Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə38/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   34   35   36   37   38   39   40   41   ...   181

 

92

7-ci hal: Vaxtın darlığı 



Məsələ 664: Dəstəmaz və ya qüsl alması namazın hamısının və ya bir 

qisminin vaxtından sonra qılınmasına (qəzaya getməsinə) səbəb olacaq qədər 

vaxt dar olarsa, təyəmmüm etməlidir. 

Məsələ 665: Əgər namazını bilərəkdən dəstəmaz və ya qüsl vaxtı qalma-

yacaq qədər təxirə salarsa, günah etmişdir. Amma təyəmmümlə  qıldığı na-

maz düzgündür; lakin bu namazın qəzasını qılmaq müstəhəb ehtiyatdır. 

Məsələ 666: Dəstəmaz aldıqda və ya qüsl etdikdə namaz üçün vaxt qa-

lıb-qalmayacağına şəkk edən şəxs təyəmmüm etməlidir. 



Məsələ 667: Vaxtın darlığını nəzərə alaraq təyəmmüm edən şəxs namaz-

dan sonra dəstəmaz almaq imkanı olduğu halda, su əlindən çıxana qədər dəs-

təmaz almasa, əgər vəzifəsi təyəmmüm etməkdirsə,  əvvəlki təyəmmümünü 

pozmamış olsa belə, sonrakı namazlar üçün yenidən təyəmmüm etməlidir. 



Məsələ 668: Suyu olan şəxs vaxtın darlığından təyəmmümlə namaza 

başlasa və namaz əsnasında həmin su əlindən çıxsa,  əgər vəzifəsi təyəm-

mümdürsə, sonrakı namazlar üçün ikinci dəfə təyəmmüm etməsi lazım deyil, 

lakin yaxşı olar ki, təyəmmüm etsin. 



Məsələ 669: Əgər insanın dəstəmaz almağa, qüsl etməyə, namazın iqa-

mə  və qunut kimi müstəhəb  əməllərini icra etmədən namaz qılmağa vaxtı 

vardırsa, qüsl etməli və ya dəstəmaz almalı və namazı müstəhəb əməllərsiz 

qılmalıdır. Hətta “surə”ni oxuyacaq qədər vaxtı olmasa belə, qüsl etməli və 

ya dəstəmaz almalı və namazını surəsiz qılmalıdır. 

Üzərinə təyəmmüm edilməsi düzgün olan əşyalar 

Məsələ 670: Torpağa, daşa, xırda (doğranmış) daş və kəsəyə təyəmmüm 

etmək düzgündür. Amma müstəhəb ehtiyata əsasən, torpaq olduğu təqdirdə 

ayrı bir şeyə  təyəmmüm edilməsin və  əgər torpaq yoxdursa, torpaq adlana 

biləcək çox narın quma, bu da mümkün olmasa kəsəyə, o da mümkün olma-

sa xırda daşa, o da mümkün olmadığı təqdirdə, daşa təyəmmüm edilsin. 

Məsələ 671: Gəc və əhəng daşına təyəmmüm etmək düzgündür. Həmçi-

nin camaatın nəzərində yumşaq torpaq sayıldığı təqdirdə, xalça, paltar və bu 

kimi  əşyaların üzərinə toplanmış toz-torpağa təyəmmüm etmək də düzgün-

dür. Amma müstəhəb ehtiyata əsasən, ixtiyar halında onun üzərinə  təyəm-

müm edilməsin. Həmçinin ixtiyar halında bişirilmiş gəc, əhəng, kərpıc, eləcə 

də əqiq kimi mədən daşına təyəmmüm etməmək müstəhəb ehtiyatdır. 



Məsələ 672: Əgər torpaq, xırda daş, kəsək və daş tapılmasa, gilə təyəm-

müm etmək lazımdır. Əgər gil də tapılmasa, camaatın nəzərində torpaq sayı-

lacaq miqdarda olmayan xalça, paltar və bu kimi əşyaların layında qalan və 

ya üzərinə toplanan toz-torpağa təyəmmüm etməlidir. Əgər bunlar da tapıl-

masa, müstəhəb ehtiyata əsasən, namazı təyəmmümsüz qılsın. Amma sonra 

bu namazların qəzasını yerinə yetirmək vacibdir. 




 

93

Məsələ 673:  Əgər xalçanı  çırpmaq və bu kimi işlərlə torpaq əldə edə 

bilsə, tozlu əşyaya təyəmmüm etmək batildir. Əgər gili qurudub ondan 

torpaq əldə edə bilsə, gilə təyəmmüm etməsi batildir. 



Məsələ 674: Suyu olmayan, amma qar və ya buzu olan şəxs mümkün 

olduğu təqdirdə, onu əridərək su əldə edib onunla dəstəmaz almalı və ya qüsl 

etməlidir. Əgər bu mümkün olmasa və üzərinə təyəmmüm düzgün olan bir 

şeyi də yoxdursa, namazını vaxt xaricində qəza etməlidir. Amma yaxşı olar 

ki, qar və ya buzla dəstəmaz və ya qüsl üzvlərini islatsın və dəstəmazda əlin-

dəki rütubətlə başa və ayaqlara məsh çəksin.  Əgər bu da mümkün deyilsə

buz və ya qara təyəmmüm edib, namazını vaxtında qılsın. Hər iki halda na-

mazın qəzasını qılmaq lazımdır. 



Məsələ 675: Əgər torpağa və  xırda daşa, təyəmmümün edilməsi batil 

olan bir şey qatılıbsa, həmin torpağa və xırda daşa təyəmmüm etmək olmaz. 

Amma əgər həmin şey torpağın və ya xırda daşın tərkibində aradan gedəcək 

qədər az miqdarda olarsa, həmin torpağa və  xırda daşa təyəmmüm etmək 

düzgündür. 

Məsələ 676: Üzərinə  təyəmmüm edəcək bir şeyi yoxdursa, mümkün 

olduğu təqdirdə, satın almaq və bu kimi yolla təmin etməlidir. 



Məsələ 677: Gil divara təyəmmüm düzgündür. Müstəhəb ehtiyata əsa-

sən, quru yer və torpaq olan yerdə yaş yer və torpağa təyəmmüm edilməsin. 



Məsələ 678: Təyəmmüm edilən  əşya  şəriət baxımından pak olmalıdır. 

Vacib ehtiyata əsasən, camaatın nəzərində  təmiz olmalıdır, yəni, iyrənc və 

nifrətə səbəb olan bir şeyə qarışmamalıdır. Əgər təyəmmüm etməsi düzgün 

olan pak bir şey tapılmasa, namaz ona vacib deyildir. Amma sonra onun qə-

zasını qılmalıdır. Yaxşı olar ki, namazı vaxtında da qılsın. Amma toz-torpaq-

lı xalça və bu kimi şeylərlə növbə çatarsa, əgər onlar nəcis olubsa, vacib eh-

tiyata əsasən, onunla təyəmmüm etsin, namazı qılsın və sonra namazın qəza-

sını da qılsın. 



Məsələ 679: Əgər bir əşyanın üzərinə təyəmmüm etməyin düzgün olduğu-

na  əmin olaraq təyəmmüm edərsə, sonra onunla təyəmmüm etməyin batil ol-

duğunu başa düşərsə, həmin təyəmmümlə qıldığı namazları yenidən qılmalıdır. 

Məsələ 680: Üzərinə təyəmmüm edilən əşya qəsbi olmamalıdır. Demək, 

əgər qəsbi torpaq üzərinə təyəmmüm edərsə, təyəmmümü batildir. 



Məsələ 681: Qəsbi fəzada təyəmmüm batil deyildir. Demək, əgər öz mül-

kündə  əllərini yerə vursa və icazəsiz başqasının mülkünə daxil olub əllərini 

alnına çəksə, günah etməsinə baxmayaraq, onun təyəmmümü düzgündür. 

Məsələ 682: Qəsbi əşyanın qəsb edildiyini unudaraq və ya qəflət üzün-

dən üzərinə təyəmmüm edərsə, düzgündür. Amma bir əşyanı özü qəsb edərsə 

və qəsb etdiyini unudaraq üzərinə təyəmmüm edərsə, təyəmmümünün düz-

gün olması mübahisəlidir. 



Məsələ 683: Bir şəxs qəsbi yerdə həbs edilsə, əgər oranın suyu və torpa-

ğının hər ikisi də qəsbidirsə, təyəmmümlə namaz qılmalıdır. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə