmişdir.  Belə ki,   birincisi,   bütün   canlılar təbii radiasiya 
fonunun  daimi  təsirinə  məruz  qalırlar.  İkincisi,  insanın  texnogen  fəaliyyəti,  nüvə 
partlayışları, AES ‐lərdə və atom sənayesi müəssisələrində vaxtaşırı baş verən qəzalar 
planetimizin  bir  çox  regionlarında  təbii  fonu  əhəmiyyətli  dərəcədə  artırmışdır  və  bu 
regionlarda  ionlaşdırıcı  şüalanmanın  mümkün  ekstremal  təsirləri  (əsasən  də  ətraf 
mühitin  digər  çirkləndiriciləri  ilə  birlikdə)    dözülməz  şərait  yaratmışdır.  Üçüncüsü, 
ionlaşdırıcı  şüalanmanın  çoxlu  sayda  xəstəliklər  üçün  diaqnostik  və  terapevtik  vasitə 
olduğu  yaxşı məlumdur. Ona görə də radiasiya terapiyasının tətbiqi və yeni üsulların 
işlənib hazırlanması üçün şüalanmanın maddə ilə, hüceyrə, toxuma, ayrı ‐  ayrı orqan 
və  bütöv  orqanizmlə  qarşılıqlı  təsir  mexanizmlərinin  öyrənilməsi  sahəsində  dərin 
biliklərin əldə edilməsi çox vacibdir. Bu məsələlərin həlli üçün canlı sistemdə şüalanma 
enerjisinin  udulmasının  hər  bir  mərhələsində  baş  verən  proseslərin  hərtərəfli  analizi 
aparılmalı,  hər  mərhələdə  molekulyar  dəyişmələr  öyrənilməli,  şüalanma  dozasından 
asılı  olaraq  baş  verən  dəyişmələrin  tam  ardıcıllığını  özündə  əks  etdirən  vahid 
mexanizm müəyyənləşdirilməlidir.  
Adı    çəkilən    problemlərin    həll  edilməsi  zərurəti  yeni  bir  elmin,  müasir 
biologiya    elminin    çox  vacib  sahələrindən  biri  olan    “Radiasiya    biologiyası”  ‐nın 
yaranmasına səbəb oldu. 
Radiasiya  biologiyası  –  ionlaşdırıcı  şüalanmanın  canlı  orqanizmlərə  təsirini 
öyrənən elm sahəsidir. 
Radiasiya  biologiyası  fiziklərin,  kimyaçıların,  riyaziyyatçıların,  həkimlərin, 
biofiziklərin,  molekulyar  bioloqların,  klassik  biologiyanın  müxtəlif  istiqamətləri  ilə 
məşğul  olan  alimlərin  səylərini  birləşdirən  kompleks  elm  sahəsidir.  Bu  səbəbdən  də 
hazırkı  dövrdə  Radiasiya  biologiyasının  Radiasiya  ekologiyası  və  genetika,    Radiasiya 
biokimyası və sitologiya, Radiasiya təbabəti və gigiyena kimi istiqamətləri inkişaf edir.  
Qeyd  edək  ki,  bu  sahədə  işləmək  qərarına  gəlmiş  gənc  mütəxəssisi  çətin  bir 
yol gözləyir. O, biologiya və fizikanı dərindən bilməli, bu elmlərin müasir sahələrindən 
xəbərdar olmalıdır. Həqiqətən də, DNT, hüceyrə, zülal kimi makrosistemləri, öyrənilən 
bioloji  obyektin  quruluş  və  fiziologiyasını  bilmədən,  həmçinin  də,  bioloji  obyektdə 
şüalanma enerjisinin udulmasının xüsusiyyətlərini nəzərə almadan radiasiyanın bioloji 
təsir qanunauyğunluqlarını dərk etmək olmaz. 
XX əsrin elmi hesab olunan Radiasiya biologiyası bu gün yüksək sürətlə inkişaf 
edən  elm  sahəsidir.  Xirosima  və  Naqasaki  faciəsi,  nüvə  silahlarının  yaradılması  və 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə