18
Radioekologiya elmi də sürətlə inkişaf etməyə başladı. Bu elmin məqsədi çirklənmiş
mühitdə yerləşən bioloji obyektlərin ionlaşdırıcı radiasiyanın təsirinə cavab
reaksiyasını öyrənməkdir.
Bu mərhələdə Radiasiya biofizikasının qarşısında duran fundamental məsələ
zəif təsirlərin yarada biləcəyi radiobioloji effektlərin mexanizmini açmaq olmuşdur. Bu
günə məlum olan nəticələrin ümumiləşdirilməsi indiyəcən mövcud olan bir fikrin
əksinə fikir söyləməyə əsas verdi. Belə ki, Radiasiya biologiyasında son vaxtlara qədər
formalaşmış fikrə əsasən “radiasiya canlılar üçün istənilən formada zərərlidir”.
Sadəcə olaraq, o, kiçik dozalarda kiçik, böyük dozalarda isə böyük zərər verir. Başqa
sözlə desək, “ionlaşdırıcı şüalanmanın kiçik dozalarda törətdiyi effektləri böyük
dozalara uyğun göstəriciləri kiçik doza oblastına ekstrapolyasiya etmək yolu ilə
qiymətləndirmək olar”. Aydın oldu ki, bu fikir yalnışdır, yəni ionlaşdırıcı şüalanmanın
kiçik dozalarda törətdiyi effektləri böyük dozalara uyğun göstəricilərdən sadə
ekstrapolyasiya etmək yolu ilə qiymətləndirmək düzgün deyil.
Bu mərhələdə həmçinin müəyyən edildi ki, bioloji obyektlərin kiçik dozalarda
radiasiyanın təsirinə yüksək həssaslıq göstərməsi son nəticədə onlarda qeyri ‐ letal
yüksək dozalara qarşı radiorezistentliyin formalaşmasına səbəb olur. “Adaptiv cavab
reaksiyası” adlanan bu fenomen, həm də şüalanmanın boyatmaya, inkişafa və digər
fizioloji göstəricilərə təsir etməsinə səbəb olur. Başqa sözlə desək, kiçik dozalarda
şüalanma “ hormezis ” effekti adlanan effekt yaradır. Bu zaman həmçinin kiçik dozanın
gücü artdıqca, radiobioloji effektlərin təzahürü qeyri ‐ adi dərəcədə zəifləyir. Bu hadisə
isə doza gücünün əks effekti adlanır.
Dediklərimizdən aydın olur ki, radiobioloqlar əvvəllər, birmənalı olaraq,
radiobioloji dəyişmələrin aşağı intensivlikli şüalanma dozasından xətti asılılığını qəbul
edirdilərsə, sonradan aydın oldu ki, bu diapozonda “doza ‐ effekt” əyrisi, əslində, xətti
olmayıb, qeyri ‐ monoton, sinusoidal xarakter daşıyır. Kiçik dozalarda radiasiyanın
təsir xüsusiyyətlərini DNT ‐nin ilkin zədələnməsinə dair ənənəvi mövqedən izah etmək
cəhdləri də uğursuz oldu. Bununla əlaqədar olaraq, bir qrup radiobioloqlar bioloji
membranları kiçik doza effektlərində əsas radiobioloji hədəf olaraq qəbul etdilər.
Yaxın vaxtlara qədər hesab olunurdu ki, hüceyrələrin məhv olması,
mutasiyalar, xromosom aberrasiyaları, həmçinin də toxumalarda şiş xəstəliklərinin
yaranması kimi hüceyrə reaksiyaları DNT ‐ nin ilkin strukturunun birbaşa və dönməz
zədələnməsinin nəticəsidir. Əldə olunmuş nəticələr göstərdi ki, oksidativ reaksiyaların
hesabına radiasiya hədəflərində, əslində, daha mürrəkkəb dəyişmələr baş verir.
Radiobioloqların diqqətini son illər daha bir prinsipial əhəmiyyətli hadisə cəlb
etdi. Bu hadisə, şüalanmış hüceyrələrin qonşu şüalanmamış hüceyrələrə təsir edə
bilən siqnallar ötürə bilməsi qabiliyyətinin aşkar edilməsi idi. Hesab edilir ki, siqnallar
kontakt və ya hüceyrədaxili fəzaya sito‐ və genotoksiki maddələrin sekresiya olunması
yolu ilə ötürülür. “ Şahid effekti ” adını almış bu hadisə, həm total, həm də lokal
şüalanmaya məruz qalmış bitki və heyvan toxumalarından ekstraksiya olunmuş
radiotoksinlərin tədqiqi zamanı aşkar edilmişdir. Qeyd etmək lazımdır ki, sito ‐ və
genotoksiki “ şahid effekti ” hüceyrələrin kiçik dozalı α ‐ və ‐ şüalanması zamanı
19
qeydə alınmışdır və o, həm bilavasitə şüalanmış hüceyrələrə, həm də sonrakı
nəsillərdə onun bəzi davamçılarına xas olan xüsusiyyətdir. Hal‐hazırda sekresiya
olunmuş maddələrin kimyəvi təbiətinə və onların təsir mexanizminə dair intensiv
tədqiqat işləri aparılır.
20
FƏSİL II
__________________________________________________________________
RADİOAKTİVLİK HADİSƏSİ
2.1. Radioaktivliyin kəşfi
1895‐ci ildə alman fiziki Konrad Rentgen qaz boşalmalarının tədqiqi ilə məşğul
olarkən yüksək nüfuzetmə qabiliyyətinə malik naməlum şüalar müşahidə etmiş və
həmin şüaları X‐şüalar adlandırmışdır (Bu şüalar, K.Rentgenin şərəfinə, həm də
“Rentgen şüaları” adlanır).
Həmin ərəfədə əvvəlcədən Günəş şüalarının təsirinə məruz qalmış bəzi
maddələrin qaranlıqda “soyuq işıq” saçması – lüminessensiya etməsi hadisəsi də aşkar
edilmişdir. Rentgen şüalarının kəşfindən sonra fransız fiziki Anri Bekkerel
lüminessensiya şüalanmasının da rentgen şüalanması olub‐olmadığını yoxlamaq
məqsədi ilə tədqiqatlar aparmış və ilk dəfə olaraq, ona, sonradan radioaktiv
şüalanma adlandırılan, yeni növ şüalanmanı aşkar etmək qismət olmuşdur.
Qeyd edək ki, “lüminessensiya şüalanması rentgen şüalanmasıdırmı?”
sualının müəllifi Anri Bekkerel yox, fransız fiziki Anri Puankare olmuş və o,
flüoresensiya edən maddələrin yaratdığı şüalanmanın rentgen şüalanması olmasını
sübut etməyə çəhd edən ilk tədqiqatçı olmuşdur.
Məlum olduğu kimi, “flüoressensiya” flüorid mineralının adından yaranan söz
olub, lüminessensiyanın qısa müddət ərzində sönən növüdür. Anri Bekkerel ilk
tədqiqatları üçün məhz yaxşı flüoressensiya edə bilən uran duzundan istifadə etmişdir.
Onu da qeyd edək ki, uran duzu XIX əsrin məşhur fiziklərindən olan Edman Bekkerelin
(Anri Bekkerelin atası) ən çox sevdiyi tədqiqat obyekti idi. Uran duzunun geniş tədqiq
olunan obyekt olmasının digər səbəbi isə həmin ərəfələrdə uran şüşələrindən
düzəldilmiş və flüoressensiya hesabına müxtəlif işıqlar yarada bilən oyun aparatlarına
böyük tələbatın olması idi.
Əgər flüoressensiya, həqiqətən də rentgen şüalanmasının yaranmasına səbəb
olursa, onda uran duzu nümunələri qara kağıza bükülmüş foto lövhələri qaraltmalı idi.
Belə ki, rentgen şüalarının yüksək nüfuzetmə qabiliyyətinə malik olması əvvəlcədən
məlum idi. Bekkerelin bu fikrini onun təcrübələri sübuta yetirdi. Belə ki, Günəş
şüalarının təsirinə məruz qalan uran duzu nümunələri, yüksək nüfuzetmə qabiliyyətli
şüalar yaratmaqla, qara kağıza bükülmüş foto lövhələri qaraltmağa müyəssər oldu. Bu
ərəfədə maraqlı bir hadisə baş verdi. Kiçik bir təsadüf nəticəsində bir dəfə hava tutqun
olduğundan, Bekkerel təcrübə aparmadı və növbəti gün təcrübəyə başlamamışdan
əvvəl, hər ehtimala qarşı, nümunəni Günəş şüaları ilə şüalandırmamışdan əvvəl foto
lövhəni açdı. Məlum oldu ki, bu halda da, şüalanma halında olduğu kimi, nümunə
yaxınlığında yerləşmiş və qara kağıza bükülmüş foto lövhədə ləkələr yara bilir.
Dostları ilə paylaş: |