_____________Milli Kitabxana_____________
18
nəzəri olaraq həll etmək – onu təkcə müəyyən xüsusi hal üçün deyil, bütün eyni
cinsli hallar üçün həll etməkdir; 3) Çıxarış prosesi və ya deduksiya. İsbatlar yolu
ilə aparılan bu ümumiləşdirməyə, bəzən səhv olaraq tam və ya bitmiş induksiya
deyilir, çünki belə çıxarılışda xüsusidən ümumiyə keçmək vardır. Əslində isə bir
müddəadan digəri isbat yolu ilə alınırsa bu deduksiyadır. Belə nəzəri çıxarış
ümumidən xüsusiyə və tərsinə qarşılıqlı keçid zamanı olur.
S.L.Rubinşteyn empirik və nəzəri ümumiləşdirməni təfəkkürün müxtəlif
səviyyələrinin (əyani, mücərrəd, nəzəri) əsası kimi fərqləndirir. Birincisi müqayisə
və oxşarlığın; şeylərdə xaricən eyniliyin ayrılması nəticəsidir. Bu hətta həmin
sözün məxsusi mənasında mücərrədləşdirmə vermir. İkincisi – başlanğıc hissi
verilənlərin, onların mahiyyətini müəyyənləşdirmək və ayırmaq məqsədi ilə
çevrilməsi ilə əlaqədar xüsusi analiz və mücərrədləşmənin nəticəsidir. O, idrak
nəzəriyyəsində xüsusi və ümuminin münasibətinə əsas məsələ kimi baxır. Anlayışa
tətbiqdə bu belə izah edilir: “Əsl anlayışın ümumiliyi üçün ümumi, xüsusi və təkcə
birlikdə götürülməli və burada mühüm olanın açılması zəruridir. Ümumi cəhətlərin
ayrılması ilə əmələ gələn ümumi təsəvvürlər əlamətlərin yalnız xarici
məcmusudur, əsl anlayışda isə onlar qarşılıqlı əlaqədə və keçidlərdə götürülür”
[179(4)]. O, göstərir ki, təkcə anlayışlar deyil, habelə obrazlar, hətta təfəkkürün ən
yüksək səviyyəsində iştirak edir. Belə vahid təfəkkürdə “anlayışlar və obrazlar –
təsəvvürlər kəsilməz birlikdə verilir”. Bu vahidlik ümumi (anlayışlar) və təkcənin
(təsəvvürün) vahidliyi kimi çıxış edir. Onun fikrincə əqlin əsas əlaməti
ümumiyyətlə mühümü müəyyən etmək qabiliyyətidir. Lakin “mühüm” nəzəri
ümumiləşməyə gətirən analiz və mücərrədləşdirmə ilə müəyyən edilir. Əslində
bunlar “ümumiyyətlə əqlin əsas əlamətləridir”
S.L.Rubinşteyn və onun əməkdaşlarının (İ.M.Jukova, K.A.Slavyanova,
A.V.Bruşlinski, A.M.Matyuşkin, N.T.Frolova və b.) məsələ həlli ilə əlaqədar
maraqları fikirləri vardır.
Məsələn, Slavyanova bir həndəsə məsələsinin şərtlərini (köməkçi) müəyyən
münasibətdə onunla bircinsli olan digər məsələnin (əsas) şərtlərinə köçürməni, iki
qrup şagirdlər üzərində eksperiment aparmaqla, araşdırır.
_____________Milli Kitabxana_____________
19
Yoxlanılan qruplardan birinə əsas məsələnin təhlilindən əvvəlki mərhələdə,
ikinciyə isə sonra köməkçi məsələ təqdim edilir. Bu təcrübə əsasında müqayisə və
analiz-mücərrədləşdirmə yolu ilə “yerindəcə” ümumiləşdirmənin mahiyyəti,
onlardan hansının daha səmərəli olması göstərilir.
Beləliklə, məsələ həlinin ümumiləşdirilməsi iki yolla baş verə bilər: empirik
və nəzəri. Bunlardan birincisi iki (və daha çox) məsələ həllinin geniş müqayisəsi
ilə yerinə yetirilir. İkincisi yalnız bir məsələnin analizi ilə olur. S.L.Rubinşteynə
görə ikinci növ ümumiləşdirmə, məsələnin təhlili dərəcəsindən asılı funksiya kimi,
birincinin özünəməxsus davamıdır: analizin başlanğıc mərhələsi elementar ümumi-
ləşmə verir, sonuncu mərhələ isə nəzəri xarakterli ümumiləşməyə gətirir. Lakin
onun ümumiləşmə növlərinin münasibəti ilə əlaqədar olan mövqeyində müəyyən
ziddiyyət vardır. Belə ki, bir tərəfdən analiz hər şeydən əvvəl mühümlərin
mücərrədləşdirilməsi ilə əlaqələndirilir və qeyd edilir ki, nə isə ümumi olduğu
üçün mühüm deyil, lakin mühüm olduğu üçün ümumidir.
Beləliklə, analiz prosesində mühüm ayrılır və artıq bunun əsasında ümumi,
oxşarlar müəyyən edilir. Digər tərəfdən o, analizin özünü mühümə daxil olmada
pillə kimi ümumini ayırmağa gətirən xüsusi başlanğıc mərhələ hesab edir. Məncə
bu iki müddəa bir-birinə ziddir.
V.A.Krutetskinin tədqiqatlarında [120] müəyyən edilmişdir ki, şagirdlərin
əksəriyyəti riyazi məsələnin həllini yalnız tədricən və uzun müqayisələr yolu ilə
ümumiləşdirirlər. Onların az bir hissəsi bir məsələnin təhlili ilə ümumiləşmiş həlli
tapırlar və sonra dərhal “yerindəcə” hər hansı sinfin bütün məsələlərinə tətbiq
edirlər. S.L.Rubinşteyinin göstərdiyi iki növ ümumiləşdirmənin xüsusiyyətləri
V.A.Krutetski və başqa psixoloqların işlərindəki iki növ ümumiləşdirmənin təsviri
ilə eynidir. Odur ki, belə nəticə çıxarmaq olar ki, S.L.Rubinşteyin və onun
əməkdaşlarının tədqiqatlarında olduğu kimi bu işlərdə də şagirdlərin fikri fəaliyyə-
tində empirik və nəzəri ümumiləşdirmələrin fərqi, bunların yerinə yetirilməsinin
müxtəlif yolları və vasitələri, onların reallaşdırılması, habelə idrakı faydalılığı
eksperiment yolu ilə müəyyən edilmişdir. Bəzi hallarda ümumiləşdirmənin empirik
və nəzəri növlərinin mənbəyi və imkanları onların əsl təbiətindən uzaq şərh edilir.
_____________Milli Kitabxana_____________
20
Məsələn, V.A.Krutetski ümumiləşdirmənin növlərini “empirik” və “nəzəri” kimi
qiymətləndirmir. Xüsusən o, nəzəri təfəkkürün xarakterik xüsusiyyətlərinə baxmır.
Onun fikrincə belə ümumiləşdirmə qabiliyyətinə malik olmaq yalnız bəzi
insanların beyninin anadangəlmə əsəb-fizioloji prosesləri ilə əlaqədardır, fitri
xarakter daşıyır və bu riyazi asılılıqları mənimsəməyə uyğundur. Buradan belə
çıxır ki, beynin quruluşundan asılı olaraq heç də bütün insanlar riyaziyyatı öyrənə
bilməz və müvafiq ümumiləşdirmələr aparmaq qabiliyyətinə malik deyil. Bununla
mənimsəmə vasitəsi və norması fərdlərlə müəyyən edilən nəzəri təfəkkürün tarixən
yaranmış təbiəti və insanların nəzəri ümümiləşdirmə apara bilmək qabiliyyəti inkar
edilir.
S.L.Rubinşteynin işlərində anlayışların məsələ həlli prosesində rolunun
müxtəlif cəhətləri işıqlandırılır. Ümumiləşdirmə ilə əlaqədar onun aşağıdakı
fikirləri daha maraqlıdır: 1) Müasir insanın “ağlının” xaratkerik xüsusiyyəti
şeylərin mahiyyətini, bu mahiyyət haqqında anlayışlar əsasında müxtəlif
hadisələrin sonrakı izahı zamanı müəyyənləşdirməkdir (nəzəri təfəkkürün üsulu
kimi mücərrəddən konkretə keçmək); 2) empirik və nəzəri təfəkkürün fərqi
ümumiləşdirmələrin yerinə yetirilməsinin yolları və vasitələrinin fərqi ilə müəyyən
edilir; 3) nəzəri ümumiləşdirmənin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, analiz və
şeylərin mühüm xassələrinin mücərrədləşdirilməsi vasitəsi ilə yerinə yetirilir (bu
bir məsələ üzərində işlənilmiş sonra isə “yerindəcə” hər hansı sinfin bütün
məsələlərinə köçürülən ümumiləşdirmənin əsasını təşkil edir); 4) əqli əməliyyatlar
(analiz, sintez, ümumiləşmə, xüsusiləşmə və s.) subyektin obyektlə fəaliyyətinin
forma və üsullarını açmalıdır.
Fikrimizcə bu müddəalar təfəkkürün empirik nəzəriyyəsinin şagirdlərin
tədris fəaliyyətinin psixoloji əsaslarını işləməyə mane olan nəticələrini aradan
qaldırmaq üçün şərait yaradır, təlimi ümumiləşdirmənin empirik nəzəriyyəsindən
azad etməyin yolunu göstərir.
İsveç psixoloqu Jan Piaje əqlin inkişaf nəzəriyyəsini hərtərəfli tədqiq
etmişdir [173]. Bu nəzəriyyənin mərkəzi məsələlərindən biri subyektin apardığı
əməliyyatın, onun təfəkkürünün inkişafında rolunun dəqiq göstərilməsidir. O,
Dostları ilə paylaş: |