Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə36/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   32   33   34   35   36   37   38   39   ...   81

 
106 
4.  Ən yüksək mədəni rasional insan tələblərini ( rasional həyat 
tərzi, elmi dünyagörüş, savadlılıq və yüksək bilik və bacarıqlar, əxlaq 
və davranış) ödəyən  insanların miqdarına görə ən yüksək yer. 
5. Neft və kimya məhsullarının-  plastik, gübrə  və boya, süni 
liflər və digər,  parça və toxuculuq məhsullarının, yeyinti, qida, 
maşınqayırma və elmi texniki məhsulların prioritetliyi. Bunları 
dövlət şəxsi firmalara da imkan verərək, özü təşkil etməli və ictimai 
mülkiyyətdə saxlayaraq ictimai idarəetmə üsulu ilə idarə olunmalıdır. 
6. Şəxsi bizneslərə mane olmayan, lakin həvəsləndirən ölkə. 
7.  İnkişafı, hər insanın xoşbəxtliyini,  ədaləti və rasionallığı  
təmin edən; kapitalist və sosialist prinsip və  dəyərlərinin  rasional 
balanslaşdırıldığı ölkə.  İctimai və  şəxsi sektorlaın  ümumi rasional 
qanunlar  şəraitində  fəaliyyəti.  İctimai sektorda yeni rasional ictimai 
idarə və nəzarət sisteminin tətbiqi. 
 
 Azərbaycan xalqının gələcəyinə  ən böyük təhlükələr: 
1) Məmurların rüşvətxorluğu, özbaşınalığı  və  məsuliyyətdən 
kənarda qalmaları. 
2)  İslamın elmi təhsil məktəblərində  və kitablarında  TV və 
radioda, əlavə dini kurs və dini məktəblərdə güclü təbliğatı, təlimi. 
3) Ermənistan və Gürcüstana münasibətdə qorxaqlıq siyasəti. 
Adekvat olmayan davranış  və etinasızlıq. 
4) Dövlət strukturu daxilində hökumət-məmur diktaturasının  
formalaşması və məhkəmə və parlamenti özünə tabe etməsi. 
5) Düzgün olmayan, yaxşı gələcəyə aparmayan xarici siyasət və 
dünya sistemində  etibarsız, sürüşkən yerdə özünə yer tutması. 
6)  İnsanların və dövlət idarə kadrlarının müəyyən  əhəmiyyətli  
hissəsinin səhv milli mənəvi xarakteri, səhv dünyabaxışları  və 
düşüncə tərzi,  rasional milli dəyərlərin böyük əksəriyyətin dəyərinə 
çevrilməməsi. 
7) Qərar qəbulu metodunun nasaz olması - elm və texniki, 
rasional prinsiplərdən, prosedurlardan, gələcək elmindən istifadə 
etməməsi. 
8) Demokratiyanın  geniş  tətbiq edilməməsi. Məmurların xalq 
fikrindən asılı olmaması. 
9) Kollektiv idarənin olmaması, öz funksiyalarını keyfiyyətlə 
yerinə yetirən heç bir kamil idarə aparatının olmaması. 
10) Prioritet məsələlərin düzgün seçilməməsi. 
 
 


 
107
2025 - 2050 ILLƏR  ÜÇÜN AZƏRBAYCANIN YAXŞI  
GƏLƏCƏYI  ÜÇÜN ƏN  ZƏRURI  STRATEGIYALAR 
 
Ən ümumi formada olan baş strategiya
   
Insan və təbii ehtiyatlardan daha səmərəli istifadə etməklə tam –
birbaşa demokratiyanı, hamının idarəetmədə  və qanunvericilikdə 
iştirakına imkan verməklə, şəxsi sektorla yanaşı, icitimai istehsal və 
xidmət mülkiyyətinin miqdarını 60 % -ə çatdırmaqla insanın təməl 
hüquqlarını – yaşama, işləmə, mədəni, təhsil, səhiyyə - yüksək təmin 
etməklə  və  hər icmanın və insanın həyat standartlarını  qəbul etmək 
və təmin etməklə Azərbaycanı dünyada hər şəxsə çata bilən yüksək 
həyat səviyyəsi, elm, texnologiya, mədəniyyət,  iqtisadi var-dövlət və 
məhsullar sahəsində    ən yüksək 5 dövlətdən biri səviyyəsinə 
çatdırmaq.   
Bu ümumi baş strategiyanı  həyata keçirmək üçün aşağıdakı 
tərkibi strategiyaları – məqsəd və  tədbirləri həyata keçirmək 
lazımdır. 
 
1. Konstitusiyanın təkmilləşdirilməsi    
 
Maddə 2. Xalqın suverenliyi.   
 
Yazılmışdır: I. Sərbəst və müstəqil öz müqəddəratını  həll etmək 
və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının 
suveren hüququdur. 
II. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq 
səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ 
əsasında sərbəst, gizli və  şəxsi səsvermə yolu ilə seçilmiş 
nümayəndələri vasitəsilə həyata keçirir. 
 
Bu maddə xalqın adından idarə edənlərə və qanun yazanlara tam 
özbaşınalıq və  səhv etmək hüquqları da verir. Belə imkanların 
qarşısını almaq üçün aşağıdakı İİİ-cü maddə  əlavə edilsin : 
İİİ. Azərbaycan xalqı  2015 –ci ildən sonra suveren hüquqlarını 
qanun və  qərar verilməsində  və idarə etmədə birbaşa iştirakla, öz 
səlahiyyətlərini heç kəsə    vermədən həyata keçirir. Hər kəsə  iştirak 
imkanı və arzu edənlərin qərar qəbulu prosedurlarına uyğun iştirakı 
və  məsuliyyət daşıması bütün  xalqın suveren  hüquqlarının icrası 


 
108 
sayılır. Öz arzusu ilə  iştirak etməyən vətəndaş  iştirak edənlərlə razı 
olduğunu və onların son qərarını qəbul etmiş sayılır. 
Azərbaycan xalqının suveren hüquqlarını həyata keçirən heç bir 
idarə, məmur, prezident  bu xalqın mənafeyinə zidd və onun  və 
qanuni və  mənəvi normalarla yaşayan hər hansı bir şəxsin həyatını 
pisləşdirən heç bir qanun, sərəncam vermək və idarə  hərəkəti etmək 
səlahiyyətləri yoxdur.  
Mənafeyə zidd və pisləşdirmə faktı-mübahisə olduqda- yalnız 
beynəlxalq sosial və hüquq alimləri və insan hüquqları təşkilatlarının, 
habelə yerli müstəqil elm və ictimai təşkilatların jurisinin rəyi ilə 
müəyyən edilir və təsdiq olunduqda həmin dövlət orqanı və məmuru 
bütün zərəri öz cibindən ödəyir. Belə jurinin ofisi respublikada 
müəyyən edilir və  həmişə  ərizələrin qəbulu və baxılmasına imkan 
yaradılır. 
 Maddə 15. İqtisadi inkişaf və dövlət.  Bura əlavə edilsin: 
Iİİ.  Azərbaycan dövləti ictimai istehsal, elm, texnika və 
xidmətlər sektorunu aktiv inkişaf etdirərək və ümumi gəlirdən 
yaşayış  məskənlərində dövlət tərəfindən lazımı yüksək işə qabil 
saxlanılan infrastruktur yaradaraq bu vasitə ilə    əhalinin işlə  təmini 
və rifahının qaldırılması  məsələsini öhdəsinə alır və  məsuliyyət 
daşıyır. 
Maddə 16. Sosial inkişaf və dövlət 
I. Azərbaycan dövləti xalqın və  hər bir vətəndaşın rifahının 
yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi 
qayğısına qalır
Bura əlavə edilsin:  
a) Dövlət cəmiyyətin iştirakı  və arzusu ilə  həyat səviyyəsi 
standartını hazırlayır və bütün lazımı yaşayış  şəraitini –mənzil, su, 
yol, işıq, mədəni tələbat, klub, kitabxana, bağ, park, idman üçün 
sahələr, istilik, təmizlik və s. şərtlərin siyahısını və keyfiyyət təsvirini 
hazırlayır və  hər kəs və icma- kənd, qəsəbə,  şəhər, rayon üçün 
təminatını təşkil edir. 
b) Hər kəs bu maddənin icrasını uyğun dövlət və yerli icra 
orqanından və ali qanun və qərar hazırlama institundan tələb edə və 
lazımi optimal mümkün səviyyədən az olmayan səviyyədə rifahinin 
təmin edilməsini  əldə edə, bu cari dövrdə mümkün olmadıqda isə 
dövlətdən kompensasiya ala bilər. 
c) Azərbaycan dövləti  strukturu xalqın və  hər  bir vətəndaşın 
həyatını pisləşdirən qanun və  sərəncamlar verə bilməz, etinasızlıq-
hərəkətsizlik göstərə bilməz. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə