Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə40/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   36   37   38   39   40   41   42   43   ...   81

 
118 
istənilən Azərbaycan vətəndaşına, xahişilə birdəfəlik qrantlar 
verilsin, dünyada konfranslarda iştirak üçün məqalə  və kitablarını 
tərcümə və nəşr etmək üçün maddi yardım edilsin. Məgər 3 milyon 
dollara at alan ölkə üçün və ya 18 milyon manat hesabına metro 
stansiyasını söküb yerində parnikə oxşayan stansiya tikən ölkə elm 
adamına və onun dünyada xalqın nüfuzunu qaldırması  işinə pul 
xərcləməsi çətindir? 
11.  İnsanın mənafeyi, normal həyat təminatı, mədəniyyət, 
yaradıcılıq, istirahət imkanına malik olması dövlət üçün əsas dəyər 
və  məqsəd  qəbul edilməlidir. Yəni qanunun aliliyi deyil, insan 
həyatına lazım olan şərait, onun zərər çəkməməsi, əsas prinsip olaraq 
tətbiq edilməlidir. Qanun və reallıq ziddiyyət təşkil etdikdə real insan 
mənafeyi üstün qəbul edilməli, qanun isə  səhv və  təkmil 
yaradılmadığı üçün yenidən dəyişdirilməyə qəbul edilməlidir.  
12.  Yeni paytaxt tikmək lazımdır.  Dənizdə körpü tikintisi 
ideyası və bütün, sökmələr, köçürmələr, bulvarın  3 dəfə uzadılması 
qərarları, Nargin adasında 6 milyard dollara başa gəlkəcək ada 
müzey yaradılması,  şəhərdə körpü tikinitisinə aludəçilik, binaların 
üzlərinin qaşınması səhv strategiyadır və xalqın pulunu mənasız sərf 
etməkdir. Bütün yeni tikintilər rasional prinsiplərə cavab vermir; 
sadəcə dövlət bir səhv planlaşdırılmış  şəhəri digər səhv, kobud 
planlaşdırlmış  şəhərlə  əvəz edir ki, burada hədsiz problemlər 
yaranır və yaranacaq (binalar arası, küçə ilə məsafə, yerləşdirilmə, 
yaşıllıq, istirahət yerləri, maşın parkları  və dayanacaqları, küçələr, 
ictimai binalar, mədəniyyət, yaradıcılıq evləri , iş yerləri və s). Axı 
neft pulları təkcə Bakı üçün deyil və belə layihələrə də başqa prioritet 
məsələlərin qarşısında  ehtiyac yoxdur.  
Köhnəni söküb tikmək yenini tikməkdən iki dəfə bahadır.  
13. Su strategiyası. Oğuz - Qəbələ - Bakı su kəmərini çəkildiyi 
üçün  həmin yerlərdə hansı  zərərlər baş verə bilər? Mümkündür ki,  
o yerlərin suyu çəkilər, meşələr, əkin sahələri quruyar. Bir  ərazinin 
pis həyatını Bakının yaxşı həyatına qurban vermək olmaz.  Bu zaman 
suyun miqdarının azaldılması lazım gələ bilər. Bakını Ceyranbatan 
və  Şollar suyu səmərəli işlənilsə  bəs edir, Kür suyunu isə burada 
yalnız suvarma və texniki məqsədlərlə istifadə etmək olar. Həmin 
Oğuz – Qəbələ suyunu  əsasən  həmin zonalarda kənd və şəhərlərdə
məişətdə  və cuvarma üçün sərf etmək- su xətləri çəkmək lazımdır, 
habelə çatsa Mil, Muğan düzlərinə, su qıt olan şəhər və  kəndlərə 
həmin suyu çəkmək lazımdır, belə ki, onlarda içməli və suvarma 
suyu çatışmır. Belə strategiya qəbul olunmalıdır ki, heç bir təmiz 


 
119
sulu  çaya Kürə tökülməyə imkan verilməsin, həmin suları çatmayan 
yerlərə boru xətləri çəkib vermək lazımdır. Çayları isə  təmiz 
saxlamaq lazımdır. Kiçik Qafqazdan axan çayların qabağında 
bəndlər qurmaq, su anbarları  və  su elektrik stansiyası qurmaq 
lazımdır, bununla sellərin qarşısı alınar, çoxlu su əldə edilər və 
suvarılan torpaqlar artırıla bilər. Xüsusilə böyük miqdarda 
səhralarda, susuz çölllərdə    həmin suyu borularla çəkib verməklə 
əkin əkmək olar.  Bakıda isə əhalinin sayını 2 milyona yendirmək -  
artıq  əhalini rayonlarda və orada  tikiləcək yeni müasir şəhərlərdə 
yaşamaq və  işləməsini stimullaşdırmaq,  şərait yaratmaq lazımdır. 
Sıxlıqdan yaranan su, kanalizasiya, yol, körpü, dayanacaq 
 
problemlərini belə həll etmək lazımdır. 
14.  Şəhər və  qəsəbələrin  salınması  və inkişafı . Hər yeni 
salınan və keçmiş yaşayış  məskənləri bu prinsiplə layihələndirilsin:  
Təhsil - elm – sənayeni və  mədəniyyəti  birləşdirən yeni növ 
düzgün planlaşdırılmış nümunəvi elm, texnikanın, mədənəiyyətin 
son nailiyyəti olan şəhərlər tikmək,  köhnələri isə bu istiqamətdə 
inkişaf etdirmək. Ona görə də   rayonlarda  suyu  bol olan yerdə 2 - 
4 yeni şəhərlər tikilsin. Bakını söküb yenidən tikməyə, böyük 
meqapolisə çevirməyə ehtiyac yoxdur. Əksər kənd və  şəhərlərin 
ictimai infrastrukturu bərbad və və yaxud tam düzəldilməyib. Əhali 
iş  üçün Bakıya köçərkən  bahalıq, sixlıq, kanalizasiya, su, nəqliyyat 
problemi yaranır. Onların rayonlarda yaşamasını  təmin etmək daha 
rasionaldır.  
Paytaxtı başqa suyu bol olan  - dünyada ən müasir, ağlıa uyğun, 
nümunəvi  şəhər tikərək, yeni yerə köçürmək lazımdır.  Tikintidə 
yarımçıq evlərin satılması və istifadəyə verilməsi qadağan olunmalı, 
konkret standartlar qəbul edilməli və tikintidə  və digər sahələrdə 
azad qiymətlər ləğv edilib kalkulyasiya əsasında və  gəlir, satış, 
rentabellik, vergi normaları  təyin edilməklə qiymətlər müəyyən 
edilməlidir.  Yalnız tam vəziyyətdə yaşamağa yararlı evlər son 
məhsul kimi  satıla bilməsi qanuniləşdirilməlidir. 
15.  Sivil –Vətəndaş  cəmiyyətləri, qeyri - dövlət təşkilatları. 
Bu təşkilatların məlumdur ki, böyük potensialları var. Onların 
hamısına dövlət tərəfindən öz qabiliyyət və maraqlarını tətbiq etməyə 
imkanlar, bina, müzakirə - iclas zalları, idarə otağı, ofis avadanlığı 
verilməsi  ağıllı  işdir. Bu təşkilatlara dövlətə  nəzarət etmək və 
problemləri aşkar etmək və  həlli təkliflərini parlamentə  və dövlət 
idarələrinə vermək səlahiyyətləri verilsin. Dövlət idarələrində  və 


 
120 
parlamentdə isə hökmən bu təkliflərin, hesabatların baxılması 
öhdəçiliyi tətbiq edilsin. 
16.  Azərbaycanın  əsas gələcək obrazı kimi elm, təhsil, 
texnologiya və istehsalın  dünyada lider rolu  dövlətin və xalqın  
strateji məqsədi qəbul edilsin. Bu məqsədlə dərhal lazımı fəaliyyət 
planlaşdırılsın və  həyata keçirilsin. Təkcə bir addım atmaqla - 
ictimai: elm, təhsil, istehsal və xidmət bölməsini aktiv yaratmaqla 
(bərpa etməklə) və rasional ictimai idarə etməklə böyük miqdarda 
nayrazılıqlar, işsizlik və yaşama problemləri həll oluna bilərdi..    
17.  Ölkədə azad bazar qiymətləri ləğv olunmalı, dövlət 
qiymətləri ağılla, xalqın mənafeyini qoruyaraq və optimal normadan 
artıq, istismara yol vermədən idarə etməlidir . Yəni qiymətlər 
kalkulyasiya əsasında və xalqa faydalı əsas prinsiplərə əməl etməklə, 
istismara yol vermədən dəqiq rentabellik, amortizasiya , nəqliyyat, 
istehsal xərcləri,  gəlir, satış,  vergi normaları  qoymaqla təyin 
edilməlidir və dəyişilməməsinə nəzarət edilməlidir.  
18.  Ali rəhbərliyin dövlətin bütün funksiyalarının  əlaqəli 
koordinasiya edilməsi keyfiyyəti böyük hədlərdə artırılsın.  
Məmurların öz vəzifələrindən şəxsi varlanma və biznesi üçün istifadə 
etməsinə qarşı tədbirlər görülsün . Ali və orta dövlət məmurlarının və 
qohumlarının böyük biznesləri  əlinə keçirməsi dövlət idarəetməsi 
üçün hədsiz zərərlidir. Bu amil bütün siyasətin həmin bizneslərin 
mənafeyinə yönəldilməsinə  səbəb olur, effektiv və düzgün idarəni 
pozur. Yəni hər dövlət orqanı daha çox şəxsi biznesinə xidmətə 
çalışır. Dövlət isə  təkcə onların deyil,  məmurlar üçün  şəxsi 
bizneslərinin idarə orqanı  deyil.  
19. Parlamentin qanunları və dövlət idarələrində qəbul edilən 
qərarların  rasionallıq, humanizm, bərabərlik və etik prinsiplərinə 
və rasional qərar qəbulu prinsiplərinə uyğuluğu təmin edilsin. Xüsusi 
sərəncamla, məcburi bu prinsiplər və metod tətbiq edilsin, təlim 
aparılsın; məsuliyyət təyin edilsin. Qərarların bu prinsiplərə 
uyğunluğunu yoxlayan ekspert qrupları (elmi-futuroloji şöbələr) 
parlamentdə, hər idarədə, rayonda, nazilikdə, yaradılsın. 
Yaxın gələcəkdə parlamentin qanun yaratma funksiyası ləğv 
edilsin, o diskussiya və məlumat mərkəzinə çevrilsin. Bunun üçünsə 
heç bir seçgi keçirilməsin. Diskussiyada iştirak edən könüllülər sərf 
etdikləri vaxta və verdikləri təklif və tənqidə görə əmək haqqı alırlar. 
Qanunlar və digər ali sənədlər isə rasional cəmiyyət prinsipinə görə 
birbaşa demokratiyanı  həyata keçirən yaradılacaq xüsusi elmi 
insitutlarda xüsusi prosedurlar vasitəsilə kollektiv iştirakla yaradılır. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə