_____________Milli Kitabxana_____________
21
şagirdlərdə əqlin yaranmasının qanunauyğunluqlarını, anlayışların formalaş-
dırılması yollarını, idrakda subyekt və obyektin real, praktik olaraq qarşılıqlı
əlaqəsinə əsasən izah edir. Onun fikrincə təfəkkürün operator strukturu müasir
riyaziyyatın N.Burbakinin əsərlərində göstərilən üç əsas strukturlarına (cəbri, tərtib,
topoloji və bunlardan alınan strukturlar) uyğundur; anlayışların qavrayışa nisbətən
məzmunu daha genişdir. Məsələn, proyeksiya anlayışına bilavasitə qavrayışdan
kənar iki növ xassə daxildir: a) qarışıq obyektlərin görünən dəyişmə səbəblərini
açmağa imkan verən müxtəlif nöqteyi nəzərlərin koordinatlaşdırılması; b) obyektin
yalnız sonrakı dəyişikliyində olan formasını əvvəlcədən görmək imkanı.
Piajeyə görə real idrak strukturları daha adekvat olaraq riyazi məntiq
vasitələrinin köməyi ilə tədqiq etmək olar. İnvariantların idrakda xüsusi rolu vardır,
onun şərhinin daha güclü aparatı riyaziyyatda olduğundan bu nəzəriyyə, xüsusi
halda, qruplar nəzəriyyəsi, fikri fəaliyyətin təsviri və təhlili vasitəsidir. İnvariantlar
ümumi kimi – bu obyekt və münasibətlərdə, onların spesifik çevrilməsi yolu ilə,
ayrılan mücərrəd-formal əməliyyatdır. J.Piajeni ümumi, məsələn neyron (əsəb
hüceyrəsi) şəbəkəsi və forma intelekt məntiqi-riyazi strukturlar maraqlandırır.
Onun əsasən riyazi məntiq aparatından istifadə etməsi təfəkkürün xüsusiyyətlərinə
tamamilə birtərəfli baxmağa gətirmişdir. Həqiqətən də J.Piaje hətta daha yuxarı
yaşlarda formalaşan elmi-nəzəri təfəkkürə toxunmur, lakin formal intelekt
səviyyədə tədqiqatla kifayətlənir. Onun nəzəriyyəsində əməllərdən əməliyyata
keçməyin əsasları kifayət qədər açılmamışdır, ədəd anlayışına üzərində əməliyyat
aparılan obyekt kimi baxılmır.
V.A.Krutetskinin tədqiqatlarının nəticələrini verdiyi və məktəblilərin riyazi
qabiliyyətlərinin psixologiyasına aid çoxlu sayda materialları qiymətləndirdiyi
əsəri [120] əsasən psixoloqlara ünvanlanmasına baxmayaraq riyaziyyat müəllimləri,
metodistlər və pedaqoqlar üçün də olduqca maraqlıdır. Burada qabiliyyətli, az
qabiliyyətli və qabiliyyətsiz şagirdlərin əqli fəaliyyətləri ətraflı təhlil edilərək,
onlarda riyazi mədəniyyətin yüksəldilməsinin bəzi yolları göstərilir. Şagirdlərdə
ümumiləşdirmə qabiliyyətinin inkişaf etdirilməsinin zəruriliyinə xüsusi əhəmiyyət
verilir. Göstərilir ki, qabiliyyətli şagirdlər onlara təklif edilmiş məsələləri ümumi
_____________Milli Kitabxana_____________
22
üsullarla, az qabiliyyətli və qabiliyyətsizlər isə təklif olunan çalışmaları ya həll edə
bilmirlər yaxud konkretliyə daha çox əsaslanırlar. Ümumiyyətlə bu kitabda
şagirdlərin qabiliyyətlərini, meyllərini nəzərə alaraq onların idrak fəaliyyətlərinin,
o cümlədən ümumiləşdirmə və xüsusiləşdirmə qabiliyyətlərinin inkişaf etdirilməsi
üçün faydalı məsləhətlər vardır.
L.M.Fridman [202(1)]-də məsələlərin nəzəri təhlilini verir. Bu təhlil məntiqi,
psixoloji və didaktik cəhətdən aparılır. Məsələlərə problemli vəziyyətin işarə
modeli kimi baxılır, onun tərkibi hissələri və quruluşu təhlil edilir, bunun üçün
onların modeləşdirilməsinin xüsusi formaları daxil edilir. Məsələləri təsnifata
ayırmaq üçün, onların quruluşundan əlavə məntiqi doğruluq, müəyyənlik dərəcəsi,
ümumilik səviyyəsi və qoyuluşun tamlığı əsas parametrlər götürülür. Məsələlərin
sistemli-quruluş təhlili, onların əsas parametrləri və növləri, şagirdlərin bu əsas
fəaliyyətlərinin, idrak və süjet məsələlərinin təhlilinə həsr edilmiş bu kitabda
təfəkkürün, o cümlədən onun əməliyyatlarının inkişaf etdirilməsinə baxılır.
L.M.Fridmanın digər kitabında [ 202(2)] isə riyaziyyatın tədrisi zamanı şagirdlərdə
tam əsaslandırmanın formalaşdırılmasına, pedaqoji psixologiyanın əsas nəaliyyət-
lərinə xüsusi diqqət verilir. O, riyaziyyatın ümumtəhsil kursunun məzmununun və
quruluşunun psixoloji – pedaqoji təhlilini verir, tədris prosesində riyazi təfəkkürün
inkişaf etdirilməsi yollarını göstərir, təlimə bu prosesin obyekti və subyekti kimi
baxaraq şagird və müəllim fəaliyyətini araşdırır, riyaziyyatın təlimi prosesinin
təşkili formalarına baxır, məsələ həlli zamanı şagirdlərdə vərdiş və bacarıqların
formalaşdırılmasının ümumi şərtlərini şərh edir.
V.V.Davıdov [102(1)] –də təlimdə ümumiləşdirmənin psixoloji-didaktik və
məntiqi əsaslarından, təfəkkür nəzəriyyəsinin əsas müddəalarından, psixoloji-
didaktik problemlərin həllində nəzəri ümumiləşdirmə konsepsiyasının reallaşdırıl-
masından bəhs edir, ümumiləşdirmənin tədris fənləri proqramlarının qurulmasında
əsas götürülməsi tövsiyə olunur. Tədrisdə empirik təfəkkürə nisbətən nəzəri
təfəkkürə üstünlük verilməsi bu vəsaitdə əsaslandırılır.
Ə.Bayramov şagirdlərdə əqli keyfiyyətlərin və təfəkkürün inkişaf etdirilməsi,
sosial psixoloji problemlərlə əlaqədar ətraflı tədqiqat işləri aparmışdır. O, belə
_____________Milli Kitabxana_____________
23
hesab edir ki, ümumiləşdirmə üçün ən başlıca şərt öyrənilən cisim və hadisələr
arasındakı mövcud olan mühüm əlamətləri eləcə də ümumi cəhətləri
müəyyənləşdirməkdir [8]. Müəllif təlimin müxtəlif mərhələlərində əqli keyfiyyətin
mühüm bir növü kimi ümumiləşdirmənin mahiyyəti və onun şagirdlərdə inkişaf
etdirməyin zəruriliyinə diqqəti cəlb edir.
“Psixi hadisələr fəaliyyətin indi təsir edən (duyğu, qavrayış) və ya haçansa,
yəni keçmiş təcrübədə olmuş (hafizə) qıcıqlara cavab kimi meydana çıxan, bu
təsirləri ümumiləşdirən və onların verəcəyi məlumatı qabaqcadan görən (təfəkkür,
təxəyyül), fəaliyyəti gücləndirən və ya zəiflədən, ümumiyyətlə onu qıcığın təsiri ilə
fəallaşdıran və digər qıcıqların təsiri ilə ləngidən (hisslər, iradə), insanların
davranışında fərqləri biruzə verən (temperament, xarakter və i.a) daimi
tənzimləyicidir”. Bu sözləri A.V.Petrovskinin redaktorluğu ilə yazılmış kitabda [49,
s 18] oxuyuruq. Sonra insan şüurunun bizi əhatə edən aləm haqqında biliklərin
məcmusundan ibarət olması, şüurun strukturuna ən mühüm idrak proseslərinin
(duyğu, qavrayış, hafizə, təxəyyül və təfəkkür) aid edildiyi, bu proseslərin hər
birinin əsas xüsusiyyətləri göstərilir. Beyinə təsir edən qıcıqlayıcıların bilavasitə
inikası zamanı duyğu və qavrayışların köməyilə şüurda dünyanın, bu məqamda
insan onu necə, elə o şəkildə də hissi mənzərəsi yaranır. Hafizə şüurda keçmişin
surətlərini yenidən canlandırmaq, təxəyyyül təlabat obyekti olan, lakin indiki
zamanda mövcud olmayan cisimlərin obrazlı modelini yaratmaq imkanı verir.
Təfəkkür ümumiləşmiş biliklərdən istifadə etmək yolu ilə məsələ həllini təmin edir.
Göründüyü kimi göstərilən (psixi) idrak proseslərindən hər biri riyaziyyatın şüurlu
surətdə mənimsənilməsində iştirak edir. Şagirdlərdə nəzəri təfəkkürün lazımi
səviyyədə inkişaf etdirilməsi üçün psixologiya, pedaqogika, məntiq və riyaziyyatın
tədrisi metodikasının əlaqələndirilməsi, onların yaxınlaşdırılmasının lazım gəldiyi
[49] –da qeyd olunur. Burada haqlı olaraq psixologiyanın vəzifəsinin çox vaxt artıq
yaranmış və möhkəmlənmiş pedaqoji priyom və müddəaları “psixoloji cəhətdən
əsaslandırmaq”, onları yaxınlaşdırmaq, təkmilləşdirməkdən ibarət olması,
pedaqogikanın isə çox vaxt mahiyyət etibarı ilə ehkam kimi başa düşülən bəzi
“psixoloji düsturlardan” (kiçik məktəbli təfəkkürünün guya mücərrədlikdən
Dostları ilə paylaş: |