Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə28/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   24   25   26   27   28   29   30   31   ...   81

 
82 
onun bilik və bacarığı, əxlaqi dəyərləri, dünyagörüşü zəifdirsə, elmi 
yaradıcılıq, gələcəyi araşdırma və görmə metodlarından 
xəbərsizdirsə,  belə metod hədsiz bədbəxtliyə  səbəb olacaqdır.  
Cəmiyyətin fikrindən asılı olmayan tək məmurların belə  fəaliyyəti 
içərisində ağıllı bir iş təsadüfi xarakter daşıyır, çünki sistem müstəqil  
və tənqidi düşünmək qabiliyyəti olmayan, ağıllı və gələcəyi düzgün 
görən, gerçəkliyi düzgün anlayan adamların idarə  və  rəhbərliyə 
gəlməsinə qarşıdır. Təkbaşçılıqla deyil, kollektiv idarə metoduna 
keçmək lazımdır. 
Strategiyalar, adından göründüyü kimi  gələcəyi nəzərə alan və 
yaxşı  gələcəyi  əldə etmək üçün yolu, ən ümumi problemlərin  əsası 
olan səbəbləri aradan qaldıra bilməli, təhlükəsizliyə, böyük inkişafa 
aparan məqsədləri  əks etdirməlidir. Bir neçə  strategiyanın 
mahiyyətini araşdıraq.  
Qarabağ probleminin həlli strategiyasını  araşdıraq. Dövlətin 
burada strategiyası bundan ibarətdir ki, 1)danışıqlar aparmaqla,  2) 
hərbi  - iqtisadi güclənməklə, 3) Ermənistanı neft -qaz borularından 
gəlir almaqdan məhrum etməklə, və ya razılığa gəlsələr onlara 
iqtisadi şanslar yaratmaqla, 4) beynəlxalq aləmdə Azərbaycan haqda 
çox məlumatlar yaymaqla və 5) tərəfdaş dövlətlərin sayını artırmaqla 
6) ABŞ  və Nato ilə  əməkdaşlıq edərək, o, Qarabağ  məsələsini həll 
edəcəkdir. Yəni  7 rayonu qaytaracaqdır. Qarabağı isə muxtariyyat 
verməklə Azərbaycanın səlahiyyətində saxlayacaqdır.  Mənim  
araşdırmalarıma görə, bu tədbirlərin heç biri problemi həll edə 
bilməz.  1. Dövlət Ermənistandan, habelə Rusiyadan silah sarıdan 
artıq gücə malik ola bilməz. Lazımı miqdarda və növdə silahlar  əldə 
edildiyi halda isə    mənəvi gücün və  ağıllı idarəetmə qabiliyyətinin 
artıqlığı ilə torpaqlar azad oluna bilər. Lakin nə mənəvi güc var- onu 
dövlət məhv etmişdir, Qarabağ  və erməni vəhşilikləri gündəlik kef 
məclisləri, TV şouları, böyük daxili problemlər,  ədalətsizliklər  
fonunda unudulur. Xalq səsin çıxartmağa özündə güc hiss etmir. 2. 
Sadə  məsələləri həll edə bilməyən, daim xalqa problem yaradan 
dövlət idarəetməsi bu işə qabil deyil. 3. Əgər Azərbaycan Rusiya ilə 
sərhəddə olmasaydı, O, NATO - ya daxil olardı və bu problemin həlli 
var idi. Əgər  əvvəllər 80- cı illərin sonu 90 –cı illərin  əvvəli ruslar 
lazımı düzgün strategiya qurmamışdılarsa, hamıya uzaqlaşmağa 
səbəb verirdilərsə, indi səhvlərini anlamış, keçmiş ittifaq ölkələri ilə 
birləşmə,  əməkdaşlıq strategiyası qurmuşlar.  Hazırda və  gələcəkdə 
Rusiya möhkəm olacaq  və güclənməyə davam edəcək və dağılmaq 
ehtimalı yoxdur. Onları möhkəm edən,bir-birinə inanan və daim 


 
83
irəliyə aparan Pyotr strategiyası var. Natoya isə Azərbaycan,  habelə 
Gürcüstan və Ukrayna daxil ola bilməz, əgər risk etsələr, bir  böyük 
parça torpaqlardan imtina etməlidirlər. Habelə Azərbaycan da 
Qarabağ  və 7 rayondan imtina etdiyi  halda NATO- ya girə bilər. 
Lakin bu bizə lazımdırmı?  Nə  fərqi var, NATO (ABŞ  və Avropa) 
yaxud Rusiya, hamısının məqsədi bu xalqdan öz məqsədi üçün 
istifadə etməkdir. Demək, bizə Natoya daxil olmaq və başımıza bəla 
açmaq- torpaqdan məhrum olmaq lazım deyil. Heç ABŞ və NATO-
nun da bizi qorumağa, torpaqları alıb verməyə maraqları yoxdur. 
Dəfələrlə özləri bunu demişlər. Onlara Azərbaycan ucuz neft, qaz  
təchizatçısı  və satış bazarı  kimi, Rusiyanın  əksinə olan ərazi kimi 
lazımdır. Mütəllibovun Rusiya ilə bir hərbi blokda qalmaq ideyası 
düzgün idi. Hakimiyyətə  gəlmək istəyənlər 20 yanvar hadisəsinin 
iştirakçıları olaraq və 1992 il Xocalı qırğınına, aktiv müdafiəni təşkil 
etməyərək, yol verənlər,  sonra  bu müqavilədən çıxmaqla Rusiya ilə 
Azərbaycan xalqının arasında dərin uçurum yaratmaqla Azərbaycan 
xalqının  ərazisini,  inkişafını  təhlükəyə atdılar və  gələcəyinə kölgə 
saldılar. 4. Digər tərəfdən, zaman keçdikcə eyni üsulla Ermənistan da 
güclənir, silahlanır, müdafiə qurğuları düzəldir, ərazini minalayır və 
s. ABŞ  və NATO-nun nökərlərinə çevrilmiş  və onların qrantları ilə 
yaşayan bəzi iküzlü politoloqların, xamaleon sifətli 
peyğəmbərciklərin   proqnozu ilə, guya “zaman Azərbaycanın 
xeyrinə işləyir və NATO-ya daxil olmaq lazımdır” fikri çox böyük  
səhvdir.  Əgər bu mümkündürsə, nə üçün bu indiyədək baş 
tutmamışdır? Zaman Azərbaycanın zərərinə, ermənilərin xeyrinə 
işləyir. ABŞ  və Nato qrantları ilə yaşayan bir çox mənəviyyatını 
itirmiş, yalnız öz şəxsi rifahını güdən bir çox politoloqlar, araşdırma 
mərkəzlərinin tipik düşüncəsi: “Rusiya dağılır, Rusiya çökür, hərbi 
gücü yoxdur” fikirləri kobud və kəmsavad bir səhvdir. Əgər dövlətdə 
özlərinə yer tutmuş bir çox məmurlar və müəyyən miqdarda 
aldadılmış  əhali bu fikrə inanırlarsa, qoy öz evlərini, villalarını, 
torpaqlarını qaçqınlarla dəyişsinlər. Görək, bir gün qaçqın olmağa 
dözəcəklərmi?  Əlbəttə onlar dəyişməyəcəklər, çünki yalan 
danışdıqlarını bilirlər. Bəs niyə yalan danışırlar? Özlərini ağıllı 
göstərmək üçün, öz dar, uzağı görməyən qapalı baxışlarını  ağıllı 
qələmə vermək üçün, daha çox qrant və öz xarici ağalarından rüşvət  
almaq  üçün.  Yazıqlar, siz nə danışırsınız? Strategiyası və xarakteri 
olan millət çökərmi? 3 milyon Azəri orada sığınacaq tapmışdır. Əgər 
orada qanunsuzluq olsaydı, yaşama imkanları olmasaydı, insanlar 
oraya qaçardımı? Ümumiyyətlə  yaxşı yerdən pis yerə kim gedərdi? 


 
84 
Mən dövlət rəhbərliyindən səhvlərdən nəticə  çıxarmağı, torpağın 
əsas dəyər qəbul edilərək dərhal Rusiya ilə  hərbi müqavilə 
bağlamağa  və  xüsusi planla döyüşlə 7 rayonu almağa başlamağı 
xahiş edirəm.  Yox, əgər NATO  və ABŞ kömək edəcəklərsə, elə indi 
qoyun bunu etsinlər. Etmirlərsə, onların neft və qaz  kontraktlarını, 
neft boru operatorluğunu  ləğv etmək NATO ilə  əlaqəni kəsmək 
lazımdır. Onlar necə Qorbaçovu və qrupunu satın aldılarsa, indi də 
Azərbaycanda müəyyən  şəxsləri satın almaqla öz biznes, hərbi 
məqsədlərini həyata keçirməyə çalışırlar. Bu isə bizə lazım deyil. 
Benzin və dizel yanacağının, qazın qiymətinin qalxması  
strategiyası. Bu strategiyanın  mahiyyəti:  
Qiymət və tarifləri artırmaqla büdcənin artması görüntüsü 
yaratmaq, ölkədə böyük inkişafın olmasını “sübut etməklə”, məmur - 
sahibkarın gəlirinin pul miqdarının artmasını  təmin etmək, dövlətin 
səhv siyasətinin pulla ölçülən qiymətini cəmiyyətdən çıxmaqla, 
bütün daxili rüşvətləri və gömrük, vergi rüşvətlərini malların üstünə 
gəlinməsindən alınan artıq qiymətlərdən dövlətin öz payını 
artırmaqla balans yaratmaq  
Belə ki, nəzarət olunmayan bazarda dövlət bu üsulla satanın 
gəlirinin artması ilə bərabər özü də öz malının qiymətini qaldırmaqla 
gəlirini artırmaq istəyir, çünki işsizlik səbəbi və gizli işləyənlərin 
uçotunu apara bilmədiyindən, yəni əməkdən vergi ala bilmədiyindən 
büdcəni doldurmaq üçün  öz malının qiymətini qaldırmaq yolunu 
seçir. Nəticədə bütün əhali haqsız istismar olunur, kasıblıq artır, 60 
%  əhali kommunal xərcləri ödəyə bilmir. Məsələn,  əgər 4 nəfərlik 
ailə 2003-cü ildə indiki pulla 80 manata yaşaya bilirdisə, 2008 ildə 
artıq belə bir ailə 500 manata həmin cürə yaşayır. Nə  dəyişmişdir? 
Büdcə  və adambaşına düşən ÜDM-un manatla ifadəsi. Belə  məlum 
olur ki, bu oyunlar xalq üçün mənasız əzab olmuşdur, lakin məmur 
sahibkarlar indi manatla ticarətdən 6-8 dəfə artıq qazanırlar, dövlət 
isə böyük qələbələrdən danışır. Yadıma belə bir söhbət düşür, 2002 - 
ci ildə Brüsselə Avropa komissiyasının konfransa gedəndə təyyarədə 
yanımda bir Türk oturmuşdu, o deyirdi: “mənim  şokalad fabrikam 
var, lakin sizdə şokalad ucuzdur, sizdə şokalad  fabriki açsam, mən 
uduzaram, lakin onu Avropada açsam, 1 kiloqramına 5-10 dəfə artıq 
pul qazanaram”. Bu fikir də sübut edir ki, dövlət süni olaraq bahalıq 
yaratmaqla Azərbaycanı dünya qiymətləri olan ölkə etmək istəyir ki, 
özü, yəni məmur sahibkarlar daha artıq pul qazansın. Lakin  unudur 
ki, işləyənlərə  də dünya maaşları verməlidir,  habelə dünya 
səviyyəsində olan ölkədə böyük də kasıblar, işsizlik, sosial 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə