Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə3/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   2   3   4   5   6   7   8   9   ...   148

 
 

 
sınağı,  dinc  məqsədli  atom  energetikasının  geniş  vüsət  alması,  kosmonavtikanın 
inkişafı, müxtəlif AES ‐lərdə (əsasən də Çernobıl  AES ‐də) baş verən qəzalar bu elmin 
inkişafı üçün güclü stimul rolunu oynamışdır.      
Radiasiya  biologiyası  radiasiyadan  mühafizə  vasitələrinin  axtarılıb  tapılması, 
radiasiya  təhlükəsizliyi  normalarının  elmi  əsaslarının  işlənib  hazırlanması,  şüa 
zədələnmələrinin  müalicəsi  və  profilaktikası  texnologiyasının  yaradılması,  kiçik  dozalı 
radiasiyanın  bioloji  təsir  mexanizminin  açılması,  kiçik  dozalı  şüalanma  effektlərinin 
proqnozlaşdırılması kimi praktiki məsələləri  həll etməyi öz üzərinə götürmüşdur.  
Radiobiologiyanin    elm    kimi    formalaşması.  Qeyd  edək  ki,  radiasiya  və 
sağlamlıq  problemi  ionlaşdırıcı  şüalanma  və  radioaktivlik  kəşf  olunandan  xeyli  əvvəl 
aktual idi. Hələ orta əsrlərdə həkimlər radiasiyanın nə olduğunu bilmədən onun zərərli 
təsirlərinə  bələd  idilər.  Belə  ki,  o  zamanlar  filiz  yataqlarında  işləyən  fəhlələrin 
müəmmalı  xəstəliklərinin  səbəbləri  həkimlər  üçün  məlum  deyildisə,  sonradan  həmin 
yataqlarda uran və radiumun olması, XIX əsrin sonuna yaxın isə həmin xəstəliklərin ağ 
ciyər xərçəngi olması müəyyən edildi. 
Antik  dövrlərdə  həkimlərə  radon  vannalarının  sağlamlığa  yaxşı  təsir  göstərə 
bilməsi  faktı  da  məlum  idi.  Hal‐hazırda  bu  üsuldan  çoxlu  sayda  müalicə  və  sağlamlıq 
müəssisələrində  geniş  istifadə  edilməsinə  baxmayaraq,  həkimlərdə  onun  faydası  və 
təsir  mexanizmi  haqqında  hələ  ki,  vahid  fikir  formalaşmayıb.  Radiasiyanın  təsiri  ilə 
canlı orqanizmlərdə baş verən patoloji dəyişmələr, həmçinin də radiasiyanın  təbabət 
üçün  potensial  əhəmiyyəti  rentgen  şüalanması  və  radioaktivlik  kəşf  olunan  andan 
problem  olaraq  ortaya  atıldı  və  uzun  illər  (bəlkə  də  həmişəlik)  radiasiyanın  insanlara 
fayda və zərər verə bilməsi dilemmasını yaratdı.  
Radiasiya  biologiyası  elminin    yaranma    tarixi      X  (rentgen)    ‐  şüaların
radioaktivliyin      kəşfi    və  onların  canlı  orqanizmə    təsirinə  dair  ilk  fikirlərin  tarixi  ilə 
müəyyən olunur. Məlum olduğu kimi, 1895 ‐ci ilin dekabrında Almaniyada Vyürsburq 
Universitetinin  rektoru,  Fizika  fakültəsinin  Fizika  kafedrasının  müdiri,  professor 
Vilhelm  Konrad  Rentgen  Fiziklər‐Həkimlər  Cəmiyyətinin  üzvlərinə  naməlum  X  ‐ 
şüalarının  kəşfi  haqqında  17  səhifəlik  əlyazmasını  və  öz  əlinin  sümüklərinin  rentgen 
şəklini təqdim etdi. Qeyd edək ki, katod şüalanmasının yaratdığı və yüksək nüfuzetmə 
qabiliyyətinə  malik  bu  şüalar  sonradan  Rentgenin  şərəfinə  rentgen  şüalanması 
adlandırıldı. 1896 ‐cı ilin yanvarında isə Rentgenin “Şüaların yeni növü”  adlanan  kitabı  
fransız,  ingilis,  rus  və  italyan  dillərində  çap  olundu  və  bununla  da  həmin  kəşf  bütün 
dünya ictimaiyyətinin mülkiyyətinə çevrildi.  
Rentgen    şüaların    kəşfi    fizikada,    həmçinin    də    biologiya    və    tibb  elmləri 
sahəsində  yeni  tədqiqatlar    üçün  stimul  rolunu  oynadı.  1896  ‐cı  ilin  martında    “Paris 
Təbiət Tarixi” muzeyinin fizika professoru Anri Bekkerel uran duzlarının heç bir xarici 
təsir  olmadan  şüalanmasını  kəşf  etdi.  Bu  şüalar  rentgen  şüalarından  da  yüksək 
nüfuzetmə  qabiliyyətlinə  malik  idi.  İki  ildən  sonra  isə  Mariya  və  Pyer  Kürilər  uran 
filizindən,  əvvəllər  məlum  olmayan  və  uran  kimi  şüalanma  yaradan,  2  yeni  element 
ayıra bildilər və onları radium (şüasaçan) və polonium (Mariya Küri‐ Skladovskayanın 
vətəni  Polşanın  şərəfinə)  adlandırdılar.  Bu  üç  elementə  və  sonradan  kəşf  olunan  bu 


 
 

 
təbiətli  elementlərə  xas  olan  xüsusiyyət  “radioaktivlik”  (daha  dəqiq  desək,  “təbii 
radioaktivlik”) adlandırıldı. 
Sonradan, 1934  ‐ cü ildə İren və Frederik Jolio ‐ Kürilər  Al ‐ 27 elementinin    
α  ‐zərrəciklər  və  neytronlarla  bombardmanı  zamanı  təbiətdə  müşahidə  olunmayan 
yeni  bir  radionuklid  –  fosfor  ‐  30  elementini  qeydə  ala  bildilər  və  bununla  da  süni 
radioaktivlik adlanan yeni bir hadisəni kəşf etmiş oldular.  
Fizikanın bu kəşfləri çox tezliklə öz əksini bioloji tədqiqatlarda tapdı. Rentgen 
şüaları  kəşf  olunan  kimi  Peterburq  fizioloqu  İvan  Romanoviç  Tarxanov  (daha  dəqiq 
desək,    Tarxanişvili)    bu  şüalarla  qurbağa  və  həşəratları  şüalandıraraq,  belə  nəticəyə 
gəldi ki,  X ‐ şüalarla nəinki  şəkil çəkmək olar, həmçinin də canlıların həyat fəaliyyətinə 
təsir etmək olar (Тарханов И.Р.,1896).  
Radiasiya  biologiyası  elminin  digər  pioneri  Yefim  Semyonoviç  London 
olmuşdur ki, o da, 1896 ‐cı ildən başlayaraq, çoxillik rentgen radioloji və eksperimental 
radiobioloji tədqiqatlar aparmışdır. 
 Radiasiyanının  dəriyə  patoloji  təsirinə  dair  ilk  rəsmi  məlumatı  1901  ‐  ci  ildə    
P. Küri  və  A. Bekkerel çap etdirmişdir. Məlumatda deyilirdi ki, radiumla işləmə zamanı 
təhlükəsizlik  tədbirlərinə  riayət  etmədiklərindən  onların  dərilərində  yaralar  əmələ 
gəlmişdir. 
O  vaxtlar  Radiasiya  biologiyasının  əsas  və  çox  vacib  məsələlərindən  biri 
radiasiya dozasının miqdarının dəqiq müəyyənləşdirilməsi idi. Rentgen şüalanmasının 
bioloji  dozasının,  heç  olmasa  şərti  vahidlərini,  empirik  (təcrübi)  yolla 
müəyyənləşdirmək  məcburiyyətində  qalan  rentgenoloqlar,  ilk  dəfə  olaraq, 
şüalanmanın dozalarla tətbiqinin vacibliyini ortaya atdılar. Bu cür ilk doza ölçülməsinin 
vahidi  müəyyən  edildi  ki,  o  da,  şüalanmadan  bir  neçə  gün  və  bir  neçə  həftə  sonra 
qeydə  alındı.  Bu  vahid  “dəri‐eritem  dozası”  (Haut  Erythem  Dosis  ‐  almanca) 
adlandırıldı. 
Məlum  olduğu  kimi,  əsas  məqsədi  şüalanan  (ekspozisiya  olunan)  və  udulan 
şüalanma  enerjisini,  həmçinin  də  radioizotopların  aktivliyini  müəyyənləşdirmək  olan 
dozimetriya  fizikanın  bir  bölməsi  kimi  çox  sonralar  yaranmışdır.  Elmi  əsaslandırılmış 
dozimetrlərin  olmaması,  şüalanma  dozasının  miqdarını  müəyyənləşdirməyin  qeyri‐
mümkün  olması,  bu  sahədə  məlumatların  az  olması,  həmçinin  də  bu  şüalanmaya 
etinasızlıq intensiv şüalanmanın təsiri ilə çoxlu sayda rentgenoloqların ölümünə səbəb 
olmuşdur. 
Elementar dozimetrik biliklərin vacibliyini dərk edən E. S. London və  həkim ‐ 
cərrah    S.  V.  Qoldberq    radiumun  özlərinə  təsirinə  dair  Peterburqun  Eksperimental 
Tibb  İnstitutunda  təcrübələr  aparmışdır  (Кудряшов  Ю.Б.,  2004).    S.V.  Qoldberq 
qutudakı  75  mq  radium  bromidi  bintlə  çiyninə  bərkitmiş  və  3  saat  onu  orada 
saxlamışdır.  Preparatın  kənarlaşdırılmasından  sonra  onun  yerində  nəzərə  çarpacaq 
dəyişikliyin müşahidə olunmamasına baxmayaraq, 4 gün keçdikdən sonra həmin yerdə 
qırmızı ləkə yaranmışdır ki, onun da ölçüsü sonrakı günlərdə böyüyərək daha intensiv 
rəng  almışdır.  Əlavə  2  gün  keçdikdən  sonra  nekrotik  proses  başlamış  və  infiltrasiya 
zonası  daha  da  böyümüşdür.  14  ‐cü  günə  yaxın  isə  həmin  zona  irinli  yaraya 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə