101
Şam və xiftən namazlarının vaxtı
Məsələ 718: Əgər insan günəşin batıb-batmamasına şəkk
etsə və dağla-
rın, binaların və ya ağacların arasında olmasını ehtimal versə, günəşin bat-
masından sonra günçıxan tərəfdə görünən qırmızı zolağın başın üzərindən
günbatana doğru keçməsindən əvvəl şam namazı qılınmamalıdır. Əgər şəkk
etməsə də, vacib ehtiyata əsasən, deyilən vaxta qədər gözləməlidir.
Məsələ 719: Şam və xiftən namazlarının vaxtı ixtiyar sahibi olan şəxs üçün
gecə yarısına qədərdir. Amma üzrlü olan şəxs üçün məsələn, unutmaq, yuxuya
qalmaq, heyzli olmaq və bu kimi səbəblərdən namazı gecə yarısına qədər
qılmamışdırsa, şam və xiftən namazlarının vaxtı sübh açılana qədər davam edir.
Ancaq hər surətdə, qəflətdə olmadığı halda bu iki namaz arasında tərtibə riayət
etmək şərtdir. Yəni, xiftən namazı bilərəkdən şam namazından əvvəl qılınarsa
batildir; bu şərtlə ki, gecə yarısına yalnız xiftən namazını qıla biləcək qədər vaxt
qalarsa, xiftən namazını şam namazından əvvəl qılmaq lazımdır.
Məsələ 720: Əgər bir şəxs səhvən xiftən namazını şam namazından əv-
vəl qılsa və namazdan sonra səhvindən xəbərdar olsa, namazı düzgündür.
Şam namazını ondan sonra qılmalıdır.
Məsələ 721: Əgər şam namazını qılmamışdan öncə səhvən xiftən nama-
zını qılsa və namaz əsnasında səhv etdiyini başa düşsə, əgər dördüncü rükə-
tin rukusuna getməyibsə, niyyəti şam namazına çevirib namazı bitirməli və
sonra xiftən namazını qılmalıdır. Əgər dördüncü rükətin rukusuna getmişdir-
sə, xiftən namazını tamam edə və sonra şam namazını icra edə bilər.
Məsələ 722: İxtiyar sahibi olan şəxs üçün xiftən namazının son vaxtı
gecə yarısıdır. Gecə isə gün batandan sübh açılana qədərdir.
Məsələ 723: Əgər ixtiyar üzündən şam və xiftən namazını gecə yarısına
qədər qılmasa, vacib ehtiyata əsasən, sübh azanından əvvəl əda və qəza niy-
yəti olmadan həmin namazı qılmalıdır.
Sübh namazının vaxtı
Məsələ 724: Sübh azanına yaxın şərq tərəfdən bir ağartı yuxarıya tərəf
hərəkət edir ki, ona “birinci fəcr” – deyilir. Həmin ağartı yayılan vaxt “ikinci
fəcr” və sübh namazının əvvəl vaxtıdır. Sübh namazının son vaxtı günəşin
çıxan vaxtıdır.
Namaz vaxtının hökmləri
Məsələ 725: İnsan yalnız vaxtın daxil olduğuna yəqin etdiyi və ya iki
ədalətli kişinin vaxtın daxil olduğunu xəbər verdikləri zaman namaz qılmağa
102
başlaya bilər. Hətta namaz vaxtına diqqətlə riayət edən şəxsin azan deməsi
və vaxtı bilən bir şəxsin sözü ilə əminliyə səbəb olarsa, kifayətlənə bilər.
Məsələ 726: Əgər
bir şəxs bir maneə vasitəsilə, məsələn, kor və ya zin-
danda olduğuna görə namaz vaxtının əvvəlində vaxtın daxil olub-olmadığını
yəqin edə bilməsə, namaz vaxtının daxil olmasına əmin olana, yaxud yə-
qinlik tapana qədər namazı təxirə salmalıdır. Həmçinin vacib ehtiyata
əsasən, bulud, toz və bu kimi vaxtın daxil olmasına yəqinlik hasil etməyə
mane olan ümumi maneələr olarsa, hökm eynidir.
Məsələ 727: Əgər insana, qeyd edilən yollardan biri ilə namaz vaxtının
daxil olduğu sübut olaraq namaza başlasa, sonra namaz əsnasında vaxtın
hələ daxil olmadığını anlasa, namazı batildir. Əgər namazdan sonra bütün
namazı vaxtından əvvəl qıldığını bilərsə, hökm eynidir. Amma namaz əsna-
sında vaxtın daxil olduğunu anlasa və ya namazdan sonra namazda ikən vax-
tın daxil olduğunu bilərsə, namazı düzgündür.
Məsələ 728: Əgər insan namaz vaxtının daxil olduğunu yəqin etməklə
namaza başlamalı olduğunu bilmədən namaz qılmasa, namazdan sonra bütün
namazı vaxtında qıldığını anlasa, namazı düzgündür. Əgər namazı vaxtından
əvvəl qıldığını anlasa yaxud vaxtında və ya vaxtından əvvəl qıldığını bilmə-
sə, namazı batildir. Hətta namazdan sonra vaxtın daxil olduğunu anlasa belə,
həmin namazı yenidən qılmalıdır.
Məsələ 729: Vaxtın daxil olduğuna əmin
olaraq namaza başlayarsa və
namaz əsnasında vaxtın daxil olub-olmadığına şəkk edərsə, namazı batildir.
Amma namazda ikən vaxtın daxil olduğuna əmin olsa, lakin namazdan indi-
yə qədər qıldığı qismin vaxt daxilində qılıb-qılmadığına şəkk edərsə, namazı
düzgündür.
Məsələ 730: Əgər namazın vaxtı çox dar olsa və namazın müstəhəb əməl-
lərindən bəzisini əmələ gətirdikdə, onun bir hissəsi vaxtdan sonra qılınacaqsa,
həmin müstəhəb işi icra etməməlidir. Məsələn, əgər qunutu deməklə namazın
hissəsi vaxtdan sonra qılınacaqsa, qunutu deməməlidir. Əgər deyərsə, namaz o
vaxt düzgün olar ki, ən azı bir rükəti vaxt daxilində qılınmış olsun.
Məsələ 731: Bir rükət miqdarında namaz qılmağa vaxtı olan şəxs namazı əda
niyyəti ilə qılmalıdır. Amma bilərəkdən namazı bu qədər təxirə salmamalıdır.
Məsələ 732: Əgər müsafir olmayan şəxsin gün batana qədər beş rükət
namaz qılmağa vaxtı vardırsa, zöhr və əsr namazlarının hər ikisini tərtiblə
qılmalıdır. Əgər ondan az vaxtı vardırsa, əvvəlcə əsr namazını qılmalı və
sonra zöhr namazını qəza etməlidir. Habelə əgər gecə yarısına qədər beş rü-
kət qılmağa vaxtı vardırsa, şam və xiftən namazlarını tərtiblə qılmalıdır.
Əgər vaxtı ondan azdırsa, öncə xiftən namazını, sonra isə şam namazını əda
və qəza niyyəti olmadan qılmalıdır.
Məsələ 733: Əgər müsafir olan şəxsin gün batana qədər üç rükət namaz
qılmağa vaxtı vardırsa, zöhr və əsr namazını tərtiblə qılmalıdır. Əgər ondan
az vaxtı vardırsa, öncə əsr namazını qılmalı və sonra zöhr namazını qəza