Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə41/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   37   38   39   40   41   42   43   44   ...   181

 

98

layan halda namaza durmamalı, namaz əsnasında göyə baxmamalı, əksinə, 



namazın savabını artıran işlər görməlidir. Məsələn, barmağına  əqiq üzük 

taxsın, təmiz (pak) paltar geyinsin, başını darasın, dişlərini fırçalasın və 

özünə ətir vursun. 

Vacib namazlar 

Vacib namazlar altıdır: 



1. Gündəlik namazlar. 

2. Ayat namazı. 

3. Meyit namazı. 

4. Kəbə evinin təvaf namazı.  

5. Ehtiyata əsasən, atanın böyük oğula vacib olan qəza namazı. 

6. And içmək, əhd, nəzir və icarə etməklə vacib olan namazlar və cümə 

namazı da gündəlik namazlardandır. 



 

Gündəlik vacib namazlar 

Gündəlik vacib namazlar beşdir; zöhr və əsr namazları, hər biri dörd rü-

kətdir. Şam namazı üç rükət, xiftən namazı dörd rükət və sübh namazı da iki 

rükətdir.  



Məsələ 712: Səfərdə dörd rükətli namazlar, sonradan deyiləcək  şərtlər 

əsasında, iki rükət qılınmalıdır. 



 

Zöhr və əsr namazlarının vaxtı 

Məsələ 713: Zöhr və əsr namazlarının vaxtı “zəval”dan (şəri günorta)

1

 günəş 



batana qədərdir. Amma əsr namazını bilərəkdən zöhr namazından  əvvəl 

qılınsa batildir. Lakin vaxtın bitməsinə yalnız bir namaz qıla biləcək qədər 

vaxt qalsa və insan zöhr namazını  qılmamış olsa, artıq onun zöhr namazı 

qəza olmuşdur və  əsr namazını  qılmalıdır.  Əgər bir şəxs bu vaxtdan əvvəl 

səhvən əsr namazını tamamilə zöhr namazından əvvəl qılsa, namazı düzgün-

dür və zöhr namazını  qılmalıdır. Amma müstəhəb ehtiyata əsasən, ikinci 

dörd rükət namazı “ma fiz-zimmə” (boynunda qalan) niyyəti ilə qılsın. 

Məsələ 714: Zöhr namazını  qılmadan, səhvən  əsr namazı ilə  məşğul 

olarsa və namaz əsnasında səhv etdiyini bilərsə, niyyəti zöhr namazına çevir-

                                                             

1

 Şəri-günorta günün yarısının keçməsindən ibarətdir. Məsələn, əgər gündüz on iki saatdırsa, gü-



nəşin doğmasından altı saat keçdikdən sonra şəri-günorta olur. Əgər gündüz on üç saatdırsa, 5 

saat, 30 dəqiqə keçdikdən sonra şəri-günorta olur. Demək, günəşin doğmasından batmasına qə-

dər olan müddətin yarısının keçməsindən ibarət şəri-günorta ilin bəzi vaxtlarında saat on ikidən 

bir neçə dəqiqə əvvəl, bəzən də bir neçə dəqiqə sonra olur. 




 

99

məlidir. Yəni, “indiyə  qədər qıldığım, indi qılmaqda olduğum və bundan 



sonra qılacağımın hamısı zöhr namazı olsun.” – deyə niyyət etməli və na-

mazı qurtardıqdan sonra əsr namazını qılmalıdır. 



Cümə namazı və onun hökmləri 

Məsələ 715: Cümə namazı sübh namazı kimi iki rükətdir; bu fərqlə ki, 

cümə namazından əvvəl iki xütbə söyləmək lazımdır. Cümə namazı “vacibi-

təxyiri”dir; yəni, insan cümə günü şərtlərin mövcud olduğu təqdirdə, cümə 

və ya zöhr namazının hansı birini qılmaqda ixtiyar sahibidir. Əgər cümə 

namazını qılarsa, zöhr namazının əvəzindən kifayət edər. 

Cümə namazının vacib olmasının bir neçə şərti vardır: 



1. Vaxtın daxil olması; günəşin “zəval” olması, yəni, günorta vaxtından 

ibarətdir, onun vaxtı camaat arasında olan “zəval”ın əvvəlidir. Deməli, əgər 

cümə namazı bu vaxtdan gecikərsə, artıq onun vaxtı sona çatmışdır və zöhr 

namazını qılmaq lazımdır. 



2.  Fərdlərin (namazda iştirak edənlərin) sayı imamla birlikdə beş  nəfər 

olmalıdır. Deməli, beş nəfər müsəlman cəm olmayınca, cümə namazı vacib 

olmaz. 

3.  İmamlıq  şərtlərinə malik olan imamın olması; camaat namazı bölü-

mündə qeyd ediləcək ki, imam-camaat ədalət və digər sifətlərə malik olmalı-

dır və onsuz cümə namazı vacib olmaz. 

Cümə namazının düzgün olmasının bir neçə şərti vardır: 



1. Camaatla qılınmalıdır; buna əsasən də onu fərdi şəkildə qılmaq düz-

gün deyildir. Əgər “məmum” (imama iqtida edən  şəxs) cümə namazının 

ikinci rükətində  rukudan əvvəl imama yetişib iqtida edərsə və digər bir rükə-

tini fərdi  şəkildə  qılarsa, cümə namazı düzgün olar. Amma ikinci rükətin 

rukusunda imama qoşulsa, vacib ehtiyata əsasən, bu cümə namazı ilə kifa-

yətlənə bilməz və zöhr namazını qılmalıdır. 



2. Namazdan əvvəl iki xütbə oxunmalıdır; birinci xütbədə Allaha həmd-

səna demək, təqvaya və günahlardan qorunmağa tövsiyə etmək və Qurani–

Kərimdən qısa bir surə oxumaq, ikinci xütbədə də Allaha həmd-səna demək, 

həzrət Məhəmməd(s)-ə və müsəlmanların imamlarına (on iki imama) salavat 

göndərmək lazımdır. Müstəhəb ehtiyata əsasən, imam-cümə mömin kişi və 

qadınların da Allahdan bağışlanmalarını istəsin. Xütbələri namazdan əvvəl 

oxumaq lazımdır. Əgər xütbələrdən əvvəl namaza başlasa, düzgün deyildir. 

Xütbələri günortadan (zəvaldan) əvvəl oxumaq mübahisəlidir. 

Xütbə oxuyan imam xütbə zamanı ayaq üstə durmalıdır.  Əgər oturan 

halda xütbə oxuyarsa, düzgün deyildir. Həmçinin iki xütbə arasında azacıq 

oturaraq fasilə verməli və bu fasilə qısa olmalıdır. Xütbəni imam-camaat özü 

oxumalıdır. Allaha həmd-səna demək və həzrət Peyğəmbər(s) ilə müsəlman-




 

100


ların imamlarına (on iki imama) salavat göndərmək, ehtiyata əsasən,  ərəb 

dilində olmalıdır. Amma qalanlarının ərəb dilində olması şərt deyildir. Hətta 

əgər namazda iştirak edənlərin çoxu ərəbcə bilməsələr, vacib ehtiyata əsasən, 

namazda iştirak edənləri öz dillərində təqvaya tövsiyə etmək lazımdır.  



3. İki cümə namazı arasında olan məsafə bir “fərsəx”dən az olmamalıdır. 

Buna  əsasən, bir “fərsəx”dən az bir məsafədə ayrı bir cümə namazı da 

qılınarsa və hər ikisi eyni zamanda başlanarsa, hər ikisi batildir. Amma biri

hətta təkcə “təkbirətul-ehram”ı o birindən  əvvəl demiş olsa belə, birincisi 

düzgün, ikincisi isə batildir. Lakin əgər cümə namazı  qıldıqdan sonra bir 

“fərsəx”dən az bir məsafədə ondan əvvəl və ya onunla eyni zamanda ayrı bir 

cümə namazının da qılındığı aşkar olarsa, zöhr namazını qılmaq vacib deyil-

dir. Qeyd olunmuş məsafə daxilində bir cümə namazının qılınması digər bir 

cümə namazına, yalnız özünün düzgün və bütün şərtlərə malik olduğu təq-

dirdə maneəsi vardır. Əks təqdirdə, maneəsi olmaz. 



Məsələ 716: Şərtlərə malik olan bir cümə namazı bərpa olunarsa və onu 

qılan məsum İmam(ə)-ın özü və ya onun xüsusi nümayəndəsi olarsa, həmin 

cümə namazında iştirak etmək vacibdir. Əks təqdirdə  iştirak etmək vacib 

deyildir. 

Birinci təqdirdə də bir neçə qrupa iştirak etmək vacib deyil. 

1. Qadınlar. 

2. Qullar. 

3.  Müsafirlər; hətta vəzifəsi namazını tamam qılmaq olsa belə – bir 

yerdə on gün qalmaq məqsədində olan müsafir kimi. 



4. Xəstələr, korlar və qocalar. 

5.  Cümə namazı  qılınan yerlə aralarındakı  məsafə iki “fərsəx”dən çox 

olanlar. 



6. Yağış, şiddətli külək və buna oxşar çətin maneələrlə üzləşənlər. 

Məsələ 717: Cümə namazı vacib olan bir şəxs onun yerinə zöhr namazı-

nı qılsa, namazı düzgündür. 



Cümə namazı ilə əlaqədar bir neçə hökm 

1.  Qeyd olunanlara əsasən, cümə namazı  İmam(ə)-ın qeybə  çəkildiyi 

dövrdə “vacibi-təyini” deyil; vaxtın əvvəlində də zöhr namazını qılmaq olar. 



2.  İmamın xütbə oxumağa məşğul olduğu zaman danışmaq məkruhdur 

və əgər xütbəni eşitməyə bir maneə olarsa, ehtiyata əsasən, caiz deyildir. 



3.  Hər iki xütbəni dinləmək vacib ehtiyata əsasəndir. Amma xütbənin 

mənasını bilməyən şəxslərin dinləməsi vacib deyildir. 



4. İmamın xütbə oxuduğu zaman hazır olmaq vacib deyildir.  


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə