40
bu imkanlardan həmin məmurlar tərəfindən əvvəldən məhrum edilib.
Və dövlət meydanda tək hegemon qüvvə kimi istədiyini edir və onu
xalq mənafeyi adlandırır. Vicdan isə bu halda işləmir, çünki vicdan
mövcud şəraitdə ikinci plana keçirilmiş, maddi xeyir isə birinci rolu
oynayır. Yəni məsuliyyət, cavabdehlik yoxdursa (vurduğu zərəri
ödəmək, işdən qovulmaq, cəza almaq, məhrum etdiyi imkanları
bərpa etmək, mənəvi zərəri ödəmək, üzr istəmək ), vicdan boş söz
olur. Aşağıda baxaq görək, mövcud idarə sisteminin fəaliyyəti nə
dərəcədə qeyd edilən həmin dəyərlərə və prinsiplərə uyğun gəlir və
belə davam edərsə, Azərbaycanı nələr gözləyir, habelə onun yaxşı
gələcəyi nədədir və onu qurmaq üçün nə etmək lazımdır?
Keçmiş Səfəvi dövlətinin sonu olan 1736-cı ildən -1991-ci
ilədək (SSRİ-nin dağılması) olan tarixin xarakterik cəhətləri.
Bu dövr Azərbaycan xalqının inkişafında torpaqların itirilməsi
ilə geriyə getmə, siyasi təşkilati parçalanma, özünə səmərəli qanunlar
və idarəetmə sistemi, yüksək milli əxlaqi mənəvi xarakter yarada
bilməməsi kimi qiymətləndirilməlidir.
1743 – cü ildən 1827-ci ilədək xanlıqlar dövrü - böyük
parçalanma dövrü olmuşdur. 1827-ci ildən 1922-ci ilədək
Azərbaycan Araz boyu iki yerə bölünərək şimal hissəsi Rusiyanın
tərkibinə qatılmışdır. Bu dövrdə məhz Fransada başlayan Maarifçilik
dövrü gəlib Şimali Azərbaycana çatmışdır. Mirzə Fətəli Axundov,
Abbasqulu ağa Bakxanov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər
Sabir məhz Rusiya vasitəsilə gələn maarifçilik ideyaları ilə tanış
olmuşlar və Azərbaycanda xeyli maarifçlik işi aparmışlar. Rusiya
tərkibində qalaraq ruslaşdırma siyasətnə məruz qalsa da, Cənubi
Azərbaycandan fərqli olaraq, ölkə xeyli müsbət inkişafa nail
olmuşdur. Əhali savadlanmağa, elmi məktəblərə getməyə
başlamışdır. Azərbaycan 1922-ci ildən 1991-ci ilədək SSRİ
tərkibində respublika olmuşdur. Məhz bu dövrdə sosialist
idarəetməsi xalqa böyük inkişaf, savadlılıq, sənayenin yüksək
inkişafını, həyat şəraitinin yaxşılaşmasını, pulsuz təhsil və səhiyyə,
uşaqlara və yaşlılara, pensionerlərə sosial qayğı, hamıya iş bəxş
etmişdir, bərabərlər cəmiyyəti yaranmışdır. Məsələn, sosial
müdafiədə, səhiyyədə istənilən adamın xəstəxanada pulsuz tam
müalicə oluna bilməsi, təhsildə- ali məktəblərə eyni prinsiplərlə və
indikindən daha çox miqdarda gəncin oxuya bilməsi, bərabər əmək
haqqı, vəzifə tutmaqda, institutda oxumaqda, işə girməkdə bərabər
41
imkanlar və s. olmuşdur. Hər bir insanın və ya kəndin klubu, teatrı,
kitabxanası, bədii fəaliyyətlə məşğul olmaq üçün tam şəraiti,
xəstələndikdə pulsuz müalicəsi, kurorta, santoriyaya getmək imkanı,
müəllimlərə xüsusi qayğı torpaq və yanacaqla- daş kömürlə təmin
edilməsi, uşaqlara xüsusi qayğı, müavinət və pulsuz, güzəştli
dərmanlar və s. var idi. Bu sahələrdə Azərbaycan xalqı inkişaf
səviyyəsinə görə bütün İslam ölkələri xalqlarından, İran və
Türkiyədən irəlidə olmuşdur. O zaman dövlət idarəsilə cəmiyyət
arasında qüvvələr balansı olmuşdur. Cəmiyyət və yuxarı idarələr
daim məmurlara nəzarət edir, öz etirazlarını edə bilirdilər. Belə ki,
istənilən şikayət baxılır, icra edilirdi. Məmurlara cəza verilirdi, onlar
da qorxurdular, həm vətəndaşların şikayət edəcəyindən, həm
yuxarıların verəcəyi cəzadan. Indiki, 2003-2009 illərdə olduğu kimi
insanlar düzgün idarə və problemin həllini tələb edəndə həmin
məmurlar demirdilər ki, “hara yazırsan, yaz, yaxşı edirəm”. Belə
deyənin “qulağı kəsilərdi”. Bir də belə qələt eləməzdi. Lakin 1922-ci
ildən 1953–cü ilədək dərin böhranlı, 1941-1945 illərdə İİ dünya
müharibəsində iştirak, şəxsiyyətə pərəstiş, kommunist repressiyaları
dövrü də olmuşdur. Sovet dövründə 15 respublika içərisində
Azərbaycanda daha çox rüşvətxorluq, idarə dələduzluğu, yerlibazlıq
və ədalətsizlik, büdcə pulunun idarələr tərəfindən mənimsənilməsi,
insanlara qarşı məmur ayrıseçgiliyi olmuşdur. Buradan digər
respublikalara rüşvərxorluq və digər əyriliklər yayılmışdır. Bu
respublikada, məhz bərabərlər cəmiyyətinin əsas prinsipinin
pozulması baş vermişdir. Bu ondan ibarət idi ki, buradakı bir çox
rəhbər işçilər, kommunist liderlər vəzifələri pulla satırdılar, öz
başıboş uşaqlarını da pul və ya tapşırmaqla ali məktəblərə, xüsusilə
hüquq fakultəsinə yerləşdirirdilər, buna görə digər adamların
uşaqlarının yerini tutur, onların qarşısını kəsirdilər.
Sovet dövründə bütün sovet dövləti ərazisində kommunist
partiyası tərəfindən ruslaşdırma və bütün millətlərin milli
mənsubiyyətlərinin, milli dəyərlərinin unutdurulması, vahid sovet
mədəniyyətinin yaradılması xarakterik olmuşdur. Bəzi respublikalar
və şəhərlər öz rəhbərləri tərəfindən bu istiqamətdə sanki yarışmışlar.
Lakin xalqlar öz mədəniyyətlərini saxlamışlar. Ümumi sovet
mədəniyyəti xalqlara faydalı olmuşdur: onların millətçilik hissləri və
davranışları zəifləmiş, böyük bir ərazidə hər bir millət yaşamaq,
oxumaq, işləmək, səhiyyə, sosial müdafiə imkanlarına bərabər
malik olmuşlar. Maraqlıdır ki, Qafqazda üç respublika içərisində
ermənilər və gürcülər öz mədəniyyət və dəyərlərini, dillərini daha
42
çox qoruyub saxlamışlar, bütün idarə sənədlərini öz dillərində
aparmışlar. Yalnız Azərbaycan əksinə etmişdir, burada bütün rəsmi
idarə dili Rus dili olmuş, millilik az qala itmişdir. Hələ sovet
dövründə Azərbaycan, Ermənistan və Gürcüstandan həyat
səviyyəsinə, elmi texniki inkişaf, şəhərlərin, kəndlərin səviyyəsinə
görə 10-20 il geridə qalırdı, Azərbaycan əhalisi içərisində bir çox
adam məhz Ermənistan mağazalarından mal alırdı. Oraya ticarət
üçün gedirdi. Avtobusla Şamaxı, Göyçay, Yevlax, Bərdə, Ağdam və
Laçın şəhərlərindən keçəndən sonra Ermənistana daxil olanda
oradakı kəndlər və şəhərlər, qəsəbələr yüksək səviyyəli yaşayış
məskənləri kimi görsənirdi, dövlət idarə və mağazalarında
aldadılmaq yox idi, dükanlarda mallar yaxşı və üstdə idi. Məsələn,
imkanı olan Naxçıvan əhalisi Yerevan və Sisyan mağazaları ilə alver
edirdi. Azərbaycanda yeni müəsisələr düzgün yerləşdirilmədiyinə-
əksəriyyəti Bakıda tikildiyinə görə, iş yerləri az olduğuna görə, haqq
- ədalət az olduğuna görə, kənd yerlərindən əhali gizli olaraq Bakıya
axışır, vicdanlı və dözməyən insanlar Rusiya və digər respublikalara
yaşamaq və işləmək üçün gedirdilər. Əgər başqa respublikalarda
ittifaq büdcəsindən konkret məqsədlərə ayrılan pulları bilavasitə icra
edir, lazımı müəsisə, yol və s. tikirdilərsə, Azərbaycanda bu vəsaitin
çoxusunu mənimsəyirdilər və tikintilər uzun müddət gedirdi; iki -üç
dəfə yenidən vəsait ayırırdılar. Məsələn, Gəncə avtomobil zavodu
tam şəkildə 1989-cu ildə istifadəyə buraxılmalı idi, lakin idarələr
buna əməl etmədilər, pulları yedilər. SSRİ dövlətinin ən yaxşı
vaxtlarında, 70-ci illərdə Azərbaycana bu ya digər səbəb üzündən
gələn insanlar burada despotik idarə sistemini, gizli rüşvətxorluğu,
dövlət idarələrində və dükanlarında aldadılmalarını, cəmiyyətin isə
buna adət etdiyini, etiraz edənləri demaqoq adlandırdığını və düz
danışanları sevmədiyini müşahidə etmişlər. Baxmayaraq ki, H.
Əliyev 1969–cu ildə ali vəzifəyə gələndən sonra ölkəni xeyli
düzəltmişdi. Bunu o yalnız şəxsi tələbkarlığı, dövlət vəzifələrini
təmizləməklə, bir çox raykomları işdən azad etməklə və partiyadan
çıxartmaqla və məhkəmə məsuliyyətinə cəlb etməklə əldə edirdi.
Bu başlanğıc, 1969 -75 –ci illərə qədər davam etdi və xalqda böyük
sevinc hissləri yaratdı, lakin sonra tepm zəifləməyə başladı. Idarə
sistemi yeni tələblərə uyğunlaşmağa və korrupsiyanın gizli
formalarına keçdi. Məsələn, Bakıya pasport qeydiyyatı, şəxsi ev
tikmək qadağan olundu. Bu işləri görmək üçün rüşvətin miqdarı
artdı. Məsələn, tanıdığım bir şəxs 1971–ci ildə bir qohumunun
həyətində iki otaqlı bir daxma tikmək üçün əgər əvvəl 40 manat
Dostları ilə paylaş: |