Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə31/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   27   28   29   30   31   32   33   34   ...   81

 
91
həyat səviyyəsi problemləri  çoxalır, yaşıllıq məhv edilir, ayaq 
qoymağa yer qalmır. 
Bəzi təsəvvürlər.  Müşahidə edirəm ki dövlət yaradıcı, qurucu, 
insanlara  şərait yaradıcı  xarakterindən çox,  alverçi - merkantil 
dövlət xarakterinin əldə etmişdir.  
Qanunun aliliyi prinsipinin insanın mənafeyi üçün deyil, çox 
zaman yalnız adi insanları  sıxmaq üçün tətbiq olunur. Qanunlar 
mədəni, təhsil, səhiyyə,  əmək və digər  hüquqlarının təmin 
olunmasında çətinliklə istifadə olunur. Məlumdur ki, əksəriyyət 
qanun və  sərəncamları kamil saymaq olmaz. Ona görə daim onları 
təkmilləşdirməyə  cəhd edirlər. Onların çoxu  konstitusiyaya, insan 
hüquqlarına (mədəniyyət, təhsil və səhiyyə və digər) uyğun olsa da,  
uyğun olmayanlar da çoxdur. Bəziləri  ədalət, bərabərlik, rasionallıq  
prinsipini pozur, məmurun 
şəxsi kaprizlərinə 
əsaslanır. 
Konstitusiyanın özü də (2008-dək olan) məmur diktaturasını müdafiə 
edir və xeyli defektlifir. Burada  icra- məmur hakimiyyəti məhkəmə 
və parlament hakimiyyəti üzərində  hegemondur. Belə  qanun və 
qərarların verilməsi və ya ehtiyacı olan qərarın verilməməsi və 
hüquqi dövlət  adı altında onların icra olunması insan və  cəmiyyət 
mənafelərinə zidd olur. Kifayət qədər misallar vardır.  İdarələrdə 
istifadə edilən qərar qəbulu metodu  elmi rasional prinsiplərə cavab 
vermir. Misal üçün, dövlət qulluğuna qəbul, tələbə qəbulu, torpağın 
idarəsi və tikinti haqda qərarlar, Bakıda körpülər, təmirlər sonra 
söküb köçürmələr və ya sökmələr və yenidən tikmələr, büdcənin 
bölünməsi, işsizliyin ləğv edilməsi, məşqulluq siyasəti və  və s.  
İcma, məhəllə,  kənd, qəsəbə,  şəhərdə  mədəniyyət, ictimai 
xidmət, elmi -texniki yaradıcılıq, kitabxana,  dincəlmək, park, 
gəzinti, idman, konsert, toplantı yerlərinin, habelə yaşayış üçün 
zəruri olan digər  infrastrukturun (yol, elektrikləşdirmə, körpü, su, 
kanalizasiya və s.) hökmən vacib yaradılmasına vacib vəzifə kimi 
baxılmır. Məsələn, Bakı  şəhərində Yeni günəşli qəsəbəsində 
kitabxana, mədəniyyət evi, klub, dincəlmək, oturmaq, müzakirə
yığıncaq üçün, idman üçün bir komleks yoxdur. Mən şəxsən 2000-ci 
ildən 3 dəfə dövlət başçısına,  şəhər və rayon rəhbərliyinə yazılı 
müraciət etsəm də bunu düzəzlmirlər, boş ərazilər isə sürətlə tutulur, 
dükanlar tikilir. Bunlar cəmiyyətin  təbii ehtiyacını  nəzərə alaraq 
hökmən olması  təmin olunmur(ola da bilər, olmaya da), lakin belə 
obyekt və yerlər o ərazidə  məmurun yaşamasından asılı olaraq 
yaradıla bilər. Qərarların məmurun kaprizi və şəxsi arzusundan asılı 
olması əsas amildir.   


 
92 
Dövlət idarəçiliyində belə bir səhv təsəvvür vardır ki, əgər bütün 
yaşayış şəraiti iş, su, yol, əyləncə və s. olsa, insanların daha şikayəti 
olmayacaq və  məhz bununla insanlar dövlətə qiymət verəcəklər. 
Yəni onu həmişə seçgilərdə, sorğularda müdafiə edəcəklər. Lakin 
mənim fikrimcə, infrastrukturun olması  hələ ilk səviyyədir,  əsas, 
daha güclü mərəkə sonra başlayacaqdır, hansı ki elə indi də var, lakin 
dövlət özünü görməməzliə vurur, hansı ki elə indi düzəltmək 
lazımdır. Sovet dövründə  də  hər  şey düzəldilmişdi, lakin xeyli 
nayrazılıq var idi. Onlar qalır və daha da dərinləşmişdir. 
Dövlət idarəçiliyində  və iqtisadi obyektlərdə, habelə  əhalinin 
şəxsi münasibətlərində yerliçilik, tayfaçılıq, qohumluq, dostluq, 
rayonçuluq, etnik mənsubiyyət tərəfkeşliyi, rüşvət verməyi və 
almağı, düz danışmamağı, həqiqəti deməməyi, istismar etməyi, 
dələduzluğu  əhatə edən  müəyyən dərəcədə spesifik əxlaq  
yaranmışdır. Belə davranış,  şübhəsiz, sosial siyasi  mühitə 
reaksiyadır.  
Müstəqillik dövründən bəri  yeni sinfin-proletarların meydana 
çıxması və artması  müşahidə edilir. 
Zorakılıqla özəlləşmə siyasəti çoxlu zərərlər vermişdir. Yalnız 
İvanovka kəndi  İsmayıllı rayonunda qətiyyətlə mübarizə edərək 
imtina etmiş  və xilas olmuşdur. Bu siyasətin həyata keçirilməsində 
Dünya bankı və Valyuta Fondunun çox böyük şeytan rolu olmuşdur. 
Onların məsləhəti ilə dövlət enerji daşıyıcılarının qiymətlərini  1993 
–cü ildən sonra xeyli qaldırmış, kredit verməkdən imtina etmiş, 
ictimai müəsisələri bankrot vəziyyətinə salmış,  əsassız müdaxilə 
edərək, müstəqil işini pozmuş, işləməyə imkan verməmiş  və 
dayandırmışdır. 
Neft strategiyası    adlandırlıan və xarici firmaları  cəlb etməklə 
neftin iştitrakçılar arasında bölünməsini nəzərdə tutan müqavilələrin 
məqsəduyğunluğu və  zərurəti özünü doğrultmur. Həmin neft 
Azərbaycan təkbaşına çıxara bilərdi və bunu etmək üçün  hazır idi. 
Dənizdə  və quruda neftli sahələrin belə aktiv işlənməsi nəticəsində  
2008 –ci ildə  rəsmi məlumatlara görə 40,  2009 –cu ildə isə 50 
milyon ton neft çıxarılması  nəzərdə tutulur.  Optimal olaraq ölkəyə 
20 milyondan artıq neft çıxarılması gərək deyil. Və gələcək nəslə də 
neftin 200-300 il qalmasını təmin etmək indiki nəslin üzərinə düşür.  
Çıxarılan neftin, habelə qazın xaricə satılması da məqsədə uyğun 
deyil, onları emal edib 300 adda məhsul istehsal etmək, daha çox 
adama iş vermək və daha çox xeyir almaq daha yaxşı olardı. Qeyd 
etməliyəm ki, neft və qaz strategiyası və boru strategiyası adlanan bu 


 
93
siyasət heç bir siyasi xeyir almağa kömək etmir. Heç, bu strategiya 
Macarıstanda həbs edilmiş Azərbaycan zabitini Azərbaycana 
verilməsi üçün də bir iş görə bilmədi, hətta 2008 –ci ildə BMT 
sessiyası Azərbaycanın  ərazi bütövlüyünü müdafiə etmədi, üç əsas 
dövlət (ABŞ, Rusiya və Fransa) də  əleyhinə  çıxdı. Məsələn, ali 
rəhbərlik Qarabağ probleminin həll olunması üçün 2003 –cü ilədək 
468-dən çox görüş keçirmiş, hər görüşdə  neft,  qaz siyasəti,  boru 
xətləri, ipək yolu vasitəsilə beynəlxalq kapitala yaxşı xidmət etdiyini 
tez - tez desə  də, bunun Qarabağ problemi və Azərbaycan 
təhlükəsizliyinə qarantiya almaq üçün  xeyri olmamışdır. Yəni bunlar 
dəyişmək üçün bir dərs deyil? İndi də çoxlu görüşlərlə ölkə 
rəhbərliyi xarici ölkələrdə  buna cəhd edir, lakin  əhəmiyyət 
vermirlər. Belə olduqda neftə  və qaza xarici şəriklər niyə bu işdən 
uzaqlaşdırılmasın?Yeganə düzgün yol, düşünürəm ki, bütün xarici 
şirkətləri qovmaq, Rusiya ilə  və  ən etibarlı ölkələrlə-Pakistan, 
Əfqanıstan Türkiyə - hərbi müqavilə bağlamaq və Qarabaq 
məsələsini təcili həll etmək lazımdır, boş yerə nə üçün ğözləyək?  
Ölkə  rəhbərliyi daim Avropa dövlət rəhbələri ilə görüşlərində 
bildirir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol 
oynayır və yaxud oynamağa hazırdır. Mən çox təccüb edirəm. Əgər 
onlar sizin də xahişə  əhəmiyyət vermirlərsə, Ermənistanı onlar 
müdafiə edir, maliyyə yardımı edirlərsə, niyə axı siz bu rolu 
oynamalısnız. Sizin rolunuz Azərbaycanın daxilindədir. Ticarət 
əlaqələrinin müstəqilliyin təhlükəsizliyinə heç bir dəxli yoxdur. 
Ticarətdə  hər kəs öz gəlirini güdür. Diqqətin daha çox neft, qaz 
satışında cəmləndirilməsi yaxşı deyil. Nəyə lazımdır o neft-qaz 
pulları ki, o bir lazımsız fantaziyanı geçəkləşdirmək üçün istifadə 
ediləcəkdir?  Hələ ölkədə 15 % əhali qazla təmin olunmayıb, bir çox 
problemlər var, müharibəyə son qoyulmayıb.18 milyarddan artıq pul 
xarici banklarda 3-4 % lə qoyularaq xarici ölkələrin inkişafına sərf 
olunur. Bunların fonunda daha çox neft satmaq, Avropanın 
xidmətçisi olmaq və ona vaxt itirmək niyə lazımdır?  Keçən əsrin 20-
ci illərində Türkiyənin bütün Avropa dövlətləri ilə əməkdaşlıq haqda 
müqavilə bağlamağına baxmayaraq hamısı onun üzərinə atılıb onu 
məhv etməyə çalışırdı. Kamal Atatürk onları ağılla xilas etdi. Bu fakt 
deyir ki, “Avropaya və Amerikan imperializminə    baş  əymək və 
qulluq göstərmək lazım deyil, özünə fikir ver”.  
İnsanlara lazımdır ki, öz iş yerləri vasitəsilə  gəlir  əldə etsinlər. 
Neft siyasəti isə buna imkan vermir. Lakin  dövlət neft vasitəsilə 
pensiyaları və büdcədən maliyyələşən   qulluqçuların və məmurların 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə