Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə43/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   39   40   41   42   43   44   45   46   ...   181

 

103


etməlidir. Əgər gecə yarısına qədər dörd rükət namaz qıla biləcək qədər vaxtı 

vardırsa, şam və xiftən namazını tərtiblə qılmalıdır. Əgər üç rükət namaz qıla 

biləcək qədər vaxtı vardırsa, əvvəlcə xiftən namazını, sonra da əda və qəza 

niyyəti etmədən şam namazını qılmalıdır. Amma xiftən namazını qıldıqdan 

sonra gecə yarısına bir rükət qıla biləcək qədər və ya daha çox vaxt qaldığı 

məlum olarsa, dərhal şam namazını əda niyyəti ilə qılmalıdır. 



Məsələ 734: Namazı vaxtın əvvəlində qılmaq müstəhəbdir və bu haqda 

çox tövsiyə edilmişdir. Namaz vaxtın  əvvəlinə  nə  qədər yaxın qılınsa, o 

qədər yaxşıdır; bu şərtlə ki, onu təxirə salmaq başqa bir cəhətdən daha yaxşı 

olsun. Məsələn, fəzilət vaxtının keçməməsi şərti ilə namazı camaatla qılmaq 

üçün bir az gözləmək kimi bir səbəb üzündən gecikdirsin. 

Məsələ 735: Əgər insanın bir üzrü olub vaxtın əvvəlində namaz qılmaq 

istədiyi təqdirdə  təyəmmümlə namazı  qılmağa məcburdursa, üzrün vaxtın 

sonuna qədər qalacağına ehtimal verərsə və ya onun aradan qaldırılmasından 

ümidini üzərsə, vaxtın  əvvəlində  təyəmmüm edib namaz qıla bilər. Amma 

üzrünün aradan qalxmasından ümidini üzməmişsə, üzrü aradan gedənə qədər 

və ya ümidini üzənə qədər gözləməlidir. Əgər üzrü aradan qalxmasa, vaxtın 

sonunda namaz qılmalıdır. Namazın yalnız vacib əməllərini icra edə biləcək 

qədər gözləməsi lazım deyil. Azan, iqamə və qunut kimi namazın müstəhəb 

əməllərini yerinə yetirə biləcək qədər vaxtı varsa, təyəmmüm edib namazını 

müstəhəb əməlləri ilə birgə qıla bilər. Lakin təyəmmümdən başqa digər üzr-

lərdə üzrünün aradan qalxmasından ümidini üzməsə belə, namazı vaxtın əv-

vəlində  qılması caizdir; amma vaxt sona çatmamışdan  əvvəl üzrü aradan 

qalxsa, həmin namazı yenidən qılmalıdır. 

Məsələ 736: Namaz hökmlərini bilməyən yaxud onları öyrənmədən na-

mazı düzgün şəkildə icra edə bilməyən və yaxud namazdakı şəkk və səhvlər-

lə bağlı hökmləri bilməyən şəxs namaz qıldığı vaxt bunlardan biri ilə qarşıla-

şacağına və hökmü öyrənmədiyi üzündən vacib bir hökmü tərk edəcəyinə və 

ya haram işə qurşanacağına ehtimal verərsə, onları öyrənmək üçün namazı 

vaxtın əvvəlindən təxirə salmalıdır. Amma namazı düzgün şəkildə yerinə ye-

tirmək ümidilə namaza vaxtın əvvəlində başlayarsa, bu halda hökmünü bil-

mədiyi bir məsələ ilə qarşılaşmazsa, namazı düzgündür. Əgər hökmünü bil-

mədiyi bir məsələ ortaya çıxarsa, vəzifəsi olma ümidi ilə ehtimal verdiyi iki 

tərəfdən birinə əməl edərək namazını tamamlaya bilər; amma namazdan son-

ra məsələni soruşmalı, əgər batil imişsə, yenidən qılmalı, əgər düzgün imiş-

sə, yenidən qılması lazım deyil. 



Məsələ 737: Namaz vaxtının geniş olduğu bir vaxtda borc sahibi öz bor-

cunu (namaz qılan  şəxsdən) istəyərsə, mümkün olduğu təqdirdə, öncə öz 

borcunu verməli, sonra namaz qılmalıdır. Həmçinin dərhal yerinə yetirməli 

olan ayrı bir vacib əməllə qarşılaşarsa, məsələn, məscidin nəcis olduğunu 

görərsə, öncə məscidi pak etməli və sonra namaz qılmalıdır. Hər iki təqdirdə 

də, əgər öncə namaz qılarsa, günah etmiş olsa belə, namazı düzgündür. 




 

104


Tərtiblə qılınan namazlar 

Məsələ 738: İnsan əsr namazını zöhr namazından sonra və xiftən namazı-

nı  şam namazından sonra qılmalıdır.  Əgər bilərəkdən  əsr namazını zöhr 

namazından və yaxud xiftən namazını şam namazından əvvəl qılarsa, namazı 

batildir. 



Məsələ 739: Əgər bir şəxs zöhr namazı niyyəti ilə namaza başlasa və na-

maz əsnasında zöhr namazını qıldığını anlasa, niyyətini əsr namazına çevirə 

bilməz. Əksinə, namazı pozub əsr namazını qılmalıdır. Şam və xiftən namaz-

larında da hökm eynidir. 



Məsələ 740: Əgər bir şəxs əsr namazında ikən zöhr namazını qılmadığı-

nı  yəqin etsə  və niyyətini zöhr namazına çevirdikdən sonra zöhr namazını 

qıldığını xatırlayarsa, niyyəti  əsr namazına çevirib namazı tamamlaya bilər 

və əgər namazın bəzi qisimlərini zöhr niyyəti ilə yerinə yetirməyibsə yaxud 

əgər yerinə yetiribsə də, onları əsr namazı niyyəti ilə yerinə yetiribsə, namazı 

tamamlaya bilər. Amma həmin qisim (zöhr niyyəti ilə yerinə yetirdiyi qisim) 

rükətdirsə, hər halda namazı batildir. Həmçinin rüku və yaxud bir rükətin iki 

səcdədirsə, vacib ehtiyata əsasən, namazı batildir. 



Məsələ 741: Əsr namazında ikən zöhr namazını qılıb-qılmadığına şəkk 

edərsə, həmin namazı əsr niyyəti ilə tamamlamalı, sonra zöhr namazını qıl-

malıdır. Amma vaxt çox olsa və namazın tamamlanmasından sonra günəş 

batacaqsa və bir rükət namaz qıla biləcək miqdarda belə vaxt qalmazsa, zöhr 

namazını qəza etməsi lazım deyildir. 

Məsələ 742: Xiftən namazında ikən  şam namazını  qılıb-qılmadığına 

şəkk edərsə, xiftən niyyəti ilə namazı tamamlamalı, sonra da şam namazını 

qılmalıdır. Amma vaxtın az olduğu üçün namazın tamamlanmasından sonra 

gecə yarısı olacaqsa və bir rükət namaz qılacaq miqdarda belə vaxt qalmaz-

sa, şam namazını qəza etməsi lazım deyildir. 

Məsələ 743: Əgər xiftən namazında dördüncü rükətin rukusuna çatdıqdan 

sonra  şam namazını  qılıb-qılmadığına  şəkk edərsə, namazını tamamlamalıdır. 

Əgər sonradan şam namazı üçün vaxt qalsa, şam namazını da qılmalıdır. 

Məsələ 744: Əgər insan qıldığı namazı ehtiyat üzündən ikinci dəfə qılsa 

və namaz əsnasında yadına düşsə ki, qıldığı namazdan əvvəl qılmalı olduğu 

namazı  qılmamışdır, niyyətini həmin namaza çevirə bilməz. Məsələn,  əgər 

əsr namazını ehtiyat üzündən qıldığı vaxt zöhr namazını  qılmadığı yadına 

düşsə, niyyətini zöhr namazına çevirə bilməz. 

Məsələ 745: Niyyəti qəza namazından əda namazına və müstəhəb nama-

zından vacib namaza çevirmək olmaz. 



Məsələ 746: Əgər əda namazının vaxtı geniş olsa, insan namaz əsnasın-

da onun boynunda qəza namazı olduğu yadına düşərsə, niyyəti qəza namazı-

na çevirə bilər. Amma niyyəti qəza namazına çevirməsi mümkün olmalıdır. 

Məsələn, zöhr namazını  qılarkən üçüncü rükətin rukusuna çatmamışdırsa, 

niyyəti sübh namazının qəzasına çevirə bilər. 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə