8
çevrilmişdir. Daha sonra isə (14‐16 ‐cı günlər) radium preparatının qoyulmadığı digər
yerlərdə də (çənədə, o biri çiyin və qolda, bud nahiyəsində) yeni zədələnmə yerləri
əmələ gəlmişdir.
Öz dərisinin müxtəlif yerlərini şüalandıran London isə müəyyən etmişdir ki,
dəri radiogen dermatitin gizli (latent) periodu və onun təzahür dərəcəsi preparatın
aktivliyi və təsir müddəti ilə mütənasib olur.
1901 ‐ ci il və ondan sonrakı illər dərinin şüa ilə zədələnməsinə (dermatitlər,
eritemlər, şüa yanmaları və yaraları, tük tökülmələri) dair çoxlu sayda məlumatlar
toplandı və 1902 ‐ ci ildə dərinin ilk şüa xərçəngi qeydə alındı. Müəyyən edildi ki,
yüksək nüfuzetmə qabiliyyətli radioaktiv şüalar təkcə dəriyə təsir etmir, onlar
həmçinin daxili orqan və toxumaların zədələnməsinə və canlı orqanizmlərin ölümünə
səbəb olur.
Daha sonra müxtəlif orqan və toxumalarda fermentlərin aktivliyinin
pozulması, qanda toksiki maddələrin (leykotoksinlərin) əmələ gəlməsi kimi hallar aşkar
edildi. Beləliklə də, yeni şüalanma növünün yüksək bioloji fəallığına dair toplanmış
məlumatlar radiobioloji tədqiqatlarda güclü ”partlayışlar” üçün stimul rolunu oynadı
və radiobiologiyanın “ilkin” (təsviri periodu) başlandı. “Birinci mərhələ” adlanan bu
mərhələyə, əsasən, təsviri xarakterli işlər aid edilir.
İlkin müşahidələr fundamental əhəmiyyət kəsb etmələrinə baxmayaraq,
keyfiyyət xarakteri daşıyırdılar və bu mərhələdə ionlaşdırıcı şüalanmanın bioloji
obyektlərə təsir mexanizmini aydınlaşdıra bilən hansısa bir nəzəriyyə mövcud deyildi.
Radiasiya biologiyasının inkişafının “ikinci mərhələsi” onun kəmiyyət
prinsiplərinin, ilk növbədə, bioloji effektin şüalanma dozasından asılılığının müəyyən
edilməsi mərhələsidir. Letal şüalanmaya məruz qalmış ayrı ‐ ayrı bioloji obyekt və
sistemlərin bu təsirə davamlılığının müxtəlifliyinə və hüceyrə bölünməsi proseslərinin
yüksək radiohəssaslığına dair toplanmış nəticələr bu mərhələnin əsas nəticələri hesab
olunur. 1906‐ cı ildə fransız radiobioloqları İ. Berqonye və Lo Tribondo hüceyrələrin
radiohəssaslığına dair fundamental qanun müəyyən etdilər. Bu qanuna əsasən
“İonlaşdırıcı şüalanmanın hüceyrələrə zədələyici təsiri onların daha intensiv bölünməsi
halında güclü olur. Bu təsir, həm də hüceyrələrin morfologiya və funksiyasının daha az
dəqiqliklə özünü büruzə verdiyi halda, yəni onlar daha az diferensasiya olunduqda,
güclü olur” (Кудряшов Ю.Б., 2004).
Faktlar toplandıqca, aydın oldu ki, ionlaşdırıcı şüalanma radiasiya mənbəyinin
intensivliyindən və şüalanma müddətindən asılı oalaraq istənilən bioloji obyekti və
bioloji sistemi zədələməyə və öldürməyə qadirdir.
M. İ. Nemenov və onun əməkdaşları 1910 ‐cu ildən başlayaraq, şüa
zədələnməsi zamanı maddələr mübadiləsinin pozulmasına, şüalanmanın immun
sisteminə, embriogenezə, cinsi funksiyalara mənfi təsirinə (dölsüzlük) dair məlumatlar
çap etdirməyə başladılar. Bu məlumatların içərisində şüa konserogenezinə dair
məlumatlar üstünlük təşkil edirdi (Кудряшов Ю.Б., 2004).
1925 ‐ci ildə şüa zədələnməsinin inkişafında biokimyəvi proseslərin mühüm
rola malik olması əyani surətdə öz təsdiqini tapdı. Belə ki, Ansel və Vintenberqer
9
toyuq embrionları üzərində təcrübi yolla müəyyən etdilər ki, soyuducuda
yerləşdirilmiş şüalanmış embrionda radiasiya pozulmaları müaşahidə olunmadığı
halda, eyni doza ilə şüalanmış inkubatorda yerləşdirilmiş embrionda radiasiya
əlamətləri açıq‐aydın hiss olunur. Aydın olur ki, mübadilə proseslərinin intensivliyi şüa
zədələnməsi əlamətlərinin formalaşmasında əsas rol oynayır. Bu müşahidələrin
əsasında müəlliflər şüa zədələnmələri yaranmasına dair aşağıda sadalanan üç əsas fikir
söyləyə bildilər (Кудряшов Ю.Б., 2004) :
‐ilkin radiasiya zədələnməsinin olması;
‐bu zədələnmənin güclənməsinə təkan verən amillərin olması;
‐bərpaedici amillərin təsiri.
Beləliklə, şüa zədələnməsi dərəcəsinin təkcə ilkin zədələnmə intensivliyindən
yox, həm də orqanizmin fizioloji vəziyyətindən və onda baş verən metabolik
proseslərin xarakterindən asılılığına dair fikir formalaşdı.
İonlaşdırıcı şüalanmanın maddənin struktur elementlərinə təsirinin
öyrənilməsi və kəmiyyət dozimetriyasının yaradılması tədqiqatçılara radiobioloji
effektləri şüalanma dozası ilə əlaqələndirən kəmiyyət prinsiplərini müəyyənləşdirməyə
imkan verdi. Bununla da, Radiasiya biologiyasının “İonlaşdırıcı şüalanmanın bioloji
obyekt və sistemlərə təsir mexanizmlərinin öyrənilməsi periodu” başladı və Kəmiyyət
radiobiologiyasının yaradılmasının başlanğıcı qoyuldu (Radiobiologiyanın inkişafının
“II mərhələsi” ‐ni təşkil edən bu mərhələ XX əsrin 20 ‐ci illərinə təsadüf edir).
Bu mərhələdə böhran vəziyyətinə düşmüş bioloji molekul və hüceyrə
strukturlarının, həmçinin də şüalanmış orqanizmdə şüa zədələnməsinin inkişafına
cavabdeh olan toxuma və orqanların intensiv axtarışı başlandı. Eyni zamanda “Bioloji
effektlərin şüalanma dozasının miqdarından asılılığı qanunauyğunluqlarının
müəyyənləşdirilməsi” üzrə tədqiqatlar böyük vüsət aldı.
Qeyd edək ki, Radiasiya biologiyasının inkişafının II mərhələsi ionlaşdırıcı
şüalanmanın bioloji təsirinin vacib xüsusiyyətlərindən birinin ‐ “radiobioloji
paradoksun” mövcudluğunun aşkar edilməsi ilə səciyyələnir. Başqa sözlə desək,
müəyyən edildi ki, ionlaşdırıcı şüalanmanın istilik ekvivalenti ilə ifadə olunan enerjisi
onun yaratdığı bioloji effektlərə uyğun enerji ilə müqayisədə kifayət qədər az olur.
Bu mərhələ həmçinin Radiasiya biologiyasında çox məşhur bir hadisənin kəşf
olunması mərhələsidir. Söhbət 1925‐1927‐ ci illərdə Sovet alimləri Q. A. Nadson və Q.
S. Filippovun təcrübi yolla maya hüceyrələrində, ABŞ alimi Q. Mellerin isə drozofildə
aşkar etdikləri “radiasiya mutagenezi” effektindən gedir (Кудряшов Ю.Б., 2004). Adı
çəkilən effektin mahiyyəti ondan ibarətdir ki, rentgen şüalanmasının “nəsildaşıyıcı
maddəyə” təsiri təkcə onun zədələnməsinə deyil, həm də onda sonrakı nəsillərə
ötürülən dayanıqlı dönməz dəyişikliklərin yaranmasına səbəb olur. Bununla da,
şüalanmanın mutasiya yarada bilməsi tam sübut edildi və radiobioloqlar, ilk dəfə
olaraq, mutasiya prosesinə təsir etməklə, nəsil dəyişmələrini təcrübi yolla həyata
keçirmək imkanı əldə etdilər.
Şüalanmanın mutagen təsirinin kəşf olunması böyük bir radiobioloqlar
ordusunu radiasiyanın təsirinə diskret bioloji strukturların (genlərin, xromosomların)
Dostları ilə paylaş: |