Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə34/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   30   31   32   33   34   35   36   37   ...   81

 
100 
rəhbərliyinin  ən çox zəhləsi gedən, arzulamadığı  şey azad 
vətəndaşların söz deməsi, onun səhvlərini aşkar etməsidir.  Bir 
manevr kimi hakimiyyət bunu etsə,  bura da saxtakarlıqla öz 
tərəfdarlarını yerləşdirəcək. Dövlət  məmurları öz dəyərlərinə sadiq 
qalaraq yalnız varlanmağı  və  vəzifədən maksimum istifadə edərək 
böyük biznesləri  əllərinə keçirməyi davam edəcəklər. Neft pulları 
mənasız tikintilərə,  əyləncələrə, göydələnlərə, fontanlara, süni 
göllərə, bağların mərmərlə döşənməsinə, heykəl və bütlərin 
düzəldilməsinə, boş  işlərə  xərclənəcək və  əhaliyə  əhəmiyyətli bir 
xeyri dəyməyəcəkdir. Lakin mümkündür ki, neft -qaz dolları çox az 
olsun, qiymətlər aşağıda qalsın.  Əhalinin 60 -80%-i  daim kasıblıq 
həddində və nayrazı yaşayacaq. Çünki əsas səbəblər qalacaq: 1) qeyri 
- rasional idarə, 2) dövlətin xalq nəzarətindən kənarda qalması, 3) 
bizneslə dövlətin bir əldə birləşməsi, 4) rüşvətxorluq, 5) azadlığın və 
azad fikrin eşidilməsindən imtina , 6) zorakı avtoritar  məmur idarəsi, 
7) nəzarət orqanlarının  öz vəzifəsini  effektiv və düz, sürətlə icra 
etməyə qabil olmaması, 8) kredit faizləri və digər səbəblər. Gələcək 
nəsil neftsiz,  qazsız qalacaqdır ki, onu heç bir pul ilə xaricdən geri 
ala bilməyəcək, çünki neft, qaz hədsiz baha olacaq. Hər məmurun 
xaricdə bir neçə villası, adası, meşəsi, habelə firması, mağazası və s. 
olacaq ki,  istənilən zaman xaricə qaça biləcək. 
Bakı  şəhərinin böyük meqapolisə çevrilməsi davam edəcəkdir, 
şəhər ətrafında kiçik mini şəhərlər salınacaqdır, böyük hündür binalar 
və fontanlarla birlikdə. Bir çox  şəxsi həyət evləri, villalar söküləcək. 
Gələcəkdə  də  şəhərin su altında qalma ehtimalı vardır.  Siyasət 
səhvən ölkə  ərazisindən adamların bu şəhərə köçməsinə  və burada 
yüksək qiymətlərin və biznesin saxlanmasına hesablanacaq. 
Cinayətkarlıq və  xırda xuliqanlıq artacaqdır, küçələr və gecələr  
təhlükəli olacaqdır. Dinin geniş yayılması ilə qapalı düşüncəli 
insanlar çoxalacaqdır, bu müəyyən zərərlər verəcəkdir. Dini 
radikallar dini dövlət qurmağa çox cəhd edəcəklər. 
 
2. Ehtimal edilən ən yaxşı ssenari 
Xarici səfərlərdə  təsadüfən futurist ekspert prezidentlə görüşür 
və ona məsləhətçi olmağı  təklif edir və ya təsadüfən yerli bir ağıllı 
adam bir vaxt prezidenti real vəziyyət və  gələcəyin necə olacağını 
ona anladır. Nəticədə yeni siyasət başlayır. Düzgün strategiyalar 
qurulur. Dövlət aparatında yuxarıdan aşağıya təmizləmələr başlayır, 
elanlar verilir və bütün məmur postlarını vakant elan edirlər. Ərizələr 
toplanır, müəyyən obyektiv üsulla yeni kadrlar seçilir və onlar xüsusi 


 
101
idarəetmə  dərsi və lazımı biliklər verən kursda 6 ay oxuyurlar və 
imtahan verirlər. Vəzifələrə  təyinat alırlar. Bütün məmurlar nə 
edəcəyi, işi necə ölçüləcəyi, hansı kriteriyalarla qiymətləndiriləcəyi, 
pozquntu olduqda hansı  cəzanı alması göstərilməklə konkret 
müqavilə ilə  vəzifəyə  təyin olunur. Xüsusi və azad idarə olunan, 
rəhbərlərini dövlətin təyin etmədiyi  inkişaf və xeyriyyə fondu 
yaradılır. Ictimai nəzarət institutlarına üstün nəzarət səlahiyyətləri 
verilir.  5, 20, 30 il əvvəl hansı məmur hansı pozuntu etmişsə, pulu 
necə yolla yığmışsa, araşdırlır və qanunsuz sui -istifadə ilə  əldə 
edilmiş var-dövlət ictimai  xeyriyyə və inkişaf fonduna verilir.. Məhz 
bu amil məmurları özbaşınalıq etməkdən çəkindirir. Qanunlar 
sərtləşdirilir, idarə defektləri ağır cəzalandırılır. Idarənin effektivliyi 
artır, demokratiya və söz azadlığı artırılır. Prezident özü öz 
səlahiyyətlərini azaldır, çoxusunu parlamentə  və ictimai təşkilatlara 
verir, özünü isə parlament şah  elan edir və ölənədək  şah taxtında 
oturur.  İndi  əsas məsuliyyət  hökumətin üzərinə  və parlamentin 
üzərinə düşür,  onun deputatları sayı 300 nəfərə  qədər artırılır, tam 
azad və düzgün seçgilər keçirilir. Hökumət parlament tərəfindən 
təyin olunur və çox məsuliyyət daşıyır və cavab verir, xalq tərəfindən 
qiymətləndirilir. Getdikcə  rasional cəmiyyət prinsipləri daha çox 
tətbiq olunur-birbaşa demokratiya, rasional həyat tərzi və s. Dövlətin 
problem yaratma  xassəsi azalır və olan problemlər formal deyil, 
gerçəklikdə tam həll olunmağa başlayır. Belə yaxşı idarə və qanunlar 
yaradılır ki, ermənilər ayrılmaq istəklərində peşman olurlar və  
ədalətli şərtlərlə müharibə öz - özünə həll olunur, onlar da neftdən bir 
pay alırlar. Azərbaycan Rusiya ilə  hərbi  bloka daxil olmuşdur və 
onun tərəfindən ermənilərlə münasibətə maneçilik yoxdur. 
Azərbaycan savadlılar və yüksək elm, texnologiya ölkəsinə 
çevrilir. Dövlətlə insanlar arasında nayrazılıq yox olur, çünki bütün 
siyasət konkret (hər bir) insanın həyatının yaxşılaşmasına yönəlir. 
Ayrıseçgilik ləğv olunur.  Rusiya  Qərb və ABŞ-la soyuq müharibəyə 
başlayır.  Rusiya, nəhayət, daha yaxşı yaşayış səviyyəsinin, sosialist 
prinsiplərinin tam tətbiqinin faydasını başa düşür, yalnız bununla 
başqa dünyadan üstün ola biləcəyini və tərəfdar qazanacağını anlayır. 
Nəticədə  daha yaxşı dövlət və  həyat səviyyəsinə malik olur, xarici 
qəsbkar Pyotr siyasətini dəyişir və onu dinc əməkdaşlıq və dostluq 
forması ilə əvəz edir, yeni  ittifaq yaradır.   
Rusiya Azərbaycan, Gürcüstan, Ukrayna, Belorusiyada strateji 
qoşunları yerləşdirmək haqda razılıq alır; yeni Konfederativ İttifaq 
yaratmaq haqda müqavilə bağlanır, yeni ümumi parlament, ümumi 


 
102 
pul vahidi və s. Avropa İttifaqına oxşar yaradılır. Bu ittifaqa  Orta 
Asiya, Monqolustan, habelə  İran, Pakistan, Əfqanıstan və Hindistan  
və Çinin də özlərinin xüsusi birliyi formasında qoşulmağı ehtimaldır. 
Bununla da bütün keçmiş konfliktlər tam həll olunur. Eynilə Erməni 
qoşunları könüllü Azərbaycanı  tərk edirlər. Erməni Avtonomiyası, 
istəsələr, bərpa edilir. Habelə Ermənistanda da azərbaycanlılara 
köçüb yaşamağa icazə verilir və sonra onlara da milli avtonomiya, 
istəsələr, verilir. Əslində istəməyə ehtiyac qalmır, bütün dünya birliyi 
- yeni BMT bütün etnik qruplara məcburi mədəni avtonomiya 
verilməsi haqda və onların daxil olduğu dövlətlərlə xüsusi 
təhlükəsizliyk və vergi müqaviləsi bağlaması haqda qanun qəbul 
edir. Hər milli etnik qrup öz dilində danışmaq və özü özünü  idarə 
etmək, mədəniyyətini saxlamaq haqda hüquqlara malik olur.  
 
 3-cü ssenari. Hadisələrin daha pis  dəyişəcəyi  ssenari. 
Dənizin səviyyəsi qalxır və  ətraf böyük əraziləri basır, böyük 
bəndlər qurmaq lazımdır, Kür çayının suyu  xeyli artır, çay tutmur, 
çayı iki yerə bölmək lazım gəlir, lakin dövlət bunlara  əhəmiyyət 
vermir.  Ermənilər  danışıqları xeyli uzadır ki, vaxt keçsin,  lakin heç 
bir təkliflə razılaşmır, çünki əvvəldən bunu bilirlər, vaxt əldə edib 
möhkəmlənirlər, silahlanir, cəbhə  xəttini möhkəmlədir, müxtəlif 
hərbi müqavilələr bağlayir. Hər keçən gün Azərbaycanın zərərinə, 
ermənilərin xeyrinə  işləyir. Azərbaycan Nato - ya daxil olmağı 
planlaşdırır. Lakin Rusiyanın köməyi ilə ermənilər yenə hücum edir 
və bir rayonu da tuturlar, dövlət buna cavab verə bilmir. Ölkədə 
radikal qüvvələr fəallaşır və yeni dövlət çevrilişlərinə  cəhdlər olur. 
Lakin böyük qırğınla dövlət  onları yatırdır. Əsil polis rejimi yaranır. 
İctimai konsertlər, tərifnamə deyən yığıncaqların sayı xeyli artırılır. 
Mətbuatda azad söz qadağandır, yalnız təriflərə icazə  var.  TV  və 
radioda konsertlər, müğənnilərin həyatı, paltarları, plyaj kostyumları, 
boş söhbətləri, mənasız verilişlər adətdir. Cəmiyyətin musiqi 
eşitməkdən, müğənni və təlxək sifəti görməkdən artıq  zəhləsi gedir. 
Həqiqət axtaranlar müxtəlif üsullarla məhv edilir, xaricə qovulur.  
Avropa və ABŞ heç bir təsir edə bilmirlər,  əks halda dövlət 
onları neftdən və qazdan məhrum  etməklə  hədələyir. Azərbaycan 
Qərbə  təbii xammal bazası kimi lazımdır və o yalnız bu funksiyanı 
yerinə yetirir, onlar hakimiyyəti də buna görə  xalqdan müdafiə 
edirlər, insan hüquqları, demokratiya tələb etmirlər, torpaq və erməni 
məsələsi onları maraqlandırmır. Qarabağ  məsələsi yenə  həll 
olunmayıb, daha ermənilər Azərbaycan torpaqlarını, kəndləri, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə