Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə39/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   35   36   37   38   39   40   41   42   ...   81

 
115
sökmə  və yenidən tikməyə, bahalı körpü və fontanlara 
xərcləməkdənsə, dənizdə süni ada yaratmaqdansa, təhsilə xərcləmək 
daha sərfəlidir.  Hər məhlədə, kənddə hökmən kitabxana tikilsin 
və kitab dükanlarında olan bütün kitablar alınıb bütün 
kitabxanalara verilsin. 
6. Səhiyyə.  Səhiyyə tam pulsuz olmalı  və bütün xidmətləri 
yüksək yerinə yetirməyə qabil olmalıdır. Dövlət səhiyyəsi  şəxsi 
səhiyyə obyektləri ilə yarışmalı  və onu idarə edənlər xidmətin 
müqayisəli keyfiyyəti və  səviyyəsilə qiymətləndirilməlidir. Ortabab 
və aşağı təbəqəni əhatə edən 80 - % əhalinin  gəliri  təhsil almağa və 
müalicəyə  imkan  vermir    və yaxud onlar buna qohumların köməyi, 
böyük maddi və mənəvi itkilər bahasına edirlər. Şübhəsiz, həkim və 
müəllimlərin əmək haqqı orta əmək haqqından 2 dəfə çox olmalıdır. 
Həkim və müəllimlərə bu pulu verməklə daha çox əhalinin maddi 
vəziyyəti, sağlamlığı yaxşılaşmış olardı, kasıbçılıq azalardı.  
7. Neft – qaz üzrə  strategiya və beynəlxalq satışdan gələn 
gəlirlərin istifadəsi. 
Neft böyük imkanlar açmışdır, lakin ondan gələn xeyir 
cəmiyyətin inkişafı  və hamının həyatının yaxşılaşdırılması üçün 
səmərəli istifadə edilmir. Bunun səbəbi yuxarıda  göstərilən - 
cəmiyyətin qanun və idarədə  iştirakdan (demokratiyanın azlığı) 
məhrum edilməsidir. Bu səbəbə görə  də neft pulları rasional sərf 
edilmir, prioritet məsələlərin həllinə deyil, rəhbərlərin kaprizlərinə 
yönəldilir, səriştəsizlikdən və biliklərin, rasional strategiyanın 
olmamasından  dövlət problemlər  yaradır, sonra onun həlli üçün 
xalqın pullarını xərcləyir.  
Neftdən gələn pulların hamısını - onları pul formasında saxlamaq 
daha pisdir, çünki pul getdikcə qiymətdən düşür - ictimai  maddi 
istehsal və xidmət sahələri, elmi institutlar  və  təhsil - elm –  
layihələndirmə -istehsal (zavod, fabriklər, xidmət)   birlikləri - 
şəhərləri yaradılmasına; zəruri infrastruktur, səhiyyə, təhsil, 
mədəniyyət və texniki – bədii yaradıcılıq  evləri, kitabxana, konsert, 
konfrans - iclas zalları, hər məhəllənin özünün parkları  və istirahət, 
idman zonaları, kənd və şəhərlərin, hər ailənin, həyətin su, elektrik, 
telefon, yolla təmin olmasına sərf edilsin. Bu sərf edilən pullar 
gələcəkdə istehsal və təhsil, elm  və texnologiya sayəsində birə beş 
dəfə artıq gəlir gətirəcəkdir və xalqın həyatını yaxşılaşdıracaqdır. 
Neft və qaz üzrə  ən yaxşı siyasət neft və qazı Azərbaycanda tam 
emal edib müxtəlif məhsullar- superfosfat və azot gübrələri, yuyucu 
maddələr, boya və laklar, yanacaq, liflər, parçalar və bütövlükdə  300 


 
116 
adda ola biləcək məhsullar istehsal etməkdir. Xam neft və qazın 
xaricə satılması müstəsna olaraq az miqdarda ola bilər. Avropanı və 
ya digər ölkəni neft və qazla təmin etmək  bizə qalmayıb, hansı ki 
rəhbərləimiz bununla səhvən fəxr edir. Qoy özləri öz dərdlərini 
çəksinlər. Məgər onlar bizi ermənidən müdafiə etdilər və indi torpağı 
qaytarmağa kömək edirlər? 
 Daha  yaxşı siyasət  bu neft və qazı tam emal etmək və yüksək 
elmi, texniki, həyat  şəraiti, maliyyə,  bank kapitalı, idarə sistemi 
səviyyəsinə çatmaqhamını layiqli və ciddi işlə təmin etmək  və digər 
xalqları    məhz həmin ABŞ, Avropa ölkələrinin etdiyi  kimi asılı, 
yalvaran, nökər vəziyyətinə salmaqdır. 
8.  Əhalinin işlə  təmini, bu məsələ yalnız dövlətin yenidən 
ictimai istehsal, xidmət, elm və xüsusi təhsil sektorunu yaratması  və 
keçmiş  və ya təzə  kadrlara yeni tələb olunan peşələr, ixtisaslar 
verməklə  həll oluna bilər. Dövlət bu işi vacib olaraq və  hər bir iş 
tapmayan vətəndaş üçün etməlidir.  İsveç məhz bu üsulla hamıya 
lazımı  təhsil, peşə verərək onları özlərinin işləməsi  vasitəsilə  gəlir 
almaqlarına  çalışır və davamlı olaraq bu siyasəti aparır. Orada insan 
ya işləyir,  ya    lazımı miqdarda  təqaüd  almaqla yeni təhsil, peşə 
alma prosesindədir. Bu Azərbaycan üçün də tam düzgün yoldur.Yəni 
Azərbaycanda belə strategiya qəbul edilsin ki, hər vətəndaş ya öz 
peşəsində arzu etdiyi ixtisasda işləyir, ya tam dövlət hesabına oxuyur 
, ya əlavə dövlət hesabına  yenidən başqa ixtisas və peşə alır . 
Beləliklə,  xəstə  və pensionerlərdən başqa, heç bir bekar adam 
qalmamalıdır.  Belə edilsə, xaricdən işçi gətirmək və insanların işsiz 
qalması aradan qalxar. Belə ki, insan, dövlətin birinci prioriteti-əsas 
məqsədi olmalıdır.  Məşğulluq idarələri formal olaraq guya işsizlərə 
yeni təlim verirlər, iş  təklif edirlər, lakin bu cüzidir- onların 
funksiyalarını və iş metodlarını yenidən konstruksiya etmək lazımdır. 
9.  İstehsal.  İctimai istehsalın və  kənd koperativlərinin məhv 
edilməsi və  məcburi  özəlləşdirilməsi  böyük zərərlər vermişdir. 
Dövlət özü istehsal  müəsisələri yaratmalı  və yeni rasional ictimai 
idarə sistemi ilə onlar idarə edilməlidir. Lakin bu yeni müəsisələr 
dövlət ictimai mülkiyyətində saxlanaraq dövlətə  və ya şəxsi 
sahibkara tabe edilməməlidir, onlar əmək kollektivlərinin idarəsinə 
verilməlidir; rəhbərlik və idarə sistemini də kollektivin özü həll 
etməlidirlər. Istehsal prosesi və onun inkişafı  və planlaşdırma 
dövlətin qəbul etdiyi strategiyalara uyğun olmalıdır. Nəticədə isə 
insanların hamısı  işləyər və  hər sahə inkişaf edər. Torpaqların və 
müəsisələrin zorla  özəlləşdirilməsi səhv olmuşdur. Torpaqları  


 
117
yenidən könüllü istəyənlər üçün birləşdirmək və sonra payçılar 
birliyi ictiami idarə etməlidir.  Demək,  ictimai və  şəxsi sektor 
müstəqil olaraq özlərini yaşatmalı  və  rəqabət etməklə daha yaxşı 
olmağa çalışacaqlar. Məişətdə, kənd təsərüfatında, mənzildə  işlənən 
böyük miqdarda alət və avadanlıqların, neft - kimya məhsullarının 
ölkədə istehsal edilməsi və böyük miqdarda eksport edilməsi  vacib 
strategiya kimi qəbul edilməlidir. 
Ən azı  90 % insan və heyvanlar üçün lazım olan dərmanların 
Azərbaycanda istehsalını, ölkənin tam təminatını  və xaricə satışını  
təşkil etmək lazımdır. Bu istehsalları  və  təşkilatı  işi  şəxsi 
sahibkarlardan gözləmədən, dövlətin özü  etməsi  lazımdır. 
Güman etməyin ki,  sahibkar, elmə, texnologiyaya qayğı 
göstərəcək, kadr hazırlayacaq, insanların sosial məsələlərini həll 
edəcək, daha çox işçi saxlayacaq.  
Daha çox özünə elm və biliklər daxil edən daha keyfiyyətli 
məhsullar istehsalı prioritet olmalıdır.      Turizm    yalnız tək turist 
obyektləri sahibkarlarına sərfəlidir və mövsümi işdir, orada 
işləyənlər həm az maaş alır və daim nökər, qulluqçu olmalıdır, bu 
sahə prioritet ola bilməz, habelə ticarət - alverçilik də prioritet sayıla 
bilməz. Turizm və ticarət  inkişafın əsası və qarantiyası deyil.  Bu iki 
sahədə  işləyənlərdə nökər psixologiyası  və düşüncəsi  inkişaf edir, 
ictimai  şüuru zəif olur. Tikinti də prioritet deyil, bu daimi eyni 
səviyyədə ola bilməz, iş qurtardıqda işsizlik başlanır. 
Adam Smitin və Marksin kəşv etdiyi kimi yalnız  istehsal maddi 
rifahın yüksəlməsinin və  həyatın  əsasıdır, onsuz inkişaf, yaxşı 
həyat ola bilməz.  Demək, birinci istehsal inkişaf etdirilməli, istehsal 
vasitələri və şəxsi istehlak vasitələrinin düzgün optimal proporsiyası 
tətbiq edilməli, sonra ona lazım olan sahələr yaradılmalı  və lazımı 
səviyyədə saxlanmalıdır. 
10.  Elm.  Kifayət qədər pul ayrılsın və elmin bütün müasir və 
klassik növləri inkişaf etdirilsin və onun nəticələri dövlətin 
yaradacağı istehsal müəsisələrində  tətbiq edilsin və lazımı məhsullar 
hazırlansın. Xüsusilə  təhsili, elmi, istehsalı,  yaşayışı  və 
mədəniyyəti  birləşdirən böyük birliklər (məskənlər) yaradılsın.  
Sahibkarları gözləmədən dövlət özü ictimai lazımı istehsal yaratsın 
və onun işinə qarışmadan ictimai idarəyə versin. 
Elm və texnologiyanın prioritet  inkişafı  və yeni çox sayda hər 
məsələ üzrə  böyük miqdarda institut və konstuktor büroları açılması 
düzgün strategiya kimi qəbul olunsun. Elmlərin  ən qabaqcıl 
sahəsində  ən yeni biliklər, nəzəriyyələr yaradılması ilə  məşğul olan 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə