_____________Milli Kitabxana_____________
30
abstraktın və bu kimi əksiliklərin vəhdətinin inikas olunmasından ətraflı bəhs
edilir. Burada riyaziyyatın tədrisi metodikasında, xüsusən bu fənnin tədrisində
ümumiləşdirmə problemində geniş tətbiq edilə bilən məsələlər əhatə olunur.
Pedaqogika öyrədir ki [37]: 1) Psixoloji kateqoriya kimi münasibətlər
şəxsiyyətin ən ümumi (inteqral) mövqeyi tək izah olunur; 2) tərbiyə prosesinin
mürəkkəbliyi tələb edir ki, onun məqsədyönlü təşkili hər bir məktəbin və hər bir
tərbiyəçinin riayət etdiyi vahid ümumi prinsiplər əsasında həyata keçirilsin; 3)
dünyagörüşü – ictimai şüurun əsas formalarını (fəlsəfə, elm, əxlaq, estetika) əks
etdirən və şəxsiyyətin ətraf gerçəkliyə münasibətini müəyyən edən baxış və
əqidələrin ümumiləşmiş sistemidir; 4) artıq kiçik yaşlı məktəblilər onları əhatə
edən aləmin əşya və hadisələrini müşahidə edirlər, onların oxşar və fərqli
cəhətlərini tapırlar, baş verən proseslərin səciyyəvi əlamətlərini müəyyən edirlər,
müstəqil ümumiləşdirmələr etməyə hazırlaşırlar; 5) fənn dərnəklərində nəinki
məktəb proqramlarının hüdudları genişlənir, həm də bilik qazanmaq metodikası
mürəkkəbləşir. İştirakçıların əksəriyyətinin möhkəm idrak marağı, elmə həvəsi
müəllimlərə imkan verir ki, onların qarşısında mürəkkəb problemlər qoysunlar,
yüksək çətinlikdə məsələlər təklif etsinlər, müstəqil nəzəri ümumiləşdirmələrə
hazırlaşsınlar; 6) müasir məktəbdə təhsilin məzmununu müəyyən edən çox mühüm
amil elmi-texniki və mədəni inqilabdır. Bu inqilabın əsas xüsusiyyətləri isə
bunlardır: a) elmi və mədəni məlumatın həcmi ildən - ilə artır. Belə bir şəraitdə
təbiət, insan, cəmiyyət haqqında biliklərin əsasını təşkil edən sanballı
nəzəriyyələrin, anlayışların, faktların elmi cəhətdən əsaslandırılmış bir surətdə
seçilməsi birinci dərəcəli əhəmiyyət kəsb edir; b) elmdə əhatəlilik və ya
ümumiləşdirmə prosesi güclənir. Elmin müxtəlif sahələrində dərketmənin eyni
xarakterli yanaşmanı müəyyənləşdirməyə imkan verən elmi konsepsiyalar,
nəzəriyyə və sistemlər yaranır. Riyaziyyatda inteqral hesabı, siyasi iqtisadda əmək
bölgüsü, iqtisadi inteqrasiya kimi ümumi anlayışlar buna misal ola bilir. Deməli,
elmin müasir inkişaf səviyyəsi birinci növbədə onun nəzəri əsaslarını,
ümumiləşdirilmiş anlayış və kateqoriyalarını mənimsəməyi tələb edir; 7) istehsalat,
idarəetmə, xidmət, mədəniyyət sahəsində elmi biliklərin tətbiqi əhəmiyyətli dərə-
_____________Milli Kitabxana_____________
31
cədə genişlənir. Elmi-texniki tərəqqinin nəzəri əsasını təşkil edən riyaziyyat, fizika,
kimya, kibernetika və biologiyanın rolu xüsusilə artır; 8) hazırki yeniyetmələrin
abstraktı təfəkkür səviyyəsi onları, müasir sanballı ideyaları ilə, məsələn riyaziy-
yatda çoxluqlar, fizikada atom-molekulyar, biologiyada təkamül nəzəriyyələri ilə
tanış etməyə imkan verir.
Pedaqogikada təlimin mahiyyəti, prinsipləri, üsulları və onun təşkilat
formaları ümumiləşdirmə əməliyyatı ilə daha çox əlaqədardır: 1) müsahibə üsulu
şagirdlərin nəticə çıxarmaq, ümumiləşdirmələr etmək işində fəallıq göstərmək
üçün imkan yaradır. Müsahibədə müəllim müqayisə, ümumiləşdirmə, sistem-
ləşdirmə əməliyyatlarını xüsusi olaraq təhlil edə bilər, bu əməliyyatların
əhəmiyyətini, nəticəsini müəyyənləşdirə bilər; 2) evristik müsahibə axtarış
fəaliyyətinin tərkibinə daxil olan bütün ünsürlərə (problemli şərait yaratmaq,
məsələni ifadə etmək, mülahizə irəli sürmək, mülahizəni əsaslandırmaq, onu
yoxlamaq, alınmış biliyi sistemə salıb ümumiləşdirmək) malikdir; bu prosesdə
müəllim faktları təhlil etməyi, onları ümumiləşdirməyi, müqayisə etməyi şagirdlərə
öyrədir. 3) bacarıqların ümumiləşdirlməsinə nail olmaq üçün şagirdlər tərəfindən
görülən işləri müxtəlifləşdirmək lazımdır; 4) şagirdlərin müstəqilliyi inkişaf
etdikcə dərsin xırda mərhələləri də azalır, dərsə daha mürəkkəb məsələlər daxil
edilir, biliyin əldə edilməsi ilə onun axtarış prosesində tətbiq olunması arasında
qarşılıqlı əlaqə get-gedə güclənir. Bu məqsədlə yuxarı siniflərdə ümumiləşdirici
məşğələlər keçirmək məsləhət bilinir.
Ə.Seyidovun müxtəlif illərdə yazdığı “XX əsr Azərbaycanda pedaqoji fikrin
görkəmli nümayəndələri”, M.Mehdizadənin “Azərbaycan Sovet məktəbinin
tarixinə dair oçerklər”, “Azərbaycanda məktəb təhsili yeni yüksəlişdə”,
“Azərbaycan xalq maarifinin sürətli inkişafı”, M.Ə.Muradxanovun “Nizaminin
pedaqoji fikirləri” adında kitabları, dərslikləri və dərs vəsaitləri fənlərin, o
cümlədən riyaziyyatın tədrisi keyfiyyətinin yüksəldilməsinə xeyli təsir etmişdir.
H.M.Əhmədov “XIX əsrdə Azərbaycanda xalq təhsili və məktəbin ümumi
vəziyyəti” [10] əsərində ətraflı tədqiq edilmişdir ki, bu da həmin əsrin ayrı-ayrı
illərində fənlərin, o cümlədən riyaziyyatın tədrisi keyfiyyəti ilə əlaqədar müəyyən
_____________Milli Kitabxana_____________
32
nəticələr çıxarmağa imkan verir. N.Kazımovun “Ali məktəb pedaqogikası”,
“Məktəbdə müqayisə üzərində işin nəzəriyyəsi və təcrübəsi”, Ə.Ağayevin
“F.Ağazadənin pedaqoji görüşləri”, Ə.Həşimovun “Xalq pedaqogikası”, Ə.Paşayev
və F.Rüstəmovun “Pedaqogika” kitabları da məktəbdə təlim-tərbiyə işinin
keyfiyyətinin yüksəldilməsində öz rolunu oynamışdır. N.M.Kazımov müqayisə
priyomu ilə əlaqədar tədqiqatlarında [19]:
1) ümumi cəhətləri tapmadan dərk etməyin mümkün olmadığını, şagirdlərin
müqayisənin nəticəsini ümumiləşdirmənin hər hansı formasında ifadə etməsini,
əqli fəaliyyətdə oxşarlığa və fərqə görə yaranan assosiasiyaların nəhəng ideyalar,
ümumiləşdirmələr və kəşflər üçün rolunu, elmi-tədqiqat metodlarının tədrisdə
yerini və əhəmiyyətini, idrak prosesinin inkişaf etdirilməsinin yollarını pedaqoji
fikir tarixi fonunda əsaslandırır. 2) K.D.Uşinskinin müqayisə priyomuna
əsaslanaraq P.M.Erdniyevin [212] və L.N.Landanın [132] işlərində müqayisə və
ümumiləşdirmənin qoyuluşuna münasibətini bildirir; 3) şagirdlərin əldə etdiyi
bilikləri sistemləşdirmək və ümumiləşdirməkdə müqayisə priyomunun imkanlarını
göstərir; tərif, təsnifetmə, məhdudlaşdırma və ümumiləşdirməni anlayışlar üzərində
aparılan məntiqi əməliyyatların növləri və müqayisə nöqteyi nəzərdən səciyyəsi
kimi təqdim edir; 4) ümumiləşdirməni müqayisə priyomunun və anlayışların
formalaşdırılmasının məntiqi əsaslarından biri kimi təqdim edərək tədris prose-
sində keçmiş materialları müqayisəli təkrar etməyin şagirdlərdə biliyin
sistemləşdirilməsinə və ümumiləşdirilməsinə təsirin əhəmiyyətinə diqqəti cəlb
edir; 5) o, belə nəticəyə gəlir ki, müqayisə təlim materialının yaxşı anlaşılmasına
və konkretləşməsinə kömək edir, biliklərin ümumiləşdirilməsini asanlaşdırır,
əyaniliyin həyata keçirilməsinə xidmət edir. Məktəb riyaziyyat kursunun müqayisə
üzrə öyrənilməsi nümunəsinə təsadüf etmirik. Belə nümunələr əsasən humanitar,
daha çox isə coğrafiya fənlərinə aid verilir. Ümumiləşdirməni yalnız müqayisə
aparmaqla deyil, başqa səmərəli üsullarla da yerinə yetirmək olar.
B.A.Əhmədov, A.N.Hacıyev gerçəkliyin obyektiv qanunlarına və həmin
qanunların elmdə şərhinə diqqəti cəlb etməklə [12] qanunların müxtəlif məntiqi
əsaslar zəminində təsnif olunduğunu qeyd edirlər. Məsələn, əlaqələrin çoxcəhətlili-
Dostları ilə paylaş: |