88
məsələlər sahibkar üçün arxa plana keçir. Kapitalizm istismara
əsaslanır və əxlaqi dəyərlərlə hesablaşmır. Ona görə də kapitalizmin
olduğu qrup demokratiyası ölkələrində stabillik və asayişi təmin
etmək üçün hökmən onu cilovlayan xüsusi qanunlar, həmkarlar
hərəkatı, tətil, mitinq, etiraz etmək hüquqları və bunu həyata keçirən
tez- tez olan aksiyalar, sosial fondlar, işsizliyə görə zəruri
kompensasiyalar, dövlət yardımları və s. köməkçi tədbirlər dövlət
tərəfindən həyata keçirilir.
Ümumiyyətlə kapitalizm yolu dünyanın heç bir xalqına yaramır.
Bu yol fasiləsiz 15- 30 ildən bir böyük böhanlar yaradır, onların həlli
xərci isə yenə də zəhmətkeş insanlardan-adi vergi verənlərdən
çıxılır. Elə 2008–ci il böyük dünya maliyyə və iqtisadi böhranı
sübutdur. Marksın nəzəriyyəsi yenə də doğrudur. Azərbaycanda
kapitalizmə keçid strategiyası belə ifadə olunurdu: İctimai istehsal və
xidmət mülkiyyətinə kredit verməməklə, onları bankrot etməklə -
enerji daşıyıcılarının tariflərini süni olaraq hədsiz qaldırmaqla,
müxtəlif sərəncamlarla işləməyə qoymamaqla, dayandırmaq və
özəlləşdirmə adı ilə onları rüşvətxorluqla pul yığmış məmur
təbəqəsinin mülkiyyətinə keçirməklə; torpaqları da özəlləşdirmə və
paylamaqla onların da yenə məmur təbəqəsinin əlinə satma -alma
yolu ilə yeni kapitalistlər yaratmaq və qiymətləri azad buraxmaq,
ticarəti azad etməklə kapitalist iqtisadiyyatına keçmək. Çox aydın
görünür ki, ictimai mülkiyyət hiyləgər bir metodla rüşvətxor dövlət
məmurlarının və qohumlarının əlinə keçirilmişdir. Adi insanların
payı isə 1 % -dən də azdır. Soruşmaq lazımdır ki, nə üçün belə
strategiya qurulmuş və xalqın razılığı olmadan bu iş görülmüşdür.
Başqa yol yox idimi? Şübhəsiz, var idi. Bu digər yol özəlləşdirmə
keçirmədən sosialist ictimai mülkiyyətini, istehsal zavod və
fabriklərinin işini davam etməsi, onlara da eyni kredit verməklə və
işini qəsdən çətinləşdirməməklə, işinə qarışmamaqla ictimai idarə və
nəzarət olmasını saxlamaq, azad sahibkarlıqla məşqul olmağa
qanunlar vermək lazım idi. Kimin imkanı, ağlı və həvəsi var idisə,
onlar sahibklar ola bilərdilər. Belə bir strategiyada hamı işləyər və
ölkə geri getməzdi, insanlar işsizliyə, didərginliyə, çətinliyə məruz
qalmazdı və mühacirətə getməzdi. Belə yaxşı strategiyanı, şübhəsiz,
Çin dövləti də qəbul etmişdir və çox uğurla öz insanlarını işlə təmin
etmiş və yüksək inkişaf etmişdir.
Gördüyümüz kimi (1993- 2003 illər) ictimai mülkiyyəti məhv
etməklə, istehsalı dayandırmaqla, işsizlik yaratmaqla, ölkəni
talkuçkalara, maqazinlərə çevirməklə kapitalizmə keçid strategiyası
89
məmur sinfinin, bütövlükdə dövlətin idarə sisteminin, parlamentin
və mülkiyyəti qoruyan və nəzarət edən rəsmi orqanların xalqa qarşı
böyük zərərli işi hesab edilməlidir.
Nə üçün kapitalizmə keçmək lazımdır ? sualına cavab yoxdur.
Dövlətin əlində kapitalizmə keçidin tam planı, layihəsi və hansı
parametrləri olacaq kapitalizmə keçməsi haqda təsəvvürü yoxdur!
Hökumət Azərbaycanda liberal bazar prinsipini qəbul etmişdir.
Liberal bazar prinsipi xalqın effektiv balanslı inkişafına zərərdir və
bazarın hakimiyyəti deməkdir. Reallıqda, azad bazar - azad
sahibkarlıq ancaq hakimiyyət və onun yaxınları və tələb edilən
rüşvəti verənlər üçün azaddır. Lakin bu azad bazar hakimiyyəti
yalnız bəla gətirir, insanların həyatını pisləşdirir. Çünki istehsalsız
bazar, əsasən yalnız xarici ölkəyə-məhsul istehsalçısına xidmət
edir.
Kapitalizmin azad sahibkarlığa imkan verməsi prinsipi çox
yaxşıdır. Lakin dövlətin bunu ictimai mülkiyyəti böyük özəlləşdirmə
kələyi ilə məhz seçilmiş şəxslərin -dövlət məmurlarının və xarici
işbazların əlinə keçirməsi əxlaqdan və mənəviyyatdan uzaq siyasət
olmuşdur. Məhz həmin mülkiyyətlərin ictimai qalması xalq üçün
daha məqsədə uyğun idi, çünki onlar cəmiyyəti işlə təmin edir, əmək
qanunları və təhlükəsizlik normaları təmin olunur və alınan əlavə
gəlir dövlət büdcəsinə keçirdi. Şəxsi olduqda isə bu gəlir müftəxor
sahibkarın cibinə gedir. Və o hədlərini aşır. Ictimai idarəni
səmərələşdirmək üçünsə insanların idarədə iştirakını və nəzarətini
tam təmin edən qanunlar və nəzarət mexanizmini yaratmaq lazım idi.
Kim sübut edə bilər ki, şəxsi idarə ictimai idarəetmədən yaxşıdır? Bu
heç vaxt ola bilməz, ona görə ki, kollektiv ağıl tək adamın ağlından
həmişə üstündür. Qeyd etməliyəm ki, məhz Yapon kompaniyaları
kollektiv ağılla idarə olunduqları üçün onlar dünyada aparıcı yeri
tuturlar. Lakin sovet dövründə dövlət və partiya vəzifəlilərinin
sistemin verdiyi imkanlardan istifadə edərək öz diktaturalarını
yaratması və istehsala mane olması halları baş verirdi ki, bu da
müstəqillik dövründə ictimai nəzarətlə və ağıllı planlaşdırma və idarə
ilə ləğv edilə bilərdi. Demək, ictimai mülkiyyətin özəlləşdirilməsi və
əsasən məmurların əlinə keçirilməsi strategiyası səhv idi. Və onun
verdiyi nəticələr də (işsizlik, əmək və təhlükəsizlik qanunlarının
pozulması, ikili mühasibat, ümumi xalis gəliri şəxsi məninsəmə,
inflyasiya, süni qiymət artımı, monopoliyaya çevrilmə) bunu sübut
edir.
90
ABŞ öz avtomobil zavodlarının işini müdafiə üçün 2008, dekabr
ayında 25 Mlrd dollar kömək verdiyi halda, bizim dövlət 1992-2003
illər ərzində minlərlə zavodu - energetika və neft maşınqayırmasını,
toxuculuq, tikiş, yeyinti, ipək və s. özü məhv emişdir. Lakin daha
ağıllı olaraq, Belorusiya və Özbəkistan öz istehsal zavod və
fabriklərini və elmi layihələndirmə institutlarını qoruyub saxlamışlar.
Yerli istehsalı dayandırmaqla, əvəzində həmin məmurlar özləri
xaricdən zəruri malların ticarəti ilə məşqul olaraq varlanmış, daxildə
isə ola biləcək rəqabəti xalq istehsal mülkiyyətini məhv etməklə,
sıradan çıxarmaqla, öz əlinə keçirməklə aradan qaldırmışlar.
Topladığı pullara özləri üçün az olsa da bəzi yerlərdə yeni
müəsisələr açmışlar və hərdən bir yenə tikirlər. Lakin dövlət
vəzifəsindən sui - istifadə ilə yaranmış yeni kapitalistlər böyük
miqdarda istehsal müəsisələri yarada bilməzlər- onlarda o qədər pul
olmaz, pulun mənbəyi yenə də dövlətdir. Onları gözləsək, gərək 100
il gözləyək. Nə üçün gözləyək? Yeganə düzgün yol dövlətin özünün
yenə də ictimai müəsisələr yaratması, köhnələri - Kondisioner elm
istehsal birliyini, Azərelektroterm elm və istehsal birliyini və bir çox
digər böyük zavodları elmi , layihə, konstruktor bürolarını bərpa
etməsi və yenilərini planlaşdırıb tikməsi və rasional ictimai
idarəetməyə verməsi, özəlləşdirməni dayandırması olardı. Məgər
dövlət neft şirkəti uğurla işləmir? Başqa zavodlar da işləyə bilərdi.
Bakı şəhərinin böyüməsi strategiyası. Bakının böyük
meqapolisə çevrilməsi planlaşdırlır. Lakin bu məqsədəuyğun deyil.
Bakı küləkli və deməli, havası tozlu, çirkli, isti şəhərdir. Yaşamaq
üçün uyğun ərazi deyil. Şəhərin okean səthindən 28 metr aşağıda
olmasına görə burada ən çirkli hava yığılır və şəhəri daim bürüyür.
Hündür yerdən baxdıqda şəhər tozlu ağır hava içində görsənir. Bu
çevrilmə cəmiyyətin arzusu deyil, məhz biznes–məmurların
mənafeyinə xidmət üçün ediləcəkdir. Onlar məhz Bakıda ajiotaj
yaratmaqla, sıxlıq və rayonlardan əhalinin köçüb Bakıda yaşamağa
həvəsləndirməklə qiymətlərin yüksək səviyyəsini əldə edir və tikinti,
ticarət, digər xidmət bizneslərinin mənafeyini güdürlər. Lakin
bununla böyük problemlər yaradırlar ki, onları da həll etmək üçün
yenə də xalqın neft pullarını xərcləyir, bununla yenidən bizneslərinin
inkişafını - varlanmağı təmin edirlər. Gələcəkdə də şəhərin su altında
qalma ehtimalı vardır. Keçmiş və indiki planlaşdırma bərbad və
müasir elmi tələblərə cavab vermir. Nə qədər çox tikilsə də, o qədər
pis şəhərə çevrilir- darısqallıq, maşın sıxlığı, kanalizasiya, su, mədəni
Dostları ilə paylaş: |